Axtarış
The search found 105712 results in 0.025 seconds.
Search results
Zərərsizləşdirilən terrorçuların sayı 650-ni keçdi - "Barış Pınarı" hərəkatında
Türkiyə Silahlı Qüvvələri Suriyada həyata keçirdikləri "Barış Pınarı" əməliyyatı başladığı vaxtdan bungünə qədət 653 PKK/PYD-YPG terrorçusunu zərərsizləşdiriblər.
Muxalifet.az-ın xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində deyilir.
Məlumatda deyilir: "Sülh bulağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilmiş PKK / PYD-YPG terrorçularının sayı 653-ə çatıb".
Muxalifet - 17-10-2019
Üzümüzdəki “ÖLÜM ÜÇBUCAĞI” - Nəyə görə bu hissəyə əl vurmaq olmaz?
Yəqin ki, bu məlumat çoxunuz üçün yeni olacaq. Hər bir insanın üzündə "ölüm üçbucağı” yerləşir. Məhz bu üçbucağa daxil olan hissələr infeksiya və virusların orqanizmə daxil olan qapısıdır.
Muxalifet.az xəbər verir ki, bu təhlükəli üçbucağa burun, burunətrafı hissə və dodaqlar daxildir.
Üzün məhz bu hissəsi ən çox damarların yerləşdiyi nahiyədir, hansı ki, bu damarların hər biri xüsusi klapanla təchiz olunub.Muxalifet - 17-10-2019
Nə hərb, nə sülh və... Qarabağ səmasında artan barıt qoxusu
Həmsədrlərin regiona daha bir səfəri nə verəcək, dinc nizamlama prosesini “ölü nöqtə”dən çıxarmaq mümkün olacaqmı? Rusiya parlamentinin komitə sədri: “Qarabağa qanunsuz səfər edən Zatulini özümə müavin mən təyin etməmişəm...”
Muxalifet - 17-10-2019
Pərvin Abıyeva: “Ərə gedəcəm” - FOTO
Aktrisa Pərvin Abıyeva dünən 30 yaşını qeyd edib.
Publika.az xəbər verir ki, instaqramda video paylaşan ulduz doğum günü təəssüratlarını izləyiciləri ilə paylaşıb.
“29 xoş gəldin, söz verirəm ki, 30-da ərə gedəcəm”, - deyə P.Abıyeva qeyd edib.Muxalifet - 17-10-2019
“Sizin verdiyiniz proqnoz özünü doğruldur, yoxsa yox?” – Prezidentdən nazirlərə çətin suallar
“2020-ci il üçün dövlət büdcəsinin layihəsi Azərbaycan Respublikasının “Büdcə sistemi haqqında” Qanununa uyğun olaraq hazırlanıb və büdcə hesablamaları aparılarkən 2019-cu ildə artıq tətbiq olunan büdcə qaydasına istinad olunmuşdur. Büdcə layihəsinin hazırlanması zamanı Maliyyə Sabitliyi Şurasında bir neçə dəfə bu məsələyə baxılmış və Şuranın yekdil fikrinə görə büdcədə bir sıra əsas parametrlər üzrə razılıq əldə edilmişdir”.
Muxalifet - 17-10-2019
ŞAD XƏBƏR: Pensiyalar yenidən ARTIRILACAQ
Gələn ildən etibarən Azərbaycanda əmək pensiyaları bir daha artırılacaq və bu artımın nəticəsi olaraq əlavə 475 mln. manat vəsaitin vətəndaşlara ödənilməsi planlaşdırılır.
Bunu Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirədə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
Onun sözlərinə görə, bununla yanaşı 114 mln. manat məcburi sosial sığorta haqları hesabına verilən müavinətlər qismində vətəndaşlarımıza ödəniləcək.
Muxalifet - 17-10-2019
Bakıda yol polisini maşın vurdu - xəstəxanaya yerləşdirildi
Bakıda yol polisini minik avtomobilinin vurması ilə bağlı araşdırmalara başlanıb.
Bu barədə Muxalifet.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Məlumatda bildirilir ki, hadisə ilə bağlı Xəzər rayon Polis İdarəsində araşdırmalara başlanılıb.
İdarədən bildiriblər ki, hadisə nəticəsində xəsarət alan yol polisinin vəziyyəti qənaətbəxşdir, müalicəsi davam etdirilir.
Xatırladaq ki, hadisə oktyabrın 16-da Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib.
Muxalifet - 17-10-2019
50 minlik maşın, Bakıda villa... - Arzu Rəhimovun kadrının dəbdəbəli həyatı
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis Arzu Rəhimovun təyinat almasından sonra əvvəlcə “köhnə qvardiya”nın təmizlənmə prosesi aparıldı. İnsafən desək çox ciddi irəliləyişlərin şahidi olduq. Daha vətəndaşlar övladlarının həqiqi hərbi xidmətə yararlı olmadığı halda yararlılardan rüşvət almaqla əvəzinə xəstə övladlarının soyuq kazarmalarda hərbi xidmət keçmələrinin şahidi olmadı. Daha əvvəlcədən hansı hərbi hissəyə göndərilməklə bağlı işbazların rüşvət məzənnəsi ilə üzləşmədik.
Muxalifet - 17-10-2019
Azərbaycanda məmur müəmmalı şəkildə vəfat etdi - FOTO
Xocavənd rayon ictimaiyyətinin nümayəndəsi müəmmalı şəkildə vəfat edib.
Muxalifet.az baku.ws-ə istinadən xəbər verir ki, Xocavənd rayon Muğanlı kənd ərazi nümayəndəsinin müavini Rəşad Rüstəmov bir neçə gün əvvəl yaşadığı evdə təmir işlərinə yardım edərkən yıxılıb və bədən xəsarətləri alıb.
Onun ayağı iki yerdən sınıb və xəstəxana şəraitində müalicə olunub.
Rəşad Rüstəmov Ağcabədi rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunub və əməliyyatdan sağ çıxmayıb.
Faktla bağlı araşdırma başladılıb.Muxalifet - 17-10-2019
31 il sonra ŞOK ETİRAF: "Qarabağ savaşını mən başlatdım" - VİDEO
Qondarma "DQR" rejiminin “təhlükəsizlik şurası”nın keçmiş rəhbəri Vitali Balasanyan azərbaycanlılara qarşı milli zəmində cinayət törətməsini etiraf edib.
Balasanyan bu etirafı “News.am”a müsahibəsində deyib. O, 22 fevral 1988-ci ildə iki azərbaycanlı gəncin öldürülməsinin təşkilatçısı olduğunu bildirib:Muxalifet - 17-10-2019
“Maşın şou”nun finalçıları arasında BÖYÜK QALMAQAL: Suna özündən çıxdı və... - VİDEO
“Maşın şou”nun "Maskarad" adlı 18-ci sürətinin finalçıları arasında maşın uğrunda mübarizə davam edib. Final gecəsində Ramal İsrafilovla Lalə Mustafayeva Zeynəb Xanlarovanın "Yaşa Azərbaycan" mahnısını səsləndirərək bir-birinə dəstək olduğunu nümayiş etdirib. Bu zaman Suna Kasımoğlu onlara müraciət edərək "Bir olub əlinizi ikiniz də birdən çəkin" deyib. Ramal İsrafilov bildirib ki, Suna Kasımoğlu əlini çəkərsə, o da əlini çəkəcək. Çünki maşının Lalə Mustafayevaya qalmasını istəyib. Bununla razılaşmayan Suna Kasımoğlu ilə Lalə Mustafayeva arasında qalmaqal yaşanıb.
Muxalifet - 17-10-2019
Minlərlə azərbaycanlı Tərtər istiqamətində təmas xəttinə yürüş etdi - “QARABAĞ AZƏRBAYCANDIR!” - VİDEO
Ötən gün Tərtər rayonunda minlərlə azərbaycanlı dinc sakin “Qarabağ Azərbaycandır” şüarı ilə təmas xəttinə doğru yürüş edib. Virtualaz.org xəbər verir ki, yürüş barədə video sosial şəbəkələrdə yayılıb. Oradan isə kadrlara erməni KİV-ləri yer veriblər. Dağlıq Qarabağdakı separatçı rejimi “kadrların köhnə ola biləcəyini” bildirib.
Muxalifet - 17-10-2019
Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR
Meliorasiya və su təsərrüfatının zəruri inkişafı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Ölkə başçısı məhz bu sahənin qeyri-neft sektorunun və kənd təsərrüfatının inkişafında oynadığı müstəsna roluna xüsusi önəm verir. Və Azərbaycanın ərzaq təhlükəsizliyinin təminatı da su ilə savaba yol açan melioratorların əzminə aludədir.
Muxalifet - 17-10-2019
SON DƏQİQƏ: Dəhşətli döyüşlər gedir, çox sayda kənd azad edildi, F-16-lar havaya qalxdı və...
Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusunun Suriyanın şimalında PKK/YPG/PYD terror təşkilatına qarşı keçirdiyi “Sülh çeşməsi” (Parış pınarı) əməliyyatı 9-cu günündə planlaşdırıldığı kimi davam edir.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, oktyabrın 9-da başlanan əməliyyat çərçivəsində indiyə kimi 673 terrorçu zərərsizləşdirilib.
Bu gün ərzində xeyli sayda kəndin terrordan təmizləndiyi açıqlanıb. F-16-lar Təl Abyad və Rəsulayn şəhərlərində terrorçuların mövqelərini bombalayaraq yox ediblər.Muxalifet - 17-10-2019
Daha bir boksçu rinqdə öldü - VİDEO
Çikaqo şəhərində baş tutan peşəkar boks yarışı ölümlə nəticələnib.
Muxalifet.az xəbər verir ki, USBA versiyası üzrə keçirilən döyüşün 10-cu raundunda ABŞ-lı boksçusu Patrik Deyi həmyerlisi Çarlz Konvey nokauta uğradıb. Deyi rinqdən huşsuz vəziyyətdə xərəklə çıxarıblar. rinnokautdan sonra komaya düşərək ölüb.
27 yaşlı idmançını xəstəxanaya yerləşdirildikdən sonra o, beynindən təcili əməliyyat olunub. Həkimlərin səylərinə baxmayaraq, Deyin həyatını xilas etmək mümkün olmayıb.
Muxalifet - 17-10-2019
Hakimiyyət komandasında nə baş verir? – Şantajçıların fiaskosu
Prezident İlham Əliyevin hakimiyyət komandasında islahatlara maneə yaradanların olması barədə fikirləri geniş ictimai müzakirələrə səbəb olub.
“Yeni Sabah” xəbər verir ki, ölkə başçısı bu fikirləri oktyabrın 16-da keçirilən iqtisadi müşavirədə səsləndirib.
Muxalifet - 17-10-2019
Azərbaycanlı model ABŞ-da yeni serialı üçün rus qızları axtarır - VİDEO
Azərbaycanlı model və blogger “Ruslana Gee” kimi daha yaxşı tanınan Ruslana Cavadova Amerikada yeniyetmə rus qızları arasında yeni serialı üçün müsabiqə elan edib.
Muxalifet4 - 17-10-2019
Bakıda tüklərinizi biz-biz edəcək OLAY: it 4 yaşlı uşağı parçalayıb öldürdü
Bakıda 4 yaşlı uşaq it dişləməsi nəticəsində ölüb.
Hadisə Nizami rayonunda qeydə alınıb.
Məlumata görə, Masallı rayon sakini, 2015-ci il təvəllüdlü Əliheydər Xamıyevi it dişləyib.
Uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır. //report
Muxalifet - 17-10-2019
Ərdoğan ABŞ-ın tələbini yerinə yetirəcək? - ANKARADA KRİTİK GÖRÜŞ…
Kamran Sultanlı: “Ərdoğan birdən-birə bu əməliyyatları bitirə bilməz” Kənan Paşayev: “Ərdoğan ABŞ-ın tələblərinə əhəmiyyət verməyəcək” ABŞ-ın vitse-prezidenti Mayk Pens və dövlət katibi Mayk Pompeo Türkiyəyə səfər edəcəklər. Bu haqda dünən ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib. “Türkiyəyə və başqalarına qarşı sərt davranacağıq. Sülh və təhlükəsizliyi davam etdirmək məcburiyyətindədirlər. Pens və Pompeonun yer aldığı nümayəndə heyəti Türkiyədən atəşkəs tələb edəcək”, - deyə ABŞ prezidenti vurğulayıb.
Muxalifet - 17-10-2019
“Erməni familiyalı hansısa Rusiya vətəndaşı Azərbaycana gəlmək istəyir? Allah xatirinə, qoy gəlsin!” - ELMAR MƏMMƏDYAROV
Azərbaycan erməni familiyalı Rusiya vətəndaşlarının ölkəyə gəlişinə qarşı deyil, amma onlar Azərbaycana gəlməzdən əvvəl öz planları barədə səfirliyi məlumatlandırmalıdır.
Bu barədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Rusiyanın "İzvestiya" qəzetinə müsahibəsində erməni əsilli Rusiya vətəndaşlarının ölkəyə girişinə icazə verilməməsi barədə guya mövcud olan təcrübə məsələsini şərh edərkən bildirib.
Muxalifet - 17-10-2019