Qırğızıstan prezidenti Bakıya gəlir
10-10-2019 17:15
Baxış sayı:
8641

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov və xarici işlər naziri Çingiz Aydarbekov Azərbaycana səfər edəcək.
Muxalifet.az xəbər verir ki, bu barədə Trend-ə Qırğızıstanın Bakıdakı səfirliyindən bildiriblər.
Məlumata əsasən, onlar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammitində iştirak edəcək.
Oktyabrın 14-15-də keçiriləcək sammitdə türkdilli ölkələrin Ticarət-Sənaye Palatasının və Birgə İnvestisiya Fondunun yaradılması məsələlərinin müzakirəsi planlaşdırılır.