Axtarış
The search found 105712 results in 0.027 seconds.
Search results
BAKIDA DƏHŞƏTLİ QƏTL: Arvadı ilə qaynanasını bıçaqlayıb yandırdı - FOTOLAR
Binəqədi rayonunda dəhşətli qətl hadisəsi baş verib. Muxalifet.az APA-ya istinadən xəbər verir ki, hadisə Alıbəyli küçəsi 22 ünvanında baş verib. Belə ki, 1971-ci il təvəllüdlü Vaqif Hüseynov bibisi qızı olan həyat yoldaşı, 40 yaşlı Təranə İsmayılovanı bıçaqlayıb. Daha sonra V. Hüseynov 85 yaşlı bibisini - qayınanasını bıçaqlayıb. Hər iki şəxs hadisə yerində ölüb. Qətli törədən V. Hüseynov hər iki meyitin üzərinə neft tökərək onları yandırıb. Özü isə hadisə yerindən qaçarkən “Azadlıq” prospektində onu sərnişin avtobusu vurub. V. Hüseynov 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Muxalifet - 16-10-2019
ABŞ-dan Ərdoğan və Türkiyəyə qarşı ŞOK QƏRAR - Konqres qəbul etdi
ABŞ Konqresinin Nümayəndələr Palatası Suriyanın şimalında başladılan "Sülh çeşməsi" (Barış Pınarı) əməliyyatı ilə əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və türk səlahiyyətliləri, həmçinin müdafiə sənayesi ilə bağlı banklara qarşı sanksiyaları nəzərdə tutran qanun layihəsini qəbul edib.
Yenilənəcək...
Muxalifet - 16-10-2019
Azərbaycanlı aktyor xalq artistinin oğlu olduğunu iddia etdi, anası döyüb evdən qovdu - FOTO
Gürcüstanlı balet artisti Nikolay Tsiskaridzenin oğlu olduğunu iddia edən və Rusiyada yaşayan azərbaycanlı Timur Əkbərov küçədə qalıb. “Komsomolskaya pravda” nəşri bildirir ki, etiraflardan sonra anası Timuru döyüb və evdən qovub. Hazırda onun getməyə yeri yoxdur. O işləmir və şənbə günləri pullu teatr kursuna gedir. Onun qalmaq və təhsil xərclərini kimin ödəyəcəyi məlum deyil. Timur bildirib ki, onun anası ilə hazırda Bakıdakı bazar rəhbəri arasında sevgi macəraları yaşanır. “Anamın sevgilisi atamla görüşmək üçün Peterburqa uçub”, - 19 yaşlı Timur bildirib.
Muxalifet4 - 16-10-2019
"Maşın Şou"da final davam edir - Qalib kim olacaq?
“Maşın Şou”nun final mərhələsinin növbəti final gecəsi start götürüb. "Yeni Sabah" xəbər verir ki, üç məşhur - Lalə Mustafayeva, Ramal İsrafilov və Suna Kasımoğlu finalda mübarizə aparırlar. Üç məşhurdan kimin qalib gələcəyi isə yaxın üç gün ərzində müəyyən olacaq. Hazırda finalçıların hər üçü dözümlülük nümayiş etdirərək şouda iştirakını davam etdirirlər. Şounun sonuna yaxınlaşdıqca təbii olaraq şərtlər də çətinləşir. İştirakçılar bu gün ərzində yalnız bir dəfə maşından bəlli zaman çərçivəsində ayrılıb, təbii ehtiyaclarını ödəmək şanslarından istifadə ediblər.
Muxalifet4 - 17-10-2019
Türkiyə millisinin iki üzvü UEFA-nın rəmzi komandasında
UEFA Avro-2020-nin seçmə mərhələsində bu həftənin rəmzi komandasını açıqlayıb.
Muxalifet.az xəbər verir ki, ən yaxşı 11-likdə Türkiyə millisinin 2 futbolçusu yer alıb:
Qapıçı: Mert Günok (Türkiyə)
Müdafiəçilər: Reqvi Baldvinsson (Farer adaları), Merih Demiral (Türkiyə), Andrey Semenov (Rusiya)
Yarımmüdafiəçilər: Eran Zahavi (İsrail), Ruslan Malinovski (Ukrayna), Denis Çerışev (Rusiya), Con Makqinn (Şotlandiya)
Muxalifet4 - 17-10-2019
ABŞ bu il üçün xarici ölkələrə 55 milyard dollarlıq silah satıb
ABŞ Müdafiə Nazirliyinin sentyabrın 30-da başa çatan 2019 maliyyə ilində müttəfiqlərinə və tərəfdaş ölkələrə ümumi dəyəri 55 milyard dollardan çox silah satdığı məlum olub.
Bu barədə ABŞ-dakı Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Təşkilatı məlumat yayıb.
Qeyd olunur ki, bu, ötən illə müqayisədə artıq rəqəmdir. (Ordu.az)
Muxalifet4 - 17-10-2019
TRAMPDAN NÖVBƏTİ ŞOK AÇIQLAMA - “PKK İŞİD-dən daha pisdir...”
ABŞ Prezidenti Donald Tramp Türkiyənin Fəratın şərqindəki “Barış bulağı” hərəkatı ilə bağlı yeni açıqlamalar verib.
Prezident Donald Tramp Ağ Evdə İtaliya Prezidenti Serdjo Matarella ilə görüşündən sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, ABŞ rəsmi Ankaranın Suriyadakı son fəaliyyətləri ilə bağlı Türkiyəyə sanksiyalar tətbiq etməyi, bölgədə savaşmaqdan daha üstün hesab edir.
Muxalifet4 - 17-10-2019
Fuad Qəhrəmanlının xanımından Zakir Qaralova MÜRACİƏT - FOTO
Xəbər verdiyimiz kimi, AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlıya qarşı cinayət işi açılıb. O, yetkinlik yaşına çatmayan qızları Sənay və Selcan Qəhramanlıya, eləcə də həyat yoldaşı Zümrüd Qəhrəmanlıya qarşı zorakılıq etməkdə günahlandırılır.
Muxalifet4 - 16-10-2019
Youtube Azərbaycan müğənnisinin klipinə +18 tətbiq etdi
“Narmeen” səhnə adı altında çıxış edən gənc müğənni Nərmin Behbudovanın yeni klipi qalmaqala səbəb olub.
Muxalifet.az xəbər verir ki, “YouTube” videohostinqi Nərminin açıq-saçıq ekran işinə senzura tətbiq edib. İfaçı Oxu.az-a açıqlamasında məsələyə belə aydınlıq gətirib:
“Sirr” klipimə yaş həddi qoyan “YouTube”un nümayəndələri ilə 10 gün ərzində yazışdım. Klipdə açıq-saçıq səhnələr olduğu üçün ona “18+” senzurası tətbiq edilib.Muxalifet - 17-10-2019
Prezidentliyə namizəd verən porno ulduzdan ŞOK AÇIQLAMALAR
Xorvatiya prezidentliyinə namizədliyini verən playboy jurnalının modeli Ava Karabatik, əgər seçilərsə əxlaqsızlığı rəsmiləşdirəcəyini vəd edib.
Xorvatiyada yaxınlaşan prezident seçkilərinə 31 yaşlı porno ulduzu və şou aparıcısı olan model də namizədliyini irəli sürüb.
Karabatik sosial mediada gündəm olacaq vədlərini bir-bir açıqlayıb.
İqtisadiyyatı yüksəldəcəyi sözünü verən model Xorvatiyanı şengen ölkələri arasına qatacağını da bildirib.
Belə ki, o narkotikdən istifadəni və insan alverini də qanunlaşdıracağını açıqlayıb.Muxalifet - 17-10-2019
Pilot Rəşad Atakişiyevin adı əbədiləşdiriləcək
Qabil Hüseynlidən şəhid pilot və övladları haqda açıqlamalar Azərbaycan Hərbi Hava Qüvvələrinin “MiQ-29" təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin bu il iyulun 24-də təlim-məşq uçuşu zamanı qəzaya uğrayıb şəhid olmasından üç aya yaxın vaxt keçir. Azərbaycanın ən peşəkar, təcrübəli pilotları sırasında olan Rəşad Atakişiyevin vəzifə borcunu yerinə yetirərkən həlak olduğu bəllidir. Onun adının əbədiləşdirilməsi, təltif edilməsi istiqamətində hansısa addımların atılması gözlənilirmi, ailəsi bu istiqamətdə hansısa iş getdiyindən xəbərdardırmı?
Muxalifet - 17-10-2019
Suriya ordusu daha bir şəhərə girdi - İLK GÖRÜNTÜLƏR - FOTO
Suriya ordusu YPG terror təşkilatı ilə razılaşma çərçivəsində ötən gün axşam saatlarında böyük strateji əhəmiyyətə malik Kobani şəhərinə girib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya hərbçilərinin müşayiəti ilə şəhərə girən suriyalı əsgərlər havadan da qorunub.
Türkiyə sərhədində yerləşən və 5 il əvvəl İŞİD-dən alınan Kobani böyük strateji əhəmiyyətə sahibdir.
Qeyd edək ki, daha əvvəl YPG və Amerika hərbçilərinin boşaltdığı Münbiç Bəşər Əsəd güclərinin nəzarətinə keçmişdi.Muxalifet - 17-10-2019
Rusiyanın Xalq artistinin “azərbaycanlı oğlu” anası tərəfindən döyülüb evdən qovuldu - FOTOLAR
“Komsomolskaya pravda” nəşri özünü Rusiyanın Xalq artisti Nikolay Tsiskaridzenin nikahdankənar oğlu adlandıran 19 yaşlı azərbaycanlı Timur Əkbərovun dəhşətli gecə yaşadığı haqda xəbər verib. “Qafqazinfo”nun məlumatına görə, Moskva Humanitar Universitetinin Aktyorluq fakültəsinin tələbəsi olan Timur küçədə qalıb – məlum olub ki, səmimi etirafdan sonra cavan oğlan ona yaxın olan insanlar tərəfindən basqı ilə üzləşib və anası tərəfidən döyülərək evdən qovulub. “Komsomolskaya pravda” qeyd edir ki, T. Əkbərov indi nə edəcəyini, harada və necə yaşayacağını bilmir.
Muxalifet - 17-10-2019
Erməni rejimi Qarabağa yürüş edənləri hədələdi: “Hamısı “sərhəd”ə çatmamış öləcək!..”
Son illərdə Azərbaycan cəmiyyətində erməni işğalı altındakı torpaqlarımıza dinc kütləvi yürüş etmək barədə təşəbbüslər mütəmadi olaraq səslənir. Hətta buna bir neçə dəfə cəhdlər də olub. Xəbər verildiyi kimi, bu günlərdə Tərtər, Ağdam, Kəlbəcər, Laçın, Xocalı və Şuşa rayonlarından olan minlərlə gənc Tərtər şəhərindən işğaldan azad olunmuş Şıxarx qəsəbəsinədək yürüş edib, “Qarabağ bizimdir, bizim olacaq” şüarı səsləndiriblər. Aksiya ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə köçürülməsini sübut edən tarixi mənbələrdən biri olan “Marağa–150” abidəsinin qarşısında başa çatıb.
Muxalifet - 17-10-2019
"Səninlə danışmaq istəmirəm, nə burada, nə də çöldə” - "Maşın Şou"da qalmaqal - Video
“Maşın Şou”da mübarizə davam edir.
Muxalifet.az xəbər verir ki, şounun gedişində Ramal Sunaya səslənərək birlikdə əllərini çəkib oyundan çıxma ideyasını irəli sürüb. “Qoy avtomobil Laləyə qismət olsun”, - deyən İsrafilov Kasımoğlunu özündən çıxarıb.
“Əgər getmək istəyirsənsə, əlini götür, çıx get, mən hansı səbəbə görə əlimi çəkib, Laləyə avtomobili bağışlamalayam?”, - deyən aparıcı əsəbini büruzə verib.
Muxalifet - 17-10-2019
“Görürsüz, Türkiyə Suriyada nələr edir?..” - Xankəndində panika, müharibə xofu
Paşinyan Qarabağdakı kriminal rejimin başçısını təcili İrəvana çağırdı; erməni səhra komandiri: “Gedin baxın, Azərbaycan təmas xəttində hansı mühəndis işlərini görüb...”
Muxalifet - 17-10-2019
SON DƏQİQƏ: ABŞ-dan Türkiyəyə növbəti SANKSİYA TƏHDİDİ - Şərti açıqladılar
Türkiyənin Suriyanın şimal-şərqində həyata keçirdiyi “Sülh çeşməsi” əməliyyatı ilə əlaqədar ABŞ-dan Ankaraya növbəti təhdid gəlib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın maliyyə naziri Stiven Mnuçin atəşkəsin təmin olunmayacağı halda, əlavə sanksiyaların tətbiq olunacağını bildirib.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu oktyabrın 9-dan Suriyanın şimalında PKK/YPG/PYD terror təşkilatına qarşı əməliyyat keçirir. Oktyabrın 15-da Türkiyənin üç nazir və iki nazirliyinə qarşı sanksiyalar tətbiq olunub.Muxalifet - 17-10-2019
“KÜRDLƏRİN TALEYİ NƏ VAXTSA ERMƏNİLƏRİ DƏ GÖZLƏYİR…” – “Region dövlətləri Türkiyə ilə həmrəydilər”
“AzPolitika.info” politoloq Zərdüşt Əlizadə ilə müsahibəni təqdim edir:
- Zərdüşt bəy, Türk ordusunun Suriyaya daxil olmasını necə qiymətləndirirsiniz?
Muxalifet - 17-10-2019
Arvadını və qayınanasını öldürüb, yandırdı, özünü isə... - Bakıda DƏHŞƏTLİ QƏTL
Binəqədi rayonunda dəhşətli qətl hadisəsi baş verib. Hadisə Alıbəyli küçəsi 22 ünvanında baş verib. Belə ki, 1971-ci il təvəllüdlü Vaqif Hüseynov bibisi qızı olan həyat yoldaşı, 40 yaşlı Təranə İsmayılovanı bıçaqlayıb. Daha sonra V.Hüseynov bibisi, 85 yaşlı Luiza İsmayılovanı - qayınanasını bıçaqlayıb. Hər iki şəxs hadisə yerində ölüb. Qətli törədən V.Hüseynov hər iki meyitin üzərinə neft tökərək onları yandırıb. Özü isə hadisə yerindən qaçarkən “Azadlıq” prospektində onu sərnişin avtobusu vurub. V.Hüseynov 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Muxalifet - 17-10-2019
Azərbaycanda bu məhsulların qiyməti qalxdı - SİYAHI
2019-cu ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,4 faiz bahalaşıb.
Muxalifet - 17-10-2019