Axtarış

The search found 105712 results in 0.046 seconds.

Search results

  1. Başı bəlalı “əsgər salamı” – Bizimkilər də cəzalandırılacaq?

    Xəbər verdiyimiz kimi, Türkiyənin Suriyadakı “Barış Pınarı” hərbi əməliyyatına bir çox futbolçu “əsgər salamı” verərək dəstək olub. Türkiyə millisinin üzvlərinin Albaniya (1:0) və Fransa (1:1) ilə matçlarda bunu nümayiş etdirməsindən sonra bir çox futbolçular onlara dəstək oldu. “Futbola siyasət qarışdırmaq olmaz” deyə UEFA-nın da bununla bağlı cəzalar tətbiq edəcəyi gözlənilir.  

    Muxalifet - 19-10-2019

  2. Türkan Vəlizadə: "Dəmir parçasına görə “Maşın”ın iştirakçıları mənliklərini satdılar"

    Kim deyirdi ki, bura bir oyundur, sadəcə, oyun oynayırıq, bu, əsla belə deyil. Kim çöldə necə idisə, "Maşın"da da özünü elə apardı. Heç bir dəyişiklik yox idi. Mən çox sevindim ki, şounu Suna Kasımoğlu uddu. Ona uğurlar arzu edirəm. Xeyirliyə sürsün avtomobili. Suna kişi kimi oyun apardı, hər kəsə normal fikrini çatdırırdı, kənarda necə idisə, elə burada da özü kimi idi. Onda nə dəyişiklik gördüm, nə də hiss etdim. Burada elə iştirakçılar oldu ki, üzlərinə "maska" taxıb, onunla da gəzirdilər.
    Bu sözləri müğənni Türkan Vəlizadə oxu.az-a müsahibəsində dilə gətirib.

    Muxalifet - 19-10-2019

  3. Ermənistan kimə güvənib "ipə-sapa" yatmır… - İRƏVANDAKI MÜHARİBƏ NARATÇILĞININ PƏRDƏARXASI

    Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "İzvestiya" qəzetinə müsahibəsində Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan ilə Nyu-Yorkdakı son görüşündən bir qədər məyus olduğunu bildirib. Deyib ki, bunlar danışıqlar deyil, görüşdür və "əsaslı danışıqlara" keçməyin vaxtı çatıb.

    Muxalifet4 - 19-10-2019

  4. ​Rusiya NATO-nun yaxınlaşmasından narahatdır – KREML HƏDƏ İLƏ DANIŞIR

    Muxalifet.az xəbər verir ki, Rusiyanın baş naziri Dmitri Medvedyev "Вечерние новости" qəzetinə müsahibəsində bundan sonra da ölkəsinin NATO bazalarının  öz sərhədləri yaxınlığında yerləşdirilməsinə cavab verəcyini deyib.
    Medvedyevin sözlərinə görə, Rusiya da, digər ölkələr kimi, öz təhlükəsizliyinin təmin edilməsində maraqlıdır.
    "Biz böyük ölkəyik, nüvə ölkəsiyik və bilavasitə ətrafımızın  NATO bazaları ilə doldurulması  arzusu bizdə müsbət emosiyalar yarada bilməz", - deyə baş nazir bildirib.

    Muxalifet4 - 19-10-2019

  5. Danışıqlar Dağlıq Qarabağ düyününü çözəcəkmi? – ERMƏNİ EKSPERTDƏN AÇIQLAMA

    İndiki gərgin vəziyyətdə həmsədrlərin regional səfərindən, demək olar ki, böyük gözləntilər yox idi. Lakin onların səfəri başqa kifayət qədər həyəcanlı məqamı ortaya çıxarıb. Muxalifet.az xəbər verir ki, bu barədə söhbətdə Tert.am "Ayatsk" analitik mərkəzinin (Baxış) eksperti Ermine Mxitaryan ATƏT-in Minsk Qrupu həmsədrlərinin regional səfərinə və onların bu səfərin yekunlarına dair birgə bəyanatlarına toxunub. "Həmsədrlərin regiona səfəri kifayət qədər gərgin şəraitdə keçib.

    Muxalifet4 - 19-10-2019

  6. ​ABŞ-TÜRKİYƏ ANLAŞMASININ DETALLARI – “Bufer zona” 120 km məsəfəni əhatə edəcək

    Muxalifet.az hurriyet.com-a istinadən xəbər verir ki, artıq Suriyanın şimalında atəşkəsdən sonra yaranan sakitlikdən sonra  Türkiyə Silahlı Qüvvələri (TSK) terrorçuların geri çəkilməyə başladığı ərazilərin əldəqayırma və minalanmış partlayıcı maddələrdən təmizlənməsi işlərini genişləndirib.

    Muxalifet4 - 19-10-2019

  7. ​41 İŞİD-çi təslim oldu – YPG ONLARI SƏRBƏST BURAXMIŞDI...

    Muxalifet.az milliyet.com-a istinadən xəbər verir ki, Türkiyə DİN rəhbəri Süleyman Soylu 41 nəfər İŞİD üzvünün təslim olduğunu bəyan edib.

    Bildirilir ki, bu İŞİD-çilər terror təşkilatı YPG onları sərbəst buraxdıqdan sonra təslim olublar.
     

    Muxalifet4 - 19-10-2019

  8. ​“PKK/YPG son nəfəsini adına layiq verir” - Terrorçular son 36 saatda 14 təcavüz hadisəsi törədib

    Muxalifet.az Türkiyə Müdafiə Nazirliyinin “Twitter” üzərindən yaydığı paylaşıma əsasən bildirir ki, Türk Silahlı Qüvvələri "Təhkükəsiz Zona" üçün  işlər apararkən, PKK-YPG terrorçuları son 36 saatda 14 təcavüz hadisəsi törədiblər.

    Muxalifet4 - 19-10-2019

  9. Suriya erməniləri Qarabağa getməkdən imtina etdilər və... - DAĞIDILMIŞ HƏLƏBDƏ QALDILAR

    İşğal altındakı Dağlıq Qarabağa səfərdən sonra erməni politoloq Arkadi Melkonyan separatçı rejimdəki həyatla bağlı səs-küylü açıqlama ilə çıxış edib.

    Virtualaz.org bildirir ki, News Front agentliyinin "Əslində" verilişinin studiyasında Melkonyan, Dağlıq Qarabağ və Donbas arasında paralellər apararaq qeyd edib ki, "dqr"də yaşayış səviyyəsi kifayət qədər yüksəkdir.

    Muxalifet - 19-10-2019

  10. ​“Vaxtı gələndə lazım olan ediləcək” – Ərdoğan Trampın məktubu haqda

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampın məktubu barəsində açıqlama verib: "Əlbəttə, bizlər bunu unutmadıq. Unutmağımız doğru deyil. Vaxtı, saatı gələndə lazım olanın ediləcəyinin də bilnməsini istəyirik". Müxalifet.az milliyet.com-a istinadən bildirir ki, Dolmabağça sarayındakı ofisində əcnəbi media təmsilçiləri ilə görüşündə bu açıqlamaları verib. R.T.Ərdoğan, "Menbiçdən İraq sərhədinə qədər olan 444 km uzunluğunda, 30-35 km enində içəriyə doğru təhlükəsiz zonaya bir ilə iki milyon arası Suriya qaçqınının geri qayıtmasını planlayırıq.

    Muxalifet4 - 19-10-2019

  11. Sosioloq kişiləri yıxdı-sürüdü: “Qadın kimi qaş qaldırmağa, saç boyamağa maraq göstərirlər”

    Son zamanlarda cəmiyyətdə qadınlarla yanaşı, kişilərdə estetik gözəllik vasitələrindən, manikür və pedikürdən, üz üçün xüsusi vasitələrdən aktiv istifadə edir. Bu tendensiya müasirlikdir, yoxsa zamanın tələbi?
    “İndi bel' hallar çoxdur. Hamı özün xaricilərə oxşatmağa çalışır. Hansısa bir cinsi  məlum olmayan fransıza, ingilisə özünü niyə oxşadırsan ki? Elə öz qəhrəman kişilərimizə oxşat da”.
    Bu emosional açıqlamanı məsələyə münasibət bildirən sosioloq Əhməd Qəşəmoğlu Modern.az-a söyləyib. Onun fikrincə, həyəcan təbili çalmağın vaxtıdır.

    Muxalifet - 19-10-2019

  12. Nüfuzlu “qanuni oğru”nu villasında belə həbs etdilər - VİDEO

    Kriminal aləmdə “Kostya Kanskiy” ləqəbi ilə tanınan “qanuni oğru” Konstantin Naybauer Krasnoyarsk vilayətində həbs olunub.
    “Ölkə.Az” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. 
    54 yaşlı kriminal avtoritet  həyətə keçirilən xüsusi əməliyyat nəticəsində həbs edilib. Onun barəsində cinayət işi açılıb.

    Muxalifet - 19-10-2019

  13. Azərbaycanda DƏHŞƏTLİ OLAY: sevgilisi ilə birləşib dostu ilə görüşdü, sonra...

    Qubada qətl törətməkdə təqsirli bilinən Qusar rayon sakini, 1987-ci il təvəllüdlü Ramella Əlimuradova və onun sevgilisi Eşqin Rəsulovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
    Publika.az xəbər verir ki, Ramella Əlimuradovanın qeyri-rəsmi əri olduğu və birgə yaşadığı Eşqin Rəsulov 24 noyabr 2017-ci ildə, saat 22.15-də həmkəndlisi Anar Balayev ilə birlikdə Quba rayonu, Alpan kəndindəki ərzaq mağazasından spirtli içki, pivə, enerji içkisi, bir qutu “Prima” siqareti və bir paket “Patron” günəbaxan tumu alıblar.

    Muxalifet - 19-10-2019

  14. “Razılaşmasaydıq, türklər bütün bölgəni ələ keçirəcəkdilər” - ABŞ QORXUSUNU ETİRAF ETDİ

    ABŞ-ın göndərdiyi heyətinin tərkibində Ankarada prezident R.T.Ərdoğanla görüşdə iştirak eləmiş Suriya üzrə xüsusi nümayəndə Ceyms Ceffri deyib: “YPG-nin bu bölglərdə qala bilmək istədiyinə şübhə yoxdur. Bu sahələrdə heç bir hərbi qabiliyyətlərinin olmadığını qiymətləndirdik. Türk ordusu qısa müddət içərisində çox böyük bir ərazini ələ keçirdi. Razılaşmasaydıq, davam edəcəklərinə şübhəmiz yox idi”. Ceffri Türkiyənin tələblərinin qəbul edilməyəcəyi təqdirdə Türkiyə Silahlı Qüvvələri ilə müxaliflərdən ibarət Suriya Milli Ordusunun bütün bölgəni alacağını bildirib.

    Muxalifet - 19-10-2019

  15. Bakıda 14 marşrutun istiqaməti müvəqqəti dəyişdirildi - BNA-dan açıqlama

    Özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun oktyabrın 19-da saat 15-də mitinq keçirilməsi ilə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq cavab verilməsinə baxmayaraq, mitinqin təşkilatçıları həmin vaxtda qanunla qadağan edilmiş yerdə, yəni Bakı metropoliteninin "28 May" stansiyasının qarşısında razılaşdırılmamış qanunsuz aksiya keçirəcəkləri barədə sosial şəbəkələrdə məlumatlar paylaşıblar. 

    Muxalifet - 19-10-2019

  16. POLİS ƏLİ KƏRİMLİNİ SAXLADI – Milli Şuranın mitinq keçirməsinə imkan verilmir - Yenilənir

    Polis Milli Şuranın bu gün saat 15:00-a 28 May metrostansiyasının qarşısına təyin etdiyi razılaşdırılmamış mitinqin keçirilməsinə imkan verməyib. Son məlumatlara görə, mitinqdə iştirak etmək üçün evindən çıxan AXCP sədri Əli Kərimli elə yaşadığı binanın qarşısında saxlanılaraq naməlum istiqamətə aparılıb. Onunla birlikdə olanların da saxlanıldıqları bildirilir. Bundan əvvəl Əli Kərimli “Facebook”da yazmışdı ki, yaşadığı evin qarşısında 20-dən artıq mülki geyimli əməliyyatçı onun aşağı düşməsini gözləyir. Mitinqin təyin olunduğu ərazidə internet kəsilib.

    Muxalifet - 19-10-2019

  17. ​Saakaşvilidən Gündüz Məmmədovun təyinatına reaksiya

    Mixail Saakaşvili əslən azərbaycanlı Gündüz Məmmədovun Ukrayna Baş prokurorunun müavini təyin edilməsinə münasibət bildirib.
    Axar.az xəbər verir ki, o öz fikrini Feysbuk səhifəsində paylaşıb.
    “Daha bir doğru təyinat. Gündüz mənim zamanımda Odessada çalışıb, o, çox yaxşı hüquqşünas və təmiz adamdır. Ona və Ryaboşapkinin yerdə qalan bütün komandasına uğurlar”, - deyə o bildirib.

    Muxalifet - 19-10-2019

  18. Qurban Qurbanov “avtoşluq” edən futbolçu ilə bağlı QƏRAR VERDİ

    “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbolçu Araz Abdullayevi Premyer Liqanın VIII turunda “Qəbələ” ilə səfərə gedən heyətə daxil etməyib.

    27 yaşlı yarımmüdafiəçi bir neçə gün öncə “Instagram” səhifəsində şəxsi avtomobilini yüksək sürətlə idarə etməsinin görüntülərini yerləşdirdiyi üçün baş məşqçinin qəzəbinə tuş gəlib.

    Azərbaycan millisinin üzvü barədə yekun qərarın necə olacağı hələlik bilinmir.

    Muxalifet - 19-10-2019

  19. "28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının fəaliyyəti bərpa olunub - YENİLƏNİB

    Oktyabrın 19-da saat 13:00-da zərurətdən yaranmış səbəblərə görə Bakı metropoliteninin fəaliyyəti müvəqqəti dayandırılmış "28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyaları saat 17:00-dan sərnişinlərin giriş-çıxışına açılıb. Musavat.com xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, oktyabrın 19-da saat 15:00-da mitinq keçirilməsi ilə əlaqədar özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurum Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi.

    Muxalifet - 19-10-2019

  20. ABŞ radiosu İran-Ermənistan əlaqələrinə dair sensasion material yaydı

    ABŞ İranın Ermənistana ixrac etdiyi qaz üzərində sanksiya tətbiq edə bilər!
    Muxalifet.az
    Publika.az musavat.com-a istinadən xəbərt verir ki, xəbər verir ki, ABŞ-ın nüfuzlu "Con Batçelor Şou" radio proqramının rəhbəri Con Batçelor ABŞ-ın Demokratiyaların Müdafiəsi Fondu Araşdırma İnstitutunun böyük elmi işçisi Behnam Ben Talebludan müsahibə alıb.

    Muxalifet - 19-10-2019

Pages