Axtarış
The search found 105712 results in 0.027 seconds.
Search results
Avropadan Türkiyəyə qarşı ŞOK QƏRAR - Silah satışı dayandırıldı və...
Almaniya kansleri Angela Merkel bəyan edib ki, federal hökumət kürdlərə qarşı hərbi əməliyyata görə artıq Türkiyəyə silah satmayacaq. O, bunu Türkiyə Suriyada atəşkəsə razılıq verməzdən əvvəl deyib.
Türkiyəyə hərbi eksportu dayandırdığını daha əvvəl Britaniya açıqlamışdı, İspaniya, Hollandiya, Norveç, Fransa, Çexiya, İtaliya və Finlandiya isə silah satışını məhdudlaşdıracaqlarını bildirmişdilər.Muxalifet4 - 20-10-2019
Məşhur futbolçunun xanımı yataq sirrlərini AÇDI: Eh... - FOTOLAR
Bir müddət əvvəl veteran futbolçu Devid Bekhemlə evliliklərinin 20-ci ilini qeyd edən Viktoriya Bekhem "The View" proqramının qonağı olub.
Muxalifet.az Fanat.az-a istinadən xəbər verir ki, "Spice Girls" qurupunun sabiq üzvü şəxsi həyatı ilə bağlı açıqlamalar verib.
Aparıcı Coy Beharın "Neçə ildi birlikdəsiniz" sualına cavab verən 45 yaşlı Viktoriya "20 il. Buna inana bilirsiniz?" deyib.Muxalifet - 20-10-2019
Hafiz Hacıyevə AĞIR İTKİ
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə itki üz verib. Publika.az xəbər verir ki, partiyanın mətbuat xidmətindən verilən məlumata görə, MMP sədrinin qardaşı Nazim Hacıyev vəfat edib. Qeyd edək ki, mərhum bir müddət öncə insult keçirmişdi. Nazim Hacıyev bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Allah rəhmət eləsin.
Muxalifet - 20-10-2019
Terrorçular Rasulayndan "Qırmızı Xaç"a aid maşınlarla QAÇIRLAR / Fotolar
Türkiyə "Sülh Çeşməsi" əməliyyatında mühasirəyə aldığı YPG/PKK terrorçularına şəhəri tərk etməyə imkan yaradılır. Muxalifet.az xəbər verir ki, Türkiyə ilə ABŞ arasında 120 saat müddətinə razılaşdırılmış atəşkəs bitmək üzrədir. "Anadolu" agentliyinin məlumatına görə, gün ərzində onlarla pəncərələri plyonka və qəzetlərlə örtülmüş "Qızıl Xaç" təcili yardım maşınları və minik avtomobilləri ilə yaralı terrorçular Haseke şəhərinin Qamışlı qəsəbəsinə daşınıb.
Muxalifet3 - 20-10-2019
“Alanyaspor” zirvəni qaytarıb, “Fənərbağça” səfərdə qalib gəlib
Türkiyə Super Liqasında VIII tur davam edir.
APA-nın məlumatına görə, turun üçüncü günündə 3 oyun keçirilib.“Alanyaspor” “Rizəspor”u 5:2 hesabı ilə darmadağın edərək birgünlük fasilədən sonra liderliyi qaytarıb. “Fənərbaxça” isə səfərdə “Dənizlispor”a qalib gəlib.
Qeyd edək ki, tura oktyabrın 21-də yekun vurulacaq.
Muxalifet - 20-10-2019
Ermənistandan uçan təyyarələr Afrikaya necə silah daşıyıb... - SENSASİON ARAŞDIRMA
10 oktyabr 2019-cu ildə EK-72903 qeydiyyat nömrəli, Ermənistan qeydiyyatında olan An-72 təyyarəsi Konqo Demokratik Respublikasında qəzaya uğrayıb. Qəzada bütün ekipaj üzvləri - Rusiya, Ukrayna və Qazaxıstan vətəndaşları həlak olublar. "Nastoyaşaya vremya" qəzetinin yazdığına görə, qəzaya uğrayan təyyarənin sahibi eyni zamanda bir neçə təyyarənin sahibidir, Konqoda və offşor zonada qeydiyyatdan keçmiş South Airlines CO şirkətinin sahibi olan erməni əsilli rusiyalı iş adamı Vahram Simonyandır.
Muxalifet - 20-10-2019
Gələn il Azərbaycan manatının dollara məzənnəsi ilə bağlı PROQNOZ
Gələn il Azərbaycanda manatın ABŞ dollarına məzənnəsinin 1,7 səviyyəsində olması proqnozlaşdırılır.
Muxalifet.az Trend-ə istinadən bildirir ki, bu, Azərbaycanın 2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrində öz əksini tapıb.Muxalifet - 20-10-2019
Mirşahin Gültəkin Hacıbəylinin səs yazısını yaydı - VİDEO
Sabiq millət vəkili, hazırda Milli Şurada yer alan Gültəkin Hacıbəylinin səs yazıları yayılıb.
"Qafqazinfo" xəbər verir ki, oktyabrın 19-na təsadüf edən səs yazıları Gültəkin Hacıbəyli ilə ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi işlər üzrə müşaviri Uilliam Solly ilə danışığı zamanı lentə alınıb.
Sözügedən səs yazısını Mirşahin Ağayev rəhbəri olduğu Real TV-nin efirində səsləndirib.
Muxalifet4 - 20-10-2019
Çilidəki etirazlar zamanı xəsarət alanların sayı 500 nəfəri ötüb
Çilinin paytaxtı Santyaqonun mərkəzində son sutka ərzində keçirilən və iğtişaşla yekunlaşan etiraz aksiyasının gedişatında 200-dən çox şəxs tibbi yardım məqsədilə xəstəxanalara müraciət edib.
“Report” “TASS”-a istinadən xəbər verir ki, bu məlumatları ölkənin səhiyyə naziri Hayme Manyaliç verib.
Bundan əvvəl Santiaqo və Valparaisoda keçirilən etirazlar zamanı 314 nəfərin xəsarət alması haqqında məlumat yayılmışdı.
Muxalifet4 - 20-10-2019
Azərbaycanda instaqram dələduzluğu - Diqqətli olun! - VİDEO
Cəmi 10 manata 3 aylıq limitsiz internet...Üstəlik elanda ximdətin bütün operatorlardan aktiv edilməsinin mümkün olduğu vəinternetin sürətli olacağına da zəmanət verilir. Sosial şəbəkələrdə belə dələduzluq forması yayılıb.
İnstagramda pulsuz internet, limitsiz interneta dı altında hesablar açaraq izləyici toplayır, sonra isə onlardan pul istəyirlər. Ödəmə terminalı vasitəsi ilə pulu ödədikdən sonra isə həmin səhifəni tapmaq olmur.
Muxalifet4 - 20-10-2019
TRAMP RUSİYAYA və PUTİNƏ “OYNAMAQDA” GÜNAHLANDIRILIR - Spikerdən ittiham
ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bəyan edib ki, prezident Trampın siyasəti Rusiya və onun lideri Vladimir Putin üçün sərfəlidir. «AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, o, həm də bildirib ki, Birləşmiş Ştatlar və NATO arasındakı ziddiyyətlər Kremlin «xeyirinə işləyir». Pelosi hesab edir ki, Moskva o cümlədən, ABŞ-ın Ukraynaya vaxında köməklik göstərməməsindən «mənfəət götürür». Bundan başqa, spikerin fikrincə, Trampın fəaliyyəti sayəsində Rusiya Yaxın Şərqdə öz mövqeyini möhkəmlədib.
Muxalifet - 20-10-2019
Ukrayna Baş Prokurorun müavini təyin olunan həmyerlimiz kimin qardaşıdır? - MARAQLI DOSYE
Məlum olduğu kimi, Ukraynanın Baş prokuroru Ruslan Ryaboşapka əslən azərbaycanlı olan Gündüz Məmmədovu özünə müavin təyin edib. Belə ki, Ryaboşapka müvafiq əmri 18 oktyabr tarixində imzalayıb. Məlum olub ki, Gündüz Məmmədov 1974-cü ildə Gəncə şəhərində doğulub. 1996-cı ildə İ.İ.Meçnikov adına Odessa Dövlət Univesitetini "hüquqşünaslıq” ixtisası üzrə bitirib. 1996-cı ilin oktyabr ayından 2013-cü ilin mart ayına qədər müxtəlif bölgələrdə prokuror köməkçisi, rayon prokurorunun müavini, şöbə prokuroru, şöbə müdiri, şəhər prokuroru və vilayət prokurorunun müavini vəzifələrində çalışıb.
Muxalifet4 - 20-10-2019
SSRİ və Rusiyanın ən yaşlı ən qəddar qadın qatili - TÜKÜRPƏDİCİ FAKTLAR
80 yaşlı qadın qurbanlarını təkcə öldüməklə kifayətlənməyib, öldürdüyü şəxslərin cəsədlərini parçalara bölərək ya itlərə yem edib, ya da zibilxanalara atıb. Çoxsaylı amansız qətllər törədən yaşlı qatil uzun illər ərzində hüquq-mühafizə orqanlarının diqqətini özündən yayındırmağı da bacarıb. 80 yaşlı Sofiya Jukova ancaq 2019-cu ilin yanvarında törətdiyi amansız qətldən sonra ifşa oluna bilib.
Muxalifet.az xəbər verir ki, hazırda Rusiyanın Xabarovsk şəhər məhkəməsində seriya qətllər törədən 80 yaşlı Sofiya Jukovanın məhkəmə prosesi gedir.
Muxalifet4 - 20-10-2019
Azərbaycanda bütün sənədsiz evlərə sənəd veriləcək - Eldar Əzizovdan AÇIQLAMA
"Azərbaycanda bütün sənədsiz evlərə sənəd veriləcək".
Bu barədə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Binəqədi rayonunun sakinlərilə görüşdə deyib.
Onun sözlərinə görə, uzun illərdir ev tikdirib, sənəd ala bilməyən vətəndaşların problemləri artıq aradan qaldırılacaq.
"30 ildir evi tikib, orada yaşayır, amma sənədləşdirə bilmir. Cənab Prezidentin tapşırığı ilə komissiya yaradılıb və bu məsələ yaxın günlərdə nəinki Bakı, ölkə üzrə öz həllini tapacaq”, - deyə Eldar Əzizov bildirib.//azxeber.comMuxalifet - 20-10-2019
Alimlər xoruldamanı sağlamlığa təhlükə hesab edir: Ürək ritmi pisləşir və insult ehtimalı artır...
Muxalifet.az Ren.TV-yə istinadən xəbər verir ki, amerikalı alimlər xoruldamağın insan sağlamlığı üçün təhlükəli olduğunu və beynin degenerativ xəstəliklərinə, insult və depressiyaya səbəb ola biləcəyini müəyyənləşdiriblər. Xoruldama, adam yuxuda ikən boğaz divarlarının rahatlaması zamanı baş verir. Hava keçidləri daralır. Boğaz boşluğunun titrəmələri həm ətrafdakılara, həm də xoruldayanın özünə mane olan xoşagəlməz səs çıxarır. Bu problemi olan insanlar tez-tez səhərlər özlərini yorğun hiss edirlər.
Muxalifet - 20-10-2019
“Ağ xalatlı qatilləri” güllələmək istəyənlərin güllələnməsi –Stalin 1 ay gec ölsəydi...
Əgər SSRİ rəhbəri İosif Stalin 1953-cü ilin mart ayının 1-dən 2-sinə keçən gecə iflic olmasaydı, rəsmi informasiyaya görə, martın 5-də ölməsəydi, həmin ayın ortalarında Moskva, eləcə də SSRİ-nin digər iri şəhərlərinin mərkəzi meydanlarına yığılmış insanlar yəhudi mənşəli həkimlərin dar ağacından asılmasını izləyəcəkdi. Bunu vaxtilə SSRİ-nin baş naziri olmuş Nikolay Bulqanin həbs edilmiş və türmədə ölmüş həkim Yakov Etingerin oğluyla söhbətdə deyib.
Muxalifet - 21-10-2019
Oğlum Konor ilə yenidən döyüşə bilər - Həbibin atası
O, bir dəfə yazmışdı: "Gəl, Moskvada rəqs edək" UFC-nin yüngül çəkidə çempionu, rusiyalı idmançı Həbib Nurməhəmmədovun atası və baş məşqçisi Abdulmanap oğlunun rəqibinin adını açıqlayıb. AzNews.az xəbər verir ki, bu haqda məlumatı “Sovetski sport” qəzeti yayıb. Onun sözlərinə görə, Həbibin rəqibi amerikalı qarışıq üslublu döyüşçü (MMA) Toni Ferqyüson olacaq: “Əgər duel Nyu-Yorkda "Madison-skver-Qarden"də keçirilməsə, Həbib iki divizionun eks-çempionu Konor Makqreqorla görüşəcək”. "Mən istəyirəm ki, Həbib Ferqyüsonla döyüşsün.
Muxalifet - 21-10-2019
ABŞ hərbi texnikasını Suriyadan çıxarır - FOTO
Muxalifet.az xəbər verir ki, İraqdan gələn çox sayda ABŞ-a aid, üzəri boş yük maşınları Suriyaya yollanıb.
Hadisə Türkiyənin Mardin vilayətinin Nusaybin qəsəbəsindən lentə alınıb.
Maşın karvanını üzərində ABŞ bayraqları olan zirehli texnika müşayiət edib və onların Suriyanın iç ərazilərinə doğru istiqamət götürdüyü kameralarda əks olunub.
Muxalifet.azMuxalifet4 - 21-10-2019
Türkiyə Suriyaya dəstək üçün qüvvə göndərir
Türkiyə-Suriya sərhədinə dəstək üçün qüvvə göndərilir. Muxalifet.az hurriyet.com.tr-yə istindla bildirir ki, Türkiyə-Suriya sərhədindəki hərbi birləşmələrə dəstək məqsədilə göndərilən xüsusi təyinatlıları daşıyan avtobuslardan ibarət karvan Qaziantepin İslahiyə qəsəbəsinə girib. Təhlükəsizlik qüvvələrinin müşayiət etdiyi avtobus qatarı daha sonra Kilis istiqamətinə yola düşüb. Hərbçilərin Kilis-Suriya sərhədində yerləşdirilmiş qüvvələrə dəstək məqsədiylə göndərildiyi məlum olub. Muxalifet.az
Muxalifet4 - 21-10-2019
Ərdoğandan ABŞ-a ŞOK XƏBƏRDARLIQ: 120 saat bitən kimi…
Razılaşmaya əməl edilməzsə, 120 saatın tamamlandığı an hərəkat qaldığı yerdən başladılacaq.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Sülh çeşməsi” ilə bağlı açıqlamasında deyib.
“Təhlükəsizlik bölgəsini mühafizə edəcəyik. Planlarımız, layihələrimiz hazırdır. Buna görə addımlar atırıq”, – deyə türk lider bildirib. /teleqraf.com/Muxalifet - 21-10-2019