Axtarış

The search found 105715 results in 0.031 seconds.

Search results

  1. Siqaret və spirtli içki istifadəçilərinə BƏD XƏBƏR - Qiymətləri qalxır

    2020-ci ildən Azərbaycanda aksiz dərəcələrinin artımı gözlənilir.
    Muxalifet.az
    -ın xəbərinə görə, bu barədə Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə bildirilir.
    Dəyişikliklərə görə, ölkədə içməli spirt, araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litri üçün aksiz vergisi 2 manatdan 3,2 manata qaldırılır. Şampan şərabı üçün aksizlər 2,5 manatdan 2,6 manata qaldırılır.

    Muxalifet - 23-10-2019

  2. SON DƏQİQƏ: Rusiyadan yeni S-400 AÇIQLAMASI

    Muxalifet.az "Hürriyet"ə istinadən bildirir ki, Rusiyanın dövlət müdafiə sənayesi şirkəti Rosoboroneksport bəyanat yayıb.

    Bəyanatda Rusiyanın Türkiyəyə daha çox S-400 satması üçün iki dövlət arasında məsləhətləşmələr aparıldığı bildirilib.
    Verilən bəyanata görə, raketlər də daxil olmaqla S-400-ü bütün parçalarının Türkiyəyə təslim edildiyi açıqlanıb.
    Muxalifet.az

    Muxalifet3 - 23-10-2019

  3. ŞOK OLAY: Milli komandamızın üzvləri oteli "yandırdı" - AFFA cərimələndi

    Milli komandamızın üzvləri oteli "yandırdı"ğı üçün  AFFA cərimələnib.

    Muxalifet - 23-10-2019

  4. Kresloları “silkələnən” icra başçıları kimlərdir - TAM SİYAHI

    Xəbər verdiyimiz kimi, ötən gün baş nazirin müavinləri Əli Həsənov və Hacıbala Abutalıbov yaşları ilə əlaqədar olaraq vəzifələrindən istefa veriblər.
    İstefa ərizələrini Prezident İlham Əliyevə təqdim edən zaman ölkə başçısı bildirib ki, sizin bu addımınız ümid edirəm iqtidar komandasında təmsil olunan digər yoldaşlara yaxşı bir örnək olacaq.
    Muxalifet.az xəbər verir ki, əksər ekspertər Prezidentin bu açıqlamasından sonra pensiya yaşına çatan digər məmurların da istefa verəcəyini bildirirlər.

    Muxalifet - 23-10-2019

  5. Mübariz İbrahimovu təhqir edən psixoloqla bağlı məhkəmə QƏRAR VERDİ: 400 SAAT...

    Xətai rayon Məhkəməsində Milli Qəhrəman Mübariz İbrahimovun anası Şamama İbrahimovanın psixoloq Nərmin Şahmarzadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətə baxılıb.

    Muxalifet.az apa-ya istinadən xəbər verir ki, məlumatına görə, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, N. Şahmarzadə 400 saat ictimai işlərə məhkum edilib. 

    Muxalifet4 - 23-10-2019

  6. Bakıda DƏHŞƏT: Yolu keçən 3 qızı maşın belə vurdu - VİDEO

    Bakıda baş vermiş dəhşətli qəza anı kameraya düşüb. 

    Muxalifet.az avtosfer.az-a istinadla xəbər verir ki, üç qız Heydər Əliyev prospektində yolu keçməyə çalışır. Bu zaman orta yoldakı sol zolaqla hərəkətdə olan avtomobil onları vurur. Qızlardan biri avtomobilin altında qalır. Digər ikisi isə yüngül xəsarətlə canını qurtarır.

    Qeyd edək ki, həmin ərazi piyadaların keçməsi üçün nəzərdə tutulmayıb. Lakin tez-tez piyadalar yolu keçir və qəzalar baş verir.

    Muxalifet - 23-10-2019

  7. DÜNYA ŞOKDA : ABŞ hərbi təyyarəsi Qara dənizdə

    Muxalifet.az russian.rt-yə istinadla xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bəyanat yayıb.

    Rus qırıcı təyyarəsi Qara dənizdə ABŞ bombardmançı təyyarəsi ilə qarşılaşıb və onu nəzarətə götürərək müşayiət edib. 
    Muxalifet.az
     

    Muxalifet3 - 23-10-2019

  8. Azərbaycanda parlament seçkiləri keçirilməsi üçün VƏSAİT AYRILDI

    Azərbaycanda 2020-ci ildə Milli Məclisə seçkilərin keçirilməsi üçün ayrılacaq vəsaitin həcmi açıqlanıb.

    Muxalifet.az report-a istinadən xəbər verir ki, 2020-ci il dövlət büdcəsinin zərfində qeyd olunub ki, seçkilərin keçirilməsi üçün Mərkəzi Seçki Komissiyasına 51 milyon 385 min 874 manat vəsaitin ayrılması nəzərdə tutulub.

    Xatırladaq ki, sonuncu dəfə Milli Məclisə seçkilər 2015-ci ildə keçirilib.

    Muxalifet4 - 23-10-2019

  9. “Ailədə 3 əlil var, yağan qar-yağış tamamilə evə dolur” – GÖYÇAY SAKİNİNDƏN PREZİDENTƏ MÜRACİƏT

    Göyçay rayon, H.Əliyev küçəsi, ev 176 sakini, 1-ci qrup əlil Əhmədov Şahin İdris oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi yazır: “Mən Əhmədov Şahin İdris oğlu, 1956-cı ildə Göyçay rayonunda anadan olmuşam. 1965-ci ildə 9 yaşım olanda serebral iflici nəticəsində hər iki əl və ayağımdan məhrum olmuşam. Həmin vaxtdan məni əlil arabasında gəzdirirlər. Valideyinlərimin köməkliyi ilə orta təhsil almışam. Ailəliyəm, iki övladım var. Hər ikisi ailəlidir. Həmçinin həyat yoldaşım və oğlum da acınacağlı xəstədirlər, əlildilər.

    Muxalifet4 - 23-10-2019

  10. YAZIÇI ANAR DA İSTEFAYA GEDİR - “Yaşlı nəslin nümayəndələri vəzifədən getməlidir”

    “Hesab edirəm ki, yaşlı nəslin nümayəndələri vəzifədən getməli və onların yerinə gənc nəslin nümayəndələri gəlməlidir”.

    Muxalifet.az xəbər verir ki, bunu report-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev deyib.

    O, gənclərin yüksək vəzifələrə təyin olunmasını müsbət qiymətləndirdiyini bildirib: “Azərbaycanda dövlət müəssisələrində gənclərin təyinat almasını çox təbii hal kimi qiymətləndirirəm. Belə də olmalıdır”.

    Muxalifet4 - 23-10-2019

  11. RUSİYADAN ŞOK XƏBƏRDARLIQ: “Tərk etməsələr, türk ordusu onların üzərindən keçəcək”

    Türkiyə ilə Rusiyanın arasında əldə edilən Soçi razılaşmasından sonra bu gün Kremldə yeni açıqlamalar səsləndirilib. Moskva hakimiyyəti YPG terror təşkilatının Türkiyə sərhədini tərk etməyəcəyi təqdirdə türk ordusu tərəfindən əziləcəyini bəyan edib.

    Kremlin mətbuat katibi Dmitri Peskov deyib: “YPG/PKK terrorçuları Suriya sərhədini tərk eləməsələr, türk ordusu onların “üzərlərindən keçəcək”.

    Muxalifet4 - 23-10-2019

  12. Türkiyə müdafiə nazirliyindən "Sülh Çeşməsi” əməliyyatı ilə bağlı AÇIQLAMA

    Muxalifet.az “Hürriyet”ə istinadla Türkiyə Müdafiə Nazirliyinin bəyanatını yayır. Türkiyə Müdafiə Nazirliyi , "Soçi Razılaşması çərçivəsindəki mərhələdə hazırki əməliyyat ərazisindən kənarda yeni bir hərbi hərəkatın həyata keçirilməsinə ehtiyac qalmayıb" bəyanatını verdi. Bəyanatda "Sülh Çeşməsi” əməliyyatının başladığı 9 oktyabr tarixindən etibarən 130 nəfər qadın olmaqla 2330 vətəndaşımız könüllü əsgərlik üçün müraciət etmişdir. Türkiyə cənub sərhədlərində terror koridorunun yaradılmasına əsla icazə verməyəcək və bu sahədə mübarizəsinə qətiyyətlə davam edəcək”-deyə ifadə olunub.

    Muxalifet3 - 23-10-2019

  13. Polis ŞOKA DÜŞDÜ: Yük maşınından 39 cəsəd çıxdı

    Böyük Britaniyada qorxunc cinayət baş verib.
    Muxalifet.az
    xəbər verir ki, paytaxt Londonun Essex bölgəsindəki bir yük maşınında 39 cəsəd tapılıb.
    Hadisə haqqında İngiltərə polisi məlumat yayıb. Yük maşınının 25 yaşlı şimali irlandiyalı sürücüsü saxlanılıb. Polis Bolqarıstandan gəldiyi təsbit edilən maşını sənaye məhəllələrinin birində aşkar edib.
    Cəsədlər tibbi ekspertizaya göndərilib. Polis onlardan birinin azyaşlı olduğunu açıqlayıb.

    Muxalifet - 23-10-2019

  14. “Bir ildə 4 dəfə...” - Qurbanov “avtoşluq” edən futbolçusunu bağışladı

    "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin III turunun APOEL-lə oyunu öncəsi mətbuat konfransı keçirib. “Yeni Sabah” xəbər verir ki, əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini bölüşən mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
    - Hər birinizi salamlayıram. Hər oyun vacibdir. Onlardan biri də sabahkı matçdır. Hamımız qələbə gözləyirik. Hər bir halda intizamlı oynamağa çalışacağıq. Pis hazırlaşmamışıq. Ən yaxşı oyunlardan birini oynamaq istəyirik.
    - Mahir Emreli və Xayme Romero sabahkı oyuna tam hazırdır?

    Muxalifet - 23-10-2019

  15. Azərbaycanlı müğənnidən oğlunun toyunda QƏRİBƏ ADDIM - Belə kişilər var - FOTO

    Mən burada heç kimin kişiliyini müzakirə etmirəm. Var elə müğənnilər ki, istifadə etmək istəyir müğənnilərdən.
    Bu sözləri aparıcı Tarix Əliyev (Tolik) "Hər şey daxil"də müğənni Əflatun Qubadovdan danışarkən işlədib.
    Aparıcı Əflatunun oğlunun toyu zamanı təəccübləndirən addımını efirdə danışıb:

    Muxalifet - 23-10-2019

  16. Ermənistan ŞOKDA: ABŞ-ın “dəniz pişikləri” Qarabağa gəldi və Azərbaycana... - VİDEO

    ABŞ-ın CBS kanalında yayımlanan “SEAL Team” serialında amerikalı xüsusi təyinatlılarının Dağlıq Qarabağda atəşkəsi pozan ermənilərə qarşı hərbi əməliyyata başlamasını əks etdirən epizod ətrafında ermənilərin qopardığı qalmaqal davam edir.

    Muxalifet - 23-10-2019

  17. Evini satanlara ŞAD XƏBƏR: vergi belə hesablanacaq

    Gələn il yanvarın 1-dən qeydiyyatda olduğu özünə məxsus evi satanlar üçün vergi yükü azaldılır.
    Muxalifet.az
    apa-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.

    Muxalifet - 23-10-2019

  18. “BU MÜNAQİŞƏ HEÇ VAXT HƏLL OLUNMAYACAQ..." - ​Jirinovski Zatulini Qarabağa səfərinə görə QINADI

    Rusiyada Liberal Demokrat Partiyasının (IDPR) lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski həmkarı Konstantin Zatulini Azərbaycanın işğal altındakı ərazilərinə etdiyi qanunsuz səfərə və orada Qarabağ münaqişəsinə dair verdiyi bəyanatlara görə qınayıb.
    Muxalifet.az
    virtualaz.org-a istinadən xəbər verir ki, Jirinovski Zatulini və bütövlükdə deputatları Qarabağ münaqişəsinin həllinə dair ehtiyatsız, düşünülməmiş bəyanatlar verməkdən çəkinməyə çağırıb.

    Muxalifet - 23-10-2019

  19. Zelenskinin xanımı geyiminə görə tənqid olundu - FOTO

    Ukraynanın birinci xanımı Yelena Zelenskaya Yaponiya İmperatoru Naruhitonun taxta çıxma mərasimində geyindiyi libasa görə müzakirələrə səbəb olub.

    Mərasimdən fotolarını instaqram hesabında paylaşan “first lady” əsasən, ölkənin ənənələrinə hörmətsizlikdə təqsirləndirilib. İş orasındadır ki, Prezidentin xanımı tədbir zamanı sarı rəngli uzun libas və eyni rəngli əlcəkdən istifadə edib. Yaponiyada isə sarı rəngdən bu cür mərasimlərdə yalnız imperatorun ailə üzvləri istifadə edə bilər.

    Muxalifet - 23-10-2019

  20. ​SON DƏQİQƏ: İlham Əliyev daha bir naziri İŞDƏN ÇIXARDI VƏ...

    Prezident İlham Əliyev Mikayıl Çingiz oğlu Cabbarov Azərbaycan Respublikasının Vergilər naziri vəzifəsindən azad edib.
    Muxalifet.az xəbər verir ki, dövlət başçısı bununla bağlı bu gün sərəncam imzalayıb.
    Prezidentin digər sərəncamı ilə o, İqtisadiyyat naziri təyin edilib

    Muxalifet - 23-10-2019

Pages