Axtarış
The search found 105715 results in 0.053 seconds.
Search results
“Rus NATO-su” Əfqanıstan sərhədində təlim keçirib
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Tacikistanda “Dağılmaz qardaşlıq 2019” hərbi təliminə start verilib.
Virtualaz.org rus mətbuatına istindən bildirir ki, təlim Əfqanıstan sərhədinə yaxın yerləşən “Hərb Meydanı” poliqonunda keçirilib.
Məlumata görə, hərbi təlimə 3500 hərbçi, 600 hərbi texnika qatılıb.
Təlimə Rusiya Mərkəzi Hərbi Dairəsinin general-polkovniki Aleksandr Lapin rəhbərlik edir.
Muxalifet - 21-10-2019
PKK terrorçuları İsraildən dəstək istədi - "ABŞ-a TƏZYİQ GÖSTƏRİN, SURİYADAN ÇIXMASIN"
"Sülh çeşməsi" əməliyyatı ilə çıxılmaz vəziyyətdə qalan YPG/PKK terror təşkilatı İsrailə doğru yönəlib. Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, terrorçular Suriyadan əsgərlərini geri çəkən ABŞ-a təzyiq göstərməsini istəyib. Bu barədə İsrailin KAN televiziyasında adı açıqlanmayan YPG-nin rəsmilərindən biri danışıb: "İsrail ABŞ-a təzyiq göstərməlidir. Əks halda, İsrailin bizə kömək edəcəyi bir şey qalmayacaq".
Muxalifet4 - 21-10-2019
Terrorçulara məxsus yeraltı tunellər sistemi aşkarlandı - TÜRKİYƏ SƏRHƏDİNƏDƏK UZANIR
Türkiyə Ordusu Suriyanın şimalında keçirdiyi “Barış bulağı” əməliyyatı nəticəsində YPG və PKK terrorçularından azad etdiyi Rəsulayn şəhərində terrorçulara məxsus yeraltı tunellər sistemi aşkarlayıb. AzərTAc xəbər verir ki, tunelin şəhər mərkəzinin müxtəlif istiqamətlərini əhatə etdiyi və Türkiyə sərhədinə qədər uzandığı bildirilir. Əsas girişi ərazidəki anbarların birinin içində olan tunel yerin təxminən 13 metr dərinliyindədir. Uzunluğu kilometrlərlə ölçülən yeraltı keçid sisteminin hündürlüyü 3, eni isə 2,5 metrdir.
Muxalifet4 - 21-10-2019
"Suriyadan çıxarılan qoşunlarımız vətənə dərhal qayıtmayacaq" - ABŞ PREZİDENTİ
Birləşmiş Ştatlar Prezidenti Donald Tramp bazar ertəsi heç bir Amerika əsgərinin Suriyada qalmasını istəmədiyini, lakin Suriyanı tərk edən qüvvələrin ABŞ-a qayıtmazdan əvvəl başqa yerə yerləşdiriləcəyini deyib. Ağ Evdə keçirdiyi kabinet iclasında jurnalistlərlə danışan Tramp deyib ki, bəzi atışmalara baxmayaraq, Türkiyə ilə razılaşdırılmış atəşkəs qüvvədə qalır. Birləşmiş Ştatlar keçən həftə Türkiyənin Suriyanın şimal-şərqindəki kürd döyüşçülərinə qarşı hücumunu beş gün müddətinə dayandırdığını bildirib.
Muxalifet4 - 21-10-2019
Qadınların xərci kişilərdən niyə çoxdur - ARAŞDIRMA
Hər 1 dollar qazanan kişilərlə müqayisədə qadınların 82 sent qazanmalarına baxmayaraq, onlar şampun, saç kəsimi, paltar və ülgüc kimi özəl əşyalara kişilərdən daha çox pul xərcləyir. Necə deyərlər, “çəhrayı vergi” amili qadını beşiyindən məzarınadək təqib edir. Belə bir nəticəni Nyu Yorkun İstehlakçı Əlaqələri Departamentinin (DCA) araşdırmaları göstərib. DCA-nin 35 məhsul kateqoriyasnda 800 ədəd mal üzərində apardığı araşdırmalardan məlum olub ki, 30 məhsul kateqoriyasında qadın istehlaçıların aldığı gigiyenik mallar kişilərlə müqayisədə daha bahadır.
Muxalifet4 - 21-10-2019
Azərbaycanda qorxunc virusa yoluxanların sayı açıqlandı
Bu ilin yanvar-sentyabr ayları ərzində 524 nəfər Azərbaycan vətəndaşı İİV-ə yoluxub.
Muxalifet - 21-10-2019
Masazırda faciə: 25 yaşlı gənc iş yerində öldü
Abşeron rayonunda gənc oğlanı elektrik cərəyanı vurub.
Muxalifet.az trend-ə istinadən xəbər verir ki, hadisə Abşeron rayonunun Masazır qəsəbəsindəki Masazır - 82 su anbarında baş verib.
Abşeron rayonunun Mehdiabad qəsəbə sakini, 1994-cü il təvəllüdlü Yusifov Cahil Namiq oğlu işlədiyi su anbarında izoliyasiya işləri apararkən, kustar üsulla hazırlanmış, üzərinə projektor quraşdırılmış işıq dirəyinin yerini dəyişərkən onu elektrik cərəyanı vurub. C.Yusifov hadisə yerində keçinib.
Faktla bağlı cinayət işi açılıb.Muxalifet - 21-10-2019
Paşinyan nazirlərinin maaşını artırdı - GİZLİ ŞƏKİLDƏ
Ermənistanın baş naziri Nikol Paşinyan gizli şəkildə nazirlərin, onların müavinlərinin və nazirliklərin baş katiblərinin maaşlarını iki dəfə artırmaq barədə göstəriş verib.
Bu barədə netq.am saytının internet nəşri xəbər yayıb.
Muxalifet4 - 22-10-2019
Büstqalterdən imtina qadınlar üçün təhlükəlidir - Bu fəsada yol açır
Büstqalterdən imtina, tez-tez taxmamaq və ya xoşlamamaq qadın sağlamlığı üçün təhlükəlidir.
Medicina.az bildirir ki, son zamanlar trend halını alan büstqaltersiz həyat, geyimi bu alt geyimsiz geyinmək, küçəyə belə büstqaltersiz getmək yaxşı hal deyil və qadın bu vacib alt geyimindən tam imtina edə bilməz.
Həkimlər bildirir ki, büstqalteri sud vəzi ölçüsü 0-1 olanlar taxmaya bilər. Qalan ölçülər mütləq taxmalıdır. Çünki süd vəzilərinin ağırlığı onları döş qəfəsinə bağlayan bağları boşaldır, uzadır.
Muxalifet4 - 22-10-2019
"Roborace" avtomobili "Ginnesin Rekordlar Kitabı"na düşüb
"Ginnesin Rekordlar Kitabı"nın təmsilçiləri "Roborace" avtomobili tərəfindən avtonom pilotsuz avtomobillər üçün müəyyən edilən rekord sürəti rəsmi şəkildə təsdiq ediblər. Rekord saatda 282,42 kilometr təşkil edib.
Muxalifet4 - 22-10-2019
Türkiyə, Rusiya və Suriya danışıqlar masasında
Türkiyə Fəratın şərqində terrorçü dövlətin yaradılmasına heç vaxt imkan verməyəcəyini dəfələrlə bəyan edib. Muxalifet.az xəbər verir ki, milliyet.com Suriya münaqişəsinin həll olunma ehtimallarını şərh edib: “Sülh Çeşməsi” əməliyyatını işə salan Ankara bu məsələdə döyüş bölgəsində olduğu kimi , həm də danışıqlar masasında öz qətiyyətini nümayiş etdirdi və davam etdirir. Türkiyə ABŞ və Rusiyaya baxmayaraq bu əməliyyatı keçirir. Bu oyunçuların hər ikisi özlərni Türkiyənin müttəfiqi kimi aparır.
Muxalifet3 - 22-10-2019
"NATO Krımın işğalını tanımır": Stoltenberg Odessaya gedir
Muxalifet.az inosmi.ru-ya istinadla məlumat verir ki, daha əvvəl Rusiyanın təhdidləri haqda danışan baş katib Yens Stoltenberqin rəhbərlik etdiyi NATO rəhbərliyi gələn həftə Ukraynaya səfər edəcək. Səfərin əsas məqsədi Qara dənizdəki vəziyyətə xüsusi vurğuyla Ukraynanın suverenliyi və ərazi bütövlüyünə çox güclü dəstək ismarıcı göndərmək olacaq. NATO nümayəndə heyəti Ukrayna səfərini Alyansın dörd gəmisinin girəcəyi limanlardan, Odessadan başlayacaq. "Gələn həftə Baş katib Yens Stoltenberqin başçılığı ilə Şimali Atlantika Şurasının rəhbərliyi Ukraynaya səfər edəcək ...
Muxalifet3 - 22-10-2019
Səudiyyə Ərəbistanından şok açıqlama: "Aramco" atılan raket İran istehsalıdır
Səudiyyə Ərəbistanının xarici işlər üzrə dövlət naziri Adil əl-Cubeyr, Aramco-ya edilən hücumda istifadə edilən raketlərin İran istehsalı olduğuna inandıqlarını və bütün bölgə üçün dağıdıcı müharibə istəməsələr də davamlı hücumlara göz yummayacalrını söylədi.
Muxalifet3 - 22-10-2019
Tramp Ərdoğanı qorxuda bilməz
Muxalifet.az russian.rt.com-a istinadla xəbər verir ki, Rusiya İnformasiya siyasəti üzrə Federasiya Şurasının komissiya sədri Puşkov,” ABŞ-ın lazım gələrsə Türkiyəyə qarşı güc tətbiq etməyə hazır olduğunu” şərh edib. "Görünməmiş işdir: Pompeonun sözlərinə görə, lazım gələrsə, Trump Türkiyəyə qarşı hərbi əməliyyatlara hazırdır. Hələ belə olmamışdı ki, ABŞ öz NATO müttəfiqini zərbə endirməklə hədələsin. Ritorikaya oxşayır. Bu gün mən Ərdoğanın İstanbulda çıxışını, Türkiyənin xarici işlər və müdafiə nazirlərini dinlədim. Çətin ki, onları qorxutmaq mümkün olsun ”deyə Puşkov Tvitterdə yazıb.
Muxalifet3 - 22-10-2019
Dünyanın gözü ORA DİKİLDİ: bu gün saat 23:00-da...
Suriyanın şimalında YPG/PYD/PKK terrorçularına Türkiyə sərhədindən 32 km cənuba çəkilmələri üçün verilən 5 günlük müddət bu gün saat Bakı vaxtı ilə 23:00-də (Türkiyə vaxtı ilə 22:00) başa çatır. Muxalifet.az-ın Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, ilk 4 gündə yalnız Rəsulayn və Tel Abyadda məhdud şəkildə geri çəkilmə müşahidə edilib. Qeyd edək ki, Türkiyə oktyabrın 9-da Suriyanın şimalında "Sülh çeşməsi" antiterror əməliyyatına başlayıb. Oktyabrın 17-də isə YPG terrorçularının bölgədən çəkilməsini nəzərdə tutan Türkiyə-ABŞ razılaşması əldə edilib.
Muxalifet - 22-10-2019
“TÜRKİYƏ YAXIN ŞƏRQİN İSTƏNİLƏN ORDUSUNU BOĞAR” – «Ərdoğan faktiki olaraq, yeni Yaxın Şərq formalaşdırır»
Türkiyə Yaxın Şərq bölgəsi ərazilərində açar oyunçulardan biri olaraq qalır və hadisələrin bütün iştirakçılarını bu dövlətin fikri ilə hesablaşmağa məcbur edir. Bu barədə «Komsomolskaya pravda» qəzetinin hərbi şərhçisi, istefada olan polkovnik Viktor Baranets bəyan edib.
Muxalifet - 22-10-2019
Pompeodan DÜNYANI SİLKƏLƏYƏCƏK BƏYANAT: ABŞ Türkiyə ilə müharibəyə hazırdır
Prezident Donald Tramp Türkiyəyə qarşı hərbi hərəkətlərə hazırdır, amma Vaşinqton sülhü müharibədən üstün tutur.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib.
“Əgər hərbi hərəkətlər lazım olarsa, siz bilməlisiniz ki, prezident Tramp belə hərəkətlərə təşəbbüs etməyə tamamilə hazırdır”, - Dövlət Departamentinin başçısı CNBC telekanalına müsahibəsində deyib.Muxalifet - 22-10-2019
Baş nazirin iki müavini getdi - sırada kimlər var...
Media uzun illər Əli Həsənov və Hacıbala Abutalıbovu tənqid etsə də, onların hansısa qruplaşmada hakimiyyətə qarşı çıxa biləcəkləri iddiası yer almayıb; yeni baş nazirə daha çevik komanda lazımdır, kadr dəyişiklikləri davam edəcək
Oktyabrın 21-də prezident İlham Əliyev baş nazirin iki müavininin - Əli Həsənovun və Hacıbala Abutalıbovun vəzifələrindən azad olunmaları barədə sərəncam imzalayıb.
Muxalifet - 22-10-2019
Söhbət xaricə daşınan milyardlardan gedir… - Bu da sabotajdırmı?
Sabiq vergilər naziri Fazil Məmmədova aid “AtaHolding” ASC-nin istər maliyyə durumu, istərsə də idarəetməsi kritik həddə qədər pisləşib. Bununla bağlı mediada artıq bir müddətdir ki, xəbərlər yayılır. Yada salaq ki, “AtaHolding” 2003-cü ilin sentyabr ayında fəaliyyətə başlayıb.
Muxalifet - 22-10-2019
"19 oktyabr mitinqinin keçirilməsində bəzi məmurların rolu var" - DEPUTATDAN ŞOK AÇIQLAMA
Milli Şuranın 19 oktyabrda keçirdiyi icazəsiz aksiyaya rəylər gəlməkdə davam edir. Burada Qərb dairələrinin, Rusiyanın, eləcə də ölkə daxilində müəyyən qüvvələrin rolunun olduğunu düşünənlər var.
Muxalifet4 - 22-10-2019