Axtarış

The search found 105715 results in 0.027 seconds.

Search results

  1. Prezident sərəncam imzaladı

    Prezident İlham Əliyev Dilarə Seyidzadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Dilarə Bağır qızı Seyidzadə “Şərəf” ordeni ilə təltif edilir.

    Muxalifet - 24-10-2019

  2. 24 yaşlı qadın ona təcavüz edən YEZNƏSİNİ ÖLDÜRDÜ - Foto

    Türkiyənin Manisə şəhərində 24 yaşlı qadın ona təcavüz edən yeznəsini bitki dərmənı ilə öldürüb.

    Muxalifet - 24-10-2019

  3. Azərbaycan təhsilində inqilab: Şagirdlərin biliyi yeni qaydada qiymətləndiriləcək?

    Türkiyədə şagirdlərin illik qiymətləndirmə cədvəli dəyişdirilir. Yeni qaydaya görə, artıq şagirdlərin qiymət cədvəlində yeni bölmələr yaradılacaq və onların  fərdi bacarıqları da qiymətləndiriləcək. Belə ki, qiymət cədvəlinə əlavə edilən əlavə səhifələrdə şagirdin əzbər, yazını sürətlə yazıb-oxuma və keçirilən dərsləri qavrama qabiliyyəti ilə bağlı müəllimlərin fikirləri də öz əksini tapacaq.

    Bəs gələcəkdə Azərbaycanda da şagirdlərin biliyinin bu cür qiymətləndirilməsi gündəmə gələ bilərmi?

    Muxalifet - 24-10-2019

  4. Sabah Bakının mərkəzi küçələri bağlanacaq

    Sabah Bakının mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Trend-ə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi idarəsinin şöbə rəisi Vaqif Əsədov məlumat verib.

    Muxalifet - 24-10-2019

  5. Yaqub Eyyubov haradadır... – İŞDƏN ÇIXARILIB?

    Bu gün İran Prezidenti Həsən Ruhaninin Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimində bir məqam diqqət çəkib. Ali qonağı Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov deyil, dünən Baş Nazirin müavini təyin edilmiş Şahin Mustafayev qarşılayıb. Bu gün Hansı ki, belə tədbirlərdə qonaqları həmişə Yaqub Eyyubov qarşılayırdı. Bu gün isə bir neçə ölkənin dövlət başçılarının qarşılanma mərasiminin heç birində heç birində Yaqub Eyyubov görünməyib. Qonaqları Əli Əhmədov və Şahin Mustafayev qarşılayır.

    Muxalifet - 24-10-2019

  6. “İvanovka” şoru almayın! - FOTOLAR

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 1003 - Çağrı Mərkəzinə vətəndaşlar tərəfindən daxil olmuş müraciətlər mütəmadi olaraq Agentliyin mütəxəssisləri tərəfindən təhlil edilərək araşdırılır və bu məlumatlar əsasında istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

    Muxalifet - 24-10-2019

  7. Kubanın Prezidenti Azərbaycana gəldi

    Kuba Respublikasının Prezidenti Migel Diaz-Kanel Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycan Respublikasına səfərə gəlib.

    Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Kuba Prezidenti Migel Diaz-Kaneli hava limanında Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Əhmədov, Xarici İşlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

    Muxalifet - 24-10-2019

  8. Mərkəzi Bankda qeyri-müəyyənlik – Ənənəvi mərtbuat konfransından xəbər yoxdur

    Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin sədri vəzifəsindən istefa verdiyinə dair xəbərlər dolayısı ilə də olsa təsdiqini tapmaqdadır. Yaxın zamanda bununla bağlı rəsmi məlumat veriləcəyi gözlənilir.

    Muxalifet - 24-10-2019

  9. "Qvardiola və ya Klopp olmayın"

    "Bayer"in baş məşqçisi Peter Bos gənc məşqçilərə özlərini Pep Qvardiola və Yürgen Kloppa oxşatmamalırını tövsiyə edib.

    Qol.az-ın məlumatına görə, o, DAZN-a açıqlamasında deyib ki, yeni məşqçilər öz futbol üslublarını yaratmalıdırlar:

    Muxalifet - 24-10-2019

  10. Kişi arvadının gizli telefonunu tapdı - Gördükləri qarşısında ŞOKA DÜŞDÜ - VİDEO

    Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan "Gəl dərdini danış"da bu gün mübahisəli məqamlar yaşanıb. Verilişə müraciət edən Ceyhun adlı Neftçala sakini birinci qrup əlil olduğunu və arvadının onu biabr etdiyini deyib. Qeyd edib ki, arvadı yaxın ailə dostu ilə ona xəyanət edib. Ceyhun bəyin sözlərinə görə bir gözünün görməməsi və digərinin zəif olmasından istifadə edən qadın bunu rahatlıqla gizlədib. Bir gün evdə olan Ceyhun bəy qadınının biabrçı fotolarını və videolarını gizli işlətdiyi telefonda ortaya çıxardaraq tapıb.

    Muxalifet - 24-10-2019

  11. Ruhani: İran-Azərbaycan əlaqələri inkişaf edərək strateji xarakter almağa başlayıb

    Muxalifet.az Azərtaca istinadən xəbər verir ki, İran Prezidenti Həsən Ruhani İran -Azərbaycan əlaqələrinə dair açıqlama verib. "İran ilə Azərbaycan arasında əlaqələr inkişaf edərək strateji xarakter almağa başlayıb" - deyə Həsən Ruhani Azərbaycana səfərə yola düşərkən Tehranda jurnalistlərə açıqlamasında deyib. Prezident bildirib ki, müştərək tarixə, adət-ənənəyə, dəyərlərə və dinə sahib olan hər iki ölkənin qonşuluq və dostluq əlaqələri digər dövlətlər üçün nümunədir. İqtisadi sahədə İran Azərbaycan ilə beynəlxalq əhəmiyyətə malik layihə həyata keçirir.

    Muxalifet3 - 24-10-2019

  12. ​Azərbaycanda tədavülə gümüş pullar buraxıldı - DƏYƏRİ 5 MANATDIR

    Bu il müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yaradılan və Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universitetinin təsis edilməsinin 100-cü ildönümü tamam olur.
    "APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, bu yubiley tarixinin əbədiləşdirilməsi məqsədilə Mərkəzi Bank tərəfindən nominal dəyəri 5 manat təşkil edən gümüş yubiley pul nişanı tədavülə buraxılıb.

    Muxalifet4 - 24-10-2019

  13. Mikayıl Cabbarov ciddi dəstək qazanacaq – Deputatdan şərh

    Dövlət başçısı yeni İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən sahibkarlıq fəaliyyətin inkişafına, bununla bağlı dövlət siyasətinə mane olan qüvvələrə qarşı sərt tədbirlərin görüləcəyini bəyan etdi.

    Muxalifet.az  xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.

    Muxalifet3 - 24-10-2019

  14. Bakıda FUTBOL BAYRAMI - 30 min bayraq tribunalara düzüldü - FOTO

    Avropa Liqasının qrup mərhələsinin III turunda “Qarabağ” Kiprin APOEL klubunu qəbul edəcək.

    “Qafqazinfo” xəbər verir ki, matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunun tribunalarına 30 min Azərbaycan bayrağı düzülüb. Bayraqlar 60x40 ölçüsündədir.
     
    Qarşılaşma saat 20:55-də başlayacaq.

     

    Muxalifet4 - 24-10-2019

  15. Azərbaycan güləşçiləri Hərbçilərin Dünya Oyunlarında gümüş medal qazanıb

    Muxalifet.az-ın verdiyi xəbərə görə Azərbaycanın yunan-Roma güləşçiləri Həsən Əliyev (77 kq) və Rafiq Hüseynov (87 kq) Çinin Uxan şəhərində keçirilən Hərbçilərin Dünya Oyunlarında gümüş medal qazanıblar. Məlumata görə, onlar finalda müvafiq olaraq iranlı Peyman Poştama və macarıstanlı Viktor Lorintsə uduzublar. *** Azərbaycanın iki yunan-Roma güləşçisi Çinin Uxan şəhərində keçirilən Hərbçilərin Dünya Oyunlarında finala yüksəlib. "Report"un məlumatına görə, həlledici görüşə Həsən Əliyev (77 kq) və Rafiq Hüseynov (87 kq) vəsiqə qazanıb.

    Muxalifet3 - 24-10-2019

  16. Saturnun peykinin dərinliyində böyük okean var - NASA

    Saturnun "Enselad peyki"nin yaşı həyatın yaranışı ilə ideal uyğundur. Səthi buzla örtülmüş Saturnun "Enselad peyki"nin dərinliyində böyük okean gizlənir.

    Muxalifet.az trend-ə istinadən xəbər verir ki, NASA-nın Qoddarda Kosmik Uçuşlar Mərkəzində, Mark Nevyenin (Mark Neveu) rəhbərliyi altında təqdqiqatçılar qrupunun məlumatına əsasən, bu okeanın yaşı təqribən bir millyard il təşkil edir və həmin müddət okeanda həyatın inkişafı üçün zəruri vaxta ideal uyğun gəlir.

    Muxalifet4 - 24-10-2019

  17. Venesuela Prezidenti Nikolas Maduro Bakıdadır

    Venesuela Prezidenti Nikolas Maduro Qoşulmama Hərəkatının Bakıda keçiriləcək sammitində iştirak etmək üçün Bakıya gəlib.

    Onu hava limanında Azərbaycan Baş Nazirinin müavini Əli Əhmədov qarşılayıb.

    Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü 25-26 oktyabr tarixlərində keçiriləcək.

    Muxalifet3 - 24-10-2019

  18. Kərbəlaya gedən azərbaycanlı axund itkin düşdü

    Kərbəla ziyarətinə gedən İmişli rayon sakini Yusifov Davər Qafar oğlu itkin düşüb.

    Muxalifet.az xəbər verir ki, Trend-ə bu barədə itkin düşən şəxsin yaxınları bildirib.

    Qeyd olunur ki, D.Yusifov bu ayın əvvəli yaxınları ilə İraqa Kərbəla ziyarətinə yola düşüb. Orada bir neçə gün ziyarətdə olan şəxs qəfil yoxa çıxıb.

    Muxalifet4 - 24-10-2019

  19. "Kölgədə qalmış" media kapitanlarından Prezidentin islahatlarına AÇIQ DƏSTƏK

    Dövlət başçısının son islahatları ölkədə müsbət qarşılanmaqdadır. Artıq ictimaiyyətin ən fəal və üzdə olan simaları da Prezident İlham Əliyevin son kadr dəyişiklərinə öz müsbət rəylərini bildirməkdədir. Təsadüfi deyil ki, ölkənin sayılıb-seçilən, tənqidi və plüralist fikirləri ilə toplumda yer tutmuş media nümayəndələri Prezident İlham Əliyevin islahatlarını birmənalı şəkildə müsbət addım kimi qəbul edir.

    Muxalifet4 - 24-10-2019

  20. Rüşvət qalmaqalı böyüdü - Əməkdar artistin rəhbərliklə bağlı iddiasına CAVAB

    Əməkdar artist Nigar Şabanovanın Akademik Opera və Balet Teatrının rəhbərliyinin ünvanına səsləndirdiyi iddiasına qarşı tərəf cavab verib.
     

    Teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva açıqlamasında Leyli obrazında çıxış etmək üçün ondan 5 min manat tələb olunduğunu deyən Nigarın iddiasını təkzib edib:

    Muxalifet3 - 24-10-2019

Pages