Axtarış
The search found 105715 results in 0.046 seconds.
Search results
Bakıda vəzifəli şəxsin qardaşının öldüyü dəhşətli hadisənin VİDEOSU
Təxminnə 2 həftə əvvəl Bakı şəhəri Səbail rayonu ərazisində baş verən ağır yol qəzasının videosu yayılıb.
Belə ki, Neftçi Qurban küçəsində 32 yaşlı Elvin İsmayılovun idarə etdiyi moped Bayıl qəsəbəsi istiqamətində yoxuşu qalxarkən səkiyə dəyərək sürüşməsi nəticəsində sürücü yolun kənarına yıxılıb. Görüntülərdən aydın görünür ki, gənc motosikletçi başının yolun kənarındakı dirəyə çırpılması nəticəsində vəfat edib. Hadisənin videosunu avtosfer.az saytına istinadən təqdim edirik.
Muxalifet4 - 24-10-2019
18 illik arvadını başqa kişilərlə tutdu və... - Azərbaycandakı QANDONDURAN HADİSƏ
Sumqayıt şəhərində arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən Beyləqan rayon sakini, 1972-ci il təvəllüdlü Səməd Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Publika.az xəbər verir ki, Səməd Məmmədovun qeyri-rəsmi nikahda olduğu arvadı Səmayə Babayeva 2018-ci il mayın 17-də yaşadıqları evi tərk edib və bacısının Sumqayıt şəhərində olan evinə gəlib.
Muxalifet4 - 24-10-2019
Bakıda DƏHŞƏTLİ QƏZA - Ölən var
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Muxalifet.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 23-də saat 15 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində Qəbələ rayon sakini R.Əzizovun idarə etdiyi “DAF” (yük) və Bakı şəhər sakini Əlicəfər Əkbərovun idarə etdiyi “Saipa” markalı avtomobillər toqquşub. Nəticədə Ə.Əkbərov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.Muxalifet3 - 24-10-2019
Bu şəxslər vergi ödəməkdən azad olunur
Azərbaycanda mülkiyyətinin dəyəri 1 milyon manatdan artıq olan mikro sahibkarlar əmlak vergisi verəcək.
Muxalifet.az APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.
Məcəllənin 199-cu maddəsinin (Vergi güzəştləri və azadolmalar) 199.14-cü bəndinə təklif olunan dəyişikliyə görə, mikro sahibkarlıq subyekti olan şəxslər əmlak vergisindən azaddırlar ( mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1.000.000 manatdan artıq olan şəxslər istisna olmaqla).Muxalifet3 - 24-10-2019
“Nar” fiziki məhdudiyyətli idmançılara dəstək olur
“Nar” aztəminatlı ailələrdən olan gənc boksçuların və fiziki məhdudiyyətli idmançıların dünya miqyasında Azərbaycanı təmsil etməsinə dəstək olmaqda davam edir. Mobil operatorun dəstək olduğu “Ümid” İdman Klubunun üzvü Böyük Britaniyanın paytaxtı Londonda keçirilən para üzgüçülük üzrə Dünya Çempionatında qələbə qazanıb. Belə ki, “Ümid” İdman Klubunun üzvü olan Roman Soley üzgüçülüyün sərbəst, arxa üstə üzmə növlərində yarışaraq 3 medal qazanıb. Bununla da, Roman Soley "Tokio 2020" Yay Paralimpiya Oyunlarına birbaşa 4 lisenziya əldə edib.
Muxalifet4 - 24-10-2019
BDU-nun sabiq rektoru vəfat edib
Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru, hüquq elmləri doktoru, professor Firudin Səməndərov vəfat edib.
"Report" xəbər verir ki, tanınmış alim 80 yaşında dünyasını dəyişib.
Muxalifet4 - 24-10-2019
Kim Çen Inın həyat yoldaşı üzə çıxdı: Hamilə olduğu deyilirdi... - FOTO
Şimali Koreya lideri Kim Çen Inın həyat yoldaşı 4 aydır ortada yox idi. Li Sol Çju, nəhayət, ictimaiyyət arasında görünüb. Bizimyol.info xəbər verir ki, Kim Çen Inın həyat yoldaşının hamilə olduğu deyilirdi. Bu haqda Cənubi Koreya mətbuatı yazmışdı. Amma fotolar qadının hamiləliyindən xəbər vermir. Li Sol Çju Kımqınsana səfər zamanı ərinin yanında görünüb. Kim Çen In orada kurorta baş çəkib. Şimali Koreya liderinin həyat yoldaşı axırıncı dəfə iyunun 21-də gözə dəymişdi. Onda qadın Çinin rəhbəri Si Tszinpinin səfəri zamanı qonaqlarla görüşmüşdü.
Muxalifet4 - 24-10-2019
Biznesmeni oğurlamaqda ittiham edilən azərbaycanlılar saxlanıldı - RUSİYADA
Rusiyanın Ulyanovsk vilayətində dörd azərbaycanlıdan ibarət cinayətkar dəstə ələ keçib.
Muxalifet.az xəbər verir ki, onlar oktyabrın 4-də biznesmeni oğurlamaqda ittiham edilirlər.
Məlumatlara görə, onlar iş adamını ölümlə təhdid edərək, 100 milyon rubl (2,66 milyon manat - red.) tələb edib.
Qeyd edilib ki, saxlanılanlardan birinin üzərindən tapança aşkarlanıb.
Aparılan araşdırmalar zamanı tutulanlardan birinin oğurluqla əlaqədar Rusiyada əvvəllər məhkumluq həyatı yaşadığı aydınlaşıb.Muxalifet4 - 24-10-2019
Terrorçular Türkiyə əsgərlərinə hücum etdilər - YARALILAR VAR
YPG/PKK terrorçuları Resulayn bölgəsində Türkiyə əsgərlərinə dronlar və silahlar vasitəsilə hücum edib.
Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, nəticədə Türkiyə Silahlı Qüvvələrinin 5 əsgəri yaralanıb.
Terrorçular cavab atəşi ilə susdurulub. Müdafiə Nazirliyinin açıqlamasında cavab atəşinin sırf özünümüdafiə məqsədilə açıldığı bildirilib.
Muxalifet4 - 24-10-2019
Türk əsgərlərinə XAİN HÜCUM: yaralılar var
Sülh Çeşməsi” əməliyyatının keçirildiyi ərazilərdə PYD/YPG terrorçularının hücumu nəticəsində türk əsgərləri yaralanıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.
Muxalifet3 - 24-10-2019
Azərbaycanda yeni 5 manatlıq GÜMÜŞ PULLAR BURAXILDI - FOTO
2019-cu ildə müsəlman Şərqində yerli tipli ilk ali məktəb kimi yaradılan və Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universitetinin təsis edilməsinin 100-cü ildönümü tamam olur. Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, bu yubiley tarixinin əbədiləşdirilməsi məqsədilə AMB nominal dəyəri 5 AZN təşkil edən gümüş yubiley pul nişanını tədavülə buraxıb. Yubiley pul nişanının çəkisi 1 troy unsiyası – 31.1 qr. (+ 0.1 qr.), diametri isə 38.61 mm. təşkil edir.
Muxalifet3 - 24-10-2019
"Qabağımıza çıxsalar, əzib keçəcəyik" - ƏRDOĞANDAN ŞOK TƏHDİD
Bu arada, qarşımıza terrorçu çıxarsa, onları məhv etmək haqqımızdır. Bu, yazılı qeyd olunub.
Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.Muxalifet - 24-10-2019
Aktrisa və sevgilisi həbs EDİLDİ
Türkiyəli aktrisa Tuba Ünsal və sevgilisi Caner Karaloğluna həbs cəzası verilib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb Canerin boşanma mərhələsində olduğu xanımı Elizabet Masaya qarşı şiddət göstərməsi olub.
Mas mətbuata açıqlamasında Tuba və əri Canerin 3 gün azadlıqdan məhrum edildiyini deyib.
Muxalifet - 24-10-2019
YPG-ni Türkiyənin qarşısına Rusiya və ABŞ çıxarıb? - Ərdoğan xəyanətin detallarını belə üzə çıxardı
“Bir şeyə üzülürük. O nədir, bilirsinizmi? Nəhəng ölkələrin liderləri terrorçuların liderlərini yanların aparır, onlarla masaya oturur, onlarla problemi həll etməyə çalışırlar. Bu necə işdir? Belə bir şey ola bilərmi?”
Bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib.Muxalifet - 24-10-2019
Prezident Akif Əlizadəyə “Əmək” ordenini təqdim etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də akademik Akif Əlizadəni qəbul edib və ona 1-ci dərəcəli “Əmək” ordenini təqdim edib.
"Yeni Sabah" xəbər verir ki, Akif Əlizadəni salamlayan Prezident İlham Əliyev dedi:
- Hörmətli Akif müəllim, dünən siz öz ərizənizlə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsindən getmisiniz. Mən bu gün sizi dəvət etdim ki, apardığınız işlərə görə sizə təşəkkürümü bildirəm.
Akif Əlizadə: Xoş gördük, cənab Prezident. Sağ olun.
Muxalifet - 24-10-2019
“Putinə viski hədiyyə etdim” - Konor Makqreqor
UFC üzrə keçmiş çempion Konor Makqreqor etiraf edib ki, Rusiya prezidentə Vladimir Putinə Proper 12 markalı viski hədiyyə edib.
Qol.az xəbər verir ki, o deyib: “Bu viskinin ilk şüşəsini Putinə hədiyyə etdim. İkincisi isə mənimdir. Əminəm ki, viski Putinin xoşuna gəlib. Təəssüf ki, bunu onun özündən dəqiqləşdirə bilməmişəm. Amma inanıram ki, prezident həmin viskidən içib” .
Qeyd edək ki, bir müddət əvvəl Makqreqor “Proper 12” adlı viskini Rusiyada satışa çıxarıb.
Muxalifet - 24-10-2019
Elman Rüstəmovun İSTEFA MÜƏMMASI - məlum oldu...
Bu gün bəzi KİV-lərdə Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin sədri vəzifəsindən istefa verdiyi bildirilir. İddialara görə, E.Rüstəmov artıq kollektivlə də vidalaşıb.
Həmçinin bildirilir ki, yaxın günlərdə baş bankirin vəzifədən azad olunması və onun yerinə yeni təyinatla bağlı Milli Məclisin toplanacağı gözlənilir. E.Rüstəmovun Baş Nazirin müavini vəzifəsinə təyin olunacağı ehtimal edilir.
Məsələ ilə bağlı Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev açıqlama verib. O deyib ki, qurumun mətbuat xidmətinə belə bir məlumat daxil olmayıb.Muxalifet - 24-10-2019
“İran Azərbaycanın yanında olub və olacaq” - Ruhani
“İran Azərbaycanın yanında olub və olacaq”.”Report” xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Həsən Ruhani oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşdə bildirib.
Muxalifet - 24-10-2019
Məşhur müğənninin qardaşı oğlu həbsxanadan qaçdı - FOTO
Meqastar Tarkanın qardaşı oğlu Servet Tevetoğlu qətldə ittiham olunub.
O, saxlanıldığı açıq həbsxanadan qaçıb.
Muxalifet - 24-10-2019
“Qarabağ” - APOEL matçı BAŞA ÇATDI - 2:2
"Qarabağ" - APOEL qarşılaşması 2:2 hesabı ilə başa çatdı. "Qarabağ" qrupda xalını 4-ə çatdırdı. *** Baş hakim Filip Qlova əsas vaxta 2 dəqiqə əlavə etdi. *** "Qarabağ" hesabı 59-cu dəqiqədə bərabərləşdirdi: Ailton hesabı 2:2 etdi. *** İkinci hissə başladı. *** İlk 45 dəqiqə başa çatdı. "Qarabağ"ın kapitanı Rəşad Sadıqovun kobud səhvi ucbatından APOEL ikinci qolunu vurdu. Rəqibin heyətində Hallenius fərqləndi: 1:2 Komandalar fasiləyə yollandı. *** 29-cu dəqiqədə "Qarabağ" standart vəziyyətdən qol buraxdı.
Muxalifet - 24-10-2019