Axtarış

The search found 105712 results in 0.028 seconds.

Search results

  1. ABŞ özünün Suryadakı aviabazasını bombaladı - SƏBƏB...

    ABŞ Silahlı Qüvvələri öz hərbçilərini çıxardıqdan sonra Suriyanın Əl-Hasaq əyalətində yerləşənhərbi-hava qüvvələrinə aid bazanı bombalayıb. RİA “Novosti” xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb yayıb. Agentliyin məlumatına əsasən, ABŞ-ın hərbi təyyarələri üçün uçuş-enmə zolağı ilə təchiz olunmuş Kleyb hərbi bazasına aviazərbələr endirilib. ABŞ ordusu, həmçinin kürdlər yaşayan Əl-Hasak əyalətində yerləşən hərbi bazanı da tərk etməyə hazırlaşır.

    Muxalifet4 - 20-10-2019

  2. Velosipeddən yıxılan müəllim öldü - CƏLİLABADDA

    Cəlilabadda velosipeddən yıxılan şəxs xəstəxanada vəfat edib.
    Məlumata görə, hadisə bir neçə gün öncə Cəlilabad rayonunda baş verib.
    Belə ki, rayon sakini,1988-ci il təvəllüdlü Alışanov Rəşid Vəliməmməd oğlu velosipeddən yıxılıb.
    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə paytaxt xəstəxanalarından birinə çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub.
    Lakin R.Alışanov cərahi əməliyyat olunsada, onun həyatını xilas etmək mümkün olmayıb. Mərhum bu gün xəstəxanada vəfat edib.

    Muxalifet4 - 20-10-2019

  3. ABŞ İŞİD-çilərin arvadlarını düşərgələrdən çıxarır

    ABŞ hərbçiləri İŞİD terrorçularının arvadlarını Suriyanın Haseke vilayətindəki Əl-Hol qaçqın düşərgəsindən çıxarır.

    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "İhbariyyə" telekanalı məlumat yayıb.

    Məlumata görə, düşərgənin üzərində ABŞ helikopterləri dövrə vurur.

    Muxalifet4 - 20-10-2019

  4. XİN-dən Avropa İttifaqına SƏRT CAVAB: Azərbaycanla bu dildə və tərzdə...

    Avropa İttifaqının bəyanatında onlarla insanın saxlanması barədə verilən məlumat yalandır. Qanunsuz aksiya keçirən şəxslərin əksəriyyəti rəsmi xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. Publika.az-ın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Avropa Ittifaqının bəyanatına münasibət bildirərəkən deyib. O, qeyd edib ki, Azərbaycanda sərbəst toplaşma azadlığı təmin olunub.

    Muxalifet - 20-10-2019

  5. "Gəlin qayınananın sözünü “yeyə” bilmirsə..." - Elnarə Abdullayevadan QALMAQALLI SÖZLƏR / Video

    Əməkdar artist Elnarə Abdullayeva ATV-də yayımlanan “Gündən-günə” proqramında işlətdiyi ifadələr izləyicilərin qınağına səbəb olub.  

    Oxu.Az xəbər verir ki, sözügedən proqramda qonaq olan xanəndə cəmiyyətin həssas mövzularından birinə - gəlin, qayınana və qayınata məsələsinə toxunub.  

    Onun səsləndirdiyi iradlar yanında əyləşən digər qonaq, Xalq artisti Elmira İsmayılovanı hiddətləndirib. 

    Muxalifet4 - 20-10-2019

  6. "Rus əsgərin imtahanda kəllə sümüyü sındı və öldü"- QIRMIZI BERET ALMAQ İSTƏYİRDİ...

    Rusiya Federasiyasının Xabarov diyarında qvardiyada imtahan verən döyüşçü ölüb. DVhab.ru portalının məlumatına görə, qırmızı beret almaq üçün Xabarov diyarında keçirilən imtahana gələn Ulan-Udedən olan əsgər bütün mərhələləri keçərək əlbəyaxa döyüş sınağına çatıb. Bu döyüşdə kəllə sümüyü sınan əsgər komaya düşüb və özünə gəlmədən ölüb.

    Muxalifet4 - 20-10-2019

  7. Səudiyyə vəliəhdi “Mançester Yunayted”i ala bilər

    Səudiyyə Ərəbistanının vəliəhdi Muhəmməd ibn Salman Əl Saud hələ də “Mançester Yunayted”i almaq fikrindədir. 

    Məlumata görə, hazırda klubun sahibi olan amerikalı Qleyzerlər ailəsi iki dəfə vəliəhdin “Mançester Yunayted”i almaq təklifini qəbul etməyib. Sonuncu dəfə ibn Salman 3 milyard dollar təklif etmişdi. 

    Qleyzerlər ailəsi fikrindən dönməsə də, klubun səhmdarlarından biri 13 faizlik payını Nyu-York fond birjasına çıxarmaq niyyətindədir. Səbəb isə klubun səhmlərinin aşağı düşməsidir. 

    Muxalifet4 - 20-10-2019

  8. Azərbaycanlı milayrderdən 450 milyon TƏLƏB OLUNUR - Böyük Britaniyadakı aktivləri dondurula bilər

    Azərbaycan əsilli rusiyalı iş adamı Fərhad Əhmədovun İngiltərədəki aktivlərinin bir hissəsi dondurula bilər.

    Muxalifet.az report-a istinadən xəbər verir ki, bu barədə “The Daily Mail” məlumat yayıb.

    Buna səbəb kimi milyarderin Böyük Britaniya vətəndaşı olduğu keçmiş həyat yoldaşı Tatyana Əhmədova üçün məhkəmə tərəfindən təyin edilən məbləği ödəməkdən imtina etməsi göstərilir.

    Muxalifet4 - 20-10-2019

  9. ABŞ vədinə əməl edir - Terrorçular bölgəni belə tərk edir - VİDEO

    ABŞ-ın vitse-prezidenti Donald Trampla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Suriyadakı "Barış pınarı” əməliyyatının 120 saatlıq dayandırılması haqqında razılıq əldə olunmasından sonra PKK/YPG terrorçuları bölgəni tərk etməyə başlayıblar. Muxalifet.az xəbər verir ki, terrorçuların terrorçuların bölgəni tərk etmə anları kameralara düşüb. Qeyd edək ki, Trampla Ərdoğan arasında razılığa əsasən ABŞ 120 saat ərzində Türkiyənin Suriyada əməliyyat zonasından PKK terrorçularının çıxarılmasını təmin etməyi öz öhdəsinə götürüb.//baku.ws

    Muxalifet - 20-10-2019

  10. Qəribə inanclar: açarla fahişəliyin əlaqəsi, üçlükdə şəkil çəkdirmək qorxusu...

    Bir çox xalqların inancına görə, cümə günü və 13 rəqəmi nəhs hesab edilir. Bunu çoxumuz bilirik. Amma dünya xalqlarının uğursuzluqla əlaqələndirdikləri elə qəribə inanclar var ki, bəziləri təəccüb, bəziləri gülüş doğurur.

    Muxalifet4 - 20-10-2019

  11. DƏHŞƏT: 67 yaşlı kişi özünü yandırdı

    Gəncə sakini yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Şəhər sakini, 1952-ci il təvəllüdlü Mirzəyev Söhbət Yeprin oğlu bədənin yuxarı ətrafının, boyunun yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. İlkin məlumata görə, S. Mirzəyev şəhərin Gülüstan yaşayış massivində üzərinə yandırıcı maye tökərək özünü yandırıb. Faktla bağlı araşdırma aparılır./qafqazinfo.az

    Muxalifet4 - 20-10-2019

  12. Türkiyəyə qarşı ŞOK TƏKLİF: “Sülh çeşməsi”nə cavab ola bilər

    Fransanın ifrat sağçı “Milli Cəbhə” Partiyasının sədri Marin Le Pen Türkiyəni NATO-dan çıxarmağı təklif edib.
    Muxalifet.az
    RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, siyasətçi belə bəyanatı RCI telekanalının efirində səsləndirib.
    Siyasətçi Avropa İttifaqını tənqid edib və bildirib ki, qurum “heç nə etmir və heç nə təklif etmir”. Onun fikrincə, Türkiyənin NATO-dan çıxarılması bu ölkənin Suriyaya “təcavüzünə” mümkün cavab ola bilər. Siyasətçi hesab edir ki, Ankara ittifaqda “meyarları pozub”.

    Muxalifet - 20-10-2019

  13. Bakıda ağır qəza tıxaca səbəb oldu - VİDEO

    Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    “Report” xəbər verir ki, qəza metronun “Gənclik” stansiyasının yaxınlığında qeydə alınıb. Qəzada “Mercedes” markalı avtomobilə ciddi ziyan dəyib.

    Yol hadisəsi Fətəli Xan Xoyski küçəsində tıxaca səbəb olub.

    Hadisə yerinə DYP əməkaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

    Muxalifet4 - 20-10-2019

  14. ABŞ Əfqanıstandan 5 min əsgərini çıxarır - 8,6 min hərbçi qalacaq

    ABŞ-ın Müdafiə naziri Mark Esper Əfqanıstandan beş min əsgərin çıxarılması planından danışıb.

    Bu barədə “Associated Press” məlumat yayıb.

    Esper bildirib ki, bununla belə ölkədə 8,6 min hərbçi qalacaq. Bu qərar Əfqanıstanda terror təşkilatlarına qarşı mübarizəyə dəstək olacaq.

    Pentaqon rəhbəri əlavə edib ki, beş min hərbçi radikal “Taliban” hərəkatı nümayəndələrilə sülh sazişinin şərtlərindən asılı olmayaraq ölkədən çıxarılacaq. 

    Muxalifet4 - 20-10-2019

  15. ŞOK - Dünyada xərçəng xəstəliyi həddi 33 faizə çatdı

    Alimlərdən ibarət beynəlxalq qrup  195 ölkəni əhatə edən elmi tədqiqatlarında dünyada hazırda daha çox yayılan xərçəng növləri, xəstələrdən sağ qalan və ölənlərin, eləcə də sağqalma müddəti, xəstəliyin xarakteristikası barədə bütün statistik məlumatları toplayıb və işləyiblər. Nəticələr Onkology dərgisində çap olunub.

    Muxalifet.az xəbər verir ki, alimlər xəstələrin daha çox hansı xərçəng növlərindən öldüyünü də dəqiqləşdirib.

    Beləliklə rəqəmlər xərçəngin dünyada 33% artdığını göstərib. 

    Muxalifet4 - 20-10-2019

  16. "Qarabağ vulkana bənzəyir, püskürməsi əsl fəlakət ola bilər" – Tomas de Vaal

    Ermənistanın baş naziri Nikol Paşinyan üçün bal ayı başa çatıb: evdəki çoxsaylı problemlərlə yanaşı o, 30 ildir davam edən Qarabağ münaqişəsi adlı baş ağrısı ilə də məşğul olmalıdır. Virtualaz.org xəbər verir ki, bu barədə britaniyalı analitik Tomas de Vaal özünün “Dağlıq Qarabağ ətrafında münaqişə hansı səbəbdən yenidən alovlana bilər” başlıqlı məqaləsində yazır. Müəllifə görə hakimiyyətə gəlişindən 18 ay sonra Paşinyan yenə də populyardır və onun partiyası parlamendə çoxluğa sahibdir.

    Muxalifet - 20-10-2019

  17. AĞSUDA DƏHŞƏT YAŞANDI - 32 yaşlı iki uşaq anası özünü fermada asdı

    Ağsu rayonunda intihar hadisəsi baş verib. 

    APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Bənəcik kəndində qeydə alınıb. 

    Muxalifet4 - 20-10-2019

  18. Etiraz aksiyalarında 200 nəfər saxlanıldı - 288 POLİS XƏSARƏT ALIB

    Kataloniyada müstəqillik tərəfdarlarının keçirdiyi etiraz aksiyaları zamanı 200 nəfər saxlanılıb.

    Muxalifet4 - 20-10-2019

  19. Futbol matçı zamanı paraşütçü stadiona eniş etdi - VİDEO

    İtaliya çempionatının səkkizinci turunda Milanın “İnter” klubu “Sassuolo”ya qalib gəlib - 4:3.
     

    Muxalifet - 20-10-2019

  20. Suriyadan SON GÖRÜNTÜLƏR: Türk əsgərinin önündən belə keçdilər - VİDEO

    Türkiyə-ABŞ razılaşmasına uyğun olaraq, amerikalı hərbçilər YPG terrorçuları ilə birlikdə Suriyanın şimalını tərk edirlər.
    Muxalifet.az
    Türkiyə KİV-inə istinadən xəbər verir ki, ABŞ əsgərləri bölgədən çıxarkən görüntülənib.
    Qeyd edək ki, Türkiyə oktyabrın 9-da Suriyanın şimalında "Sülh çeşməsi" antiterror əməliyyatına başlayıb. Oktyabrın 17-də isə YPG terrorçularının bölgədən çəkilməsini nəzərdə tutan Türkiyə-ABŞ razılaşması əldə edilib. Razılaşmaya əsasən, əməliyyat 120 saat müddətindən dayandırılacaq.

    Muxalifet - 20-10-2019

Pages