NATO gəmiləri Gürcüstanın Batumi limanına daxil olub
25-10-2019 14:53
Baxış sayı:
3940

NATO-nun iki hərbi gəmisi Gürcüstanın Batumi limanına daxil olub.
“Report”un yerli bürosu xəbər verir ki, İtaliyanın ITS VESUVIO və Türkiyənin TCG AMASRA gəmiləri NATO-nun SNMCMG2 mina əleyhinə daimi qrupuna daxildir.
NATO gəmilərinin iştirakı ilə Gürcüstanın Sahil Mühafizəsi Xidməti ilə birgə təlimlər keçiriləcək.