Axtarış
The search found 105712 results in 0.027 seconds.
Search results
Türkiyədə S-400-ün quraşdırılmasına günlər qaldı – ƏRDOĞANDAN AÇIQLAMA
Müxalifət.az TASS-a istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan S-400 raket kompleksinin təslimatının üçüncü mərhələsinin başa çatma müddətini açıqlayıb.
Ərdoğan deyib ki, Rusiya zenit raket sisteminin təslimatının son mərhələsini bu ilin noyabr və ya dekabrında tamamlayacaq.
Türkiyə prezidenti onu da vurğulayıb ki, Türkiyə-Rusiya hərbi əməkdaşlığı bundan sonra da davam edəcək.
Muxalifet.az
Muxalifet4 - 18-10-2019
“Ermənistan bu barədə düşünməlidir” – XİN
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan XİN-i nazir Elmar Məmmədyarovun “İzvestiya” qəzetinə müsahibəsini şərh edərək guya ki, Azərbaycanın “Kazan sənədi”ndən imtina etməsinə münasibət bildirib.
Muxalifet - 18-10-2019
SON DƏQİQƏ: Azərbaycanlı iş adamını Moskvada amansızlıqla qətlə yetirdilər – ANBAAN VİDEO
Azərbaycanlı iş adamı Rusiyanın paytaxtı Moskva şəhərində qətlə yetirilib.
Muxalifet.az criminal.az-a istinadən xəbər verir ki, Ordubad rayonunun Gənzə kəndindən olan Mahir adlı həmyerlimiz bankdan çıxarkən naməlum şəxslərin hücumuna məruz qalıb. Qatillər Mahiri ölümcül yaralayaraq onun bankdan götürdüyü 50 min dollar pulu aparıblar.Muxalifet - 18-10-2019
“TÜRK AXINI” İŞƏ DÜŞDÜ - “Qazprom” kəmərin birinci hissəsini qazla doldurmağa başlayıb
Muxalifet.az “Reuters”-ə istinadla xəbər verir ki, “Qazprom” "Türk axını”nın birinci hissəsini qazla doldurmağa başlayıb. “South Stream Transport B.V.” qaz kəmərinin operator şirkətinin məlumatında bildirilir ki, “Türk axını”nın birinci xətti Türkiyənin daxili bazarını, ikinci xətti isə Avropa Birliyi ölkələrini qazla təmin etmək üçün nəzərdə tutulub. "İkinci xəttin doldurulmasına birinci xəttin tam doldurulması başa çatandan sonra start veriləcək", - məlumatda deyilir. Qaz kəmərinin kommersiya istismarı 20019-cu ilin sonunadək başlayacaq.
Muxalifet4 - 18-10-2019
Türkiyə 12 məntəqədən ibarət "Güvənli bölgə" yaradır – Ərdoğan: “Suriya hökuməti yanlış addım atarsa..."
Muxalifet.az “Reuters”-ə istinadən xəbər verir ki, Türkiyə Suriyanın şimalında planlaşdırılan "təhlükəsiz zona"da 12 müşahidə məntəqəsi yaratmaq niyyətindədir.
Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə qaçqınları YPG-nin azad etdiyi rayonda məskunlaşdırmaq istəyir.
Xarici mətbuat qarşısında çıxış edən R.T.Ərdoğan deyib ki, 2 milyon qaçqın Deyr-əz-Zor və Rakka şəhərlərindəki "təhlükəsiz zona”ya yerləşdirilə bilər.
Xatırladaq ki, Türkiyə Suriyadakı səkkiz illik müharibədən qaçan 3,6 milyon qaçqını qəbul edib.
Muxalifet4 - 18-10-2019
Əməkdar artistimizdən qəribə sözlər: "Çəyirtikəyə siqaret ver"
Azərbaycan Respublikasının əməkdar artist Ruhəngiz Allahverdiyeva instaqramda növbəti dəfə qəribə paylaşıpm edib.
Tanınmış müğənni Balakən rayonunda yerdə gördüyü çəyirtkəni video lentə alaraq bu sözləri deyib:
“Səni öləsən, ay çəyirtkə. Siqaret ver ona, çəkəcək. Mikrofona oxşayır. Heyvanların hamısına yazığım gəlir”.//publikaMuxalifet - 18-10-2019
Ərdoğan-Putin görüşünün DETALLARI AÇIQLANDI – “...hansı addımların atılacağını müzakirə edəcəyik”
Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.
Muxalifet.az “Reuters”-ə istinadla xəbər verir ki, görüş haqda açıqlama verən Ərdoğan gələn həftə Putinlə Suriyanın şimal-şərqində planlaşdırılan "təhlükəsiz zona”da hansı addımların atılacağını müzakirə edəcəklər.
Muxalifet4 - 18-10-2019
17 yaşlı tələbənin ölümünə səbəb olan keçmiş polis saxlanıldı
Xəbər verdiyimiz kimi oktyabrın 9-da saat 7 radələrində Bakı-Şamaxı yolunun 22-ci kilometrliyində - Abşeron rayonunun Müşfiq qəsəbəsi ərazisində 17 yaşlı Solmaz Abdullayevanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Qeyd edək ki, Solmaz Abdullayeva birinci kurs tələbəsi olub.
Hüquq mühafisə orqanlarından BiG.AZ-a verilən məlumata görə tələbənin ölümünə səbəb olan A.Ağayev polislər tərəfindən saxlanılıb.
Qeyd edək ki, qəzanı törədən A.Ağayev polis kapitanı olub.Muxalifet - 18-10-2019
“Verilən vədlərə əməl olunmazsa...” - Ərdoğan xəbərdarlıq etdi
"Verilən vədlərə əməl olunmazsa, 120 saatlıq müddət bitdikdən sonra hərbi əməliyyatlar daha qətiyyətlə davam etdiriləcək". Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Dolmabağça sarayında xarici media nümayəndələri ilə görüşü zamanı bildirib. Yaradılacaq təhlükəsiz bölgəyə təqribən 1-2 milyon suriyalı köçkünün yerləşdiriləcəyini deyən ölkə başçısı Türkiyədəki 3,6 milyon suriyalıdan 350 mininin məhz PKK/YPG terror qruplaşmalarının işğalı altındakı ərazilərdən gələn kürdlər olduğunu bildirib.
Muxalifet - 18-10-2019
“Maşın”da Qarabağ qazilərinə avtobus bağışlandı
Müğənni Roza Zərgərlinin “Maşın” realiti-şousunun 17-ci sürətində qazandığı avtomobilin aqibəti bəlli olub. “Qafqazinfo” xəbər verir ki, “M Group Production” həmin avtomobilin əvəzinə avtobus götürərək onu “Qarabağ əlil-döyüşçüləri” Federasiyasına bağışlayıb.
Muxalifet - 18-10-2019
Mübariz Mənsimov gitarada çalıb oxudu - VİDEO
Azərbaycanlı iş adamı, "Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov gitarada ifa edərək rus dilində mahnı oxuyub.M.Mənsimovun Yutub kanalında yerləşdirilən ifası sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.Muxalifet - 18-10-2019
BİR GECƏYƏ 40 MİLYONLUQ, BİR “ƏMƏLİYYATLA” 1 MİLYARDLIQ QAZANC…- Sorosun pulları hökumətləri necə yaradır, necə devirir?
Vladimir Tulin,
riafan.ru (Rusiya)
Muxalifet4 - 18-10-2019
“Qalatasaray” “Sivasspor”a qalib gəldi
Türkiyə Super Liqasında VIII tura start verilib.
APA-nın məlumatına görə, turun ilk günündə bir oyun keçirilib.
Son çempion “Qalatasaray” öz meydanında “Sivasspor”la qarşılaşıb. İstanbul klubu ev matçından 3:2 hesablı qələbə ilə ayrılıb.
Qeyd edək ki, turun digər oyunları oktyabrın 19-21-də keçiriləcək.
Türkiyə Super Liqası
VIII tur
18 oktyabr
“Qalatasaray” – “Sivasspor” – 3:2
Andone, 21, 42 (pen.), Babel, 74 – Kone, 72, Yeşilyurt, 84
Muxalifet - 18-10-2019
Bruney sultanının “Range Rover” limuzini hərracda satılacaq - FOTO
Bruney sultanına inşa edilən “Range Rover” limuzini “Silverstone Auksion evi”ndə keçirilən “NEC Classic” avtomobil klassikləri qapalı festivalında auksiona çıxarılıb. Virtualaz.org rus mətbuatına istinadən bildirir ki, onun ilkin qiymətləndirilməsi 18-24 min funt-sterlinq təşkil edir. Bu da 39-52 min manata bərabərdir. Bruney sultanının sifarişi əsasında uzadılmış “Range Rover LSE” limuzini “Townley Cross Country Vehicles Ltd” tərəfindən yığılıb.
Muxalifet4 - 19-10-2019
Bakıda quraşdırılan kitab dayanacağı söküldü - VİDEO
Bir neçə gün əvvəl paytaxda yaradılan ''Kitab dayanacağı'' söküldü.
Muxalifet.az xəbər verir ki, bu haqda ''Xəzər Xəbər" məlumat yayıb.
Qeyd edək ki sosial layihə çərçivəsində ilk olaraq həmin ''Kitab dayanacağı'' paytaxtın Nərimanov rayonu Nazim Hacıyev küçəsində qoyulub. Amma səhər saatlarında Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət departamentinin əməkdaşları kitabları götürərək dayanacağın söküntüsünə başlayıblar. Onlar buna səbəb kimi həmin dayanacağının əraziyə icazəsiz qoyulmasını göstəriblər.
Muxalifet4 - 19-10-2019
Azərbaycanda şok hadisə - 16 yaşlı qız beş aylıq hamilədir - VİDEO
Şəkidə yetkinlik yaşına çatmayan qadında hamiləlik aşkarlanıb. Məlum olub ki, 16 yaşlı qadın 22 yaşlı oğlana ərə gedib. Məsələnin üstü isə qadının xəstəxanaya müraciət etməsindən sonra açılıb.
Yetkinlik yaşına çatmayan qadında hamiləlik aşkarlanıb.
Hadisə Şəki rayonunun Suçma kəndində qeydə alınıb. Belə ki, Şəki Rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsinə Göygöl rayonunda anadan olmuş, Şəki rayonunun Suçma kəndində yaşayan, 16 yaşlı Qasımova Nurcahan Mürşüd qızı gətirilib. Xəstəxanada müayinə zamanı qızın beş aylıq hamilə olduğu müəyyənləşdirilib.
Muxalifet4 - 19-10-2019
Azərbaycanın "qara siyahı"sına düşən siyasətçidən Türkiyəyə TƏHDİD: 3 milyon türkü...
Almaniyanın "Die Partei“ Partiyasının sədri, eləcə də Avropa Parlamentinin Almaniyadan olan marginal üzvü Martin Sonneborn suriyalı qaçqınların Avropaya göndəriləcəyi barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamasına cavab verib. Muxalifet.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, millət vəkili Ankaranın belə bir addım atacağı halda, özlərinin də Almaniyada yaşayan türkləri geri göndərə biləcəklərini bildirib. “Ərdoğan bizi 3 milyon suriyalınn göndərilə biləcəyi ilə təhdid edərsə, biz də 3 milyon türkü göndərə biləcəyimizlə təhdid edək”, - o bildirib.
Muxalifet - 19-10-2019
Ermənilərin gülünc və absurd iddiaları – Şərh
Ermənistanın Azərbaycana qarşı bütün sahələrdə olduğu kimi, informasiya müharibəsi cəbhəsində də təxribatları davam etməkdədir.
Bu dəfə ermənilərin Dailywire.com saytında yazılan məqalədə Azərbaycanla bağlı absurd və gülünc iddialar yer alıb.
Məqalə müəllifi Azərbaycanı az qala mədəni terrorda ittiham edir. Bildirilir ki, Azərbaycan guya orta əsr xristian abidələrinin izlərini “silməklə” məşğuldur.
Muxalifet - 19-10-2019
Rusiyada bənd uçdu: 12 ölü, 19 yaralı
Rusiyanın Krasnoyarsk diyarının Kurqan rayonunda Seyba çayı üzərindəki bəndin uçması nəticəsində 12 nəfər ölüb, 19 nəfər yaralanıb, 13 nəfərin taleyi isə məlum deyil.
Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qızıl mədəni yaxınlığında su anbarının bəndinin uçması ilə yaranmış dalğanın hündürlüyünün 4 m-dən çox olduğu bildirilib.
Risketmə qrupu əraziyə cəlb edilib.
Muxalifet - 19-10-2019
Kişilərdə ən çox rast gəlinən 5 xərçəng növü – 40 yaşdan sonra DİQQƏT
Kişilər qadınlara nisbətən daha çox xərçəngdən əziyyət çəkir.
Əgər vaxtında xəstəlik diaqnoz olunsa, onların ömrü uzana bilər.
BakuPost.az 40-45 yaşdan sonra kişilərdən daha çox aşkarlanan xərçəng növlərini araşdırıb.
Hansı orqanlarda nə kimi təhlükələr var?
1.Prostat xərçəngi
Muxalifet - 19-10-2019