Axtarış

The search found 105715 results in 0.056 seconds.

Search results

  1. Əli Həsənovla Hacıbala Abutalıbov niyə işdən çıxarılıb?

    Baş nazirin müavinləri Əli Həsənovla Hacıbala Abutalıbovun tutduqları vəzifədən azad ediləcəkləri barədə “Yeni Sabah”ın oktyabrın 9-da yaydığı məlumat təsdiqini tapıb. Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə hər iki məmur işdən çıxarılıb. Rəsmi məlumata görə, onlar öz ərizələri ilə postlarından istefa veriblər. “Yeni Sabah” yazmışdı ki, Əli Əsədovun Baş nazir təyin olunmasından sonra Nazirlər Kabinetdində kadr dəyişikliklərinə başlanılacaq və ilk olaraq Əli Həsənovla Hacıbala Abutalıbov vəzifələrini itirəcək. Əli Həsənov 21 il idi ki, Baş nazirin müavini vəzifəsində çalışır.

    Muxalifet - 21-10-2019

  2. Azərbaycan təmsilçisi İranı yıxıb-sürüdü: 0:4

    Cənubi Azərbaycanın şanlı “Traktor” komandası İran təmsilçisi “Nassaji”nin qonağı olub.

    “Şahid Vətəni” stadionunda baş tutan qarşılaşmada Azərbaycan komandası böyükhesablı qələbə çalıb: 0:4

    Muxalifet - 21-10-2019

  3. “Polis kübar davranıb, heç kim ciddi xəsarət almayıb…” – Azərbaycan XİN

    “Gənc demokratik ölkə olan Azərbaycanda insanların bütün hüquq və azadlıqları, o cümlədən sərbəst toplaşmaq hüququ təmin olunub”.

    Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Avropa Şurası insan hüquqları üzrə komissarının bəyanatını şərh edərkən bildirib.

    Muxalifet - 21-10-2019

  4. Mübariz İbrahimovu təhqir etməkdə ittiham olunan psixoloqun məhkəməsi oldu

    Xətai rayon Məhkəməsində Milli Qəhrəman Mübariz İbrahimovun anası Şamama İbrahimovanın psixoloq Nərmin Şahmarzadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətə baxılıb.

    Muxalifet.az APA-ya istinadən xəbər verir ki, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə  məhkəmə istintaqının başa çatdığı elan olunub.

    Muxalifet - 21-10-2019

  5. HDQ-nin taktiki təlimləri başa çatıb – VİDEO

    Azərbaycanın Xəzər dənizindəki ərazi sularında enerji infrastrukturunun mühafizəsi üzrə Hərbi Dəniz Qüvvələrində (HDQ) keçirilən taktiki təlimlər başa çatıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, gəmi taktiki qruplarının qarşılıqlı fəaliyyətdə döyüş əməliyyatlarının planlaşdırılması və aparılması məsələlərinin işlənilməsi üzrə keçirilən təlimin məqsədi gəmi birləşmələri tərkibində birgə fəaliyyətin təşkili olub.

    Muxalifet - 21-10-2019

  6. ​"Müvəkkilim iki yaxın qohum arasındakı münaqişənin qurbanı olub" - "Kaspi" liseyinin işi üzrə məhkəmə

    Bazar ertəsi Bakı Ağır Cinayətlər Məhkəməsində "Kaspi" liseyində 564 min manatın mənimsənilməsi haqqında iş üzrə prosesdə tərəflərin yekun çıxışları olub.
    “Turan” xəbər verir ki, iş üzrə təqsirləndirilənlər liseyin iki mühasibi - Tural Məmmədov və Fərahim Möhbalıyevdir. Onlar liseyin təsisçisi, Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanın şikayəti əsasında saxlanılıblar və CM-in 179.4-cü maddəsi (böyük ölçüdə məninsəmə) ilə ittiham olunublar.

    Muxalifet4 - 21-10-2019

  7. SON DƏQİQƏ: ABŞ-ın Azərbaycandakı səfirliyi bəyanat yaydı

    ABŞ-ın Azərbaycandakı səfirliyi Milli Şuranın 19 oktyabr mitinqi ilə bağlı bəyanat yayıb. 
    Demokrat.az həmin bəyanatı təqdim edir:

    Muxalifet - 21-10-2019

  8. "Getməli olan digərləri də var"- Hafiz Hacıyevdan QALMAQALLI AÇIQLAMA

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə həm Hacıbala Abutalıbov, həm də Əli Həsənov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifələrindən azad ediliblər. Bununla bağlı BiG.AZ-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, Cənab Prezidentimiz iclasda son günlər aparacağı islahatların anonsunu verdi: "Bəzi məmurlar dəfələrlə cənab prezidentimizə xəyanət edib. Xəyanətlərin hər birinin üstünü mən medianın köməyi ilə açdım. Əli Həsənovun nəvəsinin adam öldürməsi, harınlaşmış məmurların kolleksiyası hər kəsə bəllidir.

    Muxalifet - 21-10-2019

  9. ABŞ ordusuna qarşı üsyan: Suriya AYAĞA QALXDI, YPG Pentaqon əsgərlərini təqib edərək...

    YPG/PKK simpatiyaçıları Suriyadan geri çəkilən ABŞ qüvvələrini protest edib. Qamışlı ilçəsindən keçən ABŞ konvoyuna pomidor və kartof atılıb. Qeyd edək ki, ABŞ ordusu “Sülh çeşməsi” hərəkatı başlamazdan bir neçə saat əvvəl Suriyanın şimalından geri çəkilməyə başlamışdı. Suriyada Münbiç, Eyn əl-Ərəb, Eyn İsadan sonra, ABŞ ordusu ötən gücə Hasekedəki bazalarını boşaldaraq İraqa üz tutub. YPG terrorçuları isə konvoyu avtomobillərlə təqib edərək ABŞ əsgərlərinə "siz tarixin ən böyük xəyanətini etdiniz, bizi satdınız" sözlərini deyib.

    Muxalifet - 21-10-2019

  10. “Ərdoğanın çıxışı qarşısında DƏHŞƏTƏ GƏLDİM: Milləti belə sevmək lazımdır” - VİDEO

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əhalı qarşısında çıxışı zamanı insanları siqaret çəkməməyə səsləyib. Prezident deyib ki, “Dünyada hər gün iyirmi min insan siqaret çəkdiyi üçün ağ ciyər xərçəngindən dünyasını dəyişir. Biz bundan sonra siqret qutularının üstündə diqqət çəkən heç bir fotonun olmasına icazə verməyəcəyik. Tütünlə mübarizəmizdə geri çəkilmədən irəli getməyimiz lazımdır. Siqaret çəkməyin, bu həm cibinizə, həm də səhhətinizə ziyandır”.

    Muxalifet - 21-10-2019

  11. Trampdan ŞOK BƏYANAT: Onları 400 il...

    ABŞ prezidenti Donald Tramp Suriyadakı YPG terror qruplaşmasına növbəti zərbə sayılacaq bəyanatla çıxış edib.
    Muxalifet.az
    xarici mediaya istinadən xəbər verir ki, Tramp kürdlərə onları 400 il qoruyacağına dair söz vermədiklərini bildirib.
    ABŞ prezidenti Suriyada atəşkəs rejiminə əməl olunduğunu və kiçik qarşıdurmaların davam etdiyini söyləyib.

    Muxalifet - 21-10-2019

  12. Prezident Əli Həsənovu qəbul edib: “Siz pensiya yaşına çatmısınız” - FOTO / YENİLƏNİB

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Həsənovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib.

    Muxalifet - 21-10-2019

  13. İrandan Ankaraya ETİRAZ: Buna qarşıyıq

    Türkiyənin təhlükəsizliklə bağlı qayğılarını anlayırıq. Ancaq Ankaranın Suriyada hərbi müşahidə nöqtələri qurmasına qarşıyıq.
    Publika.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi həftəlik mətbuat konfransında bildirib.
    Suriyanı ölkəsinin “bölgədəki açar mövqeyindəki müttəfiqi” adlandıran Musəvi bu mövzuların diplomatik yollarla həll edilməli olduğunu deyib.
    “Suriyanin ərazi bütövlüyünə hörmət edilməlidir”, - iranlı diplomat söyləyib.

    Muxalifet - 21-10-2019

  14. “YAŞINIZ 75-İ KEÇİB, DAHA GƏNC NƏSİLƏ YOL VERMƏK LAZIMDIR…”- Prezidentin Abutalıbovla görüşü

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Azərbaycan Respublikası Baş Nazirinin müavini Hacıbala Abutalıbovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib.Prezident İlham Əliyev deyib:

    Muxalifet - 21-10-2019

  15. “Boşandım, xoşbəxtəm...” - FOTO

    İstanbulda arvadından boşanan bir adam bəylik kostyumu geyinərək “boşandım, xoşbəxtdəm” yazılı avtomobili ilə şəhər turuna çıxıb.

    “Yeni Sabah” xəbər verir ki, İstanbulda bəy kimi geyinərək avtomobilini də gəlin maşını kimi bəzəyən adamın hərəkəti insanların da təəccübünə səbəb olub. Boşanan adam ətrafdakılara bunları deyib:

    Muxalifet4 - 21-10-2019

  16. Xaricə gedən vətəndaşların sayı artır... - STATİSTİKA

    Bu ilin yanvar-sentyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,9 faiz artaraq 4201,5 min nəfər olub.

    Dövlət Statistika Komitəsinin hesablamalarına görə, ölkə vətəndaşlarının 36,3 faizi İrana, 29 faizi Gürcüstana, 17,5 faizi Rusiya Federasiyasına, 11,8 faizi Türkiyəyə, 5,4 faizi isə digər ölkələrə gedib. Gedənlərin 63,8 faizini kişilər, 36,2 faizini qadınlar təşkil edib.

    Muxalifet4 - 21-10-2019

  17. "Elə bilirdim, ancaq kişiləri həbs edirlər" - Oğlu ilə birlikdə ərini öldürən qadın / VİDEO

    Gülüş Fətəliyeva həbsxanada övladı ilə yaşayan qadınlardan sadəcə biridir.

    Bir yaşlı körpəsi yanında olsa da, digər övladlarına 2 ildir həsrət qalıb. Gülüş xanım oğlunu döydüyü üçün ərinin birinci nikahdan olan arvadını öldürüb. Həmin anı isə belə xatırlayır:

    “Yoldaşımın birinci arvadı oğlumu döydü, mən də vurdum. Peşmanam, indi tək təsəllim 1 yaşlı oğlumdur. Uşaqlarım üçün çox darıxıram. Qızım məktəbdə həbsxanada olduğumu deyib. Qızıma dedim, de ki, anan xəstəxanadadır”.

    Muxalifet4 - 21-10-2019

  18. Gecə səsə ayılan qadın dəhşətə gəldi: evinə girən qız oğlunu soyundurub... - FOTO

    Gecə vaxtı yuxudan oyanan qadın dəhşətə gəlib.

    Muxalifet.az xarici mətbuata istinadla bildirir ki, ABŞ-ın Ohayo ştatında qəribə hadisə baş verib. Ohayonun mərkəzi şəhəri olan Kolumbda yaşayan qadın gecə yuxudan oyanan zaman gördüyü mənzərədən dəhşətə gəlib.

    Belə ki, səsə oyanan Areica Hill adlı qadın evində yad qız görüb. Onun dediyinə görə, evinə girən qadın onun 2 yaşlı oğlunu soyundurub, çimdirirmiş.

    Muxalifet - 21-10-2019

  19. Həbib və Makqreqor arasında söyüşlü DAVA - "Moskvada görüşərik, axmaq"

    Həbib Nurmaqamedovun Konor Makqreqora qalib gəldiyi döyüşündən indiyə qədər onlar arasında dava hələ də davam edir.

    Muxalifet4 - 21-10-2019

  20. Çində milyonçuların sayı 4,4 milyon nəfərə çatdı - ABŞ-dan ÇOXDUR...

    Çin daha imkanlı insanların sayına görə ilk dəfə ABŞ-ı geridə qoyub.

    Muxalifet.az lent.az-a istinadla bildirir ki, bu haqda Credit Suisse bankının hazırladığı Global Wealth Report dünya rifahı illik hesabatında qeyd edilir.

    Sənədə görə, 99,9 milyon çinli planetdəki 10 faiz daha varlı adamların siyahısına daxil olub. ABŞ-da isə bu kateqoriyaya 98,8 milyon insan aiddir. Bununla belə, milyonçuların sayına görə ABŞ Çini qabaqlayır. ABŞ-dakı milyonçuların sayı 18,6, Çində isə 4,4 milyon nəfərdir.

    Muxalifet4 - 21-10-2019

Pages