Axtarış
The search found 105715 results in 0.029 seconds.
Search results
43 yaşlı nazir haqda maraqlı məlumatlar - Mikayıl Cabbarov kimdir?
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin fərmanı ilə Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.Hazırda yeni strukturu ilə İqtisadiyyat Nazirliyini Azərbaycanda ən böyük nazirlik hesab etmək mümkündür. Prezidentin sərəncamı ilə isə Mikayıl Cabbarov İqtisadiyyat naziri təyin olunub.
Muxalifet - 23-10-2019
Azərbaycanda fizika müəllimi işləyən FETÖ-çüyə 7 il həbs
Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı açılan cinayət işinin istintaqı zamanı saxlanılan təşkilatın Azərbaycandakı məktəblərindən birində fizika müəllimi işləmiş Uğur Yıldıza həbs cəzası verilib. Virtualaz.org Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kayseridə FETÖ-yə məxsus GESİAD dərnəyində çalışması iddiasıyla tutulan U. Yıldız Ağır Ceza Məhkəməsində 6 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.
Muxalifet - 23-10-2019
Tovuzdakı dəhşətli qəzada ölənlərin sayı artdı - FOTOLAR
Tovuzdakı dəhşətli qəzada yaralanan şəxslərdən biri ölüb.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, 1997-ci il təvəllüdlü Ağayev Qədim Nüsrət oğlu yaralı vəziyyətdə aparıldığı Tovuz Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.
Qeyd edək ki, qəza anında sürücü Qarayev İsmət Şükür oğlu da həyatını itirmişdi.
18:30
Tovuzda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.
Muxalifet - 23-10-2019
“Son matça qədər mübarizə gedəcək” - Qurban Qurbanov
"Bizim üçün hər oyun vacibdir. Onlardan birini də sabah keçirəcəyik. Hamımız qələbə gözləyirik. Həmişə çalışırıq ki, intizamlı oynayaq. Pis hazırlaşmamışıq. Çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini keçirək".
Muxalifet.az xəbər verir ki, bu fikri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oktyabrın 24-də UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda Kiprin APOEL komandasına qarşı Bakıda keçirəcəkləri oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında söyləyib.
Muxalifet - 23-10-2019
ABŞ-ın Türkiyəyə qarşı sanksiyaları ləğv edilir
ABŞ Prezidenti Donald Tramp Suriyada “Barış bulağı” əməliyyatı ilə bağlı Türkiyəyə qarşı tətbiq etdikləri sanksiyaları ləğv etmək barədə tapşırıq verib.
“Report” xəbər verir ki, bu barədə D.Tramp Ağ Evdəki nitqi zamanı bildirib.
“Bizi narazı salan nəsə baş verənədək sanksiyalar təxirə salınacaq”, - deyən ABŞ lideri Türkiyə tərəfindən aralarında əldə edilmiş razılaşmalara əməl olunmasa, bu ölkədən idxal olunan mallara rüsumları xeyli artıracaqlarını açıqlayıb.
Muxalifet - 23-10-2019
Bu dəyişikliklər Azərbaycan xalqı üçün müsbət addımdır - Tomas de Vaal
“Ramiz Mehdiyevin vəzifəsindən azad edilməsi ilə bağlı sərəncam imzalayan Azərbaycan Prezidenti İlham Əliyevin qərarı dövlət başçısının texnokratları güc heyətinə gətirmək istəyindən xəbər verir”.
Muxalifet.az xəbər verir ki, bu sözləri Media.Az-a müsahibəsində amerikan ekspert və analitika mərkəzi “Karnegi Avropa Fondu”nun əməkdaşı, Qarabağ münaqişəsi ilə bağlı “Qara bağ” kitabının müəllifi, ingilis politoloq Tomas de Vaal deyib.
Muxalifet - 23-10-2019
ABŞ tankları Belarus sərhədində - LUKAŞENKO CAVAB ƏMRİ VERDİ
Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ tanklarının və hərbçilərinin Litvada yerləşdirilməsinə adekvat cavabın hazırlanmasına dair tapşırıq verib. Yeniavaz.com Sputnik Litvaya istinadən xəbər verir ki, Amerikaya məxsus tanklar və döyüş maşınları oktyabrın 21-də Litvaya çatıb. Hərbi texnika yarım il Pabrade poliqonunda dislokasiya olunacaq. Bundan əvvəl isə oktyabrda ölkəyə ABŞ hərbçiləri göndərilib. Litvaya göndərilən amerikalı hərbçilərinin ümumi sayının 500-dən çox olacağı gözlənilir.
Muxalifet - 23-10-2019
Bananda olan gizli təhlükə - Mütəxəssislərdən XƏBƏRDARLIQ
Mütəxəssislər üzərində qara nöqtələr olan, həddən artıq yetişmiş bananın yaratdığı təhlükə barədə xəbərdarlıq ediblər.
Onların iddialarına görə, böcəklər yaranmış qara çatlardan meyvəin içinə daxil olub, orada yumurtalarını qoyurlar.
Həkimlərin fikrincə milçəklər banan qabığında əmələ gələn çatlara nüfuz edərək, orada yumurtlayırlar. Bu zaman bananın görünüşü dəyişmir, buna görə də onu saf meyvədən ayırmaq mümkün olmur. Bunun nəticəsində də meyvəni yeyən insan infeksiyaya yoluxa bilir.Muxalifet - 23-10-2019
Arvadını güllələyən tanınmış futbolçumuzun atası imiş
Arvadını qətlə yetirib özünü öldürmək istəyən şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb. O, qətli namus üstündə törətmədiyini deyir.
Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Zahid Novruzovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə prosesində şahid qismində Sevinc Şükürova ifadə verib.
O deyib ki, təqsirləndirilən şəxs onun qayınatasıdır.
Muxalifet4 - 23-10-2019
Azərbaycanlıları SEVİNDİRƏCƏK XƏBƏR - Rusiyada yeni qayda tətbiq olunacaq
Rusiya ərazisində ev alan xarici vətəndaşlara öz qohumları və ya başqa həmyerliləri evində qeydiyyata almağa icazə veriləcək.
Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, müvafiq qanun layihəsi Rusiya hökuməti tərəfindən Dövlət Dumasına təqdim edilib.
Oktyabrın əvvəlində səsləndirilən ekspert proqnozuna görə, bu ilin miqrasiya artımının göstəricisi 2018-ci ilin göstəricilərini əhəmiyyətli dərəcədə - iki dəfə üstələyəcək. Bu, son 10 il ərzində rekord göstərici olacaq.
Muxalifet4 - 23-10-2019
Bakıda qadını intim görüntüləri ilə şantaj edən müğənnidən ŞİKAYƏT
Bakıda şantaj edərək hədə-qorxu ilə tələb etməkdə və dələduzluqda təqsirləndirilən Səfa Məmmədov barəsində olan hökmdən apelyasiya şikayəti verib.
"Teleqraf.com" xəbər verir ki, Səfa Məmmədov Bakı Apelyasiya Məhkəməsinə ünvalandığı şikayətində barəsində olan hökmün dəyişdirilməsini, bəraət hökmünün çıxarılmasını istəyib.
Hakim Əmir Bayramovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri müəyyən olunub. Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdiriləndən sonra məhkəmə baxışı noyabrın 5-ə təyin edilib.
Muxalifet4 - 24-10-2019
"Artıq yaşınız səksəni keçib və həmişə deyirdiniz ki..." - PREZİDENT
"Ölkəmizin uğurlu, hərtərəfli inkişafında sizin çox böyük və danılmaz rolunuz var. Mənim sizə böyük hörmətim var. Siz həmişə dövlətçiliyi hər şeydən üstün tutmusunuz və bu gün Azərbaycan dövləti inkişaf edir, qarşıda duran bütün vəzifələr icra olunur. Bu vəzifələrin icrasında sizin böyük rolunuz vardır".
Muxalifet4 - 24-10-2019
"Bu dəyişikliklər Azərbaycan xalqı üçün müsbət addımdır" - Tomas de Vaal
“Ramiz Mehdiyevin vəzifəsindən azad edilməsi ilə bağlı sərəncam imzalayan Azərbaycan Prezidenti İlham Əliyevin qərarı dövlət başçısının texnokratları güc heyətinə gətirmək istəyindən xəbər verir”.
Muxalifet.az xəbər verir ki, bu sözləri Media.Az-a müsahibəsində amerikan ekspert və analitika mərkəzi “Karnegi Avropa Fondu”nun əməkdaşı, Qarabağ münaqişəsi ilə bağlı “Qara bağ” kitabının müəllifi, ingilis politoloq Tomas de Vaal deyib.
Muxalifet4 - 24-10-2019
Ronaldonun İnstaqram qazancı “Yuventus”dakı maaşını keçdi
Portuqaliyalı oyunçu Kriştiano Ronaldo 187 milyon izləyicisi olan İnstaqramdan gələn gəlirlə “Yuventus”dan qazancını üstələyib.
“Qafqazinfo” xəbər verir ki, social şəbəkə reklamlarından ildə 47,8 milyon dollar qazanan futbolçu Lionel Messi və Kayli Cenneri də qabaqlayıb. Ronaldonun “Yuventus”dan illik gəliri isə 34 milyon dollardır.
Qeyd edək ki, Ronaldo “Clear Haircare”, “Nike Football” və “Six Pad Europe” kimi nəhəng şirkətlərin reklamlarını edir. Şirkətlər Ronaldoya tək bir İnstaqram sponsorluğu üçün minimum 1 milyon dollar ödəyir.
Muxalifet4 - 24-10-2019
ABŞ Suriyada Rusiyanın planlarını pozacaq-ŞOK DETALLAR
Muxalifet.az iz.ru-ya istinadən xəbər verir ki, ABŞ diplomatı Ceyms Cefri Rusiyanın Suriyada uğur qazanmasına imkan verilməyəcəyini bildirir.
Muxalifet3 - 24-10-2019
Serqey Şoyqu SDQ- nin baş komandanı Mazlum Abdo ilə görüşüb
Muxalifet.az russian.rt-yə istinadən məlumat verir ki, Rusiya Müdafiə naziri Sergey Şoyqu, Suriya Demokratik Qüvvələrinin baş komandanı Mazlum Abdo ilə görüşüb.
Muxalifet3 - 24-10-2019
ABŞ Rusiyaya hücum etməkdən niyə qorxur? - ŞOK DETALLAR
ABŞ Rusiyada strateji nüvə güclərinin mövcudluğu ilə əlaqədar ona hücum planlarına baxmır.
Bu haqda Çinin “Sohu” nəşrinin məqaləsində bildirilir.
“Müasir dünyada, əgər ölkə strateji nüvə güclərinə malikdirsə, onda o hegemon hesab edilir”, - nəşr yazıb.Muxalifet - 24-10-2019
26 ildir eyni vəzifəni tutur – “Baron” yola salınır
Prezident İlham Əliyevin yaşlı məmurların öz vəzifələrindən istefa çağırışından sonra ən çox müzakirə olunan şəxslərdən biri də Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadədir. Muxalifet.az Yenisabah.az-a istinadən xəbər verir ki, ehtimal olunan növbəti istefa verəcək məmurun məhz 74 yaşlı oliqarx Əhmədzadənin olacağı güman edilir. Hətta ötən gün Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin “Azərsu” ASC-yə birləşəcəyi haqda məlumat yayıldı. Qeyd edək ki, Ə.
Muxalifet - 24-10-2019
MİKAYIL CABBAROVA BÖYÜK SƏLAHİYYƏT VERİLDİ! – Bəs Kərəm Həsənov?
Hələ Təhsil naziri təyin olunanda bu vəzifənin öhdəsindən gələ biləcəyinə bəziləri şübhə ilə yanaşsalar da, görünür Mikayıl Cabbarovun həmin postdakı fəaliyyəti ölkə rəhbərliyini qane edib. Bunu sonradan onun uzun müddət Azərbaycanın ən korrupsiyalaşmış qurumlarından olan Vergilər Nazirliyinin başına gətirilməsi də təsdiq etdi.
Muxalifet - 24-10-2019
Azərbaycanın ikinci ombudsmanı da xanım olacaq - İDDİA
82 yaşlı Elmira Süleymanova da istefaya gedir
Təqaüd yaşı keçmiş məmurların istefası məsələsinin aktuallaşmasından sonra Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) də, nəhayət, yeniləcəyi bildirilir.
Qeyd edək ki, 2002-ci və 2010-cu illərdə İnsan hüquqları üzrə müvəkkil seçilən 82 yaşlı Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.
Muxalifet - 24-10-2019