Axtarış

The search found 105715 results in 0.048 seconds.

Search results

  1. İrəvan qorxuda: qonşumuz müharibəyə hazırlaşır

    Ermənistan bir şeyi deyir,başqa şey edir. Muxalifet.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində erməni ekspert Andranik Tevanyan paylaşıb. “Qarabağ Azərbaycandır və nida” bəyanatından sonra Azərbaycanın hərbi büdcəsi 2020-ci il üçün 20% artıb. Azərbaycanın hərbi büdcəsi bizimkini bir neçə dəfə üstələyir. Bizim qonşumuz açıq şəkildə müharibəyə hazırlaşır, hansı ki, buna Azərbaycanda baş verən kadr dəyişiklikləri də şahidlik edir. Xüsusilə baş nazir dəyişikliyi... Ermənistanın sözü ilə əməli üst-üstə düşmür. Bizim fəaliyyətlərimizlə Azərbaycanın fəaliyyətlərində assimetriya var.

    Muxalifet3 - 21-10-2019

  2. Ağacda qalıb çürüyür: Azərbaycanda bu meyvənin qiyməti niyə kəskin ucuzlaşdı?

    Azərbaycanda tonlarla feyxoa ağaclarda qalıb və ya yerə tökülərək çürüməyə üz tutub. Bu barədə sosial şəbəklərdə paylaşım edilib. Məlumata görə, ötən ilin bu vaxtı 3 manata satılan feyxoa, indi fermerlərdən 30-40 qəpiyə, hətta 10 qəpiyə alınır. Bu qiymətə məhsulunu satmaq istəməyən təsərrüfat sahibləri isə meyvəni yığmayıb. Bəs feyxoanın qiymətinin bu qədər kəskin enməsinə səbəb nədir? Mövzu ilə bağlı kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli “Yeni Sabah”a bildirib ki, bunun səbəbi sezonunun sonu olması ilə bağlıdır. “Bu gün ölkədə min hektardan çox feyxoa bağları var.

    Muxalifet - 21-10-2019

  3. ​"Aqşin Fatehi sənətçi kimi qəbul etmirəm"

    “Gündəm bərbad durumdadır. Artıq sular bulanıb. Elə həddə çatmışıq ki, ailəmlə birgə efirlərə baxa bilmirik”.
    Bu sözləri “X maqazin” proqramında müğənni Elvin Abdullayev deyib.
    Sənətçi kişilərin qalmaqalından bezdiyini bildirərək, ad da çəkib:

    Muxalifet - 21-10-2019

  4. Kadırov İŞİD terrorçularına mesaj göndərdi

    Çeçenistan Suriyadan Şimali Qafqaza qaçmaq ehtimalı olan İŞİD terrorçularına qarşı mübarizəyə hazırdır.

    Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.

    “Çeçenistan xüsusi təyinatlıları regionumuzda təhlükəsizliyi təmin etməyə hazırdır. Biz 1999-cu ildəki kimi deyilik, bizim cəmiyyətdə baxışlar tam fərqlidir. Biz onları məmnuniyyətlə qəbul edəcəyik. Lakin teatra, yoxsa məzarlığa bilet verəcəyimiz hələ bəlli deyil”, - Kadırov bildirib.

    Muxalifet - 21-10-2019

  5. ​YÜKSƏK RÜTBƏLİ İKİ MƏMUR HAQQINDA SENSASİON İDDİA - Hacıbala Abutalıbovla Əli Həsənov təqaüdə göndərildi

    Baş nazirin iki müavini - Hacıbala Abutalıbov və Əli Həsənov işdən çıxarılıb.

    Muxalifet.az qaynarinfo-ya istinadən xəbər verir ki, hər iki müavin yaş həddinə görə təqaüdə göndərilib. 
    Məlumata görə, Səhiyyə naziri Oqtay Şirəliyev də vəzifəsindən azad olunacaq. Qərarlar yaxın günlərdə rəsmən açıqlanacaq.
    Dəyişikliklər yeni Baş nazirin təyinatından sonra Nazirlər Kabinetində islahatların aparılması ilə əlaqədardır.

    Muxalifet - 21-10-2019

  6. ABŞ hərbi bazalarını köçürür

    Muxalifet.az  hurriyet.com-a  istinadla xəbər verir ki, ABŞ  Şimalı  Suriyadan çıxış  hazırlığı çərçivəsində  Menbiç, Aynulərəb ( Kobani )  və Ayn İsadan sonra Hasekedəki dörd baza və iki müşahidə məntəqəsini də boşaldıb. 

    Muxalifet3 - 21-10-2019

  7. “Bazardan, fermadan, çobanlardan iştirakçılar yığ...” – “Maşın”da qalib qalmaqalı

    Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl başa çatan “Maşın” şounun 18-ci sürətinin qalibi türkiyəli aparıcı Suna Kasımoğlu olub. Qalibin türkiyəli olması bəzi tamaşaçıların narazılığına səbəb olub. Şounun ötən illərə nisbətən daha maraqsız keçdiyini, maşının Sunaya “hədiyyə” edildiyini iddia edənlər də olub. Mövzu ilə bağlı şounun keçmiş iştirakçıları olan məşhurların fikrini öyrəndik. “Yeni Sabah”a danışan şounun 17-ci "sürəti"nin iştirakçısı Nazilə Səfərli oyunun gedişatından danışıb: “Mən özümü yaxşı oyunçu sayıram “Maşın”da.

    Muxalifet - 21-10-2019

  8. Prezident Əli Həsənov və Hacıbala Abutalıbovu işdən çıxardı - SƏRƏNCAM

    Prezident İlham Əliyev Əli Həsənovun və Hacıbala Abutalıbovun Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncamlar imzalayıb.

    Sərəncamda qeyd edilir ki, Əli Şamil oğlu Həsənov və Hacıbala İbrahim oğlu Abutalıbov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilsinlər.

    Sərəncam imzalandığı gündən qüvvəyə minir.

    Muxalifet - 21-10-2019

  9. Yola salınan Hacıbala Abutalıbovun DOSYESİ

    Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Hacıbala Abutalıbovun Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. BiG.AZ xəbər verir ki, Hacıbala Abutalıbov 1944-cü il mayın 13-də Türkmənistanın Krasnovodsk şəhərində anadan olub. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmişdir.Əslən Naxçıvan Muxtar Respublikası Ordubad rayonundandır.

    Muxalifet - 21-10-2019

  10. Terrorçuların başçısı QƏZƏBLƏNDİ: “ABŞ və Rusiya bizi satdı!”

    Türkiyənin Barış bulağı əmliyyatı zamanı Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusundan ard-arda zərbələr alan PKK/YPG terror təşkilatının başçılarından olan Cemil Bayık ABŞ və Rusiyanı terrorçuları satmaqda ittiham edib. Bayık Amerika ilə Rusiyanın öz mənafeləri naminə onları satdıqlarını söyləyib, bəzi ərəb ölkələrinin mövqelərini tərifləyib, Əsəd hökumətinə ismarıc göndərib. Terrorçuların rəhbəri deyib: “Türkiyədə İran və Rusiya ilə birlikdə bir iclas keçirildi. İclasda “demokratik muxtariyyəti qəbul eləmirik, elə bir iradəni tanımırıq” dedilər.

    Muxalifet - 21-10-2019

  11. Azarkeşlər arasında QANLI DAVA: Futbolçular meydandan qaçdı - VİDEO

    Meksika çempionatında “Atletiko San Luis” – “Keretaro” oyunu 85-ci dəqiqədə təxirə salınıb. Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb komandaların azarkeşləri arasında dava düşməsidir. Hər iki komandanın futbolçuları qarşıdurma yaradan azarkeşləri sakitləşdirməyə çalışıb. Ancaq daha sonra fanatlar meydana daxil olaraq, oyunçulara hücum etməyə başlayıblar. Futbolçular isə hücumlardan qorunmaq üçün meydançadan qaçıblar. Bu səbəbdən də qarşılaşma 85-ci dəqiqədə dayandırılıb və təxirə salınıb. Qarşılaşmada “Keretaro” 2:0 hesabıyla öndə idi.

    Muxalifet - 21-10-2019

  12. Bakıda maşınla velosipedçini vurub qaçan şəxs 18 gün sonra tutuldu

    Bakıda yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınan sürücü tutulub. Oktyabrın 2-də saat 9 radələrində Nərimanov rayonunun H.Əliyev prospektində müəyyən edilməmiş avtomobillə yolun kənarı ilə velosiped sürən Bakı şəhər sakini C.Həsənov vurulub. Nəticədə velosipedçiyə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

    Muxalifet - 21-10-2019

  13. Keyfiyyətsiz ərzaq məhsullarına kim nəzarət etməlidir? - Və yaxud ÖLKƏDƏ DƏHŞƏTLİ XƏSTƏLİKLƏR NİYƏ ARTIR?

    Azərbaycan dünyanın gənc, müstəqil, demokratik dövləti olmaqla yanaşı, müstəqil tarıxin xronikası xalqımızın iki dəfə - 1993-cü ildə və 2003-cü ildə - taleyüklü seçimlə üzləşdiyini açıq-aydın gördü və gənc nəsillər bu mühüm amilləri heç vaxt unutmur. Bu, geniş tarixi aspektdə götürüldükdə, xalqımız üçün həqiqət, onun müstəqil dövlətçiliyinin əbədiliyi baxımından həyatı əhəmiyyətə malik yolayrıcıları idi və bu gün də həmin proseslər davam edir, hansı istiqamətdə naliyyətlər olacaq, zamanın ixtiyarındadır...

    Muxalifet4 - 21-10-2019

  14. ÇİN ABŞ-ı cəzalandırmaq istəyir

    Pekin Barak Obamanın administrasiyası  vaxtı tətbiq edilmiş  düzəlişlərin Ümumdünya Ticarət təşkilatının təsbit ediyi gömrük qaydalarına  uyğun olmadığını əsas gətirib ABŞ-ın cərimə ödəməsinə nail olmaq istəyir.
    Bu barədə Muxalifet.az TASS xəbər agentliyinə istinadən məlumat verir.   
    Çin  Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarına əməl etməməsinə görə  ABŞ -dan   2.4 milyard ABŞ dolları tələb edir. Bu barədə bazar ertəsi Reuters ÜTT-nin dərc etdiyi sənədə istinadən məlumat yayıb.

    Muxalifet3 - 21-10-2019

  15. Prezidendən Qüdrət Qurbanovla bağlı SƏRƏNCAM

    Prezident İlham Əliyev Qüdrət Qurbanovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Qüdrət Qəmbər oğlu Qurbanov “Şöhrət” ordeni ilə təltif edilsin.

    Q.Qurbanov Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəhbəridir.

    Muxalifet - 21-10-2019

  16. Röya, Tünzalə Ağayeva və Mir Yusif Xalq artisti oldu

    Azərbaycan Respublikası Prezident Azərbaycan Respublikasının estrada ifaçılarına “Xalq artisti” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Azərbaycan estradasının inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə “Xalq artisti” fəxri adı verilib: Ağayeva Tünzalə Qabil qızı Mirbabayev Mir Yusif Mir Heydər oğlu Nəcəfova Röyalə Yaqub qızı.

    Muxalifet - 21-10-2019

  17. Cinayətkar aləmin iyerarxiyası: “Leş”, “Beluqa”, “Bala”, “Volk” – VİDEO

    “Leş Tofiq”, “Beluqa Tahir”, “Bala Tofiq”, “Volk Qədir”... Son günlər bu kimi ləqəblər sosial şəbəkələrdə ən çox müzakirə və məsxərə obyektinə çevrilib. Hüquq mühafizə orqanları tərəfindən müxtəlif cinayətlərə görə, saxlanılan şəxslərin cəmiyətə belə təqdim olunması, əksər insanlar tərəfindən birmənalı qarşılanmır.

    Muxalifet - 21-10-2019

  18. YPG/PKK kürdlərə əl qaldırdı – DİNC SAKİNLƏRİ QƏTLƏ YETİRDİ

    PKK/YPG/PYD terror təşkilatının Rasulayn rayonunu tərk edərkən dünən, yəni bazar günü 7 nəfər dinc kürd vətəndaşını öldürdüyü xəbəri yayılıb.

     Xəbəri Londonda dərc edilən “El Arabi El Cedid” qəzeti verib və qətlə yetirilən kürdlərin siyahısını dərc edib. Qətlə yetirilən kürd vətəndaşları PKK/YPG/PYD terorr təşkilatına xidmət eləməyi rədd elədikləri və sülh tərəfdarı olduqları üçün terrorçular tərəfindən edam edilib.

    Muxalifet - 21-10-2019

  19. “Mətbuatda da islahatlara qarşı meydan açılır…” – “Polisə Dəstək” İB-nin bəyanatı

    “Polisə Dəstək” İctimai Birliyinin 19 oktyabr 2019-cu ildə İdarə Heyətinin növbədənkənar iclası keçirilmişdir. Bu barədə “Polisə Dəstək” İB-nin sədri Şəmsəddin Əliyev məlumat verib. İclasda oktyabrın 15 də Azərbaycan Respublikasının Prezidenti yanında keçirilən iqtisadi müşavirədə ölkədəki islahatlara, dövlətin daxili və xarici siyasətinə qarşı olanlara dövlət başçısı İlham Əliyevin reaksiyası və bu istiqamətdəki tapşırıqlar müzakirə edilib. “… Bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunub.

    Muxalifet - 21-10-2019

  20. “Onları kişi saymıram” - Oksananı döyüblər

    Qadına əl qaldıran kişi, ən zəif, ən aciz, özünə güvənməyən kişidir. Mən heç onları kişi də saymıram.
    Muxalifet.az
    axşam.az-a istinadən bildirir ki, bu sözləri rəqqasə və aktrisa Oksana Rəsulova "X maqazin" proqramında deyib.
    O, ilk həyat yoldaşının şiddətinə məruz qaldığını etiraf edib:
    "İlk dəfə günlərlə ağlayırdım, küsürdüm. Sonra qorxu hissi yarandı, ikinci dəfə evdən qaçdım, rəfiqəmin evinə sığındım. Birinci həyat yoldaşımdan belə zərbələr almışam. Bu da bizim boşanma səbəbimiz olub".

    Muxalifet - 21-10-2019

Pages