Axtarış

The search found 105715 results in 0.029 seconds.

Search results

  1. Erməni mediası Azərbaycanın bir neçə saytları ilə eyni vaxtda səfirimizə “hücum etdi” - Azərbaycanı qədim dövlət adlandırdığı üçün...

    Bu günlərdə erməni mediası Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevə qarşı kütləvi “hücum” təşkil edib.

    Muxalifet.az erməni mənbələrinə istinadən xəbər verir ki, Azər Xudiyevin UATV Ukrayna televiziyasına verdiyi müsahibə zamanı Azərbaycanla və Ukrayna arasındakı ticari əlaqələrin qədimliyi fikrini dilə gətirməsi, xüsusilə də Azərbaycanın Kiyev Knyazlığına müxtəlif məhsullar ixrac etməsi sözləri erməniləri “hərəkətə gətirib”. 

    Muxalifet - 22-10-2019

  2. Paşinyanın Putinə hədiyyə etdiyi kitab Bakıda: "Soruşdum ki..." - Politoloq SİRRİ AÇDI

    “Paşinyanın Putinə bağışladığı kitabdan təsadüfən məndə də var”. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə sosial media hesabında qeyd edib. Politoloq bildirib ki, bu kitabı ona müəllif özü bağışlayıb: “Onunla bir söhbətim də yaxşı yadımdadır. Sual vermişdim: Vladimir Nikolaeviç, deyirsiniz ki, tərəflər nə vaxtsa sülh planın qəbul olunmasının bir addımlığında idilər, bəs niyə bu, baş vermədi? Dedi, yəqin ki, buna imkan yaranmyıb. Soruşdum ki, yaranmayıb, ya yaratmamısınız?

    Muxalifet - 22-10-2019

  3. İlham Əliyev qocaları niyə yola salır? – Maraqlı səbəblər

    Hakimiyyət dəhlizlərinin gəncləşdirilməsi prosesinin yeni mərhələsi başlayıb. Prezident İlham Əliyev yeni kadr islahatlarının anonsunu verib və artıq hökumətdə yüksək vəzifə tutmuş, uzun illik məmur təcrübəsinə malik iki nəfərin də vəzifəsindən azad edilməsi barədə ərizəsinə müsbət dərkənar qoyub. Digər tərəfdən, ölkə başçısı elə bir variant seçib ki, dövlət qarşısında xidməti olan məmurlar narazı qalmasınlar. Əslində, bu, bir siyasi əxlaq göstəricisidir.

    Muxalifet - 22-10-2019

  4. ​Sosial yardım alanlara ŞAD XƏBƏR - ARTIRILIR

    Gələn il Azərbaycanda ehtiyac meyarının məbləği 160 manat olacaq. Bu məbləğ, büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarı haqqında" qanun layihəsində göstərilib. Məlumat üçün bildirək ki, bu il üçün ehtiyac meyarının həddi 143 manat təşkil edib. Onu da bildirək ki, ehtiyac meyarı - əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan həddir.

    Muxalifet - 22-10-2019

  5. ​SON DƏQİQƏ: Əsgərlərə XAİN HÜCUM - Çox sayda şəhid və yaralılar var

    YPG/PKK terror təşkilatı Təl Abyad və Ras əl Eyndə Suriya Milli Ordusuna (SMO) hücum edib. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, terrorçu kamikadzelərin özünü partlatması nəticəsində 3 əsgər şəhid olub, 18-i yaralanıb. Bölgədəki SMO əsgərləri terrorçulardan təmizlənən şəhərlərin təhlükəsizliyini və etibarlılığını təmin etmək üçün patrul xidməti göstərir. Türkiyə Silahlı Qüvvələrinin 9 oktyabrda start götürən “Sülh çeşməsi” hərəkatı çərçivəsində 84 SMO əsgəri şəhid olub, 310-u yaralanıb.

    Muxalifet - 22-10-2019

  6. İlham Əliyev Vladimir Putinə başsağlığı verdi

    Przidedent İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə Krasnodar diyarında insan tələfatı ilə nəticələnmiş faciə ilə əlaqədar başsağlığı verib.
    Muxalifet.az xəbər verir ki, məktubda deyilir:
    “Hörmətli Vladimir Vladimiroviç. 
    Krasnodar diyarında insan tələfatı ilə nəticələnmiş faciə barədə xəbər məni dərindən kədərləndirdi.
    Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm”.

    Muxalifet - 22-10-2019

  7. “Azərbaycana ən yüksək səviyyədə kadrlar lazımdır” – Səməd Seyidov

    Prezident konkret fikir bildirdi. Artıq bu məsələ əyani sübutunu tapır. Özünüz görürsünüz ki, Nazirlər Kabinetində nə dərəcədə yüksək səviyyədə gənc kadrlar təmsil olunur. Bu proses davam etdiriləcək. Bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri, Milli Məclisin komitə sədri Səməd Seyidov prezidentin gənc kadrları irəli çəkilməsinə dair son fikirlərini şərh edərkən deyib.

    Muxalifet - 22-10-2019

  8. SON DƏQİQƏ: İlham Əliyev naziri İŞDƏN ÇIXARDI

    Prezident İlham Əliyev Şahin Mustafayevin Azərbaycan Respublikasının İqtisadiyyat naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Şahin Abdulla oğlu Mustafayev Azərbaycan Respublikasının İqtisadiyyat naziri vəzifəsindən azad edilsin. Prezidentin digər sərəncamı ilə Şahin Mustafayev Azərbaycan Respublikası Baş Nazirinin müavini təyin edilib.

    Muxalifet - 22-10-2019

  9. “Sabitliyin təmin olunması kursu üzərimizə məsul vəzifələr qoyur” – Vilayət Eyvazov

    Oktyabrın 22-də Daxili İşlər Nazirliyində (DİN) bu il Polis Akademiyasını bitirən, sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət edən əməkdaşların paytaxtın polis orqanlarında vakant olan zabit yerlərinə təyin edilmələrinə həsr olunan tədbir keçirilib.

    DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini xatırladıb və son illər bu praktikadan geniş istifadə olunduğunu bildirib.

    Muxalifet - 22-10-2019

  10. Bakıda bu marşrutların hərəkət istiqaməti dəyişdirildi

    Bakıda bəzi marşrut xətlərinin hərəkət istiqamətində dəyişiklik edilib.
    Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, oktyabrın 25-26 - da Bakı şəhərində “Qoşulmama Hərəkatı”na üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşünün keçirilməsi ilə əlaqədar olaraq Təbriz küçəsinin G.Qədirbəyova və Həsənoğlu küçəsi ilə kəsişmələrində tətbiq ediləcək məhdudiyyətə uyğun olaraq 5 və 11 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti dəyişdiriləcəkdir.

    5 nömrəli marşrut:

    Muxalifet - 22-10-2019

  11. Əsəd Türkiyəni işğalda ittiham etdi

    Suriya prezidenti Bəşər Əsəd Türkiyəni ölkəsinin şimal rayonları ilə bağlı işğalçı fikirlərdə ittiham edib.

    Axar.az xəbər verir ki, bu barədə Əsəd İdlibdə yerləşən hərbi hissələrdən birinə ziyarəti zamanı danışıb.

    “Türkiyə prezidenti Suriyanın neftini və taxılını oğurladı, həmçinin zavodları Hələbdən daşıdı. İndi isə Ərdoğan təbii sərvətləri ilə birlikdə Suriya torpaqlarının bir hissəsini oğurlamaq istəyir”, - Əsəd bildirib.

    Muxalifet - 22-10-2019

  12. ​Azərbaycanın yaşı 70-dən yuxarı olan yüksək vəzifəli məmurlarının SİYAHISI

    Azərbaycan Prezidenti İlham Əliyev ölkədə aparılan islahatlar çərçivəsində dövlət strukturlarında kadrların yenilənməsini zəruri hesab edir. Belə ki, dünən ölkə başçısı yaşı 70-dən yuxarı olan baş nazir müavinləri - Əli Həsənov və Hacıbala Abutalıbovu vəzifəsindən azad etdi. Hansı ki, hər iki məmur yaşlı olmaları ilə əlaqədar baş nazirinin müavini vəzifələrindən azad edilməsi barədə Prezidentə istefa ərizəsi ilə müracitə etmişdilər. H.Abutalıbovla görüşdə Prezident dedi: "Həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur, yeni çağırışlar qarşımızda durur.

    Muxalifet4 - 22-10-2019

  13. Prezident daha bir sərəncam imzaladı

    Prezident İlham Əliyev Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında sərəncam imzalayıb.

    Sərəncamda deyilir:

    Azərbaycanın qədim və orta əsrlər tarixi Şərq və Qərb mədəniyyətləri arasında körpü rolunu oynayaraq yüzillər boyu bəşər sivilizasiyasının inkişafına dəyərli töhfələr vermiş İpək Yolu ilə sıx şəkildə əlaqəlidir. Qədim şəhər yerləri, karvansaraylar, körpülər, qoruyucu qalaların qalıqları və memarlıq abidələri ilə zəngin Azərbaycan ərazisi bu gün də İpək Yolunun parlaq izlərini daşımaqdadır.

    Muxalifet - 22-10-2019

  14. Azərbaycanda dəhşətli xəstəliklər niyə artır? - Və yaxud ölkədə keyfiyyətsiz ərzaq məhsullarına kim nəzarət etməlidir?

    Azərbaycan dünyanın gənc, müstəqil, demokratik dövləti olmaqla yanaşı, müstəqil tarıxin xronikası xalqımızın iki dəfə - 1993-cü ildə və 2003-cü ildə - taleyüklü seçimlə üzləşdiyini açıq-aydın gördü və gənc nəsillər bu mühüm amilləri heç vaxt unutmur. Bu, geniş tarixi aspektdə götürüldükdə, xalqımız üçün həqiqət, onun müstəqil dövlətçiliyinin əbədiliyi baxımından həyatı əhəmiyyətə malik yolayrıcıları idi və bu gün də həmin proseslər davam edir, hansı istiqamətdə naliyyətlər olacaq, zamanın ixtiyarındadır...

    Muxalifet - 22-10-2019

  15. Fransadan Türkiyə ilə bağlı SENSASİON TƏKLİF: NATO...

    “Türkiyənin təcavüzkarlığına veriləcək cavab NATO-dan çıxarılması ola bilər”.
    Muxalifet.az
    Publika.az-a istinadən xəbər verir ki, bunu Fransanın radikal sağçı Milli Birlik Partiyasının lideri Marina Le Pen deyib.
    “Sülh çeşməsi” hərəkatı ilə bağlı RCI telekanalına müsahibı verən Le Pen bildirib ki, Avropa İttifaqı Türkiyənin hərəkətləri qarşısında heç bir şey etmir. NATO-dan çıxarılmalıdır, çünki alyansın kriteriyalarına uyğun davranmır.

    Muxalifet - 22-10-2019

  16. Baş Nazirin yeni müavini Şahin Mustafayevin DOSYESİ

    Bu gün Azərbaycan prezidentinin sərəncamı ilə Baş Nazirin müavini postuna yeni təyinat olub. Sonxeber.az-ın məlumatına əsasən, İqtisadiyyat naziri Şahin Mustafayev bu posta layiq görülüb. Şahin Mustafayev 1965-ci ildə Ermənistanın Barana (Noyemberyan) rayonunda anadan olub. 1989-cu ildə M.Voznesenski adına Maliyyə-İqtisad İnstitutunun Bakı filialını bitirib. 1990-1991-ci illərdə Bakı Baş Tikinti İdarəsində baş mühasib işləyib.

    Muxalifet - 22-10-2019

  17. Azərbaycanda gələn il üçün yaşayış minimumunun məbləği məlum olub

    Azərbaycanda 2020-ci il üçün yaşayış minimumunun məbləği məlum olub.

    APA-nın xəbərinə görə, bu, büdcə zərfinə daxil olan “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.

    Layihəyə əsasən, gələn il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat və uşaqlar 170 manat məbləğində müəyyən edilib.

    Muxalifet - 22-10-2019

  18. “Ağlımızın ucundan da keçməyib ki...” – “Maşın”da dopinq qalmaqalı

    ATV-də yayımlanan “Maşın” şounun qalibi Suna Kasımoğlunun dopinq istifadə etdiyi ilə bağlı iddialar səsləndirib. Bu məsələ sosial şəbəkələrdə də müzakirə olunub. İstifadəçilər S. Kasımoğlunun dopinq qəbul etdiyi üçün maşının ətrafında sona qədər dözümlülük göstərdiyini qeyd ediblər. Məsələ ilə bağlı "M Group Production”nın mətbuat katibi Könül Əlibəyli ilə əlaqə saxladıq. "Yeni Sabah"a danışan K. Əlibəyli finalçıların dopinq-testindən keçirilmədiyini, amma şouda belə bir şeyin ola bilməyəcəyini deyib: “Yox, elə bir şey mümkün deyil.

    Muxalifet - 22-10-2019

  19. “Prezidentin “get” deməsini gözləməkdənsə, özləri getsə yaxşıdır” – Sabir Rüstəmxanlı

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı Yenisabah.az-ın suallarını cavablandırır. - Sabir bəy, Baş nazirin müavinləri Əli Həsənovla Hacıbala Abutalıbov postlarını tərk edib. Bunu islahatların tərkib hissəsi kimi qiymətləndirənlər var. Sizin də bu barədə fikirlərinizi bilmək olardı. - Biz həmişə demişik və bundan sonra da deyəcəyik ki, dövlət strukturlarında doğru idarəçilik bölgüsü aparılmalıdır. Qanunvericilik orqanı, icra hakimiyyəti orqanları və s. yalnız öz işi ilə məşğul olmalıdır.

    Muxalifet - 22-10-2019

  20. ​SON DƏQİQƏ: Daha bir şok İSTEFA - 86 yaşlı...

    Ötən gün Prezident İlham Əliyevin pensiya yaşına çatmış məmurlara çağırışından sonra Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin fövqəladə toplantısı təyin olunub. Demokrat.az-ın əldə etdiyi məlumata görə, sabah AMEA-ya yeni prezident seçiləcək. Fövqəladə toplantı oktyabrın 23-də günün ikinci yarısına təyin olunub. AMEA-nın yeni prezidenti kimi akademiklər - Nərgiz Paşayevanın və Rasim Əliquliyevin şansları daha çox dəyərləndirilir. Qeyd edək ki, AMEA-nın indiki prezidenti akademik Akif Əlizadədir. Hazırda onun 86 yaşı var.

    Muxalifet - 22-10-2019

Pages