Axtarış

The search found 105706 results in 0.084 seconds.

Search results

  1. Makron İlham Əliyevə zəng etdi: Dəstək istədi

    Oktyabrın 10-da Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Fransa Prezidenti onun təşəbbüsü ilə yaradılan QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fonda Azərbaycan tərəfinin dəstək verməsini Azərbaycan Respublikası Prezidentindən xahiş edib. Prezident İlham Əliyev Fransa Prezidentinin bu təşəbbüsünə öz dəstəyini ifadə edib və Azərbaycan tərəfinin bu xəstəliklərlə mübarizə işinə əhəmiyyətli töhfə verməyə hazır olduğunu bildirib.

    Muxalifet - 11-10-2019

  2. Sabiq MTN-çi məxfi əməkdaşlığa cəlb edildi - ŞOK DETALLAR

    Azərbaycanda dövlətə xəyanətdə ittiham olunan 1977-ci il təvəllüdlü Bəhruz Yusifzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

    İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib, hazırlıq iclası oktyabrın 18-nə təyin edilib.

    Bəhruz Yusifzadə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.

    Muxalifet - 11-10-2019

  3. Azərbaycan könüllülərindən Türk ordusuna DƏSTƏK: "Suriyada döyüşmək istəyirik"

    Türkiyənin Suriyada keçirdiyi hərbi əməliyyat Azərbaycan cəmiyyətində də maraq və həyacanla izlənir. Hətta Türk Ordusunun sıralarında döyüşmək üçün müraciət edənlər də var.

    Muxalifet - 11-10-2019

  4. Azərbaycanda kişi və qadın pensiyaçıların sayı açıqlandı

    Pensiya təminatı ilə əhatə olunan vətəndaşlar arasında qadınlar üstünlük təşkil edir. 
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, hazırda ölkədə əmək pensiyası ilə təmin olunanların sayı 1 milyon 350 min 680 nəfərdir.
    Onlardan 57 faizi (763 260 nəfər) qadınlar, 43 faizi (587 420 nəfər) kişilərdir.

    Muxalifet - 11-10-2019

  5. Bakıda kişi yatmış halda olan arvadını vəhşicəsinə öldürdü - RƏSMİ MƏLUMAT

    Həyat yoldaşını öldürməkdə təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilib.

    Muxalifet - 11-10-2019

  6. Bakının məşhur gecə klubunun adı daha bir qalmaqalda - vəzifəli şəxslərə 129 min rüşvət verilib

    Bakının məşhur gecə klublarından biri olan "İnfiniti"nin adı daha bir qalmaqallı işdə keçir. Bu dəfə klubun rəhbər şəxslərinin rüşvət verdiyi üzə çıxıb. Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifəli şəxslərin cinayər işi üzrə məhkəmə iclası keçirilir. Həmin şəxslər "Azərişıq" ASC-nin Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsinin aparıcı mühəndisi İlham Məmmədov və İdarənin Kəsim şöbəsinin mühəndisi İlkin Hüseynovdur.

    Muxalifet - 11-10-2019

  7. Ziya Məmmədovun ən yaxın kadrının adı 300 minlik qalmaqalda: Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin keçmiş rəisi arvadını məhkəməyə verdi

    Ləğv edilmiş Nəqliyyat Nazirliyinin (hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdirilib-red.) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin keçmiş rəisi Hüseyn Salamov bu yaxınlarda boşandığı keçmiş arvadı ilə məhkəməlik olub. 

    Hüseyn Salamov 2015-ci il I Avropa Oyunları zamanı “Atletlər kəndi” ərazisində baş vermiş qəzaya görə həbs edilib. 2016-cı ilin sentyabrında  cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il azadlıqdan məhrum edilib. Nəticədə təxminən 1 il istintaq təcridxanasında saxlanıldıqdan sonra məhkəmədən faktiki azadlığa çıxıb. 

    Muxalifet - 11-10-2019

  8. “Arxayınlaşmaq olmaz, seçki vasitəsilə ölkəyə müdaxilə ola bilər...” - MƏZAHİR PƏNAHOV DSK SƏDRLƏRİNƏ BELƏ DEDİ

    Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov dairə seçki komissiyalarının (DSK) sədrlərini ölkəyə “seçki vasitəsilə müdaxilə cəhdi” edilə biləcəyi barədə xəbərdar edib. “Dairə seçki komissiyalarının sədrləri seçkilərin ölkə üçün nə dərəcədə önəmli olduğunu bilməlidirlər. Azərbaycanda siyasi sabitlik seçkilərin təhlükəsiz keçirilməsi üçün birinci göstəricidir”,-Məzahir Pənahov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə belə deyib. MSK sədri bildirib ki, Azərbaycanda seçki sistemi Avropa standartlarına uyğunlaşdırılıb.

    Muxalifet - 11-10-2019

  9. İlham Rəhimov Putinlə 50 illik dostluğundan danışır - “ZƏNG VURDU Kİ, BAKIYA, SƏNİN YANINA GƏLMƏK İSTƏYİRİK…”

    Rusiya Prezidenti Vladimir Putin 7 oktyabrda 67 yaşını qeyd etdi. V.Putinin hər dəfə olduğu kimi bu ildə ad gününü fərqli keçirdi – Müdafiə naziri Şoyqu ilə Sibiri gəzməsi rus liderin şəxsiyyətini növbəti dəfə gündəmə gətirdi. Rusiya kimi böyük dövlətə rəhbərlik edən və hazırda dünyanın ən güclü siyasi liderlərindən biri olan Vladimir Putinin siyasi fəaliyyəti ilə bağlı məlumatlar kifayət qədərdir. Lakin Rusiya dövlət başçısının şəxsiyyəti, xarakteri, şəxsi həyatının görünməyən tərəfləri çoxları üçün hələ də müəmma olaraq qalır.

    Muxalifet - 11-10-2019

  10. "Qızlar Allahın verdiyi əmanət və nemətdir"- Cümə məscidinin axundu

    Bu gün Beynəlxalq Qızlar Günüdür.Təəssüf ki, bu gün qızlara və qadınlara qarşı zorakılıq günü-gündən artmaqdadır. Son 1 ay ərzində Azərbaycanda 13 qətl hadisəsi baş verib. Qətllərin 9 qurbanı qadındır. Allah qadınları çox yüksək qiymətləndirir. O, qadınları övlad, ana, həyat yoldaşı kimi dəyərləndirərək onlara kişilərə verilməyən bir çox hüquqlar və üstünlüklər verib. Müasir insanlar Allahın qanunlarına əməl etmir, islamaqədərki adətlərin təsiri altına düşmüşüblər. İslam dini, əxlaqı hökm sürən cəmiyyətdə qadınlara yüksək hörmət göstərilir.

    Muxalifet - 11-10-2019

  11. DƏHŞƏT: Naxçıvanlı iş adamını belə baltaladılar – ŞOK VİDEO

    Moskvanın cənub-şərqindəki Julebino rayonunda 4 maskalı şəxs yerli vətəndaşa hücum edib.
    Muxalifet.az
    Axar.az-a istinadən xəbər verir ki, naməlum şəxslər hücum etdikləri adamın içərisində 50 min dollardan çox pulu olan çantasını aparıblar.
    Naməlum şəxslər balta və tapança ilə hücum ediblər və arxadan yaxınlaşaraq, əvvəlcə atəş açıblar. Daha sonra isə balta ilə yaralayıblar.
    Cinayətkarların hadisə yerindən "Dodge Caravan" avtomobili ilə uzaqlaşdığı vurğulanıb.

    Muxalifet - 11-10-2019

  12. ​DÜNYA ŞOKDA: Prezidentin təyyarəsi havada YOXA ÇIXDI

    Konqo Demokratik Respublikasının prezidenti Feliks Çisekedinin xidməti təyyarəsi havada yoxa çıxıb.
    Muxalifet.az
    xəbər verir ki, bu barədə “RİA Novosti” informasiya yayıb.
    Xəbərə görə, göyərtəsində 4-ü ekipaj üzvü olmaqla, 8 nəfər uçan “An-72” hərbi təyyarəsi radarlardan itib. Amma həmin vaxt dövlət başçısı təyyarədə olmayıb.
    Mülki Aviasiya İdarəsi axtarış-xilasetmə əməliyyatı keçirir.//Publika.

    Muxalifet - 11-10-2019

  13. Ermənilərin təxribat xarekterli addımının qarşısı alındı

    Cari ilin oktyabr ayının 10-da RF Sankt Peterburq şəhərində MDB PA siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə Daimi Komissiyasının növbəti iclası olub.

    Muxalifet4 - 11-10-2019

  14. BDU-da “2 ELÇİN FAKTORU” – Universiteti kim idarə edir: Elçin Babayev, yoxsa Elçin Məmmədov?

    Abel Məhərrəmov rektor vəzifəsindən uzaqlaşdırılandan sonra Bakı Dövlət Universitetində (BDU) onu əvəz edəcək rəhbərdən böyük gözləntilər vardı. Çünki, sabiq rektorun komandasına daxil olan bir qrup şəxs istisna olmaqla, BDU-nun kollektivi arasında demək olar ki, hər kəs Abel Məhərrəmovdan narazı idi. O cümlədən, universitetin tələbələri də rüşvətə son qoyulacağı ümidi ilə yeni rektorun təyinatını səbrsizliklə gözləyirdi. Şübhəsiz, mart ayında Elçin Səfəralı oğlu Babayevi Bakı Dövlət Universitetinin rektoru təyin edən Prezident İlham Əliyev də təxminən eyni gözləntidə idi.

    Muxalifet4 - 11-10-2019

  15. "İstəyim olmadan intim münasibətdə olmamı istədi" - HACI TAHİRDƏN ƏHMƏD ORUCA İTTİHAM

    Azadlıq partiyasının sədri Əhməd Orucun "Siyasət meydanı" və "Reaksiya" tv"-lərdə çıxışlarına AXH İH-nın üzvü Tahir Abbaslı cavab yazıb. O, özünün Facebookdakı hesabında sensasion iddialarla çıxış edib. Orada iddia edib ki, Əhməd Oruc onu bir qadınla zorla cinsi əlaqəyə təhrik edib. Musavat.com həmin statusu təqdim edir:

    Muxalifet - 11-10-2019

  16. Türkiyəni daha bir SANKSİYA DALĞASI gözləyir: Nazirdən KRİTİK AÇIQLAMA

    “Sülh Çeşməsi” hərəkatına görə Türkiyəyə qarşı sanksiyalar masadadır. Bu barədə Fransanın Avropa İttifaqı ilə münasibətlərindən məsul naziri Ameli de Montaçlin danışıb. “İnter” radiosuna açıqlama verən nazir “Suriyaya görə Türkiyəyə sankisya tətbiq edilməsi mövzusu gələn həftə Avropa Şurasında müzakirə ediləcək. Açıq şəkildə desək, bu məsələ masada olacaq” sözlərini deyib. Qeyd edək ki, Fransa Türkiyənin terrorçulara qarşı hərbi əməliyyat keçirməsindən narahatdır. Buna görə də Avropa İttifaqını hərəkətə keçirmək istəyir.

    Muxalifet - 11-10-2019

  17. Atası oğlunun oğurluq etdiyini etiraf edir, polis işi araşdırmır – EVİNDƏN OĞURLUQ EDİLƏN QOBUSTAN SAKİNİNDƏN VİLAYƏT EYVAZOVA MÜRACİƏT

    Qobustan rayonun Təklə-Mirzəbala kənd sakini Ağayev Akif tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Qobustan rayon polisinin fəaliyyətsizliyindən narazılıq edir: “Xatırladım ki, Təklə-Mirzəbala kəndində 5 sot torpaqda tikdiyim evdə kiçik oğlum Sadiq Ağayev həyat yoldaşımla yaşayır. Sadiq qonşu Çuxanlı kəndindəki kafedə və yanındakı avtoyuma məntəqəsində işləyir. Mən isə ailəmi dolandırmaq üçün mövsümlə əlaqədar Sabirabad rayonu ərazisində çobanlıq edirəm.

    Muxalifet4 - 11-10-2019

  18. ​Qaçqın və məcburi köçkünlərin tarixi yurdlarına qaytarılması üçün beynəlxalq təşkilatlara müraciət qəbul olunacaq – DƏYİRMİ MASA

    Bu gün saat 14:00-da Bakı Mətbuat Mərkəzində Qərbi Azərbaycana (Ermənistana) qayıdış Birliyinin təşkilatçılığı ilə dəyirmi masa keçiriləcək.

    Muxalifet4 - 11-10-2019

  19. ​Bakıda Şərq Tərəfdaşlığının gələcəyinə dair məsləhətləşmələr aparılıb

    Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Avropa İttifaqının Azərbaycan Nümayəndəliyin birgə təşkilatçılığı ilə  “Şərq tərəfdaşlığının gələcəyi” mövzusunda strukturlu məsləhətləşmələr keçirilib.

    Muxalifet4 - 11-10-2019

  20. NATO-dan Suriya əməliyyatı ilə bağlı VACİB AÇIQLAMA: Türkiyə...

    “Türkiyə ittifaqımızın güclü üzvüdür. O, çox çətin bir bölgənin sərhədində yerləşir. NATO-nun Türkiyə ilə ortaq düşməni İŞİD-dir. Suriyada həbsdə olan İŞİD-çilərin qaçmasına icazə verilməməlidir. Türkiyənin aldığı S-400 NATO üzvü olan digər ölkələrin təyyarələri ilə uyğunsuz ola bilər. Lakin Türkiyənin təhlükəsizliyini təmin etmək bizim vəzifəmizdir”. Muxalifet.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə səfəri zamanı mətbuat konfransında açıqlayıb.

    Muxalifet - 11-10-2019

Pages