Məşhur müğənni qəfil öldü - 56 YAŞINDA
6-10-2019 21:18
Baxış sayı:
11416

İtaliyalı opera müğənnisi Marsello Ciordani qəfil vəfat edib.
56 yaşlı sənətçi Siciliya adasındakı evində infarkt keçirib. Müğənninin həyat yoldaşı Vilma bildirib ki, Marsello kresloda oturarkən susadığını deyib və ayağa qalxmaq istəyərkən yıxılıb. Qısa müddət sonra onun infarkt keçirdiyi məlum olub və tibbi müdaxiləyə baxmayaraq tenor dünyasını dəyişib.//publika