Axtarış
The search found 105712 results in 0.028 seconds.
Search results
Nazarbayev “Belarus silahı”nı öpmədi – Lukaşenko
Belarusun dövlət başçısı Aleksandr Lukaşenko Prezident yanında İdarəetmə Akademiyasında protokol xidmətində niyə gözəl qızlara ehtiyac duyulmasından danışıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Belarus KİV məlumat yayıb.
Prezident çıxışında gözəl qızları “silah” adlandırıb:
“Zala sükut çökdü. Bir ara hamı səs-küy salırdı, qışqırırdı, zalda iki yüzdən çox iştirakçı, o cümlədən media nümayəndələri vardı. Birdən sükut yarandı. Düşünürəm ki, görəsən, nə baş verir?Muxalifet - 19-10-2019
"60 nəfər saxlanıldı" - Bakı polisindən müxalifətin mitinqi ilə bağlı açıqlama
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxtda qanunsuz aksiyaya cəhdlə bağlı məlumat yayıb.
Özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun üzvləri 2019-cu il oktyabr ayının 19-da paytaxtın mərkəzi ərazilərindən birində mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər.Muxalifet - 19-10-2019
Roza Zərgərli: "Onların “duxu” yoxdur, ona görə ombalarını əməliyyat etdirib, böyütdürürlər"
“İçdiyim dərmanlardan zəhərləndim. Ayağımda artıq uzun müddətdir ki, ağrılar var. O ağrıları azaltmaq üçün ağrikəsici preparatlar qəbul edirdim. Bu il səhnə fəaliyyətimin 20 illiyini Heydər Əliyev adına sarayda qeyd edəcəyəm. Konsertdən sonra ayağımdan əməliyyat olunacağam”.
Bu sözləri məşhur müğənni Roza Zərgərli dilə gətirib. O içdiyi ağrıkəsici dərmanlar ucbatından bədənində suluqların əmələ gəldiyini söyləyib:Muxalifet - 19-10-2019
Ərdoğandan dünyaya TARİXİ MESAJ: Artıq qəbul etməlidirlər
Bölgəmizdə və dünyamızda istədikləri kimi at oynada biləcəklərini düşünənlər bu işin o qədər də asan olmadığını artıq qəbul etməlidirlər.
Muxalifet.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Kayseri vilayətinə səfəri zamanı deyib.Muxalifet - 19-10-2019
“Onlar mitinq yox, təxribat həyata keçirməyi planlaşdırırdılar” – Siyavuş Novruzov
“Bu gün Özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurum “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun tələblərini pozaraq qeyri-qanuni şəkildə onlar üçün müəyyən olunmuş yerdə deyil, tamamilə başqa yerdə mitinq keçirməyi planlaşdırmışdılar”.
Bunu “Report”a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.
Muxalifet - 19-10-2019
Rusiya Suriyada təşəbbüsü ələ alır? – “Bütün torpaqlar Suriya hakimiyyətinin nəzarətinə qaytarılmalıdır…”
Muxalifet.az RİA Novosti-yə istinadən xəbər verir ki, Rusiya nümayənədə heyəti bu gün Suriyanın şimal-şərqindəki gərgin vəziyyətin müzakirəsi üçün Bəşər Əsədlə görüşüb. Rusiya XİN-nin tərkibinə Rusiay prezidentinin Suriya tənzimləməsi üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev və XİN rəhbərinin müavini Serqey Verşinin başçılıq edib. Tərəflər gərginliyin aradan qaldırılması üçün tədbirlər görülməsinin zəruriliyini qeyd ediblər.
Muxalifet4 - 19-10-2019
Qızıl mədənində axtarış dayandırıldı - 4 metrlik dalğa onlarla mədənçini suya qərq edib…
Rusiyanın “Danışır Moskva" radiostansiyasının “Telegram” kanalından verilən məlumata görə, Krasnoyarskda bəndin qırılması nəticəsində qızıl mədənçilərin həlak olduğu yerdə axtarış əməliyyatı gecə düşdüyü üçün dayandırılıb. Muxalifet.az "İnterfaks" a istinadən xəbər verir ki, Moskva ilə Krasnoyarsk arasındakı vaxt fərqi dörd saat olduğundan, qeydin dərc edildiyi anda saat 19:30 olub. Bildirilir ki, 4 metrlik dalğa qızıl mədənçilərinin yataqxanasını su ilə ördüb, onlarla adam suya qərq olub. Hazırda altı nəfərin taleyi məlum deyil. Əvvəllər itkin düşmüş hesab olunan yeddi nəfər sağ tapılıb.
Muxalifet4 - 19-10-2019
SON DƏQİQƏ: Pənah Hüseyn sərbəst buraxılıb
Bakıda razılaşdırılmamış aksiyanı müşahidə etmək üçün şəhərin mərkəzinə gələn sabiq baş nazir Pənah Hüseyn saxlanılmışdı. Bu dəqiqələrdə Pənah Hüseyn sərbəst buraxılıb. Bu barədə AG Partiyanın sədri Tural Abbaslı məlumat verib.
Muxalifet - 19-10-2019
Məşhur sənətçinin səhhəti yenidən AĞIRLAŞDI - Xəstəxanaya yerləşdirildi
Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil yenidən xəstəxanaya yerləşdirilib.
O, "Qaçış sindromu" adlanan xəstəliyindən əziyyət çəkir. Mehmet Ali Erbil 235 gündür reanimasiyada idi. Xəstəxanadan yenicə evə buraxılmışdı.
Xəstəxanadan verilən açıqlamada, aktyorun sadəcə sistem qoydurmaq üçün oraya getdiyi və səhhətinin qaydasında olduğu bildirilib.//redaktorMuxalifet - 19-10-2019
Londonu etirazlar bürüdü - ON MİNLƏRLƏ İNSAN NÜMAYİŞ KEÇİRİR
İngiltərənin paytaxtı Londonda on minlərlə insan küçələrə çıxaraq Brexit müqaviləsinin təsdiqlənməmişdən əvvəl referendumda səsverməyə çıxarılmasını tələb edir.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, mitinq iştirakçıları parlamentdə Brexit müqaviləsi üzrə müzakirələrin keçirildiyi zaman Vestminster ərazisində etirazlarını davam etdirəcəklərini bildiriblər.
Muxalifet - 19-10-2019
Avropada plastik tullantılardan yol çəkilib – İLK DƏFƏ
Estoniyanın paytaxtında Avropada ilk dəfə plastik tullantılardan yol çəkilib.
Tallin küçələrinin birində piyada keçidi plastik tullantılardan hazırlanmış yol örtüyü ilə üzlənib. Şəhər rəhbərliyi bunu hazırda dünyanı narahat edən plastik tullantıların düzgün istifadəsi istiqamətində atılmış əhəmiyyətli addım hesab etdiyini bildirib. Şəhər rəhbərliyinin bu addımı bütün Avropa ölkələri tərəfindən alqışlanıb.
Muxalifet - 19-10-2019
Xalq artistinin qızı ağladı: ”Şokdayam, yaşananlara inanmıram”
Müğənni Səidə Dadaşova "Maşın” şounun final gecəsində ağlaması ilə diqqət çəkib. Aparıcı Suna Kasımoğlunun qalib olduğunu eşidən ifaçı ağlamağa başlayıb.
Muxalifet.az xəbər verir ki, O, "musavat.com"a açıqlamasında bildirib ki, Sunanın qalibiyyətinə sevinməyib:Muxalifet - 19-10-2019
Azərbaycanda BİABIRÇILIQ: Polis vəzifəli şəxsi qadınla intim əlaqədə olarkən tutub - Sakinlər ayağa qalxdı
"Space Tv" yayımlanan "Gəl, dərdini danış" verilişində Şəmkir sakini başına gələn xoşagəlməz hadisə barəsində danışıb.
Muxalifet - 19-10-2019
Yediyi şirniyyatın pulunu ödəməmək üçün baxın nə etdi - AĞLASIĞMAZ... - VİDEO
Türkiyənin Mardin vilayətində bir qadın yediyi şirniyyatın pulunu ödəməmək üçün saçından qopardığı tükləri paxlavanın içinə qoyub.
Muxalifet.az xəbər verir ki, şirniyyat dükanına girib paxlava istəyən bir qadın saçından qopardığı tükləri paxlavanın son kəsiyinin içinə qoyub. Bunda sonra şirniyyatçını yanına çağıran qadın paxlavanın içindən saç çıxdığını söyləyərək pul ödəmədən oradan uzaqlaşıb.Muxalifet - 19-10-2019
BAKIDAKI ETİRAZ AKSİYASI DÜNYA MEDİASINDA - "The Independent" nəşri: “Qərb ölkələri Azərbaycanı tərifləyirlər, lakin...”
“Şənbə günü enerji resurları ilə zəngin ölkə olan Azərbaycanda az maaş, korrupsiya, demokratiyanın olmamasına etiraz edən, başda ana müxalifət olan Xalq Cəbhəsinin lideri olmaqla, çox sayda insanı polis həbs edib”.
Muxalifet.az xəbər verir ki, bu haqda Böyük Britaniyanın məşhur "The Independent" nəşrində qeyd olunur.
Yazıda daha sonra qeyd edilir:Muxalifet4 - 19-10-2019
Milli Şuranın mitinqində həbs olunan PARTİYA SƏDRLƏRİ AZADLIQDA! / Yenilənib
Bakıda Milli Şura tərəfindən təşkil olunan qarışıqlıq zamanı saxlanılan vətəndaşlar sərbəst buraxılır.
Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, onlardan biri də sabiq Baş nazir Pənah Hüseyndir.
Jurnalist Əvəz Zeynallı bildirib ki, Pənah Hüseyn onunla birlikdə hadisələri müşahidə etmək üçün şəhər mərkəzinə gedərkən saxlanılmışdı.Muxalifet4 - 20-10-2019
“Əxlaqsız da sənsən, təlxək də” – Sabiq millət vəkilləri canlı efirdə bir-birini təhqir etdi - VİDEO
Türkiyədə partiya rəsmiləri Habertürk kanalının canlı efirində dalaşıb.
Canlı efirdə AKP-nin (Ədalət və İnkişaf Partiyası) üzvü keçmiş millət vəkili Şamil Tayyar ilə CHP-nin (Cümhuriyyət Xalq Partiyası) keçmiş millət vəkili Barış Yarkadaş arasında mübahisə yaranıb.
Hülya Hökeneyin moderatorluğu ilə aparılan veriliş yaşanan gərginlik səbəbilə ilk dəfə olaraq reklamlara ayrılmaq məcburiyyətində qalıb.
Barış Yarkadaşın “Hökumət terror təşkilatı ilə dolasıyı yolla da olsa eyni masaya oturub” sözləri efirdə bir anlıq gərginlik yaradıb.Muxalifet - 20-10-2019
Toy ərəfəsində Cennifer Lopezə ŞOK! Sevgilisi köməkçisi ilə... - FOTO
Xəbər veridiimiz kimi, gələn il Cennifer Lopez idmançı nişanlısı Aleks Rodrigez ilə nikah bağlamağı planlaşdırır.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, dünya ulduzu bir neçə gün əvvəl Manhettendə parlaq straplez gəlinlikdə və gümüş iplərlə işlənmiş duvaqda görünüb. Əvvəlcə Ceylonun toy tarixini önə çəkdiyi düşünülsə də, məlum olub ki, bu kadrlar “Mənə ərə gəl” romantik komediya filminin çəkilişlərindəndir.Muxalifet - 20-10-2019
SON DƏQİQƏ: Türkiyə ordusuna DƏHŞƏTLİ HÜCUM - Şəhid və yaralı var
Suriyanın Tel Abyad bölgəsində kəşfiyyat və nəzarət missiyası zamanı PKK/YPG terrorçularının açdığı atəş nəticəsində Türkiyə ordusunun bir əsgəri şəhid olub, bir əsgər yaralanıb. Muxalifet.az xəbər verir ki, bu haqda Türkiyənin Müdafiə Nazirliyi bildirib. Xatırladaq ki, oktyabrın 17-də ABŞ və Türkiyə Suriyanın şimalında həyata keçirilən “Sülh çeşməsi” əməliyyatının 120 saat müddətində dayandırılması və YPG terror qruplaşmasının 30 kilometrlik zonadan çıxarılması haqqında razılaşıblar. Boşaldılan əraziyə Ankara tək nəzarət edəcək.
Muxalifet - 20-10-2019
Aktrisa bu şəklinə görə tənqid olundu - "Kaş, bu ayaqları görməzdik"
"Fatmagülün suçu nə?" serialından tanınan, hazırda "Bir zamanlar Çukurova"da çəkilən aktrisa Əsra Dərmancıoğlu sosial şəbəkə paylaşımı ilə gündəm olub.
Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, rəfiqəsi ilə birlikdə çəkilmiş şəklini İnstaqrama yerləşdirən aktrisa izləyicilərin tənqidi ilə üzləşib. Ayaqlarını çöldə qoyan Esra şəklə "Kartof qızartması sellülit yaratmır" sözlərini yazıb.
İstifadəçilər isə "Kaş sellülit yaradardı, bu ayaqları görməzdik" deyə qarşılıq veriblər.Muxalifet - 20-10-2019