Axtarış
The search found 105706 results in 0.099 seconds.
Search results
ABŞ senatorları Türkiyə qarşı sanksiyalar hazırlayır! - Suriyadakı əməliyyata görə…
«AzPolittika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Suriyanın şimalında keçirdiyi hərbi əməliyyata («Barış bulağı») görə, Türkiyəyə qarşı sanksiyaların tətbiqi ilə cavab vermək niyyətindədir.
Bu istiqamətdə qanun layihəsi üzrərində həm demokrat, həm də respublikaçı senatorlar işləyirlər və tezliklə sənədin ictimaiyyətə təqdim eliləcəyi gözlənilir.
Muxalifet - 10-10-2019
Əvvəl polislərə hücum çəkdi, sonra isə... - Azərbaycanda
Tovuzda polis əməkdaşlarına xəsarət yetirən şəxs daha sonra özünü bıçaqlayıb.
Muxalifet.az qafqazinfo-ya istinadən xəbərverir ki, rayon Polis Şöbəsinin əməkdaşları 23 yaşlı Toğrul Əsgərov və 29 yaşlı Məmmədəli Əsgərli rayon sakini, narkotik vasitə alüdəçisi 34 yaşlı T. Tağıyevi saxlamaq istəyərkən o, polis əməkdaşlarına bıçaqla xəsararət yetirib. Daha sonra isə T. Tağıyev özünü bıçaqlayıb. Hər üç şəxs xəstəxanaya müraciət edib. Onlara yardım göstərilib. T. Tağıyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet - 10-10-2019
2 dəqiqəyə necə şirin yuxuya getməli? - Hərbi pilotların metodu
Yuxusuzluq və yuxudan doymamaq artıq insanların sağlamlığını təhlükə altında qoyub. Nə qədər edirəm, yuxuya gedə bilmirəm deyənlər üçün amerikalı pilotların xüsusi " sönmə" texnikasını təklif edirik. Muxalifet.az medicina.az-a istinadən cəmi 2 dəqiqəyə yuxu gətirəcək 50 illik metodu araşdırıb. Hələ İkinci Dünya Müharibəsində amerikalı pilotlar görürdülər ki, az da olsa mürgüləyib yatmayanda qırıcı pilotlar ciddi səhvlərə yol verir və tapşırıqları yerinə yetirə bilmir.
Muxalifet - 10-10-2019
Mahnısı oğurluq çıxdı: “Telefonlarına zəng çatmır” - Video
ARB TV-nin "Elgizlə İzlə" verilişinə müraciət edən Şahin Alamirzəyev, ifaçı Vəfa Şərifovanın "Anam olsaydı" manhısının sözlərinin ona məxsus olduğunu bildirib: "Mənə anamın öldüyünü demişdilər.Uşaq vaxtı həbsxanaya düşdüm. Orada olanda anama bir şeiri həsr etdim. 27 ildən sonra anam həmin şeiri özü oxudu. Ona dedim ki, bu şeiri sənə həsr etmişdim, o zaman elə bilirdim sən yoxsan. Şeirin adı "Ürək yarası"dır. 8 ildir ki anamı tapmışam. Sözlərin müəllifi olduğunu iddia edən Mehman Dərviş adlı şəxslə əlaqə saxladım. Görüşəcəkdik, yoxa çıxdı. Telefonlarına zəng çatmır.
Muxalifet - 10-10-2019
Türkiyəli aktyorların faciəvi ölümü - Fotolar
Nə pul, nə də şöhrət onları bu həyatda saxlaya bilmədi...
“Qafqazinfo” sizə Türkiyənin tanınmış aktyor və aktrisalarının həyatlarına son qoyan səbəbləri təqdim edir:
Mehmet Uslu
Muxalifet - 11-10-2019
Boks üzrə dünya çempionu ağır qəzaya düşdü - VİDEO
IBF və WBC versiyaları üzrə yarım-orta çəki dərəcəsində dünya çempionu Errol Spens ağır avtomobil qəzası keçirib.
“Qafqazinfo”nun “The Mirror”a istinadən məlumatına görə, amerikalı boksçu ciddi xəsarət alıb. Hadisə yerinə yetişən polislər bildirib ki, Spens ağır vəziyyətdə hospitala çatdırılıb.
“The Sun” yazır ki, qəzaya səbəb Spensin idarəetməni itirməsi olub. Yüksək sürətlə hərəkət edən avtomobil bir neçə dəfə çevrilib. İdmançının təhlükəsizlik kəməri bağlı olmayıb.Muxalifet - 11-10-2019
Türkiyə Suriyaya girdi, dünya üzərinə gəldi
Qərb ölkələri Türkiyəni sanksiyalarla təhdid etdi, Ərdoğanın cavabı isə sərt oldu... Türkiyənin dəstəklədiyi suriyalı müxaliflərdən təşkil olunmuş “Suriya Milli Ordusu” (SMO) qüvvələri Fərat çayının şərq sahilində YPG-nin nəzarətində olan bölgələrə daxil olub. Türkiyənin Anadolu Agentliyinin məlumatına görə, “Barış Pınarı” (“Sülh çeşməsi”) adlı əməliyyat çərçivəsində SMO qüvvələri Tel Abyad rayonunun qərbində yerləşən əl-Yabsə və Tel Fander kəndlərini nəzarətə götürüb. Türkiyə ordusu isə oktyabrın 10-da səhər saatlarından etibarən Tel Abyad mərkəzini bombalamağa başlayıb.
Muxalifet - 11-10-2019
Əsl planlarını ETİRAF ETDİLƏR: Türkiyə parçalanacaq, ölkə başdan-başa... - ŞOK TƏHDİD
Suriyanın şimalında “Sülh Çeşməsi” hərəkatına başlayan Türkiyəyə növbəti təhdid HDP-nin həbsdə olan keçmiş həmsədri Səlahəddin Demirtaşın terrorçu qardaşı Nurəddin Demirtaşdan gəlib. Muxalifet.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, PKK terror təşkilatının nəşr orqanı üçün qələmə aldığı məqaləsində təhdid dolu fikirlər səsləndirən Demirtaş savaşın Rojava (PKK və YPG strateqlərinin leksikonunda “Rojava” “Qərbi Kürdüstan” anlamına gəlir –red.) topraqları ilə məhdud qalmayacağını, Türkiyənin bütün şəhərlərinin bu savaşdan nəsibini alacağını deyib.
Muxalifet - 11-10-2019
"Yəhudi dövləti “cəsur kürd xalqı”na kömək etməyə hazırdır..."
Oktyabrın 10-da İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyənin Suriyanın şimalında başlatdığı hərbi əməliyyatı şərh edib.
Muxalifet - 11-10-2019
Novruz Məmmədovla bağlı SENSASİON İDDİA YAYILDI – Prezidentə məruzə
Azərbaycanın Baş naziri Novruz Məmmədovun vəzifədən kənarlaşdırılmasının sirri açılır.
Bu haqda hərbi ekspert Üzeyir Cəfərov sensasion iddia ilə çıxış edib.
O, sosial şəbəkədə yazıb ki, N. Məmmədov ölkənin Silahlı Qüvvələrinə qarşı imza atdığı bir sənədə görə vəzifəsindən kənarlaşdırılıb.
Ü. Cəfərov iddia edir ki, N. Məmmədov bir neçə nazir və güc strukturlarının rəhbərləri ilə (digərlərinin adı açıqlanmasa da, onların da vəzifədən kənarlaşdırılacağını yazır – red.) Prezidentin imzaladığı maaş artımı ilə bağlı sənədə qanunsuz müdaxilə ediblər.Muxalifet - 11-10-2019
Bakıdakı qəzada ər və arvadı yaralandı
Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Muxalifet.az “Report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda yerləşən Ruslan marketin yaxınlığında qeydə alınıb. Belə ki, qəza zamanı 1952-ci il təvəllüdlü Yolçuyev Nizami Nüsrət oğlu və onun həyat yoldaşı 1953-cü il təvəllüdlü Yolçuyeva Nüşabə Qafar qızı xəsarət alıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Yolçuyev Nizamiyə döş qəfəsinin əzilməsi, Yolçuyeva Nüşabəyə isə hər iki biləyin sınığı diaqnozu qoyulub.
Muxalifet - 11-10-2019
Ermənistanın Türkiyə xofu: Bakının Qarabağda “Cıdır düzü” əməliyyatı
Türk ordusunun Suriyada başladığı yeni antiterror əməliyyatı İrəvanın da “yuxusunu” qaçırıb - iki səbəb; PKK/PYD/YPG/-nin erməni dostları Qarabağa “sıza” bilərmi?.. Türkiyə ordusu “Firat qalxanı” və “Zeytun budağı” kod adlı uğurlu antiterror əməliyyatlarının ardınca oktyabrın 9-da Suriyada daha bir analoji əməliyyata başlayıb. Xəbər verdiyimiz kimi, “Sülh çeşməsi” adlanan əməliyyatda hədəf sərhəd boyu 30 km enində təhlükəsizlik zolağı yaradıb ərazini PKK/PYD/YPG/ terror tör-töküntülərindən təmizləmək və qardaş ölkəyə terror təhlükəsini və qaçqın axınını minimuma endirməkdir.
Muxalifet - 11-10-2019
Metroda karta pul yükləməyə ehtiyac olmayacaq - "Bakı Kart" işlədənlərə ŞAD XƏBƏR
Gələn ilin ilk yarısında Bakı şəhərinin sakinləri və qonaqları paytaxtın ictimai nəqliyyatında istifadə olunan "Bakı Kart" təmassız ödəniş kartlarının balansını onlayn qaydada artıra biləcəklər.
Muxalifet.az apa-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. Onun özlərinə görə, hazırda bununla bağlı texniki işlər aparılır. Kartın balansını ya mobil telefon, ya da fərdi kompüter vasitəsilə artırmaq mümkün olacağı da istisna deyil.Muxalifet - 11-10-2019
Fuad Qəhrəmanlı qızlarından İMTİNA ETDİ
Abşeron Rayon Məhkəməsində hakim Elman Məmmədovun sədrliyi ilə Zümrüd Yağmurun boşanma ərizəsi əsasında həyat yoldaşı, AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlıya qarşı növbəti məhkəmə prosesi keçirilib.
Muxalifet.az yenicag.az-a istinadən xəbər verir ki, Zümrüd Yağmuru məhkəmədə vəkili təmsil etsə də, Fuad Qəhrəmanlı və vəkili, ümumiyyətlə, prosesə qatılmayıb. Oktyabrın 17-si, saat 15:00-a təxirə salınan növbəti məhkəmədə F.Qəhrəmanlının qızı Sənay Yağmurun ifadə verməsi gözlənilir.Muxalifet - 11-10-2019
“Barış pınar”ı antiterror əməliyyatında 1 hərbçi şəhid oldu – 3-ü yaralanıb
Türkiyə Silahlı Qüvvələrinin Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında keçirdiyi “Barış pınar”ı antiterror əməiyyatının 3-cü günü terrorçu PKK/YPG-PYD qruplaşması silahlıları ilə atışma nəticəsində 1 hərbçi şəhid olub, 3-ü yaralanıb.
Muxalifet.az “Haber7”yə istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələri yayıb.
Hadisə oktyabrın 11-də səhər saatlarında baş verib.Muxalifet - 11-10-2019
“Leş Tofiq”in “xələf”i də ələ keçdi - “Leş Elgün” - VİDEO
Balakəndə qanunsuz ət kəsimi ilə məşğul olan “Leş Elgün” ləqəbli qəssab saxlanılıb. Muxalifet.az APA-ya istinadla verir ki, Balakən rayon Polis Şöbəsinə Balakən şəhəri, Tofiq Quliyev küçəsində yaşayan və rayonda “Leş Elgün” kimi tanınan 33 yaşlı Çonpuzov Elgün Zeynəddin oğlunun mənşəyi məlum olmayan ət kəsimi ilə məşğul olması barədə məlumat daxil olub. Keçirilmiş tədbir zamanı Elgün Çonpuzovun yaşadığı ünvanda qanunsuz kəsdiyi bir baş at və 64 kq at əti aşkar edilib.
Muxalifet - 11-10-2019
Növbə nazir müavinlərinə çatdı - Talıbov getdi, sırada kimdi...
Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov işdən çıxarıldı, digər nazirliklərdə də kadr dəyişiklikləri gözlənilir; deputat: “Təmiz adamlar vəzifəyə gətirilməlidir”
Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov oktyabrın 10-da vəzifəsindən azad edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Onun yerinə Elçin Zeynalov təyin olunub.
Muxalifet - 11-10-2019
SON DƏQİQƏ: İrana DƏHŞƏTLİ HÜCUM - 2 neft tankeri partladıldı
İranın “Sinopa” adlı neft tankerində partlayış olub. Muxalifet.az “Röyters”ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə limanı yaxınlığında baş verən hadisədən sonra yanğın meydana gəlib. Hadisə ilə bağlı İrandan verilən ilk açıqlamada partlayışın səbəblərinin araşdırıldığı, səbəblərdən birinin hücum ola biləcəyi, tanker heyətinin vəziyyətinin yaxşı olduğu qeyd edilib. Yanğın bir müddət sonra nəzarət altına alınıb. Daha sonra İran bir deyil, iki neft tankerinin partladığını açıqlayıb.
Muxalifet - 11-10-2019
Gecəyarısı bir məhəllədə 2 MÜƏMMALI HADİSƏ: 22 yaşlı gənc özünü binadan atdı, ardınca... - FOTOLAR
Paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon Abay Kunanbayev küçəsində gecəyarısı 2 müəmmalı hadisə baş verib.
Gecə saat 4 radələrində 22 yaşlı Zaur adlı gənc özünü yaşadığı binanın 5-ci mərtəbəsindən yerə atıb. Hadisə 9/25 binasında baş verib.
Qonşuların verdiyi məlumata görə, Zaur təmkinli, sakit təbiətli insan olub. Onun intiharı hər kəsi şoka salıb.
Hadisənin təfərrüatı araşdırılır.
Muxalifet - 11-10-2019
Haluk Leventin çağırışına cavab gəldi - Bakıda onun üçün konsert verəcək
Xəbər verdiyimiz kimi, Türkiyənin tanınmış rok ifaçısı Haluk Levent xərçəng xəstəliyindən əziyyət çəkən azərbaycanlı Sura Nadirova üçün Bakıda konsert verməyə hazır olduğunu deyib.
Muxalifet.az xəbər verir ki, rokçunun çağırışına Azərbaycandan cavab gəlib. H.Levent bu barədə sosial şəbəkədə məlumat verib. Haluk iki gün əvvəl Azərbaycandan təklif gəldiyini, dekabr ayında Bakıya gələcəyini bildirib:
Muxalifet - 11-10-2019