TRAMP MOSKVA VƏ PEKİNİ BOMBALAMAQLA HƏDƏLƏYİB - Səs yazısı yayılıb / VİDEO

Baxış sayı:
283

ABŞ Prezidenti Donald Trampın Moskva və Pekini bombalamaqla təhdid etdiyinə dair səs yazısı yayılıb.

CNN xəbər verir ki, səs yazısı Trampın prezidentlik kampaniyasına dəstək verən maliyyəçilər tərəfindən yayılıb.

Tramp Rusiya Prezidenti Vladimir Putinlə danışığında onu Ukraynaya hücumdan çəkindirməyə çalışdığını bildirir, əks təqdirdə Moskvanı bombalayacağını deyir: “O (Putin), mənə dedi ki, “sənə inanmıram”. Məncə o həqiqətən də mənə inanmadı”.

ABŞ lideri Çin Xalq Respublikasının Sədri Si Cinpini də Tayvana hücumdan çəkindirməklə bağlı xəbərdar etdiyini vurğulayır.

“Ona (Si Cinpin) dedim ki, Tayvana hücum etsən, Pekini bombalayacağam. O da mənə inanmadı. Onlar sadəcə mənim sözlərimin 10%-nə inandılar. Amma bizim problemimiz olmadı”, - Tramp səs yazısında vurğulayır.

CNN-in verdiyi xəbərdə səs yazısının 2024-cü ilə aid olduğu bildirilir.

Tramp administrasiyası yayılmış səs yazısına hələ ki münasibət bildirməyib./apa