NATO gəmiləri Batumi limanına girdi

Baxış sayı:
4144

NATO-nun iki hərbi gəmisi Gürcüstanın Batumi limanına girdi.

 Muxalifet.az  russian.rt-yə istinadla bildirir ki, Gürcüstanın Birinci Kanalı bu barədə məlumat yayıb.
USS Porter hərbi gəmisi limanı tərk etdikdən sonra  İTS Vesuvio (İtaliya) və TCG Amasra (Türkiyə) gəmiləri Batumi limanına daxil olub.
Səfər zamanı NATO gəmilərinin və Gürcüstan sahil mühafizəsinin iştirakı ilə birgə təlimlərin keçirilməsi planlaşdırılır.
ABŞ-ın Hərbi-dəniz qüvvələrinin USS Porter raket daşıyan gəmisi 22 oktyabrda Batumi limanına girmişdi.
Muxalifet.az