Axtarış

The search found 105712 results in 0.028 seconds.

Search results

  1. BANK SEKTORUNA “SARI VƏRƏQƏ” – Məmur-bankirlər son müşavirədən nəticə çıxaracaqlarmı?

    “Bank sektoru bizdə iqtisadiyyatın artımına, iqtisadiyyatın real sektorunun artımına o qədər də kömək göstərmir və son illərdə yenə də istehlak kreditlərinin həcmi artır. Mən əvvəlki illərdə bunu demişəm ki, bizim portfelimizdə istehlak kreditləri üstünlük təşkil edir və bank sektorunun böhranının səbəblərindən biri də məhz o idi. İndi də mənə məlumat verilir ki, yenə də bu meyllər artır, iqtisadiyyatın real sektoruna yox, yenə də istehlaka, yəni, istehlak mallarının alınmasına kreditlər verilir…”

    Muxalifet - 19-10-2019

  2. Yanvarın 1-dən icazə verilməyəcək... - Sahibkarlara XƏBƏRDARLIQ

    Növbəti ilin yanvar ayının 1-dən etibarən enerji içkiləri soyuq zəncirə daxil ediləcək və onların 0°C – 18°C temperaturda daşınmasına və saxlanmasına nəzarət ediləcək.
    Bu, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədrinin müşaviri Elxan Mikayılov enerji içkilərinin istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla keçirlən görüşdə deyib.

    Muxalifet - 19-10-2019

  3. Oliqarx məmurların sonu çatdımı? – Ekspertdən maraqlı açıqlama

    Azərbaycanda iqtisadiyyatın mühüm problemlərindən biri məmur oliqarxiyasının mövcudluğudur. Müstəqil ekspertlərin, bir sıra millət vəkillərinin mütəmadi olaraq dilə gətirdikləri bu problemin həlli istiqamətində ciddi addımların atılmasını cəmiyyət böyük maraqla gözləyir. Son vaxtlar həyata keçirilən bəzi tədbirlər, səsləndirilən fikirlər iqtisadi proseslərin normal məcrada inkişafını əngəlləyən məmur-biznes bağlılığına qarşı təsirli vasitələrdən istifadə olunacağına dair ümidləri artırır.

    Muxalifet - 19-10-2019

  4. Türkiyə Azərbaycana yeni silahlar verəcək - Ermənilərin "Bakı hücum fürsəti gözləyir" təlaşı

    Rusiyanın nüfuzlu hərbi nəşri yeni türk silahının üstünlüklərindən yazdı; Azərbaycanla qardaş ölkə arasında hərbi əməkdaşlıq yeni fazaya keçir, “vahid millət, ortaq ordu” - niyə də olmasın?..

    Azərbaycanın NATO üzvü Türkiyə ilə tarixi dostluğu və davam edən müttəfiqliyi təkcə ərazisinin 1/5-i işğalı altında olan ölkəmiz üçün, onun milli maraqları üçün önəm kəsb etmir.

    Muxalifet - 19-10-2019

  5. TRAMPIN MƏKTUBU NİYƏ SIZDIRILDI? – Ağ Evin 34 yaşlı siyasi müşavirinin Ankara görüşünə "sürprizi"... - ARAŞDIRMA

    Ergün Diler

    “Takvim”, Türkiyə, 18 oktyabr 2019-cu il

    Tramp tərəfindən yazıldığına inanılması çox çətin olan məktub hələ də gündəlikdədir. İfadələrini, xitab şəklini, nəzakətdən uzaq olmasını, diplomatik olmayan dilini, bir prezidentə yaraşmayan baxış bucağını analiz edəcək deyiləm.

    ABŞ-da bu məktubu Trampın yazmadığına inanan çox adam var. Doğrusu, o sətirlərin Ağ Evdən çıxma ehtimalı zəifdir. Ancaq “Bəli, biz yolladıq” dedilər.

    Yaxşı, bəs necə oldu? Məktub haradan çıxdı? Sanki qopan fırtına içində bu sualların cavablarına uzaq qaldıq.

    Muxalifet - 19-10-2019

  6. Vilayət Eyvazovdan növbəti TƏYİNAT

    Daxili İşlər orqanlarında növbəti kadr dəyişikliyi olub. 
    Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 
    Əmrə əsasən, Daxili İşlər Nazirliyinin Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun komandiri, polis polkovniki Mehdi Təhməzov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. 
    Nazirin digər əmrinə əsasən, onun yerinə polkovnik-leytenant Əli Abdullayev təyinat alıb. 
    Ə.Abdullayev Sumqayıt Şəhər Polis İdarəsinin xidməti üzrə rəis müavini vəzifəsində çalışıb.

    Muxalifet - 19-10-2019

  7. Türkiyəyə qarşı ŞOK TƏLƏBLƏR: 60 deputat imzaladı

    Suriyada həyata keçirilən əməliyyata görə NATO-da Türkiyənin üzvlüyü dayandırılmalıdır.
    TASS agentliyi xəbər verir ki, belə çağırış Fransa Milli Məclisinin (parlamentin aşağı palatası) 8 siyasi fraksiyanın təmsilçiləri olan 60 deputatın imzası ilə hökumətə edilən birgə müraciətində səsləndirilib.

    Muxalifet - 19-10-2019

  8. ​SON DƏQİQƏ: Paytaxtın mərkəzi küçələri və metronun çıxışı bağlanır - SƏBƏB

    Bu gün oktyabrın 19-da Milli Şura Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiya keçirməyi planlaşdırır. Milli Şura icazəsiz aksiyanı şəhərin mərkəzində - metronun “28 May” stansiyasının çıxışında keçirməkdə israrlıdı. Bu aksiya ilə bağlı hüquq mühafizə orqanları gücləndirilmiş iş rejiminə keçib. Polis aksiyanın qarşısını alacağını bəyan edib. 

    Muxalifet - 19-10-2019

  9. Könül Kərimova TANINMAZ HALDA - VİDEO

    Müğənni Könül Kərimovanın makiyajdan əvvəlki və sonrakı halı gündəm yaradıb. 51 yaşlı sənətçi tanınmış stilist Pərviz Mirzəyevin qəhrəmanı olub. Makiyajla inanılmaz dərəcədə dəyişən müğənni saç stilində də dəyişiklik edib. Belə ki, o, uzun saçlarını qısa kəsdirərək sarıya boyayıb.

    Muxalifet - 19-10-2019

  10. Azərbaycanda 31 nəfər SAXLANILDI

    Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. 

    DİN-in Mətbuat Xidmətindən Muxalifet.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 21 cinayətin üstü “isti izlər”lə açılıb.

    Əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub.

    Muxalifet - 19-10-2019

  11. Deputatın bacısı oğlu vəzifədən niyə azad olundu? – Sürücülərin “qənimi” olan polis

    Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəis müavini Rəşadət Babayevin tutduğu vəzifədən azad edilməsi onun qalmaqallı persona olması ilə bağlıdır. 

    “Yeni Sabah” xəbər verir ki, bəzi iddialara görə, Rəşadət Babayevin qalmaqallarla gündəmə gəlməsi onun rəis müavini kimi karyerasının sonunu gətirib. Onun hətta millət vəkili, məşhur 91-lərdən olan Eldar İbrahimovun bacısı oğlu olması da köməyinə çatmayıb.

    Muxalifet - 19-10-2019

  12. “Yumruğumuzu Qarabağ üçün masaya vurub...” – Mübariz Mənsimov

    Türkiyədə yaşayan xeyriyyəçi həmvətənimiz, "Plamali" şirkətlər qrupunun prezidenti Mübariz Məsimovun qardaş ölkənin Suriyadakı anti-terror əməliyatından yazıb. “Yeni Sabah” xəbər verir ki, M. Mənsimov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Barış pınarı” əməliyyatı ilə bağlı qərarlarını dəstəkləyən açıqlamalar verib: “Yaxşı komandanlar meydanda, yaxşı siyasətçilər masada, liderlər isə hər ikisində qazanır. Bu gün dünya və liderləri Türkiyənin Ali Baş Komandanından danışır.

    Muxalifet - 19-10-2019

  13. “Azərbaycanı daima dəstəkləyirik” – Pakistanın Baş Qərargah rəisi

    Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ordu generalı Zubair Mahmud Hayatla görüşüb. Səfirlikdən verilən məlumata görə, görüşdə Azərbaycan və Pakistanın silahlı qüvvələrinin hərbi və hərbi-texniki sahədə əməkdaşlığından, əlamətdar günlərdə yüksək səviyyəli heyətlə qarşılıqlı iştirakdan məmnunluq ifadə olunub.

    Muxalifet - 19-10-2019

  14. ABŞ-Türkiyə anlaşmasına terrorçular əməl edəcək? - POLİTOLOQDAN ŞƏRH

    Qabil Hüseynli: “Kürdlər Amerikanın Türkiyə ilə razılaşmasına əməl etməyəcəklər”

    “Türkiyə Amerika ilə münasibətləri hədsiz dərəcədə pisləşdirmək istəmədi”

    Muxalifet - 19-10-2019

  15. "Maşına ən çox mənim ehtiyacım var idi, çox peşimanam" - Lalə

    Xəbər verdiyimiz kimi, ötən gün “Maşın” şounun “Maskarad” adlı sürətinin final gecəsi oldu. Şouda aparıcı Suna Kasımoğlunun qalib olması Lalə Mustafayevanı təəccübləndirməyib.
    Populyar teleaparıcı və keçmiş model Lalə Mustafayeva BiG.AZ-a açıqlamasında bildirib ki, o özünü məğlub hesab etmir:
    "Maşına ən çox mənim ehtiyacım var idi, çox peşimanam" - Lalə

    Muxalifet - 19-10-2019

  16. “Azpetrol”dan dizel yanacağı ilə bağlı XƏBƏRDARLIQ: "Keyfiyyətsizdir, məsuliyyət daşımırıq" - YENİLƏNİB

    Son günlər “Azpetrol” yanacaq doldurma məntəqələrində dizel avtomobillərinin sürücülərinə yanacağın keyfiyyətsiz olduğu haqda xəbərdarlıq edilib. “Dizel çox keyfiyyətsizdir, istəyirsiniz doldurun, istəmirsiniz doldurmayın, sonra maşınınız xarab olsa, bizlik deyil. Bizə rəhbərlik tərəfindən bildirilib ki, sürücülərə xəbərdarlıq edək”, – deyə sürücülərə bildirilib.

    Muxalifet - 19-10-2019

  17. Sedat Peker “Quli”nin rəqibi ilə görüşündən danışdı – “Rəis” Badri ilə nə barədə söhbət edib?

    Türkiyənin yeraltı dünyasının lideri Sedat Pekerin (“Rəis”) azərbaycanlı “qanuni oğru” Nadir Səlifovla konfliktdə olan gürcü əsilli kriminal avtoritet Badri Koquaşvili (“Badri Kutaisi”) ilə görüşü barədə açıqlama yayılıb. Muxalifet.az Yenisabah.az-a istinadən xəbər verir ki, Sedat Pekerin adından yayılan açıqlamada bildirilir ki, Badri Koquaşvilinin Nadir Səlifovu zərərsizləşdirməkdə ona yardımçı olmasını xahiş etməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Sedat Peker bildirib ki, Badri Koquaşvili ilə tanışlığı Gursel Sayful adlı dostunun təqdimatı ilə baş tutub.

    Muxalifet - 19-10-2019

  18. UEFA “Qarabağ”ı cərimələyib – Erməni təxribatı ilə bağlı açıqlama verilməyib

    UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi “Qarabağ” klubunu 7875 avro məbləğində cərimələyib.

    Avropa futbol qurumunun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, buna səbəb Ağdam təmsilçisinin sentyabrın 19-da Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində İspaniya “Sevilya”sına Bakı 0:3 hesabı ilə uduzduğu matçda baş verənlərdir.

    Muxalifet - 19-10-2019

  19. SON DƏQİQƏ: Seymur Həzi yenidən həbs edildi

    AXCP üzvü Seymur Həziyev həbs edilib.
    S.Həziyev ictimai qaydanı pozduğuna görə, polis əməkdaşları tərəfindən saxlanılıb.
    Məhkəmənin qərarı ilə onun barəsində 15 gün müddətinə inzibati həbs qərarı verilib.//BakuPost

    Muxalifet - 19-10-2019

  20. Metronun 3 stansiyası fəaliyyətini müvəqqəti dayandırdı - RƏSMİ

    “Özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun oktyabrın 19-da saat 15-də mitinq keçirilməsi ilə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq cavab verilməsinə baxmayaraq, mitinqin təşkilatçıları həmin vaxtda qanunla qadağan edilmiş yerdə, yəni Bakı metropoliteninin "28 May" stansiyasının qarşısında razılaşdırılmamış qanunsuz aksiya keçirəcəkləri barədə sosial şəbəkələrdə məlumatlar paylaşmışlar.

    Muxalifet - 19-10-2019

Pages