Axtarış

The search found 105715 results in 0.035 seconds.

Search results

  1. Baş katibin kiçik qardaşı - şahzadə kimi yaşayan, səfil kimi ölən Yakov Brejnev

    Qardaşı baş katib olmasaydı, bəlkə də onun həyatı uğurlu olacaqdı. Məhz Leonid İliç Brejnevin ölkədə birinci şəxs olması onun həyatını bütövlükdə dəyişib. Əslində altı yaş Brejnevdən kiçik olan Yakov İliç zamanında SSRİ-nin istənilən bölgəsində istənilən məsələni bir telefon zəngi ilə həll edib. Özünü təqdim etmək yetərli olub ki, vilayət və şəhər partiya komitələrinin birinci katibləri əmrə müntəzir olsunlar.

    Muxalifet - 25-10-2019

  2. Qurban Qurbanov fasilədə futbolçulara nə dedi? - Kintanadan açıqlamalar

    “Məncə, bəxtimiz gətirmədi. Epizodlara baxsaq, görərik ki, rəqibdən daha üstün idik. Təbii ki, bizim səhvlərimiz də oldu. Ümumi götürsək, yenə deyirəm, bəxt çatışmazlığı oldu”. Bu sözləri “Qarabağ”ın futbolçusu Dani Kintana Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda evdə APOEL-lə heç-heçə etdikləri oyundan (2:2) sonra jurnalistlərə açıqlamasında deyib. O, qol buraxdıqdan sonra əhvallarının korlandığını söyləyib: “Qol buraxandan sonra bu, istər-istəməz əhvalımıza təsir etdi. Düşünürəm ki, ilk hissəni də pis keçirmədik.

    Muxalifet - 25-10-2019

  3. Yeni baş nazirin ilk xarici səfəri – Əli Əsədov MDB-nin iclasına qatılıb

    Bu gün Moskvada MDB Hökumət Başçıları Şurasının iclası işə başlayıb. “Report”un Rusiya bürosunun məlumatına görə, iclasda Azərbaycan nümayəndə heyətinə Baş Nazir Əli Əsədov başçılıq edir. İclasda MDB hökumət başçıları iqtisadi və humanitar sahələrdə qarşılıqlı fəaliyyətlə bağlı 20-yə yaxın aktual məsələni müzakirə edəcəklər. İclas iştirakçıları əvvəlcə məhdud tərkibdə, sonra isə geniş tərkibdə görüşəcəklər. İclasın sonunda qəbul edilən sənədlərin imzalama mərasimi keçiriləcək.

    Muxalifet - 25-10-2019

  4. Sabah temperatur aşağı düşəcək - HAVA PROQNOZU

    26 oktyabrda gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumatına görə: 

    Bakıda və Abşeron yarımadasında 

    Muxalifet - 25-10-2019

  5. Azərbaycanda istirahət mərkəzində ƏMƏLİYYAT - Tutulanlar var

    Masallıda istirahət mərkəzində narkotik maddə aşkar edilib.

    Muxalifet - 25-10-2019

  6. Ermənistanda qadınlar niyə əsgərliyə çağırılır? – Sensasion səbəblər

    Bir neçə ildir ki, Ermənistanda qadınların orduya cəlb edilməsi ilə bağlı müzakirələr aparılır. Bu günlərdə isə Ermənistanın müdafiə naziri David Tonoyan ordunun tərkibində qadınlardan ibarət yeni diviziyanın yaradılması barədə göstəriş verib.

    Ermənistanda qadınların orduya cəlb edilməsi zərurəti demoqrafik problemdən qaynaqlanır. Ölkədən böyük köçün olması və əsasən kişilərin Ermənistanı tərk etməsi əsgər çatışmazlığına səbəb olub. Bu həm də Ermənistanda doğum hallarının aşağı düşməsinə səbəb olub.

    Muxalifet - 25-10-2019

  7. "Dedilər ki, yerinizə enerjili gənclər təyin edərik, razılaşmadım..." - 92 YAŞLI REKTOR

    “Rektor vəzifəsindən istefa verəcəyimi sözlə demişdim, amma ərizə yazmamışdım. Sonra kollektiv mənim getməməyim üçün müraciət etdi. Qərara gəldim ki, rektor kimi fəaliyyətimi davam etdirim”.

    Muxalifet.az xəbər verir ki, bunu azvision.az -a açıqlamasında Xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının 92 yaşlı rektoru Ömər Eldarov deyib.

    Rektor istefa verməməyinin səbəbini yerinə təyin olunacaq şəxslərin Akademiyanı dəyişə biləcəyi ilə əlaqələndirib:

    Muxalifet - 25-10-2019

  8. Türkiyə ABŞ-a nota verdi - YENİDƏN GƏRGİNLİK - VİDEO

    Türkiyə PKK terror təşkilatının lideri Abdullah Öcalanın ən yaxın silahdaşı, SDQ komandiri Mazlum Kobani kod adlı Ferhat Abdi Şahinə görə ABŞ-a nota verib. 

    Bu barədə Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu bəyan edib. 

    Muxalifet - 25-10-2019

  9. “Erməni terrorçularını ələ keçirmişik” – Türkiyə XİN

    “PKK terror təşkilatının sıralarında erməni terrorçularını ələ keçirmişik”.

    APA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

    Nazir bildirib ki, daha əvvəl erməni terrorçuları türkiyəli diplomatları şəhid ediblər.

    “Ona görə də harada terror varsa, biz orada erməniləri görürük”, – deyə Türkiyə XİN başçısı vurğulayıb.

    Muxalifet - 25-10-2019

  10. Manatla bağlı VACİB QƏRAR

    Muxalifet.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 8%-dən 7,75%-ə endirilməsi haqqında qərar qəbul edib. Bu barədə keçirdiyi mətbuat konfransında qurumun sədri Elman Rüstəmov məlumat verib. Onun sözlərinə görə, faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 9,5% (uçot dərəcəsinə ±1,75%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib. Bu qərar bu gündən qüvvəyə minir. AMB-nin rəhbərliyi faiz dəhlizinin parametrlərinə növbəti dəfə dekabrın 13-də baxacaq. Muxalifet.az

    Muxalifet3 - 25-10-2019

  11. NATO gəmiləri Gürcüstanın Batumi limanına daxil olub

    NATO-nun iki hərbi gəmisi Gürcüstanın Batumi limanına daxil olub.

    “Report”un yerli bürosu xəbər verir ki, İtaliyanın ITS VESUVIO və Türkiyənin TCG AMASRA gəmiləri NATO-nun SNMCMG2 mina əleyhinə daimi qrupuna daxildir.

    NATO gəmilərinin iştirakı ilə Gürcüstanın Sahil Mühafizəsi Xidməti ilə birgə təlimlər keçiriləcək.

    Muxalifet - 25-10-2019

  12. Bakıda səfirlik maşını "Range Rover"lə toqquşdu

    Bakıda diplomatik nümayəndəliyin avtomobili qəzaya düşüb.

    Muxalifet - 25-10-2019

  13. “Çox eşitmişəm, deyirlər: “Əgər Heydər Əliyev prezident olmasaydı, İlham heç nəyə nail olmazdı” - Prezidentdən maraqlı AÇIQLAMALAR

    Rusiyanın nüfuzlu “Kommersant” qəzeti keçmiş SSRİ ölkələrinin dövlət başçılarına həsr olunmuş yeni xüsusi layihə işə salıb. Birinci buraxılış Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunub. Materialın müəllifləri Prezident İlham Əliyevin görkəmli siyasi xadim Heydər Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Dağlıq Qarabağ münaqişəsi və digər sahələr barədə 10 sitatını seçib. Oxuculara həmin sitatları təqdim edirik. Prezident İlham Əliyev Heydər Əliyev haqqında: “Mən çox eşitmişəm: “Onu atası aparır” və ya “Əgər Heydər Əliyev prezident olmasaydı, İlham heç nəyə nail olmazdı”.

    Muxalifet - 25-10-2019

  14. Bu dəfə amerikalı nazirin yanında hərbi salam verdi - VİDEO

    Milli Müdafiə Naziri Hulusi Akar ABŞ Müdafiə Naziri Mark Esper ilə görüşüb. Unikal.org Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Milli Müdafiə Naziri Akar, NATO Müdafiə Nazirləri Toplantısının ikinci günündə iştirak etmək üçün gəldiyi NATO Qərargahında ABŞ Müdafiə naziri Esper ilə görüşüb. Müdafiə və təhlükəsizlik məsələlərinə, xüsusən də Suriyanın şərqində "Barış Baharı" əməliyyatına toxunan görüşdə digər məsələlərlə bağlı da fikir mübadiləsi aparılıb. İki nazir dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.

    Muxalifet - 25-10-2019

  15. Almaniyadan ABŞ -la bağlı ŞOK QƏRAR

    Almaniya Bundestaqının deputatları ABŞ qoşunlarının ölkələrindən çıxarılmasına çağırıblar.

    Muxalifet3 - 25-10-2019

  16. Pakistan Prezidenti Bakıdan dünyaya SƏSLƏNDİ: On illərdir o torpaqlar...

    “Bu gün dünyada baş verən toqquşmalar, o cümlədən hər gün artan terrorçuluq çox mürəkkəb vəziyyətin yaranmasına gətirib çıxarıb. Biz gücdən istifadə hallarının, o cümlədən qeyri-sabitliyin şahidiyik. Beynəlxalq təşkilatların qərarlarına məhəl qoyulmur”. Bunu Qoşulmama Hərəkatının sammitində çıxışı zamanı Pakistan Prezidenti Arif Alvi bildirib. O qeyd edib ki, iqlim dəyişkliyi, irqçilik, xüsusilə islamafobiya baş alıb gedir: “Zirvə görüşü çərçivəsində biz Bandunq prinsiplərini qeyd etdik. Bizim təşkilat çərçivəsində tədbirlər planı olmalıdır.

    Muxalifet - 25-10-2019

  17. Bakıda "BMW" ilə yoxa çıxan Elvinin meyiti görün haradan tapıldı

    Bu gün Fövqəladə Hallar Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda su quyusunda aşkar edilən 1987-ci il təvəllüdlü Həbibzadə Elvin Nazim oğlunun meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri E.Həbibzadənin meyitini dərinliyi, təqribən, 25 metr olan quyudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

    Muxalifet - 25-10-2019

  18. NATO gəmiləri Batumi limanına girdi

    NATO-nun iki hərbi gəmisi Gürcüstanın Batumi limanına girdi.

    Muxalifet3 - 25-10-2019

  19. YAP-ın rəhbərliyində nə dəyişəcək? – Yaşlılar çoxdur, amma...

    Hakimiyyətdə yaşlı kadrların əvəzlənməsi prosesi hakim Yeni Azərbaycan Partiyasını (YAP) da diqqət mərkəzinə gətirib. 

    Partiyalarla bağlı yaş məhdudiyyəti olmasa da, YAP-ın rəhbər strukturlarında təmsil olunan yaşlı nəslin nümayəndlərinin də istirahətə göndərilməsilə bağlı təkliflər səsləndirilir. “Yeni Sabah” mövzunun aktuallığını nəzərə alaraq hakim partiyada təmsil olunan təqaüd yaşına çatmış və daha çox yaşı olan YAP-çıların siyahısını tərtib edib. Beləliklə, YAP sədrinin dörd müavinindən üçü təqaüd yaşını keçib: 

    Əli Əhmədov - 66 yaş 

    Muxalifet - 25-10-2019

  20. SON DƏQİQƏ: Rusiya XİN-dən ABŞ-a ETİRAZ BƏYANATI

    Muxalifet.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, Rusiya XİN ABŞ əleyhinə sərt  bəyanat verib.

    Rusiya XİN ABŞ-ın Suriyanın şimalına 500 nəfərdən ibarət əlavə hərbi kontingent göndərilməsinə etiraz edir: Vaşinqtondan “ziddiyyətli” məlumatlar gəlir, Rusiya Federasiyası yeni gərginliyin yaranmasını istəmir.
    Muxalifet.az

    Muxalifet3 - 25-10-2019

Pages