Dünyanın ən təhlükəli terrorçusu ÖLDÜRÜLDÜ
10-10-2019 21:52
Baxış sayı:
9532

"Əl-Qaidə" lideri Usama Bin Ladendən sonra dünyanın ən təhlükəli terrorçusu hesab edilən İbrahim əl-Asiri öldürülüb.
Muxalifet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib. Terrorçu liderin ölümünü təsdiqləyən Tramp əl-Asirin iki il əvvəl Amerikaya məxsus pilotsuz uçuş aparatı vasitəsilə zərərsizləşdirildiyini deyib.
Hadisə 2017-ci ildə baş versə də, indiyədək bu barədə hər hansı məlumat verilməmişdi.