Axtarış
The search found 105712 results in 0.041 seconds.
Search results
Çavuşoğlu detalları açıqladı: bombardman... - Türkiyədən TARİXİ QƏLƏBƏ
Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu “Sülh çeşməsi” əməliyyatı ilə bağlı Ankarada keçirilən yüksək səviyyəli Türkiyə-ABŞ danışıqları ilə bağlı açıqlama verib. Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, nazir atəşkəs olmadığımnı, əməliyyata fasilə veriləcəyini və müəyyən olunan müddətdən sonra davam etdiriləcəyini bildirib. "Sülh çeşməsi" əməliyyatını 120 saat müddətində dayandıracağıq. Bu, atəşkəs deyil. Atəşkəs yalnız iki legitim tərəf arasında ola bilər. Terrorçular bölgəni tamamilə tərk etdikdən sonra əməliyyatı dayandıra bilərik", - o qeyd edib.
Muxalifet - 17-10-2019
Rusiya yeni nüvə silahı ilə dünyaya meydan oxuyur - NATO VƏ ABŞ ETİRAZ ETDİ, AMMA... / FOTOLAR
Rusiya Müdafiə Nazirliyi "Göy gurultusu - 2019" təlimləri çərçivəsində strateji nüvə silahının sınağı üçün 16 ballistik raket atışını həyata keçirib.
Muxalifet4 - 17-10-2019
Gürcüstanda DƏHŞƏTLİ QƏTL: üç uşaq anası olan azərbaycanlını əri kəmərlə boğdu - ŞOK TƏFƏRRÜAT
Gürcüstanın Bolnisi rayonunun Talaveri (Faxralı) kəndində törədilən qətlin bəzi detalları məlum olub.
“Report” xəbər verir ki, əri tərəfindən ötən gecə qətlə yetirilən azərbaycanlı qadının 25 yaşı olub.
O, Bakıdan ötən gün qayıdıb.
Qonşular bildiriblər ki, cütlük son üç ayı Bakıda yaşayıb və aralarında tez-tez mübahisələr olub.
Qətli törədəndən sonra kişi polis bölməsinə gedərək cinayət əməli barədə məlumat verib.
Onun həyat yoldaşını kəmərlə boğduğu bildirilir.
Kişi psixi pozğunluqdan əziyyət çəkib.Muxalifet - 17-10-2019
Atatürkün evinə hücum olub – Ankaradan Yunanıstana etiraz
Yunanıstanın Selanik şəhərində Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün evinə hücum olub.
Strateq.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy məlumat verib.
O bildirib ki, hadisə bu gün baş verib.
Belə ki, bir qrup anarxist Atatürkün evinin yaxınlığında aksiya keçirməyə cəhd edib: “Türk milləti üçün son dərəcə yüksək mənəvi dəyər olan “Atatürk Evi”nə zərər vura bilməyiblər. Yunanıstan polisi bunun qarşısını alıb. Yunanıstan rəsmilərindən tələbimiz dəyərlərimizi təhqir edənlərin cəzalandırılmasıdır”.
Muxalifet - 17-10-2019
"Ermənistan rəhbərliyinə 1999-cu ildəki “parlamentdəki güllələnmə” ilə təzyiq göstərilir" - Metyu Brayzadan ŞOK AÇIQLAMA
ATƏT-in Minsk qrupunun sabiq həmsədri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın "Oxu.az"a müsahibəsini təqdim edir:
- Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün danışıqlar prosesindəki vəziyyəti necə qiymətləndirirsiniz? Baş nazir Nikol Paşinyanın “Qarabağ Ermənistandır” ifadəsinin təsiri barədə nə deyə bilərsiniz?
- Dəfələrlə demişəm, cənab Paşinyanın bu sözləri həm Ermənistan, həm Azərbaycan liderlərinin və həm də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin son 20 ildə verdiyi bəyanatlara ziddir.
Muxalifet - 17-10-2019
“Şou əhlinin kişilikdən dərs keçməyə ixtiyarı yoxdur” – Sərxan Kərəmoğlu - VİDEO
ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi aktyor və tele-aparıcı Sərxan Kərəmoğlu olub.
"Ölkə.Az" xəbər verir ki, aparıcı həmkarlarının kişilikdən danışmağa ixtiyarlarının olmadığını deyib:
“Hara gedirlər başlayırlar xalqa kişilikdən danışmağa. Biz kimik ki?! Ən imanasız işi biz görürük. Belə adamın kişilik dərsi keçməyi ayıbdır.
Qeyrətsiz qeyrətdən, imansız imandan, kişiyi olmayan da kişilikdən danışır. Bizə pul verib, məni əyləndir deyən, insanlara şou əhlinin kişilikdən dərs keçməyə ixtiyarı yoxdur”.
Muxalifet - 17-10-2019
DƏHŞƏTLİ GÖRÜNTÜ: Arvadını iki kişi ilə evdə tutdu,olanlar hər kəsi şoka saldı- 18+VİDEO
Arvadını iki kişi ilə xəyanət zamanı tutan kişi əvvəl arvadını,daha sonra kişini güllələyib.
Oxu24.com xəbər verir ki, 27 yaşlı 3 uşaq anası evdə başqa kişi ilə yaxalanıb. Arvadını yataqda çılpaq tutan ər onlardan birini gülləlyib. Qadın çılpaq vəziyyətdə evdən qaçaraq yaxınlıqdakı yarımtikilidə gizlənib. Əraziyə gələn polis əməkdaşları qadının sevgilisini yaralı halda evdən çıxarıb. Qadın daha sonra gizləndiyi yarımtikilidən çıxarılıb. Türkiyədə baş vermiş dəhşətli hadisənin videosunu təqdim edirik:Muxalifet - 17-10-2019
Lukaşenko: "Rusiya dövlət deyil..."
"Minsk üçün Rusiya ölkədən daha böyükdür. Bu, çıxılması mümkün olmayan ideologiyadır". Virtualaz.org bildirir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. “Mən tez-tez deyirəm: əgər kimsə Rusiyada düşünürsə ki, Rusiya onlarındır, yanılır, bu, həm də bizim Rusiyadır. Buna vərdiş etmək lazımdır. Rusiya Belarus üçün ölkədən daha böyükdür. Bu, ideologiyadır və onu məndən çıxarmaq mümkün deyil”, – deyə o bildirib.
Muxalifet - 17-10-2019
Keçmiş prezidentdən DƏHŞƏTLİ XƏBƏRDARLIQ - Böyük müharibə olacaq, əgər Putinin...
Müasir dünyada beynəlxalq hüquqa məhəl qoyulmaması və dünya siyasətinin hərbiləşdirməsi müşahidə olunur.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu sözləri “İzvestiya” nəşrinə müsahibəsində SSRİ-in keçmiş prezidenti Mixail Qorbaçov bildirib.Muxalifet - 18-10-2019
“BUNLARIN MƏQSƏDİ ATAMI ÖLDÜRMƏKDİR…” – Ölüm ayağında olan 70 yaşlı elmlər doktorunu azadlığa buraxmırlar
Bu ilin iyun ayında redaksiyamıza müraciət edən Bakı şəhəri, Xətai prospekti ev 38, mənzil 8-də yaşayan Aqil Səfərov 70 yaşlı atası, iqtisad elmləri doktoru və 2-ci qrup əlil Müstəcəb Mustafa oğlu Səfərovun ahıl yaşında şərlənərək həbs olunduğunu iddia etmişdi. A.Səfərov bildirirdi ki, atası 8 il bundan əvvəl – 2011-ci ildə guya Əliyeva Zərifə Əli qızı adlı xanımın etibarından sui-istifadə etməklə, onun 250 min ABŞ dolları pulunu alaraq, bu günə qədər geri qaytarmamaqda günahlandırılır.
Muxalifet - 18-10-2019
“Ərdoğan böyük liderdir” – Trampdan gözlənilməz açıqlamalar
“Türkiyəyə qarşı sanksiyalar lazım olmayacaq, çünki anlaşma əldə edə bildik. Dostum Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür etmək istəyirəm”.
Muxalifet - 18-10-2019
Paşinyanın arvadının geyimi ölkədə gündəm oldu – FOTO
Cenevredəki İsveçrə Qırmızı Xaç Cəmiyyətinin Ermənistana həsr olunmuş xeyriyyə gecəsində Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın geyimi sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib. Sosial şəbəkə istifadəçiləri Akopyanın din xadimləri, xüsusilə də katolikoslarla birlikdə oturduğu vəziyyətdə çəkilmiş fotosunu kəskin tənqid ediblər. Hətta Ermənistanın bir sıra mətbuat orqanı Annanı erməni pornoulduz Kim Kardaşyanla müqayisə edərək, Kardaşyanın belə rəsmi görüşlərdə daha qapalı paltarlar geyindiyini, açıq-saçıq geyimlərdən uzaq durduğunu yazıb.//axar
Muxalifet - 18-10-2019
Suriyada Türkiyəyə qarşı neçə azərbaycanlı döyüşür - ŞOK DETALLAR
PKK və YPG-nin həbsxanalarında saxlanılan İŞİD-çilər arasında azərbaycanlılar da var; “Barış Pınarı” əməliyyatı uğurla bitsə, onlar ölkəmizə göndərilə bilər - ekspertlərdən açıqlamalar...
Muxalifet - 18-10-2019
Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Bu gün Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür.
Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.
Muxalifet - 18-10-2019
Bakıda çay evində QƏTL - Başına çaydanla vurub öldürdü
Bakıda çay evində qətl hadisəsi baş verib.
Hadisə ötən gün saat 20 radələrində paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.
Belə ki, rayonun Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsində yerləşən "Vimay" klinikasının qarşısındakı ikimərtəbəli çay evinin ikinci mərtəbəsində 1997-ci təvəllüdlü Cövdət Abbasovla 1958-ci il təvəllüdlü Sabir Ələkbərov arasında mübahisə yaranıb. Mübahisə zəminində C.Abbasov S.Ələkbərovun baş nahiyəsinə çaydanla bir neçə zərbə endirib.
S.Ələkbərov aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.Muxalifet - 18-10-2019
Ermənilər Bakı və Moskva arasında “qaratikan” rolunda
Rusiya Azərbaycanın notasına cavab verdi, amma necə...; Məmmədyarov "İzvestiya" vasitəsilə Rusiya ermənilərinə səsləndi...
Muxalifet - 18-10-2019
Azərbaycanın Zəngilan şəhərində erməni bayrağı altında müşavirə keçirildi - FOTOLAR
Müstəqil(!) Azərbaycan Respublikasının 26-cı ildir ki, işğal altında qalan Zəngilan rayon mərkəzində qondarma separatçı-terrorçu rejimin “dövlət naziri” sayılan Qriqori Martirosyan ad-soyadlı məxluqun rəhbərliyi ilə geniş müşavirə keçirilib. Moderator.az xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumata görə, müşavirədə “Kovsakan” adlandırılmış Zəngilan şəhəri və ətraf kəndlərin, eləcə də bütövlükdə həmin məntəqələrin də daxil olduğu “Kaşataq rayonu”nun(Laçın, Qubadlı və Zəngilan rayonları) iqtisadi-sosial problemləri müzakirə olunub.
Muxalifet - 18-10-2019
"Arsenal" uduzanda günahkar mən oluram" - Türkiyəli ulduz futbolçu Məsut Özil
“Əgər yaxşı oyun sərgiləmiriksə, uduzuruqsa, günahkar mən oluram. Belədirsə, oynamadığım matçlardakı uğursuz nəticələrimizi necə izah etmək olar?” Muxalifet.az xəbər verir ki, bu sözləri “Arsenal”ın futbolçusu Məsut Özil Britaniya mətbuatına açıqlamasında deyib. Son günlər zəif oyunu ilə tənqidlərə məruz qalan almaniyalı yarımmüdafiəçi “Arsenal”ın uğursuzluğunda təkcə o yox, bütün komanda günahkar olduğunu bildirib: “Bunlar mənasız sözlərdir. Bilirəm ki, insanlar oyunun nəticəsini dəyişməyi məndən daha çox gözləyirlər. Mən də bunu istəyirəm. Ancaq bu, elə də asan deyil.
Muxalifet - 18-10-2019
Zaur efirdə sinəsi açıq geyinən müğənniyə: "Mən hara baxım, ay..."
Xəzər TV-də yayımlanan 5/5 verilişində maraqlı anlar yaşanıb.
Muxalifet.az baku.ws-ə istinadən bildirir ki, verilişə qonaq olan müğənni Mina geyimi ilə diqqət çəkib.
Aparcı Zaur Kamal müğənniyə atmaca atıb və geyiminin efirə uyğun olmadığını bildirib:
"Paltarını ayağımla tapdalasam, bomba partlayacaq. Burdan geyinirsən deyirəm belə geyinmə. Uşaq var, xanım var, ağsaqqal, ağbirçək var. İndi də nə etmisən. Ay Allah! Mən hara baxım, ay Elnarə? Divara baxım, yerə baxım, tamaşaçıya baxım yoxsa kameraya baxım?"
Muxalifet - 18-10-2019
“Kuruluş Osman” serialı REKORD QIRDI – VİDEO
“Kuruluş Osman”un ilk fraqmanı yayımlandıqdan sonra serial satış rekorduna imza atıb.
Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş rolda Burak Özçivitin rol aldığı layihə ekranlara daxil olmasa da, artıq müxtəlif dillərə tərcümə olunaraq bir çox ölkələrə satılıb.
5 gün ərzində serialın fraqmanı sosial şəbəkələrdə 20 milyondan çox izlənib. Tizer başda ingilis, ispan, ərəb, rus və urdu dili olmaq üzrə bir çox dilə çevrilərək virtual aləmdə paylaşılıb.Muxalifet - 18-10-2019