Axtarış

The search found 105706 results in 0.034 seconds.

Search results

  1. Rüşvətxorluqda təqsirləndirilən dəstədən XƏBƏR VAR

    Azərbaycanda qanunsuz miqrasiyada, rüşvətxorluqda və saxta sənəd düzəltməkdə təqsirləndirilən İbrahimov Bəxtiyar Xanhüseyn oğlu, Mühəndis Cabir Məhəmməd Təği oğlu, Əhmədov Şahin Rövşən oğlu, Soltanov İntiqam Həzi oğlu, Əhmədzadə Asim İbrahim oğlu və Nuriya Zərifə Əli qızının cinayət işi məhkəmə iclası başlayıb. 
    Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Nahid Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 
    Məhkəmənin baxış iclası oktyabrın 16-na təyin edilib.

    Muxalifet - 10-10-2019

  2. Mübariz İbrahimovu təhqir edən Nərmin Şahmarzadə həbs olunacaqmı? – Rəy açıqlandı

    Milli Qəhrəman Mübariz İbrahimovun anası Şamama İbrahimovanın psixoloq Nərmin Şahmarzadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətə baxılıb. Xətai rayon Məhkəməsində hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə keçirilən ekspertizanın rəyi məlum olub. Rəydə məlum olub, Nərmin Şahmarzadənin Mübariz İbrahimov haqqında yazdıqları onun şərəfini ləkələyən, nüfuzdan salan məlumatdır. Keçirilən prosesdə cavabdeh kimi Nərmin Şahmarzadə gəlməyib. Ş.İbrahimovanın vəkili Ramil Rüstəmov buna etiraz edib, bunu məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirib.

    Muxalifet - 10-10-2019

  3. ERMƏNİSTANIN NÖVBƏTİ HƏYASIZLIĞI – “Barış bulağı” əməliyyatı işğalçı ölkəni təşvişə salıb

    Gözləndiyi kimi, Ermənistan Türkiyənin Suriyanın şimal-şərqində başlatdığı “Barış bulağı” hərbi əməliyyatını kəskin şəkildə pisləyən və hətta diplomatik normaları aşan bir bəyanatla çıxış edib.

    Muxalifet - 10-10-2019

  4. “Qarabağda müharibə heç vaxt bu qədər yaxın olmamışdı...” - YEREVANI XOF BÜRÜDÜ

    Dağlıq Qarabağ münaqişəsinə dair hazırda dayanmış danışıqlar prosesi ətrafındakı vəziyyət o cümlədən Ermənistanın ekspert və siyasi çevrələrində ciddi müzakirə olunur. Muxalifet.az Virtualaz.org-a istinadən xəbər verir ki, həmin çevrələrdə müharibə xofu getdikcə artır. Hesab edirlər ki, Qarabağda irimiqyaslı müharibə heç vaxt bu qədər yaxın olmamışdı. Çünki danışıqların dayandığını hər iki tərəf təsdiq edir, vasitəçilər də bunu təsdiqləyir. İndi nəinki danışıqlar, heç danışıqların imitasiyası da yoxdur. Erməni politoloq Yervand Bozoyan yaranmış situasiyanı kifayət qədər təhlükəli sayır.

    Muxalifet - 10-10-2019

  5. "Öskürən uşaqlarla bağlı “özfəaliyyətə” yol vermək olmaz" - PEDİATR VAQİF QARAYEV

    Payız fəsli özüylə soyuqdəyməni də gətirib. İqlim dəyişikliyi xüsusilə körpələrin, azyaşlıların səhhətində problemlər yaradır. Həkimlər bunun səbəbini uşaq orqanizminin iqlim dəyişikliklərinə həssas olması ilə izah edir.  
    Pediatr Vaqif Qarayev sosial şəbəkədə paylaşdığı statusda valideynləri ehtiyatlı olmağa çağırıb.

    Muxalifet4 - 10-10-2019

  6. Azərbaycanlıları ziyarətə aparan avtobus yandı

    ranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Əhvaz rayonunda Azərbaycan vətəndaşlarını Kərbəla ziyarətinə aparan avtobus elektrik naqillərinin toxunması nəticəsində yanıb.

    Bunu İranın Əhvaz rayonu icra hakimiyyətinin yanğınsöndürmə və təhlükəsizlik xidmətləri idarəsinin direktoru İbrahim Qənbəri deyib.

    İ.Qənbərinin sözlərinə görə, hadisə yerinə dərhal yanğınsöndürmə əməkdaşları cəlb olunub və avtobusun bütün sərnişinləri təxliyə edilib.

    Hadisə zamanı bir qadın yaralanıb. Yanğın nəticəsində avtobusun 30%-i yanıb. (trend)

    Muxalifet - 10-10-2019

  7. “Qələbə” ordeni alan yeganə general – o, Stalinlə 238 dəfə görüşüb, amma nə marşal olub, nə də “qəhrəman”

    Dövlət Müdafiə Komitəsində və Silahlı Qüvvələrin Baş Qərargahında geniş miqyaslı hərbi və döyüş əməliyyatlarının hazırlanması ilə bağlı keçiriləcək müşavirələrdən əvvəl İosif Stalin onu kabinetinə dəvət edib, fikirlərini öyrənib, müzakirələr aparıb. Təkcə 1943-1945-ci illərdə ordu generalı Aleksey Antonov 238 dəfə Stalinlə görüşüb. Bütövlükdə bütün müharibə illərində heç bir marşalın və yüksəkçinli hərbçinin Stalinlə bu qədər görüşü olmayıb.

    Muxalifet - 10-10-2019

  8. Ata bağlanıb sürüdülən qadının görüntüləri yayıldı - TƏFƏRRÜAT - FOTO / VİDEO

    Goranboyda qadının ata bağlanaraq sürüdülməsinin təfərrüfatı bilinib.
    Muxalifet.az
    oxu.az-a istinadən xəbər verir ki, Goranboy Rayon İcra Hakimiyyətinin Əlirzalı kənd icra nümayəndəsi Nizadil Hüseynov açıqlamasında bildirib ki, Sahilə Ələkbərova qonşusu tərəfindən döyülüb:
    “Qonşunun atı digər qonşunun həyətinə keçib. Daha sonra məlum olub ki, at qonşunun həyətindədir və dalaşıblar. Onlar üç nəfər olub. Sahilə Ələkbərovanın əl-ayağını kəndirlə bağlayıb, küçədə sürüyüblər.

    Muxalifet - 10-10-2019

  9. “Hiss ediblər ki, burada onlara...” – Azərbaycana gələn ərəb turistlərin sayı niyə azalıb?

    Artıq bir neçə ildir ki, Azərbaycana ərəb turistlərin axını baş verir. Lakin əlləri açıq olan və yaxşı pul xərcləyən ərəblər özləri ilə bir sıra mənfi xüsusiyyətlərini də gətirdilər. Onların hərəkətləri, davranışları cəmiyyətimizdə heç də yaxşı qarşılanmadı və etiraza səbəb oldu. Bu aralar isə Azərbaycana gələn ərəb turistlərin sayının azaldığı deyilir. Mövzu ilə bağlı Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə ilə əlaqə saxladıq. “Yeni Sabah”a danışan K.

    Muxalifet - 10-10-2019

  10. Türkiyə ordusu iki gün ərzində 109 terrorçunu məhv etdi

    Türkiyə ordusunun Suriyanın şimalında həyata keçirdiyi “Sülh çeşməsi” antiterror əməliyyatları nəticəsində 109 terrorçu məhv edilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə açıqlama verib. O bildirib ki, bir neçə terrorçu yaralanıb. Təslim olanlar var. Xatırladaq ki, ötən gün Türkiyə Silahlı Qüvvələri Milli Suriya Ordusu ilə birgə Fərat çayının şərq sahillərində PKK-YPG terrorçularına qarşı əməliyyatlara başlayıb.

    Muxalifet - 10-10-2019

  11. Ərdoğan 28 ölkəni BELƏ HƏDƏLƏDİ: "Əgər hərəkata "işğal" desəniz..."

    “Avropa İttifaqı bu hərəkatı “işğal” adlandırsa, qapıları açacağıq”.

    Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Silahlı Qüvvələrin Suriyanın şimalına təşkil etdiyi “Sülh Çeşməsi” hərəkatı ilə bağlı danışarkən deyib.

    Muxalifet - 10-10-2019

  12. "Əlini qoy göbəyimin üstünə, Hacı" - Efirdə ƏLƏ SALINDILAR - FOTO

    İndi "Hacı, başımın tacı". Hamı İnstaqram-da ayaq şəkili paylaşıb, "Hacı, sənin ayağın mənə dəyəndə elə bilirəm ki, 10 dəfə gedib oranı görüb gəlmişəm. Əlini qoy mənim başıma, Hacı. Əlini qoy ürəyimin üstünə, nə bilim, göbəyimin üstünə. Bunlara baxıb, demirsən biz nə günə gəlib çıxdıq?

    Muxalifet - 10-10-2019

  13. “Azərbaycan dövləti kimdir? Burada biz deyən olur!...” - BU CÜR DANIŞAN İSLAM ŞAHBƏNDƏROV KİMDİR, KİMİN ADAMIDIR?

    “Türkiyə Dövlət Dəmir Yolları”nın (TCDD) icraçı direktoru Ali İhsan Uyğunun müşaviri olduğu bildirilən Rusiya vətəndaşı, axıska türkü, ABŞ-ın Ohayo ştatında yaşayan və “Ahıska Türk-Amerikan Toplum Merkezi”-nin başqanı olmuş İslam Şahbəndərov barəsində Türkiyə mediasında qalmaqallı iddialar irəli sürülüb. Virtualaz.org xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən digər axıska türkləri diaspor təşkilatı olan Axıska Türkləri Dərnəyinin başqanı Aydın Məmmədov onu Birləşmiş Ştatlardakı axıska türkləri məzarlığını onlardan xəbərsiz satdığını deyib.

    Muxalifet - 10-10-2019

  14. Nazir baş direktoru işdən çıxardı

    Sabirabad Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş direktoru işdən çıxarılıb.

    Sabirabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Yusif Hüseyn oğlu Quliyev tutduğu vəzifədən azad edilib. Bu vəzifəyə baş direktorun müavini Ənvər Lumanov təyin olunub.

    Səhiyyə Nazirliyi faktı təsdiqləyib.//report

    Muxalifet - 10-10-2019

  15. FHN-in işçisi anası və arvadı ilə birgə FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ

    Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında iki yük maşını arasında qalaraq qəzaya düşən “VAZ 21 07”nin içindəki şəxslər bir ailənin üzvləri olub.

    Muxalifet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, avtomobilin sürücüsü Allahverdiyev Taleh Qürbət oğlu, sərnişinləri olan anası və həyat yoldaşı hadisə yerində vəfat ediblər.

    T. Allahverdiyev Fövqəladə Hallar Nazirliyində yanğınsöndürən işləyirmiş.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

    Muxalifet - 10-10-2019

  16. Hər kəsə bu VİDEODAN DANIŞIR - Tükləri biz-biz edəcək görüntülər

    Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalındakı terrorçu qruplaşmaları zərərsizləşdirmək üçün təşkil etdiyi "Sülh Çeşməsi" hərəkatına sosial mediada böyük dəstək göstərilir.

    Türklər, eləcə də xarici ölkələrdən bu hərəkatı müdafiə edənlər aşağıdakı video ilə Suriyanın ərazi bütövlüyünün təmin olunması naminə başlanan hərəkata öz dəstəklərini ifadə edirlər.

    Muxalifet - 10-10-2019

  17. SON DƏQİQƏ: Türkiyəyə hücum etdilər, xeyli sayda yaralı var

    Suriyadan Türkiyənin Şanlıurfa şəhərinin Ağcaqala bölgəsinə 4 səhra topu atılıb.
    Hadisə nəticəsində 17 sakin yaralanıb.
    Səhra topları bina və avtomobillərə zərər verib.
    Bölgəyə çox sayda yanğınsöndürən və polis briqadaları göndərilib.//Publika

    Muxalifet - 10-10-2019

  18. Qırğızıstan prezidenti Bakıya gəlir

    Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov və xarici işlər naziri Çingiz Aydarbekov Azərbaycana səfər edəcək.

    Muxalifet.az xəbər verir ki, bu barədə Trend-ə Qırğızıstanın Bakıdakı səfirliyindən bildiriblər.

    Məlumata əsasən, onlar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammitində iştirak edəcək.

    Oktyabrın 14-15-də keçiriləcək sammitdə türkdilli ölkələrin Ticarət-Sənaye Palatasının və Birgə İnvestisiya Fondunun yaradılması məsələlərinin müzakirəsi planlaşdırılır.

    Muxalifet - 10-10-2019

  19. Azərbaycanda müəllimin faciəvi sonu - Dərs zamanı öldü

    Ağsu rayonunda müəllim dərs zamanı ölüb.

    Muxalifet.az "Report"a istinadən xəbər verir ki, hadisə Ağsu şəhər 4 saylı tam orta məktəbində baş verib.

    Belə ki, həmin məktəbin əmək təlimi müəllimi Şeydayeva Rəhilə Rza qızı dərs zamanı, sinif otağında birdən huşunu itirərək yerə yıxılıb. Hadisə yerinə Təcili Tibbi Yardım Stan siyasının həkimləri çağırılıb. Onun ürək tutmasından dünyasını dəyişdiyi məlum olub. 

    O, 87 saylı Ağsu-İsmayıllı Dairtə Seçki Komissiyasının üzvü olub. 

    Faktla bağlı araşdırmalara başlanılıb.

    Muxalifet - 10-10-2019

  20. “Danışıqlar əbədi davam edə bilməz” – Elmar Məmmədyarov

    “Hesab edirəm ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr bölgənin iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir və bu sahədə investisiya layihələri üçün yaxşı imkanlar var”.

    “Report” xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov MDB Xarici İşlər Nazirləri Şurasının Türkmənistan paytaxtı Aşqabadda keçirilən dar tərkibli iclasında çıxışı zamanı bildirib.

    Muxalifet - 10-10-2019

Pages