Axtarış
The search found 105712 results in 0.033 seconds.
Search results
Erməni generaldan SENSASİON AÇIQLAMA: Azərbaycan qəfil hücuma keçəcək və...
Azərbaycan Aprel müharibəsində ön cəbhəyə silahlı qüvvələrinin 20%-ni cəlb etmişdi.
Bunu Ermənistan Baş Qərargahının keçmiş rəisi general-leytenant Norat Ter Qriqoryants deyib.
“Erməni tərəfi komandirlərini, zabitlərini, əsgərlərini itirdi. Bizim tərəfimizdən aradan qaldırılmalı çatışmazlıqlar vardı. Hərbi işdə oxşar məntiq olmalıdır”, – deyə o bildirib.
Onun sözlərinə görə, Azərbaycan yeni hücum üçün uyğun zaman gözləyir:Muxalifet - 18-10-2019
“Azərbaycan xalqına neçə belə azad illər arzulayıram” – Əkrəm İmamoğlu
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu 18 oktyabr – dövlət müstəqilliyi günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
APA-nın xəbərinə görə, bu barədə Ə. İmamoğlu “Twitter”də bildirib.
“Azərbaycanın dövlət müstəqilliyi gününü ürəkdən təbrik edirəm. Dost və qardaş xalqımıza neçə belə müstəqil və azad illər arzulayıram”, – deyə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vurğulayıb.
Muxalifet - 18-10-2019
“Prezident xəbərdarlıq etdi ki, hər şeyi bilirəm, özünüzü yığışdırın...” – ELÇİN ŞIXLI
“İlham Əliyev mətbuatın öz funksiyasını yerinə yetirə bilmədiyindən narazıdır” Prezident İlham Əliyevin oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədəki sensasion çıxışı, cəmiyyətə verdiyi mesajlar və gözləntilər mövzusunda “Ayna-Zerkalo” qəzetinin təsisçisi, siyasi analitik Elçin Şıxlı azpolitika.info-ya müsahibə verib. Muxalifet.az həmin müsahibəni oxucularına təqdim edir: - Elçin müəllim, Prezident Əliyevin hökumətin iqtisadi bloku ilə keçirdiyi müşavirə maraqlı nüanslarla yadda qaldı.
Muxalifet4 - 18-10-2019
48 yaşlı sürücü sükan arxasında öldü
Şirvan şəhərində sürücü avtomobildə ölü tapılıb.
Trend-in məlumatına görə, aparılan araşdırmalar zamanı məlum olub ki, Şirvan şəhər sakini, 1971-ci il təvəllüdlü Feyzullayev İntiqam Əlidadaş oğlu özünə məxsus avtomobillə evindən küçəyə çıxarkən özünü pis hiss edib. İ.Feyzullayev təxminən 40-50 metr getdikdən sonra idarəetməni itirərək yolun kənarındakı divara dəyib.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşları İ.Feyzullayevin infaktdan sükan arxasında keçindiyini müəyyənləşdirib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 18-10-2019
"Maşın” şounun qalibi məlum oldu - Açıqlama
ATV-də yayımlanan "Maşın” realiti-şounun qalibi məlum olub. “Yeni Sabah”ın əldə etdiyi məlumata görə, finala qalan son iki iştirakçı - Lalə Mustafayeva ilə Suna Kasımoğlundan biri əlini avtomobildən çəkib. Lakin qalibin kimiliyi hələlik gizli saxlanılır. Avtomobili qazanan iştirakçının adının bu gün axşam ATV-nin canlı efirində açıqlanacağı deyilir. Məsələ ilə bağlı “M Group Production”la əlaqə saxlasaq da, qalibin adını öyrənə bilmədik. Saytımıza danışan qurumun mətbuat xidmətinin rəhbəri Könül Əlibəyli onlara belə məlumatın daxil olmadığını deyib: “Hələ bizə belə bir məlumat ötürülməyib.
Muxalifet - 18-10-2019
SƏHİYYƏ NAZİRİ İSTEFAYA GÖNDƏRİLİR – Oqtaş Şirləliyevin otağından şəxsi əşyaları daşınır...
Səhiyyə naziri Oqtay Şirəliyev vəzifəsindən azad olunacaq. Muxalifet.az xəbər verir ki, bu barədə gununsesi.org-a Səhiyyə Nazirliyindəki mənbədən məlumat daxil olub. Xəbərə görə, dünən Prezident Administrasiyasına çağrılan nazir bu gündən etibarən məzuniyyətə çıxıb. Oqtay Şirəliyevin ilk məzuniyyət günü iş otağındakı şəxsi əşyalarının daşınması da diqqəti çəkib. Nazirin artıq geri dönməyəcəyi barədə fikir qətiləşib. Qeyd edək ki, yeni baş nazir təyinatından sonra hökumət daxilində ciddi islahalatların aparılacağı gözləniləndir... Muxalifet.az
Muxalifet4 - 18-10-2019
Adam öldürən futbolçumuz Araz Abdullayev yenidən avtoşluq etdi - VİDEO
“Qarabağ”ın futbolçusu Araz Abdullayev yenidən diqqət mərkəzinə düşüb.
Muxalifet.az xəbər verir ki, o, bu dəfə avtoşluq etməklə gündəmə gəlib. Abdullayev yüksək sürətlə maşını idarə etməsini öz “İnstagram” hesabında paylaşıb.
Muxalifet - 18-10-2019
“Kürdlərin əksəriyyəti bizim üçün dəyərlidir, amma...” – ƏSƏD KÜRDLƏRİ MƏYUS ETDİ
“Dəməşq kürdlərin muxtariyyatını qəbul etməyəcək”.
Muxalifet4 - 18-10-2019
“PYD/YPG ABŞ-ın dostu deyil...” - Türkiyənin ABŞ səfiri Vaşinqtonda AÇIQLAMA VERDİ: “ABŞ-ın PYD/YPG ilə əməkdaşlıq etməsi böyük bir səhv idi”
Muxalifet.az Milliyet.com-a istinadən xəbər verir ki, Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıç, "PYD/YPG-yə ABŞ-in dostu deyirlər, halbuki onlar ABŞ-in dostu deyil. Bunlar ABŞ-ın dəstəyini Suriyada Marksist bir dövlət qurmaq üçün istifadə edən bir qrupdur. Bizim isə əsas məqsədimiz Suriyanın ərazi bütövlüyünün və siyasi birliyin təmin olunmasıdır", - deyə çıxış edib.
Muxalifet4 - 18-10-2019
“ABŞ və İtaliyanın Qədim Roma zamanında yaxın münasibətləri olub” – TRAMP ÖZÜNÜ GÜLÜNC VƏZİYYƏTƏ QOYDU...
Muxalifet.az qazeta.ru-ya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Amerika və İtaliya arasında hələ "qədim Roma zamalarından" mədəni münasibətlərin olması haqda bəyanat verib.
Onun sözləri Ağ Evin Twitter səhifəsindən paylaşılıb.
Bu bəyanatı sosial şəbəkə istifadəçiləri fəal şəkildə müzakirəyə çıxarıblar. Onlar xatırladıblar ki, Qədim Roma artıq Amerika qitəsi kəşf olunmamışdan min il əvvəl varlığını itirib.
Xatrıladaq ki, bu bəyanatı Tramp İtalyan həmkarı Serjo Mattarella ilə görüşündə verib.
Muxalifet.az
Muxalifet4 - 18-10-2019
“Təhlükəsizliyimizin təmin olunmasını Sizdən xahiş edirəm” - Təhdid olunan baş redaktor prezidentə müraciət etdi
“İndi 0503341411 nömrəsindən telefonuma zəng gəlib. “Sən kimsən Yasamal RİH-nin başçısı Əziz Əzizovu, Sabunçu RİH-nin başçısı Adil Vəliyevi efirdən tənqid etmisən?! Naxçıvanlıları niyə tənqid etmirsən, qorxursan?!” - deyib, hədə qorxu gəlir”.
Bu haqda Reaksiya.TV-nin baş redaktoru Zaur Qəriboğlu açıqlama yayıb.
Təhdid olunduğunu deyən baş redaktor Prezidentə və Birinci vitse-prezidentə müraciət edib: “Baxın, biz deyəndə ki, bu “balaca padşahlar” özlərini toxunulmaz hiss edir, qınayırdınız!Muxalifet4 - 18-10-2019
Xəlil Arslanov 2 milyard mənimsəməkdə ittiham olundu - TƏZYİQİ QALXDI, XƏSTƏXANAYA DÜŞDÜ...
Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisinin müavini, general-polkovnik Xəlil Arslanova qarşı 2 milyard rubl məbləğində büdcə vəsaitinin mənimsənilməsinə görə cinayət işi qaldırılıb.
Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu xəbəri eşidən generalda kəskin hipertonik böhran baş verib, o yüksək qan təzyiqi ilə xəstəxanaya yerləşdirilib.
Muxalifet4 - 18-10-2019
Azərbaycanlı aktrisa türk filmində İNTİM SƏHNƏLƏRƏ ÇƏKİLDİ - VİDEO
Türkiyədə yaşayan həmyerlimiz Nəsrin Cavadzadənin baş rolda çəkildiyi “Aşk tesadüfleri sever 2” filminin ilk tizeri yayımlanıb.
2020-ci il yanvarın 31-də yayımlanacaq filmdə aktrisanın tərəf müqabili Yiğit Kirazcı ilə oynadığı intim səhnələr diqqət çəkib.
Filmdə həmçinin, Zuhal Olcay, Elif Doğan və Aytaç Şaşmaz kimi aktyorlar yer alır.Muxalifet - 18-10-2019
Sevinc Abbasovaya hökm oxunmadı
Bu gün Səbail Rayon Məhkəməsində məktəbdə intihar edən şagird Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən direktor Sevinc Abbasovanın məhkəməsi keçirilib.
Muxalifet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hakim Azər Tağıyevin icraatında olan prosesdə vəkillər çıxış edib. Onlar çıxışlarında Sevinc Abbasovaya daha ağır cəza verilməsini istəyiblər.
Təhsil Nazirliyinin nümayəndəsi isə çıxışında mülki iddianın onlara aid hissədə təmin edilməməsini məhkəmədən xahiş edib.
Muxalifet - 18-10-2019
Yanıb külə dönmüş 12 yaşlı Firuzənin qardaşından ŞOK İTTİHAM - VİDEO
"Atam dedi ki, bu evi yandıraram, amma sizə buraxmaram". Bu sözləri evdə yanıb külə dönmüş 12 yaşlı Firuzənin qardaşı 14 yaşlı Rabil sözləyib.
Firuzənin anası Rabil Allahverdiyev Qabil oğlu Zaur Baxşəliyevin "Bizimləsən" proqramında atasının mütəmadi olaraq spirtli içki qəbul etdiyini, anasını və onu döydüyünü deyib:
"Atam bizi geri istəsə onunla getmərəm. Heç bacımı da ( Rabilin Firuzədən başqa 6 yaşında bacısı var) qoymaram. Çünki bilirəm ki, bizə baxmayacaq. Evdən çıxanda bizə dedi ki, bu evi yandıraram, amma sizə buraxmaram".Muxalifet - 18-10-2019
Səfir Azərbaycanla bağlı Ukrayna telekanalına nə danışıb? - VİDEO
18 oktyabr – Dövlət Müstəqilliyi Günü ərəfəsində Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bu ölkənin tanınmış UATV telekanalına müsahibə verib.
Unikal.org xəbər verir ki, səfir müsahibəsində ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra separatizmə, Ermənistan tərəfindən işğala məruz qaldığını vurğulayıb:
Muxalifet - 18-10-2019
Ərdoğan-Pens görüşündə yaşanan İNANILMAZ ANLAR: Onun 1 sözündən sonra... - İlginc DETALLAR AÇILDI
ABŞ prezidentinin müşaviri Mayk Pensin rəhbərlik etdiyi diplomatik heyətlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altındakı türk heyətinin ötən gün baş tutan görüşünün detalları açıqlanıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, adı açıqlanmayan amerikalı rəsmi 4 saatdan çox davam edən görüşün nüansları Penslə birlikdə Ankaraya gələn amerikalı jurnalistlərə danışıb.Muxalifet - 18-10-2019
Kamran Həsənli: “Azərbaycanda qadınların kişiyə qarşı zorakılığını görürəm” – VİDEO
Tanınmış şoumen və aparıcı Kamran Həsənli qadın zorakılığında elə qadınların özlərini günahlandırıb.
Muxalifet.az xəbər verir ki, teleaparıcı Yenicag.az-ın “Görünməyən tərəf” layihəsin Azərbaycanda qadınlar deyil, kişilərin zorakılığa məruz qaldığını deyib:
“Mən Azərbaycanda qadınların kişiyə qarşı zorakılığını görürəm. Qadın ədəbsizliyi, qadın həyasızlığı görürəm. Bəzi ölkələrdə qadınlar əskər gedir. Bu onların mentallığıdır. Bizdə mümkün deyil, bizim kişilərin başqa düşüncəsi olub. Siz o sütunları sındırsanız, qadın zorakılığı görəcəksiz. Bu olmamalıdır.Muxalifet - 18-10-2019
OBA-da məhsullar niyə ucuzdur? - VİDEO
Eyni növ məhsulların müxtəlif mağazalarda fərqli qiymətlərə satılması insanlarda suallar yaradır. Görəsən, bəzi mağazalarda qiymətlər niyə daha ucuzdur? Əslində, insanlar nisbətən ucuz məhsulların keyfiyyətinə şübhə ilə yanaşırlar. Axar.az “Demədi Demə” kanalının rəhbəri, yutuber Bahadur Seyidovun bu barədə apardığı maraqlı araşdırmanı təqdim edir: Qeyd. Araşdırma OBA marketlər şəbəkəsində aparılıb və mağazalar şəbəkəsinin əməkdaşları tərəfindən bir çox suallara aydınlıq gətirilib.
Muxalifet - 18-10-2019
“AZƏRBAYCANDA NARKOTİKDƏN İSTİFADƏ LEQALLAŞDIRILACAQ” – Direktor
“Gec-tez Azərbaycanda yüngül narkotik vasitələrdən istifadə leqallaşdırılacaq”. Bunu APA-ya açıqlamasında Respublika Narkoloji Mərkəzinin direktoru Araz Manuçeri-Lalei deyib. Respublika Narkoloji Mərkəzinin direktoru bildirib ki, bir sıra ölkədə yüngül narkotik vasitələrdən istifadə leqallaşdırılıb, bəzilərində bu məsələ müzakirə edilir. Onun sözlərinə görə, yüngül narkotik vasitələr ilk dəfə Niderlandda leqallaşdırılıb: “Bu gün Niderlandda çoxlu sayda narkotik istifadəçisi var. Amma onları çoxu narkotikdən istifadə etmək üçün Niderlanda başqa ölkələrdən gəlir.
Muxalifet - 18-10-2019