Axtarış
The search found 105712 results in 0.027 seconds.
Search results
Vilayət Eyvazovdan mühüm kadr dəyişikliyi - Məşhur polis zabiti işdən çıxarıldı
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində önəmli kadr dəyişikliyi edib. Polkovnik Rəşadət Babayev rəis müavini vəzifəsindən çıxarılıb. Onun yerinə polkovnik-leytenant Rəşid Piriyev gətirilib. Yeni rəis müavini bundan əvvəl Beyləqan Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb. Rəşadət Babayev rəis müavini olmaqla yanaşı həm də alayın komandiri vəzifəsini daşıyırdı. İndi o yalnız alaya rəhbərlik edəcək.
Muxalifet - 18-10-2019
Namiq Qaraçuxurlunun qardaşı aktyorluq edir - FOTO
Dünən premyerası keçirilən "Sonuncu Pərdə" filmində məşhur meyxanaçı Namiq Qaraçuxurlunun qardaşı da rol alıb. Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, Anar Şükürov ekran işində molla obrazını canlandırıb. O, bundan əvvəl də bir neçə layihədə epizodik rollarda yer alıb. Qeyd edək ki, film bu gündən etibarən kinoteatrlarda yayımlanır.
Muxalifet - 18-10-2019
Prezident SƏRƏNCAM İMZALADI - 20 milyon 335 min manat ayrıldı
Prezident İlham Əliyev Şamaxı rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Muxalifet - 18-10-2019
“Millətin qanına kimi...” - Xoşqədəm Hadı Rəcəblinin müdafiəsinə qalxdı
Tanınmış teleaparıcı Xoşqədəm Baxşəliyeva millət vəkili Hadı Rəcəblini müdafiə edib.
“Yeni Sabah” xəbər verir ki, millət vəkili ilə fotosunu sosial şəbəkədə paylaşan aparıcı izləyicisi tərəfindən tənqid edilib.
“Ona tərif etdiniz, amma bunu bilin. Bu millətin qanına kimi içib... Nəinki nəvəsinə, nəticəsinə belə xalqın pulundan miras qoyan Hadı müəllim başda olmaqla bütün məmurların boynunun borcudur ki, insanlara köməklik etsin” – deyə izləyicilərdən biri deputatın xalqın pulunu mənimsədiyini və kömək etməyə məcbur olduğunu bildirib.Muxalifet - 18-10-2019
Ukrayna Rusiyanın hücumuna hazırlaşır - RƏSMİ AÇIQLAMA
Müxalifet.az xəbər verir ki, Ukrayna Baş ştabının başçısının müavini Aleksey Taran "Tijden" nəşrində dərc olunan müsahibədə - " Ukrayna Silahlı Qüvvələri Rusiyanın edə biləcəyi genişmiqyaslı hərbi təcavüzün qarşısını almaq üçün plan hazırlayır", -deyə bildirib.
"Bu planlar tamamilə aydın görünür", - o, qeyd edib.
Taranın sözlərinə görə, Rusiya Ukraynanın sərhədlərinə, o cümlədən Belorusiya və Krıma yaxın ərazilərdən hücum hazırlığındadır, amma indi münaqişə Donbasda təmas xəttində alovlanır.
Muxalifet.az
Muxalifet4 - 18-10-2019
3 ölkə başçısından ƏRDOĞAN QƏRARI
Fransa prezidenti Emmanuel Makron, İngiltərənin Baş naziri Boris Conson və Almaniya kansleri Angela Merkel Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Publika.az xəbər verir ki, bu barədə Emmanuel Makron danışıb.
President bildirib ki, görüş növbəti həftələrdən birində baş tutacaq.
Qeyd edək ki, Ərdoğan gələn həftə Vladimir Putinlə görüşəcək.Muxalifet - 18-10-2019
Rusiya və İran güclənəcək, Türkiyə isə... - Merkeldən ŞOK PROQNOZ
“ABŞ-ın qüvvələrini geri çəkməsi bölgədə balansı dəyişdirəcək və Rusiya və İranın mövqeyini gücləndirəcək”. Muxalifet.az xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel deyib. Federal Parlamentdə Türkiyənin “Sülh çeşməsi” hərəkatına son vermək çağırışını yeniləyən kansler 3,6 milyon qaçqına ev sahibliyi edən Türkiyəni faydalı ölkə adlandırıb. Merkel Avropa İttifaqı zirvəsində Türkiyənin Şərqi Aralıq dənizində təbii qaz axtarışlarının gündəmə gələcəyini də deyib.
Muxalifet - 18-10-2019
Bakı polisindən mitinq iştirakçılarına son XƏBƏRDARLIQ
"Polis şəhərdə qanunsuz aksiyanın keçirilməsinə imkan verməyəcək"
Bunu Bakı Şəhər BPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi Nurullah Məmmədxanlı deyib.
Muxalifet - 18-10-2019
Rayon başçısı Kamilov pambıqçını döyür və iyrənc söyüşlər yağdırır... - “PREZİDENT PLANA GÖRƏ MƏNİM ANAMI AĞLADACAQ...”
Özbəkistanın Qaşqadərya vilayətinin Mirişkor rayonunun başçısı Ravşan Kamilov pambığı yaxşı becərmədiklərinə görə yerli fermerləri döyüb, onları ağır söyüşlərlə təhqir edib.
Virtualaz.org xəbər verir ki, daha bir söyüşcül icra başçısının səs yazısını “Azadlıq” radiosunun özbək xidmətinin redaksiyası əldə edib.
Muxalifet - 18-10-2019
Əhaliyə şad xəbər: Maaş artımı üçün dörd milyard manat ayrılacaq
Maliyyə Nazirliyi Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrini təqdim edib.
2020-ci il və ortamüddətli dövrdə respublikanın milli iqtisadiyyat və iqtisadiyyatın başlıca sektorları üzrə Strateji Yol Xəritələrindən irəli gələn vəzifələrin icrası prioritet olacaq.
Eyni zamanda, dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuş dövlət proqramlarının və tədbirlərinin maliyyələşdirilməsi üzrə tədbirlər büdcə xərclərinin əsas prioritetlərini təşkil edəcək.Muxalifet - 18-10-2019
Murad Dadaşov da "Maşın"ın qalibinin müəyyənləşdiyini təsdiqlədi - FOTO
Xəbər verdiyimiz kimi, bu gün "Maşın" şounun "Maskarad" adlanan 18-ci sürətinin qalibi bəlli olub. "Yeni Sabah" xəbər verir ki, bunu layihənin rəhbəri və aparıcısı olan Xalq artisti Murad Dadaşov da təsdiqləyib. O, sosial şəbəkədə üzərində "Maskarad"ın qalibi var!" yazılı foto paylaşıb. Xatırladaq ki, "Maşın" şounun qalibi aparıcı Lalə Mustafayeva olub. Müğənni Kərim Abbasov da açıqlama yayaraq onu təbrik edib. Sizə M. Dadaşovun paylaşımı təqdim edirik:
Muxalifet - 18-10-2019
Paşinyanın saytı dağıdıldı, “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı - FOTOLAR
18 oktyabr 2019-cu il tarixində azərbaycanlı hakerlərdən ibarət "Anti-armenia Team" qrupu tərəfindən Ermənistan baş nazirinin rəsmi veb-saytına kiber-hücum əməliyyatı həyata keçirilib.
Muxalifet - 18-10-2019
Siqaretlə bağlı daha bir qadağa gəlir - Kimlər cərimələnəcək?
Rusiya Daxili İşlər Nazirliyi azyaşlıların tütün məmulatlarından istifadəsinin qarşısını almaq məqsədilə maraqlı təklif irəli sürüb. Belə ki, siqaret çəkməyə başlayan uşaqların valideynlərinin 2 min rubla qədər cərimələnmələri təklif olunur. Hazırda ökəmizdə də yeniyetmələr arasında siqaret çəkmə halları geniş yayılıb.
Bəs Azərbaycanda da oxşar təkliflər gündəmə gələ bilərmi?
Mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən sosioloq Əhməd Mansurov qeyd edib ki, təkcə cərimə ilə bu məsələnin həllinə çatmaq olmaz:Muxalifet - 18-10-2019
Ermənistan AYAĞA QALXDI: Stalin repressiyası dövründə...
Ermənistanda hakimiyyətin törətdiyi qanunsuzluqlarla etiraz edən Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanın və ailə üzvlərinin təqib olunmasına son qoyulması tələbi ilə etiraz aksiyası keçirilib.
Azərtac erməni KİV-nə istinadla xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti binasının qarşısında toplaşan etirazçılar Tovmasyan və onun jurnalist bacısına qarşı təqiblərin siyasi xarakter daşıdığını bəyan ediblər. Onları bildiriblər ki, indi ölkədəki təqiblər 1937-ci ilin repressiyalarını xatırladır.Muxalifet - 18-10-2019
SON DƏQİQƏ: Bakı-Sabunçu qatarında yanğın - VİDEO
Bakı-Sabunçu elektrik qatarında yanğın hadisəsi baş verib.
Muxalifet.az Sonxeber.az-a istinadən xəbər verir ki, yanğın maşinist otağında
başlayıb. Hadisə baş verərkən sərnişinlər qatarda olmayıb.
Yanğının qarşısı alınıb. Qatar yola düşüb.Muxalifet - 18-10-2019
Elmar Məmmədyarov Qətərin yeni səfirini qəbul etdi
Xarici işlər naziri Elmar Məmmədyarov Qətər Dövlətinin Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Feysal bin Abdullah Həməd Abdullah Əl Hənzabı qəbul edib. Xarici İşlər Nazirliyindən "Yeni Sabah"a daxil olan məlumata görə, görüşdə Azərbaycan və Qətər arasında ikitərəfli siyasi münasibətlərin inkişafından məmnunluq ifadə olunub və iqtisadi-ticarət, mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu vurğulanıb. Səfir etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.
Muxalifet - 18-10-2019
“Bacardığı işlə məşğul olsa yaxşıdır” - Əməkdar artist Damlanı tənqid etdi – VİDEO
ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi əməkdar artist Kəmalə Müzəffər olub.
Əməkdar artist müğənni Damlanı qeyri-peşəkar adlandırıb:
“Son zamanlar müğənnilərin çəkildiyi filmlər uğurlu alınmayıb. Damlanın çəkildiyi filmə baxdım, amma peşəkar ifa yox idi. Filmin bütün yükünü orada peşəkar aktyor və aktrisalar çəkirdi. Və filmi uçuruma yuvarlanmaqdan xilas edirdi. Hər kəs bacardığı işlə məşğul olsa yaxşıdır. İnsanların zövqünü korlamağa, mənəviyyatlarını xəstələndirməyə haqqımız yoxdur”.Muxalifet - 18-10-2019
ABŞ-dan Şuşadakı erməni tələbələrə təqaüd göndəriləcək...
Azərbaycanın işğal altındakı Şuşa şəhəri ilə qanunsuz şəkildə dostlaşmış ABŞ-ın Los-Anceles şəhərindəki erməni xeyriyyəçilər bu şəhərimizdəki erməni tələbələri təqaüdlə təmin edəcək.
Moderator.az xəbər verir ki, Xankəndidəki separatçı nəşrlərin yaydığı informasiyaya görə, Şuşadakı faktiki fəaliyyət göstərən Texnologiya universitetinin tələbələrinə təqaüd “Los-Anceles-Şuşa dostluq assosiasiyası” vasitəsilə ödəniləcək. Bu haqda erməni jurnalistlərə universitetin xarici əlaqələr və beynəlxalq əməkdaşlıq şöbəsinin rəhbəri Arevik Arutyunyan məlumat verib.Muxalifet - 18-10-2019
Ərdoğan: “YPG Suriyanın şimalında 750 İŞİD-çini həbsdən azad edib"
“YPG terror təşkilatı Suriyanın şimalında 750 İŞİD-çini həbsdən azad edib".
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əcnəbi media nümayəndələri ilə görüşündə deyib.
Türkiyə Prezidenti bildirib ki, 750 İŞİD-çidən 195-i Türkiyə Silahlı Qüvvələri tərəfindən tutulub.
Tel Abyad və Rasulaynın terrorçulardan təmizləndiyini vurğulayan Ərdoğanın sözlərinə görə, YPG-nin 120 saat ərzində təhlükəsiz bölgədən geri çəkilməsinə ABŞ məsuliyyət daşıyır.
Muxalifet - 18-10-2019
Fanatının qucağına çıxan Qaqa yerə yıxıldı - Video
Dünyaca məşhur müğənni Ledi Qaqanın konsertində başına iş gəlib. “Qafqazinfo” xəbər verir ki, Las-Veqasda şou göstərən 33 yaşlı ifaçı səhnəyə fanatlarından birini dəvət edib.
Qaqa onu qucaqlayan pərəstişkarının qucağına çıxıb. Bu zaman müğənni fanatı ilə birgə səhnədən yerə yıxılıb. O, daha sonra hər şeyin qaydasında olduğunu bildirib.
Muxalifet - 18-10-2019