Axtarış
The search found 105706 results in 0.1 seconds.
Search results
Pakistan "Sülh çeşməsi" əməliyyatlarını TAM DƏSTƏKLƏYİR
Pakistan Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi antiterror əməliyyatlarını dəstəkləyir. Pakistanın Xarici İşlər Nazirliyinin açıqlamasında belə deyilir. Bildirilib ki, Pakistan terrordan əziyyət çəkən ölkə olaraq Ankaranın narahatlığını başa düşür. İslamabad Türkiyənin Suriyada atdığı addımları tam dəstəkləyir.
Muxalifet - 10-10-2019
Ermənistan və İrandan Türkiyəyə qarşı ŞOK ADDIM: hər iki ölkə...
“Bu hərəkat yeni humanitar böhrana səbəb olacaq, bölgədəki vəziyyət pisə doğru dəyişəcək, dinc sakinlərin ölümünə səbəb olacaq”.
Publika.az xəbər verir ki, bu sözlər Ermənistan Xarici İşlər Nazirliyi Türkiyənin “Sülh Çeşməsi” hərəkatını qınayan bəyanatında yazılıb.
Qeyd edilib ki, hərəkat bölgədə yaşayan etnik xalqlar üçün əlavə təşviş yaradır.Muxalifet - 10-10-2019
“HÖKUMƏTİMİZ TÜRKİYƏDƏN DƏRS ALMALIDIR…” – “Paşinyanın cavabı…”
“Azərbaycan hakimiyyəti Türkiyədən dərs almalıdır. ABŞ, Rusiya, Qərb ölkələri, İraq, İran və s. dövlətlərin iradəsinin ziddinə Türkiyə ordusu Şimali Suriyada hərbi əməliyyatlara başladı. Üstəlik, həmin ərazilər Türkiyənin də deyil. Amma Şimali Suriyada kürd separatçılarının yürütdüyü siyasət Türkiyənin milli maraqlarını, torpaq bütünlüyünü təhdid etdiyi gərəkçəsiylə ölkənin prezidenti “Sülh bulağı” əməliyyatına başladığını elan etdi və Türk ordusu hərəkətə keçdi”.
Muxalifet - 10-10-2019
“Aqşin Fateh burada simasını itirdi" - Ramal
Ötən gün “Maşın” realiti şousunda media günü keçirilib. Muxalifet.az Axşam.az-a istinadən xəbər verir ki, iştirakçılar jurnalistlərin suallarını cavablandırıb. Müğənni Ramal İsrafilov “Sizcə, burada simasını kim itirdi” sualına belə cavab verib: “Aqşin Fateh burada simasını itirdi. O, çox kinli insandır. Durur, guya ki, ağıllıdır. Nə ağlı var, nə də bir şeyi. O qızdan söz ona aparır, bu qızdan söz buna gətirir. Onu belə tanıdıq - Ondan buna söz aparan kimi.... Gedəndə də, salam verdim, üzünü çevirdi. Belə insan olmaz”.
Muxalifet - 10-10-2019
Ərindən ayrı yaşayan Günelin oteldə çəkilən VİDEOsu - Bir az dincələk, sonra...
Müğənni Günel Məhərrəmova Naxçıvan səfəri zamanı qaldığı oteldə çəkilmiş videosu ilə diqqət mərkəzinə düşüb.
Milli.Az xəbər verir ki, boşanmaq istədiyi həyat yoldaşından uzun müddətdir ayrı yaşayan müğənni bu kadrları sosial şəbəkə hesabından paylaşıb.
Muxalifet - 10-10-2019
SON DƏQİQƏ: Dəhşətli hücum, Türkiyə ilk ŞƏHİDLƏRİNİ VERDİ
Suriyada PYD/YPG terrorçularının Türkiyənin Şanlıurfa bölgəsinə raket atması nəticəsində 3 mülki şəxs həlak olub.
Publika.az xəbər verir ki, bu barədə Şanlıurfa Valiliyi məlumat yayıb.
Məlumatda deyilir ki, Suriya tərəfindən atılan raket mərmiləri nəticəsində “Sülh Çeşməsi” əməliyyatının ilk şəhidləri verilib: “Onlardan biri suriyalı olan 9 aylıq körpə - Məhəmməd Omardır, digər şəhid isə vergi dairəsində çalışan məmur Cihan Güneşdir”.Muxalifet - 10-10-2019
Azərbaycanlı rüşvətə görə SAXLANILDI
Böyük Pisarevka keçid məntəqəsindən Ukraynaya keçmək istəyən Azərbaycan vətəndaşı sərhədçilərə rüşvət verməyə cəhd göstərib. Muxalifet.az xəbər verir ki, hadisə oktyabrın 9-da baş verib. Sərhəd nəzarəti zamanı azərbaycanlı şəxs gömrükçülərə Ukraynaya keçmə məqsədini əsaslandıra bilməyib. Sözügedən şəxs sərhədi keçə bilmək üçün gömrük işçisinə pasportun arasında 2000 rubl (təxminən 52 manat - red.) təklif edib. Sərhədçilər aşkar edilmiş qanun pozuntusunun qarşısını almaq üçün bütün lazımi tədbirləri görüblər.
Muxalifet - 10-10-2019
Məktəblərdə övladlarımızın sağlığı nə dərəcədə qorunur? - VİDEO
Məktəblərdə şagirdin təhsili ilə yanaşı, onun sağlamlığı da önəmlidir. Valideyn övladını təhsil müəssisəsinə etibar edirsə və uşaq günün çox hissəsini burada keçirirsə, lazımi şəraitin də yaradılması şərtdir.
ARB TV-nin “Günə Doğru” proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.
Məktəb sadəcə, təhsil verməklə kifayətlənməyib, həm də şagirdlərin sağlamlığına cavabdeh olmalıdır. Bu işdə də əsas yük məktəblərdəki tibbi xidmətin üzərinə düşür.
Dərs müddətində şagird səhhəti ilə bağlı bir çox problemlərdə üzləşə bilər.
Muxalifet - 10-10-2019
ƏRDOĞAN SƏUDİYYƏ və MİSİR LİDERLƏRİNƏ “DƏRS VERDİ” – “Sisi, sən bir qatilsən” - VİDEO
“Bunlar sadəcə söz söyləyir, biz isə iş icra edirik. İŞİD, PKK və PYD-yə qarşı bu mövqeyimizi davam etdirəcəyik”. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Səudiyyə Ərəbistanı aynaya baxsın. Yəməni bu hala kim gətirib? On minlərlə insan Yəməndə ölmədirmi? Siz əvvəlcə bunun hesabını verin. Suriyanın birliyi üçün verdiyimiz mübarizədə siz bizə söz ata bilməzsiniz. Hələ Misir heç danışa bilməz.Muxalifet - 10-10-2019
Erməni təyyarəsi qəzaya uğradı- FOTO / VİDEO
Ermənistana məxsus təyyarə Somalinin paytaxtı Moqadişidə qəzaya uğrayıb.
Moderator.az xəbər verir ki, işğalçı ölkə saytlarının Ermənistan mülki aviasiya idarəsinə istinadla yaydığı məlumata görə, “Mars-Avia” şirkətinə məxsus “ Аn-74 EK 74008” markalı uçaq oktyabrın 9-u yerli vaxtla saat 11:20-də Moqadişi hava limanında şassiləri açılmadan qəza enişi edib. Təyyarədə yalnız uçuş heyəti olub. Xəsarət alan olmayıb.Muxalifet - 10-10-2019
Bakı -Quba yolunda baş verən DƏHŞƏTLİ QƏZAdan görüntülər - VİDEO 16 +
Xəbər verdiyimiz kimi, bu gün Bakı-Quba yolunda ağır qəza baş verib.
Qəza nəticəsində 3 nəfər hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 263-3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri aparılır.
Dəhşətli qəzadan görüntüləri təqdim edirik:Muxalifet - 10-10-2019
Rusiyada qarpız satan azərbaycanlı alıcını bıçaqladı
Rusiyanın Həştərxan şəhərində 45 yaşlı azərbaycanlı satıcı 36 yaşlı alıcını bıçaqlayıb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Həştərxan vilayəti daxili işlər idarəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, mübahisə azərbaycanlı ilə zərərçəkənin həyat yoldaşı arasında başlayıb.
Belə ki, “QAZel” markalı avtomobili ilə qarpız satan Azərbaycan Respublikası vətəndaşının qarpız almaq istəyən qadına qarşı kobud davranması alıcının həyat yoldaşını qəzəbləndirib.
Muxalifet - 10-10-2019
Biznesmenin saatı oğurlandı - 830 minlik
Fransada yaponiyalı biznesmenin bahalı saatını oğurlayıblar.
Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, oğru adı açıqalanmayan iş adamın yaxınlaşıb və ondan siqaret istəyib. Kişi siqareti uzatdığı zaman isə saatı onun qolundan açaraq götürüb.
830 min dəyərindəki saatının oğurlandığını anlayan biznesmen dərhal polisə müraciət edib.
Hazırda onun axtarışları davam etdirilir. / unikal.orgMuxalifet - 10-10-2019
80 varlı qadınla görüşüb 2 milyon alacaqdı, rədd etdi
Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ Küveyt kral ailəsinin təklifini rədd edib. “Qafqazinfo” xəbər verir ki, serial və kino ulduzu ölkənin 80 zəngin xanımı ilə bir arada şam etmək istəmədiyini bildirib.
Bununla da o, irəli sürülən iki milyon lira (579 min 200 AZN) dəyərindəki qonorardan da imtina edib. Kıvanç səbəb kimi, dil biliyini artırmaq üçün ABŞ-a gedəcəyini göstərib.
Muxalifet - 10-10-2019
Ermənilərin İsraildə ilk “anti-türk əməliyyatı”: Qondarma soyqırımla bağlı abidə ucaldılacaq!
Ermənilər İsraildə qondarma “erməni soyqırımı” ilə bağlı abidə ucaldacaq.
Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, bu barədə “Ermənistan-İsrail” İctimai Forumunun həmsədri Aleksandr Zinker məlumat verib.
A.Zinkerin sözlərinə görə, İsrail tərəfi belə bir abidənin inşası üçün icazə versə də, abidə ermənilərin öz vəsaiti hesabına ucaldılacaq. Artıq abidənin inşası üçün gərəkli olan vəsaitin əldə edilməsi ilə bağlı ianə kampaniyasının başladıldığı vurğulanır. Abidənin İsrailin Petah Tikva şəhərində ucaldılması planlaşdırılır.Muxalifet - 10-10-2019
Bitmək bilməyən sonsuz döyüş... - Trampdan Türkiyəyə TƏHDİD
ABŞ prezidenti Donald Tramp Türkiyəni növbəti dəfə təhdid edib.
Suriyanın şimalında keçirilən “Sülh Çeşməsi” (Barış Pınarı) hərəkatından danışan prezident qaydalara əməl etməməsi halında, Türkiyəyə qarşı sanksiyaların tətbiq ediləcəyini açıqlayib.
Muxalifet - 10-10-2019
Dünyanın ən təhlükəli terrorçusu ÖLDÜRÜLDÜ
"Əl-Qaidə" lideri Usama Bin Ladendən sonra dünyanın ən təhlükəli terrorçusu hesab edilən İbrahim əl-Asiri öldürülüb.
Muxalifet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib. Terrorçu liderin ölümünü təsdiqləyən Tramp əl-Asirin iki il əvvəl Amerikaya məxsus pilotsuz uçuş aparatı vasitəsilə zərərsizləşdirildiyini deyib.
Hadisə 2017-ci ildə baş versə də, indiyədək bu barədə hər hansı məlumat verilməmişdi.
Muxalifet - 10-10-2019
PAŞİNYANI TƏHDİD EDƏN GENERAL HƏDƏFƏ ALINIB – “O da Paşinyanla çörək kəsib…”
Nikol Paşinyana qarşı ən kəskin ifadələr işlədən qondarma rejimin sabiq “təhlükəsizlik katibi” Vitali Balasanyanın məsələsi Ermənistanın hüquq-mühafizə orqanları tərəfindən araşdırılmağa başlayıb.
“AzPolitika.info” xəbər verir ki, erməni mətbuatında Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Balasanyan barədə açıqlamaları yer alıb.
Muxalifet - 10-10-2019
Azərbaycanda siçan pulları öz yuvasına belə daşıdı - Video
Saatlıda mağaza sahibinin başına tragikomik hadisə gəlib.
"Qafqazinfo" xəbər verir ki,rayonun Xanlar kəndində ərzaq mağazası işlədən Rəhman Piriyev kassadan pulun yoxa çıxdığını görüb. O, hər gün səhər mağazaya gələrkən axşam sayıb kassaya qoyduğu pulların əskik olduğunun şahidi olub.
Hadisədən təşvişə düşən Rəhman Piriyev mağazada olan kameraya baxmaq qərarına gəlir. Məlum olur ki, kassadakı pulları siçan aparırmış. Görüntülərdən aydın olur ki, siçan 11 dəqiqə ərzində 324 manat pulu öz yuvasına daşıyıb.
Muxalifet - 10-10-2019
Prezident "qırmızı xətt"i AÇIQLADI: İşğal edilmiş ərazilərdə...
Xüsusi status haqqında yeni qanunda Donbasın muxtariyyətindən söhbət getməyəcək.
Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski press-marafonun gedişatında bildirib.
Prezident vurğulayıb ki, yeni qanunda heç bir “qırmızı xətt” keçilməyəcək.
“Biz bu qanunda muxtariyyət haqqında danışa bilmərik”, - prezident vurğulayıb.Muxalifet - 10-10-2019