Axtarış
The search found 105712 results in 0.049 seconds.
Search results
Türk ordusuna daha bir xain hücum – YENƏ ŞƏHİDLƏRİMİZ VAR
Suriyanın şimal-şərqində türk əsgəri şəhid olub.
Muxalifet4 - 20-10-2019
DİN-dən Əli Kərimlinin açıqlamalarına REAKSİYA - "Kənar şəxslərin köməyinə ehtiyacı olmayıb..."
Daxili İşlər Nazirliyi (DİN) ötən gün etiraz aksiyasında saxlanılan AXCP sədri Əli Kərimlinin iddialarına cavab verib.
DİN Hospitalının rəisi İsbi Babaxanov bildirib ki, Əli Kərimli hospitalda bütün müayinələrdən keçdikdən sonra evə buraxılıb.
Muxalifet4 - 20-10-2019
Korrupsiyada ittiham olunan erməni məmur istefa verdi – ZELENSKİYƏ MÜRACİƏT ETDİ
Erməni əsilli Mixail Bno-Ayriyan Kiyev Vilayət Dövlət Administrasiyasının rəhbəri vəzifəsindən istefa verib.
Muxalifet.az xəbər verir ki, Bno-Ayriyan Ukrayna Prezident Vladimir Zelenskiyə vəzifəsindən azad edilməsi üçün ərizə yazıb.
Qeyd edək ki, erməni əsilli məmurun adı son vaxtlarda korrupsiya qalmaqalında çəkilirdi./publika.azMuxalifet4 - 20-10-2019
Xüsusi təyinatlılar “vor zakon”un evinə hücum etdi... - VİDEO
Rusiyanın Krasnodar vilayətində xüsusi təyinatlılar kriminal aləmdə “Kostya Kanskiy” kimi tanınan “qanuni oğru” Konstantin Neybauerin evinə hücum edərək onu həbs ediblər. Muxalfet.az virtualaz.org-a istinadən xəbər verir ki, müvafiq məlumatı DİN-in regional idarəsi yayıb. Nybaueri şəhərkənarı evində saxlayıblar. Əməliyyatda polis və xüsusi təyinatlılar iştirak edib, onlar kriminal avtoritetin malikanəsinə hücumla daxil olublar. Onun Rusiyada bir neçə ay əvvəl qüvvəyə minən və “vor zakon” statusu daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutan qanun əsasında həbs edildiyi bildirilir.
Muxalifet4 - 20-10-2019
126 milyonluq transfer sıradan çıxdı
"Atletiko" tarixinin ən bahalı transferi Joau Feliş dünən "Valensiya" ilə La Liqa matçında (1:1) zədələnib.
Muxalifet.az qol.az-a istinadən xəbər verir ki, bu səbəbdən o, 80-ci dəqiqədə əvəzlənib. İspaniya mətbuatı portuqaliyalı hücumçunun 3 həftə oynaya bilməyəcəyin yazıb.
Xatırladaq ki, Feliş bu yay 126 milyon avroya "Benfika"dan "Atletiko"ya transfer olunub.
Muxalifet4 - 20-10-2019
İdman müəllimi bir sadə hərəkətlə xeyli uşağı ölümdən qurtardı - VİDEO
ABŞ-ın Oreqon ştatının Portlend şəhərində yerləşən məktəbdə idman müəllimi silahlı insidentin yaşanmasının qarşısını alıb.
Muxalifet.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, hadisə may ayında baş versə də, olayın videogörüntüsünü Maltnom dairə prokurorluğu cümə günü yayıb. Videoda idman müəlliminin 19 yaşlı Encel Qranados-Diası qucaqladığı, başqa bir müəllimin isə cəld yaxınlaşaraq gəncin əlindən silahı aldığı əks olunub.
Muxalifet4 - 20-10-2019
Məşhur idmançıya qarşı təcavüz iddiası - "QURBAN"IN 20 YAŞI VAR
Qarışıq döyüş növlərində (MMA) çıxış edən idmançı Konor Makqreqorun adı cinsi təcavüzdə hallanır.
Bu barədə Fox News məlumat yayıb.
Telekanal bildirir ki, təcavüz qurbanının 20 yaşı var. Hadisə Dublindəki barlardan birinin yaxınlığındakı dayanacaqda baş verib.
Makqreqorun nümayəndələri məlumatı təkzib edərək, döyüşçünün özünün tez-tez şayiə qurbanı olduğunu bəyan ediblər. Hələlik idmançıya qarşı rəsmi ittiham irəli sürülməyib.
Muxalifet4 - 20-10-2019
21 yaşlı hamilə qadın intihara cəhd etdi - GƏDƏBƏYDƏ
Gədəbəy rayonunda hamilə qadın intihar etmək istəyib.
Hadisə Gədəbəy rayonu Qaravəlilər kəndində qeydə alınıb. 1998-ci il təvəllüdlü kənd sakini Paşayeva Həmidə İlham qızı sirkə içərək intihara cəhd edib.
21 yaşlı H.Paşayeva ailə üzvlərinin köməkliyi ilə Gədəbəy rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər.
Qadının hansı səbəbdən sirkə içməsi məlum deyil.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır./qafqazinfo
Muxalifet4 - 20-10-2019
Tələbələrin köçürməsini önləmək üçün "unikal üsul" - Başlarına qutu keçirib imtahana saldılar - FOTO
Hindistan kolleclərinin birində müəllim qəribə təcrübədən yararlanıb.
Bu barədə “The Times of India” xəbər yayıb.
Bildirilib ki, qutularda tələbərin tapşırıqları görməsi üçün xüsusi deşiklər qoyulsa da, onlar yanlarında oturanlar görə bilmirlər.
İmtahanda çəkilmiş görüntülər sosial şəbəkələrdə geniş yayılıb.
Təhsil ocağının direktoru bunun sadəcə bir eksperiment olduğunu, tələbələrin isə bununla razılaşdığını bildirib.
Muxalifet4 - 20-10-2019
"İkinci günə kimi oradan uzaqlaşmasanız, başınızı əzəcəyik!" - ƏRDOĞAN
"İkinci gün axşam saatlarına kimi kürd döyüşçülər Suriyanın şimal hissəsini tərk etməsə, Türkiyə onların başlarını əzəcək".
Muxalifet4 - 20-10-2019
BAKININ MƏRKƏZİNDƏ DAHA BİR ETİRAZ AKSIYASI KEÇİRİLDİ - "Qadına şiddətə yox!"
Bakının mərkəzində bir qrup ictimai fəal "Dözmə, yürüş et" adlı aksiya keçirib. Yürüş iştirakçıları məişət zorakılığı ilə üzləşən qadınlara dəstək nümayiş etdirdiklərini, belə hallara son qoyulmasını tələb etdiklərini bildiriblər. Yürüşdə "Qadına şiddətə yox!", "Qadın qətlləri siyasidir", "Elinaya susma!", "Erkən nikahlara yox!", "Ailə məsələsi deyil", "Konvensiyanı rədd etmə, qadınları qətl etmə!" şüarları səsləndirilib. Polis ilk öncə yürüşü dağıtmağa çalışıb və aksiya iştirakçılarının əllərindən şüarları dartıb.
Muxalifet4 - 20-10-2019
"Barış pınarı" hərəkatında YENİ MƏRHƏLƏ... - Danışıqlara əməl olunmasa nə baş verəcək?
Prezident Recep Tayyip Erdoğan Suriyanın şimalında nəzərdə tutulan təhlükəsiz zonadan çıxmayacaqları təqdirdə Türkiyənin kürd silahlılarının "başlarını əzəcəyini" deyib.
Türkiyə cümə axşamı günü kürdlərin təhlükəsizlik zonasından çıxmasına beş günlük möhlət verib.
Lakin şənbə günü hər iki tərəf bir-birini "atəşkəsi pozmaqda" günahlandırıb.
Ankara kürd qüvvələrini "terrorçu" sayır və Suriyanın daxilində bufer rolunu oynayacaq "təhlükəsizlik zonası" yaratmaq istəyir.Muxalifet4 - 20-10-2019
"Onu mümkün qədər tez uzaqlaşdırmaq lazımdır" - TANINMIŞ ADMİRALDAN TRAMPA QARŞI QİYAMA ÇAĞIRIŞ
ABŞ Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının (“Navy Seals”) keçmiş komandiri, admiral Uilyam Makreyven “The New York Times” qəzeti üçün yazdığı məqalədə prezident Donald Trampı kəskin tənqid edib və onu “mümkün qədər tez” Ağ evdən uzaqlaşdırmağa çağırıb.
Muxalifet4 - 20-10-2019
Azərbaycanlı gənc Rusiyada iki qızı bıçaqladı, biri öldü
Rusiyanın Sankt-Peterburq şəhərində iki gənc qız bıçaqlanıb.
Rusiya mətbuatı xəbər verir ki, çoxsaylı bıçaq zərbələri alan qızlardan birinin həyatını xilas etmək mümkün olmayıb.
Sağ qalan qızın anasının sözlərinə görə, cinayəti qızın azərbaycanlı keçmiş sevgilisi törədib. Hadisəni törətməkdə şübhəli bilinən 34 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.
Onun cinayəti qısqanclıq zəminində törətdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır./qafqazinfo
Muxalifet4 - 20-10-2019
"Sinifdə şagird sayı 25-dən yuxarı olmamalıdır" - TƏHSİL EKSPERTİ: "45 dəqiqə, 40 şagird..."
“Təhsil haqqında” qanunda göstərilir ki, hər sinifdə 20 nəfər olmalıdır, praktiki olaraq isə 25 nəfərdən artıq uşaq yığılmamalıdır”.
Muxalifet4 - 20-10-2019
“26”lar kafesinin sahibinin oğlu niyə bıçaqlanıb?
Sökülən qalmaqallı "26-lar" kafesinin sahibinin oğlu və dostu bıçaqlanıb. Onları bıçaqlayan da elə öz dostları imiş.
Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, "26-lar" kafesinin sahibi, ali məktəbdə hüquq dərsi verən Ərəstun Qasımovun oğlu Əliyar Qasımov bıçaqlanıb. Uzun müddət ölkə gündəmini zəbt edən Əliyar Qasımovun adı bu dəfə ağır cinayətdə zərərçəkmiş keçir.Muxalifet4 - 20-10-2019
Bu da Zelenskinin rus oxşarı... - FOTO
Rusiyanın paytaxtı Moskvada Ukrayna prezidenti Vladimir Zelenskinin oxşarı tapılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə "Mash Telegram-kanalı" bildirib.
Qeyd edilir ki, Ukrayna liderinin oxşarı paytaxt metrosunda aşkarlanıb. O, Özbəkistan sakinidir.
Məlumata görə, həmin şəxsin adı Ümiddir. O Moskvada avtomobil rəngsazı işləyir.
Ümid etiraf edib ki, yaxınları onu "Dima" deyə çağırırlar.
Zelenskinin oxşarı Moskvaya xanımı və övladları ilə birlikdə gəlib. (Report.az)Muxalifet4 - 20-10-2019
Emin Ağalarovun Azərbaycana həsr olunan layihəsi təqdim olundu - FOTO/VİDEO
Xalq artisti Emin Ağalarov Azərbaycana həsr olunmuş möhtəşən musiqi layihəsini təqdim edib.
Oxu.Az xəbər verir ki, Emin sözügedən layihənin klipini şəxsi “İstagram” hesabında paylaşaraq, bu sözləri yazıb:
“Azərbaycan! Mən səni sevirəm! Harada olursunuzsa olun, hər zaman doğma yurdumuz, divarlarımız, yaxın insanlarımız, uşaqlıq, doğma torpaqlarımız haqqında düşünürük və xatırlayırıq. Azərbaycan, hamımızı birləşdirdiyinə görə sənə təşəkkür edirəm”.
Beləcə Xalq artisti bütün həmvətənlərini Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib.
Muxalifet4 - 20-10-2019
Təhsil Şöbəsinin müdiri işdən çıxıb - SİYƏZƏNDƏ
Siyəzən rayon Təhsil Şöbəsinin müdiri işdən çıxıb. "Report" xəbər verir ki, təhsil şöbəsinin müdiri Rəfail Hacıyev öz istəyi ilə işdən çıxıb. Hələlik onun yerinə təyinat olmayıb. Qeyd edək ki, R.Hacıyev 18 il bu vəzifədə çalışıb.
Muxalifet4 - 20-10-2019
"Azərbaycanla bu dildə və tərzdə danışmağa icazə verilə bilməz" - RƏSMİ BAKIDAN AVROPA BİRLİYİNƏ SƏRT ETİRAZ
“Avropa İttifaqının bəyanatında onlarla insanın saxlanması barədə verilən məlumat yalandır. Qanunsuz aksiya keçirən şəxslərin əksəriyyəti rəsmi xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Avropa Ittifaqının bəyanatına münasibət bildirərəkən deyib. O, qeyd edib ki, Azərbaycanda sərbəst toplaşma azadlığı təmin olunub.
Muxalifet4 - 20-10-2019