Axtarış

The search found 105712 results in 0.048 seconds.

Search results

  1. ​Ermənilər Qarabağ həqiqətlərini təhrif edən daha bir film çəkib - Litva, Almaniya, Fransa, ABŞ, Bolqarıstan, Çexiya və İtaliyanın dəstəyi ilə

    Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ haqqında çəkilən “Cənnət qapısı” filminin premyerasında iştirak edib. Muxalifet.az yerli mediaya istinadən xəbər verir ki, dram janrında çəkilən film “Dağlıq Qarabağ müharibəsi”nə həsr edilib. Proseslər 2016-cı il ətrafında cərəyan edir. Filmin rejissoru Jivan Avetisyandır, çəkilişlər Ermənistan, Dağlıq Qarabağ və Litvada aparılıb. Birgə istehsal edən ölkələr Ermənistan, Litva, Almaniya, Fransa, ABŞ, Bolqarıstan, Çexiya və İtaliyadır. Aktyor heyətinə həm beynəlxalq səviyyədə, həm də Ermənistanda tanınan erməni aktyorlar daxildir.

    Muxalifet4 - 20-10-2019

  2. "Dağlıq Qarabağın Ermənistanla Azərbaycan arasında bölünməsi və..." - ABŞ kəşfiyyatının 24 il məxfi saxladığı sənəd üzə çıxdı…

    Bir müddət öncə də barəsində bəhs etdiyimiz ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ-“CIA”) 1988-ci ildə qondarma Qarabağ "münaqişəsi"nə dair 48 səhifəlik məxfi hesabatının  yeni diqqətəlayiq məqamları üzə çıxıb.
     
    Məlumata görə, 2012-ci ildə məxfiliyi üzərindən götürülmüş hesabat zaman baxımından köhnəlmiş olsa da,  sənəddə bir sıra maraqlı epizodlar var.
     

    Muxalifet4 - 20-10-2019

  3. “Zəngəzur Azərbaycanın ayrılmaz hissəsidir, bu tarixi səhvi düzəltmək lazımdır”- RUSİYADAN ERMƏNİLƏRƏ ÇAĞIRIŞ

    Azərbaycan prezidenti Türk Şurası ölkələrinin başçılarının Bakıda keçirilən iclasında bildirdi ki, 20-ci əsrin əvvəllərində sovet rəhbərliyi tərəfindən Azərbaycan ərazisi olan Zəngəzurun Ermənistana verilməsi türk dünyasını parçalayıb. Muxalifet.az Vesti.az-a istinadən xəbər verir ki, tanınmış rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov Zəngəzurla bağlı vəziyyəti şərh edib. "Türk Şurası ölkələrinin dövlət başçılarının iclasında Prezident Əliyevin bəyanatı tarixçi kimi mənim üçün gözlənilməz olmadı. Əksinə, uzun illər onun bu cür bəyanatla çıxış edəcəyini gözləyirdim.

    Muxalifet4 - 20-10-2019

  4. Əli Kərimli Daxili İşlər Nazirliyinin hospitalına aparılıb

    Oktyabrın 19-da metronun «28 May» stansiyasının önündə müxalifətin icazəsiz mitinq  cəhdinin qarşısı alınarkən polis tərəfindən saxlanılan aksiya iştirakçıları arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP)  sədri Əli Kərimli də olub.

    Virtualaz.org-un məlumatına görə, o, barəsində müvafiq sənədləşmə aparılması üçün avtobusa əyləşdirilərkən polis əməkdaşlarına müqavimət göstərib və nəticədə alın nahiyəsi avtomobilin dəmir barmaqlığına dəyərək yüngül xəsarət alıb.

    Muxalifet4 - 20-10-2019

  5. İranı 18.4 milyard dollara yola gətirmək cəhdi - YAPONİYA DA İŞƏ QARIŞDI...

    Yaponiya və Fransa hakimiyyətləri İrana 18.4 milyard dollar borc verilməsi planını razılaşdırıblar. “Mainichi” adlı yapon nəşrinin yaydığı məlumatda bildirir ki, bu qədər pulun əvəzində İrandan nüvə razılaşmasının şərtlərinə tam əməl etmək tələb olunur. Vəsait isə ərzaq və dərman alınmasına sərf ediləcək. Kreditə dair qarantiya isə İranın neft ehtiyatları hesabına təmin olunacaq.

    Muxalifet4 - 20-10-2019

  6. Netanyahu Pompeo ilə görüşdü: Suriyadan çıxmayın...

    Türkiyə səfərindən sonra İsrailə yollanan ABŞ dövlət katibi Mayk Pompeo burada baş nazir Benyamin Netanyahu ilə görüşüb.

    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Haaretz” qəzeti israilli rəsmilərə istinadən məlumat yayıb.

    Məlumata görə, görüş zamanı Netanyahu Pompeodan ABŞ hərbçilərini Suriyadan çıxarmamasını istəyib. İsrail baş naziri bildirib ki, İran və regionda dəstək verdiyi qüvvələrə qarşı mübarizə aparmaq üçün Pentaqon İraq-Suriya sərhədində qalmalıdır.

    Muxalifet4 - 20-10-2019

  7. "Ruslar mənim xoşuma gəlir" - TRAMP

    ABŞ Prezidenti Donald Tramp keçmiş dövlət katibi Hillari Klintonun onu və bir neçə nəfəri Rusiya tərəfdarı olması ilə bağlı ittihamlarına cavab verib.

    Tramp bu barədə Tvitter hesabında yazıb.

    “Keçmiş dövlət katibi Nümayəndələr Palatasının Havaydan olan üzvü Tulsi Qabbardı Rusiya tərəfdarı və ABŞ-ın Yaşıllar Partiyasından keçmiş prezidentliyə namizəd Cill Staynı Rusiya casusu adlandırıb. Məni də Rusiyaya rəğbəti olan birisi adlandırıblar. Amma həqiqətən də ruslar da digər insanlar kimi mənim xoşuma gəlir”, - Tramp bildirib.

    Muxalifet4 - 20-10-2019

  8. TANINMIŞ APARICI DÖYÜLDÜ - Əli Kərimlini tənqid etdiyinə görə - Foto

    Tanınmış teleaparıcı Elçin Əlibəyli döyülüb. Muxalifet.az xəbər verir ki, o özü bu haqda məlumat verib. Tanınmış teleaparıcı AXCP sədri Əli Kərimlini sosial şəbəkədə tənqid etdiyi üçün döyülüb. Əlibəyli partiya sədri haqda yazıb: "Vağzal lövhələri... Əli Kərimli rübdə bir dəfə həbs olunmaq üçün hər şey edir- mərəzədir, bildik. Bəs digərlərinə nə olub? Qatara bilet pulsuzdur elanına daha çox adam yığışardı. Mübarizəyə bir neçə əsas cəhət lazımdır. Biri nidadır, onu isə İlham Əliyev hər seçkidə yerində qoyur! Birini də bu yaxında qoydu!

    Muxalifet3 - 20-10-2019

  9. ​“Dağlıq Qarabağ aktiv vulkan kimidir, onun püskürməsi fəlakət ola bilər" – İNGİLİS ANALİTİK

    İngilis analitik Tomas de Vaal oxuculara yaxşı tanışdır. Qarabağ haqqında ilk gündən analitik yazıları ilə tanınan Tomas de Vaal faktiki bu ilin mart ayından Qarabağ mövzusuna toxunmurdu, amma sükut pozuldu və, o maraqlı, həm də həyəcan yaradan fikirlərini  "Nə səbəbdən Dağlıq Qarabağla bağlı uzun müddət davam edən münaqişə yenidən püskürə bilər" adlı məqaləsində oxucularla bölüşüb.
    Muxalifet.az
    moderator.az-a istinadən məqalədən bəzi məqamları diqqətinizə çatdırır:

    Muxalifet3 - 20-10-2019

  10. “Hillari Klinton ağlını itirib” - TRAMPDAN SƏRT İTTİHAM

    ABŞ Prezidenti Donald Tramp “Twitter” sosial şəbəkəsindəki səhifəsində 2016-cı ildə keçirilən prezident seçkilərində rəqibi olmuş sabiq dövlət katibi Hillari Klintonun bir sıra siyasətçiləri Rusiya ilə əlaqələrdə ittiham etməsinə münasibət bildirib. Muxalifet.az-ın APA -ya istinadən məlumatına görə, D. Tramp H. Klintonun Havay ştatından Nümayəndələr Palatasına seçilmiş Tulsi Qabbardın seçkilərdə “Rusiyanın favoriti”, Yaşıllar Partiyasından prezidentliyə namizəd olmuş Cill Staynı “Rusiyanın agenti”, onun özünü isə “Rusiyanın böyük pərəstişkarı” adlandırdığını xatırladıb.

    Muxalifet3 - 20-10-2019

  11. "Türkiyə diz çökdü" deyənlərə Feyzioğludan CAVAB

    Biz ən gözəl cavabı meydanda verdik. Bizim ümidsizlər, hər şeyə pis baxanlarımız yenə razı olmazlar. Türkiyə Silahlı Qüvvələri 8 gün ərzində bir möcüzə yaratdı. Təxminən 1 500 kvadrat kilometrlik bir torpaqda 60 yaşayış məntəqəsinin nəzarətini ələ keçirdi.
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mətin Feyzioğlu bildirib.
    M.Feyzioğlu hələ də Türkiyədə əməliyyatı qınayanların olduğunu söyləyib:

    Muxalifet3 - 20-10-2019

  12. Azarbaycanlı və gürcü qadınlar bir arada - PARİSDƏ / FOTO

    Parisin Azərbaycan Mədəniyyət Mərkəzində Fransadakı səfirliyimizin dəstəyi və Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının (ADFA) təşkilatçılığı ilə Azərbaycanda və Gürcüstanda qadınlara səsvermə hüququ verilməsinin 100 illiyi münasibəti ilə iki ölkənin incəsənət nümayəndələrinin birgə tədbiri keçirilib.

    Muxalifet3 - 20-10-2019

  13. Bakıda dəhşətli ailə faciəsi - Əvvəl atası, sonra özü öldü - FOTO

    Oktyabrin 18-də Bakı şəhərinin Nəsimi rayonu, Neftçilər prospektində yeni tikilən yaşayış binasının inşası zamanı bədbəxt hadisə nəticəsində ölən 30 yaşlı Ramiz İsmayılov barəsində bəzi məqamlar üzə çıxıb.
    Publika.az xəbər verir ki, tikintidə bədbəxt hadisə nəticəsində vəfat edən Ramizin ailəsi Qərbi Azərbaycanın Göyçə mahalının Toxluca kəndindən olub və Bakıda məskunlaşıbmış. Keçən il onun atası vəfat edib. Atası Vəli kişinin il mərasimindən bir neçə gün sonra isə R.İsmayılov bədbəxt hadisə nəticəsində vəfat edib.

    Muxalifet3 - 20-10-2019

  14. ABŞ Suriyadan çıxaracağı ordusunu bu ölkədə yerləşdirəcək

    ABŞ təxminən min hərbi qulluqçusunu Suriyanın şimal-şərqindən İŞİD-lə mübarizə üçün İraqın qərbinə göndərəcək.
    TASS xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Mark Esper şənbə günü Yaxın Şərqə səfərində onu müşayiət edən jurnalistlərə bildirib.
    "ABŞ qoşunlarının Suriyanın şimal-şərqindən çıxarılması davam edir. Biz həftələr haqqında danışırıq, günlər haqqında yox", - deyə Esper bildirib.
    Nazir bildirib ki, cari plan bu qüvvələrin yerini İraqın qərbinə dəyişməkdən ibarətdir. Onun sözlərinə görə, söhbət təxminən min hərbi qulluqçudan gedir.(Report)

    Muxalifet3 - 20-10-2019

  15. BU BANK DA “ÜZÜAŞAĞI” GEDİR – “NBC Bank” 1 milyon manata yaxın əməliyyat zərəri edib

    Azərbaycanda maliyyə vəziyyəti yaxşı olmayan bankların sayının çox olması ölkənin bank sektoru ilə bağlı tənqidlərin əsaslı olduğundan xəbər verir. Qeyd edək ki, ölkə başçısı da son iqtisadi müşavirədə bank sektorunun öz vəzifəsinin öhdəsindən lazımınca gələ bilməməsindən danışmışdı.

    Muxalifet3 - 20-10-2019

  16. Bu ölkədə vəziyyət qarışdı: Komendant saatı…

    Çilinin paytaxtı Santyaqoda metro qiymətlərinin artmasına görə baş verən etirazlar hökuməti radikal addımlar atmağa sövq edib. Axar.az xəbər verir ki, bu barədə TASS Çili Silahlı Qüvvələrinə istinadla yazıb. Məlumata görə, aksiyalarla əlaqədar paytaxtın bir çox rayonunda komendant saatı tətbiq olunub. Əhaliyə saat 22:00-dan səhər 07:00-a qədər evlərini tərk etmək qadağan olunub.

    Muxalifet3 - 20-10-2019

  17. AVRO-2020-nin himninin müəllifi məlum oldu

    UEFA holland musiqiçisi Martin Qarriksi 2020-ci ildə futbol üzrə Avropanın çempionatının rəsmi himninin müəllifi seçib.

    TASS bildirir ki, bu barədə turnirin mətbuat xidməti bildirib. Martin Qarriks 2018-ci ilin qış Olimpiya oyunlarının bağlanışı mərasimini musiqi ilə müşayiət edib. Həmin il o "Formula-1" Yaponiya Qran-prisində də çıxış edib.

    "Mən 2020-ci ilin futbol üzrə Avropa çempionatının himnini yazmaq imkanı ilə fəxr edir, sizin hamınızın onu eşidə biləcəyiniz anı səbirsizliklə gözləyirəm", - deyə 23 yaşlı Qarriks "Twitter"dəki səhifəsində yazıb.

    Muxalifet3 - 20-10-2019

  18. İçtimai Birlik orta məktəbində tədbir keçirdi - TƏRTƏRDƏ

    “Tariximizə sahib çıxaq” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbirlərin keçirilməsi” layihəsinin icrası davam edir.
    Layihə çərçivəsində Şamaxı, Gəncə, Goranboy və Tərtər rayonlarında yerləşən tam orta məktəblərdə və kənd kitabxanalarında böyük şair və mütəfəkkür İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar maarifləndirici tədbirlər keçirir.

    Muxalifet3 - 20-10-2019

  19. Onu belə görməmisiniz - İNANILMAZ DƏYİŞİKLİK / Video

    ARB TV-də yayımlanan "Söhbət var" verilişində maraqlı anlar yaşanıb. 

    Baku.ws xəbər verir ki, aparıcı Dilarə Əliyeva qonaqların illər əvvəlki görüntüsünü tamaşaçılara təqdim edib.

    Efirdə təqdim olunan arxiv fotolar hər kəsin diqqətini çəkib. Xüsusilə, İlkin Misgərlinin fotosu studiyadakı hər kəsi güldürüb. 

    İlkinin cavanlıq fotosu ilə indiki fotosu arasında çox böyük fərq olduğunu bildirən Dilarə hətta aktyorla görünüşü ilə bağlı zarafat da edib. 

    Muxalifet3 - 20-10-2019

  20. ​MƏZLUM KOBANİ AMERİKAYA SƏFƏR EDİR – Terrorçubaşı Vaşinqtonda kiminlə görüşəcək?

    Suriya Demokratik Qüvvələrinin (SDQ) rəhbəri – terrorçu Məzlum Kobani yaxın vaxtlarda Vaşinqtona səfər edə bilər. Muxalifet.az xəbər verir ki, bu barədə TASS yazıb. Səfərlə bağlı hələlik rəsmi razılıq əldə olunmayıb, həmçinin, danışıqlarda ABŞ tərəfini kimin təmsil etdiyi və Kobaninin Vaşinqtonda kimlə görüşmək istədiyi açıqlanmır.

    Muxalifet4 - 20-10-2019

Pages