Axtarış

The search found 105715 results in 0.037 seconds.

Search results

  1. Bu rayonlarda qaz olmayacaq

    Oktyabrın 24-də səhər saat 09:00-dan etibarən “Qaz İxrac” İdarəsi “Qaradağ-Sumqayıt” magistral qaz kəmərinin 45-ci km-də aşkar olunmuş qaz sızmasının ləğvi işlərini həyata keçirəcək.
    "Azəriqaz" İstehsalat Birliyindən Muxalifet.az-a verilən məlumata görə, bu zaman Sumqayıt şəhərində məcburi köçkünlər üçün inşa olunmuş yaşayış qəsəbəsində qaz təminatında fasilələr olacaq.

    Muxalifet - 24-10-2019

  2. “Gömrük Komitəsi də bu nazirliyə birləşdirilməlidir” - Ekspert

    Xəbər verdiyimiz kimi Mikayıl Cabbarov iqtisadiyyat naziri təyin edilib. 

    “Yeni Sabah” xatırladır ki, Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında fərman imzalayıb.

    Muxalifet - 24-10-2019

  3. ​Azərbaycanda daha 4 nəfər bu səbəbdən öldü

    Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 20 cinayətin üstü “isti izlər”lə açılıb. Muxalifet.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 14 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

    Muxalifet - 24-10-2019

  4. Xaçmazda QANLI OLAY: Keçmiş arvadının başqa şəxslə evlənmək istədiyini bilib...

    Xaçmaz rayonunda keçmiş qayınatasını qətlə yetirən şəxs polisə könüllü təslim olub.

    Muxalifet.az "Report"a istinadən xəbər verir ki, hadisə ötən gün saat 11:30 radələrində rayonun Qımılqışlaq kəndində qeydə alınıb.

    Belə ki, kənd sakini Səfər Qurbanov əvvəllər Gülyanə Qədirova ilə evli olub, 2017-ci ildə boşanıb, sonra ikinci dəfə ailə qurub.

    Muxalifet - 24-10-2019

  5. Azərbaycanda toy zamanı DƏHŞƏTLİ HADİSƏ – Ölən və yaralanan var

    Zaqatala rayonunda qətl törədilib.
    Hadisə rayonun Danaçı kəndində baş verib.

    Muxalifet - 24-10-2019

  6. “Qarabağ” bu gün APOEL-i qəbul edəcək – AFİŞA

    “Qarabağ” bu gün UEFA Avropa Liqasının (AL) qrup mərhələsində növbəti oyununu keçirəcək. “Report” xəbər verir ki, Ağdam təmsilçisi III tur çərçivəsində Kiprin APOEL komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 20:55-də start götürəcək. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk turda İspaniyanın “Sevilya” komandasına Bakıda 3 cavabsız qolla uduzsa da, Lüksemburqda “Düdelanj”ı üstələyib – 4:1. APOEL isə evdə lüksemburqlulara 3:4, İspaniyada isə “Sevilya”ya 0:1 hesabı ilə məğlub olub.

    Muxalifet - 24-10-2019

  7. Rusiya Ermənistana silah notası verir - “ERMƏNİ TƏRƏFİ HEÇ BİR ƏSAS OLMADAN...”

    Rusiya silah təchizatına dair tenderin pozulmasına görə Ermənistana nota verir.

    Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda sənədin mətninə istinadən RİA Novosti bildirir.

    Muxalifet - 24-10-2019

  8. Restoran işçiləri vergiyə cəlb olunur, yayınanlar cərimələnəcək

    “Yarım saata 10 min manat alanlar var ki, gündə 4 toya gedirlər, həmin vəsaitin vergisini verməlidirlər”

    Muxalifet - 24-10-2019

  9. Vilayət Eyvazov qətlə yetirilən polkovnikin yerinə ONU TƏYİN ETDİ

    Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Gəncə şəhər Nizami rayon Polis İdarəsinə rəis müavini təyin edilib.
    Polis polkovnik-leytenantı Nağıyev İrza Əhəd oğlu Nizami rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini vəzifəsini icra edəcək.
    Bildirək ki, daha öncə bu vəzifəni Gəncə hadisələrində şəhid olan polis polkovnik-leytenantı Səməd Abbasov icra edib.//baku.ws

    Muxalifet - 24-10-2019

  10. Rüşvətə görə tutulan keçmiş polis əməkdaşı ilə bağlı qərra verildi

    Rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən Zakir Məmmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb. Unikal.org xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara görə, Z.Məmmədovun apellyasiya şikayəti təmin edilməyib. İttiham aktına əsasən, Z.Məmmədov Qaradağ Rayon Polis İdarəsində işləyən zaman tanışı, həmin zaman həbsdə olan Elvar Xəlilov ona zəng edib.

    Muxalifet - 24-10-2019

  11. “Hansı arzuolunmaz milçək onları sancıb ki...” - Şeyx Əbdüldən Afaqa

    Xalq artisti Əbdül Mahmudov (Şeyx Əbdül) “Hər şey daxil” verilişinin qonağı olub. “Yeni Sabah” xəbər verir ki, aparıcı Tarix Əliyevin (Tolik) Xalq artistiAfaq Bəşirqızının bütün teatrın adından söz deməsi ilə bağlı verdiyi suala Şeyx Əbdül sərt cavab verib. 75 yaşlı kinorejissor sənətkarların bir-brinin ünvanına belə sözlər işlətməsini düzgün saymayıb: “Mən prinsip etibarilə teatr mühitinin adamı deyiləm. Afaq xanım cəmiyyətdə sözü, mövqeyi olan, tanınan adamdır.

    Muxalifet - 24-10-2019

  12. İQTİDARDAKI YAŞLI MƏMURLAR TƏLAŞ İÇİNDƏ! - Onlar prezidentin "artıq bəsdir, getməyin vaxtı çatıb" mesajına qulaq verməlidirlər

    Bəzi məmurlar yalnız vəzifədən azad olunmamalı, həm də korrupsiya və digər əməllərinə görə həbs edilməlidir Ötən saylarımızın birində qeyd etdiyimiz kimi, ölkə başçısı oktyabrın 15-də keçirilən iqtisadi müşavirə zamanı müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrların işə cəlb edilməsinin vacibliyini vurğulamaqla yanaşı, köhnə təfəkkürlə irəli getməyin mümkünsüz olduğunu bildirib.

    Muxalifet - 24-10-2019

  13. Türkiyə və İran XİN başçıları Bakıda Suriyadakı vəziyyəti müzakirə ediblər

    Bakıda Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu və İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif arasında görüş keçirilib.

    APA-nın İranın Xarici İşlər Nazirliyinin (XİN) saytına istinadən verdiyi xəbərə görə, XİN başçıları arasında görüş Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində baş tutub.

    Nazirlər görüş zamanı iki ölkə arasında qarşılıqlı əlaqələri, Suriyanın şimalındakı vəziyyəti, Suriya Konstitusiya Komitəsinin qurulması prosesini və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

    Muxalifet - 24-10-2019

  14. SON DƏQİQƏ: Baş bankir də istefa verdi

    Elman Rüstəmov Milli Bankın sədri vəzifəsindən istefa verib.
    Muxalifet.az
    xəbər verir ki, Elman Rüstəmovun artıq kollektivlə vidalaşıb. Yaxın günlərdə Elman Rüstəmovun vəzifədən azad edilməsi və onun yerinə təyinat edilməsi ilə bağlı Milli Məcilisin toplanacağı gözlənilir.
    Xatırladaq ki, Azərbaycan Respublikasının Konsitutsiyasının 109- cu maddəsinin 10- cu bəndinə əsasən, Azərbaycan Respublikasının prezidenti Mərkəzi Bankının İdarə Heyətinin üzvlərini vəzifəyə təyin edilmə və vəzifədən azad edilməsi barədə Milli Məcilisin səlahiyyətindədir.

    Muxalifet - 24-10-2019

  15. Nurlan Novruzov anasını öldürən atası haqda: "Edam olunmalıdır"

    Arvadını qətlə yetirib özünü öldürmək istəyən şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb. O, qətli namus üstündə törətmədiyini deyir. Muxalifet.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Zahid Novruzovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə prosesində şahid qismində Sevinc Şükürova ifadə verib. O deyib ki, təqsirləndirilən şəxs onun qayınatasıdır.

    Muxalifet - 24-10-2019

  16. Yeni bahalaşma dalğası gəlir: Nələrin qiyməti qalxacaq? - SİYAHI

    Xəbər verdiyimiz kimi, gələn ildən konyak istisna olmaqla, Azərbaycan Respublikasında istehsal olunan içməli spirtə, pivəyə, spirtli içkilərə, tütün məmulatlarına, energetik (alkoqollu və alkoqolsuz) içkilərə tətbiq edilən aksiz dərəcələri artırılır.

    Bəs aksiz dərəcəsinin artırılması qiymət artımına səbəb olacaqmı?

    Mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən iqtisadçı ekspert Akif Nəsirli qeyd edib ki, bu artım qiymətlərə mütləq təsir edəcək:

    Muxalifet - 24-10-2019

  17. Avtobuslar qış rejiminə keçir

    Avtobuslar qış rejiminə hazırlıq üçün qarajlarda xüsusi nəzarətdən keçəcək.

    Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) məlumat verilib. Bldirilib ki, oktyabr ayının 25-dən Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) tərəfindən bütün daşıyıcı şirkətlərə qış rejiminə keçidlə bağlı tapşırıq verilib:

    Muxalifet - 24-10-2019

  18. Bank adı altında SOYĞUNÇULUQ - “Finoko” BOKT-un rəhbərliyi bir ailəni evsiz qoydu

    Şikayətçi Etbar Musayev: “100 min manatlıq evimi əlimdən alıblar” Bankların, bank olmayan kredit təşkilatlarının vətəndaşların başlarına gətirdiyi oyunlar hər zaman mətbuatda yer alır. “Finoko” BOKT ASC də (bank olmayan kredit təşkilatı) bunların sırasındadır. Belə ki, Nəsimi rayonu, 3-cü mikrorayon, Rəşid Məmmədov ev 3, mənzil 27-nin sahibi Musayev Etbar Adil oğlunun “Hürriyyət”ə dediyinə görə, 2015-ci ildə “Finoko” BOKT ASC-dən 35 min dollar pul götürüblər: “Hansı ki, o pula görə, bizdən 5 min dollar özləri “şapka” götürdü. 3 aydan sonra dollar qalxmağa başladı.

    Muxalifet4 - 24-10-2019

  19. Azərbaycanda yüksək vəzifəli məmura AĞIR İTKİ - FOTO

    Azərbaycan Prezidentinin Protokol xidmətinin rəisi Elçin Bağırova ağır itki üz verib. Elçin Bağırovun anası oktyabrın 24-də vəfat edib. Allah rəhbət eləsin. modern.az

    Muxalifet - 24-10-2019

  20. Elinanın intihar etdiyi məktəbin direktoruna HÖKM OXUNDU

    Səbail rayon Məhkəməsində Elina Hacıyevanın ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəməsi başa çatıb. APA-nın məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə direktorun vəkili Sadiq Bağırov çıxış edərək ittihamları qəbul etmədikləri bildirib və həmçinin qaldırılmış mülki iddianın təmin edilməməsini istəyib: "Nə istintaq dövründə nə də məhkəmədə müvəkkilim barəsində verilən ittihamlar öz təsdiqini tapmayıb.

    Muxalifet - 24-10-2019

Pages