Axtarış
The search found 105715 results in 0.037 seconds.
Search results
Trampdan NÖVBƏTİ TƏHDİD: Xatırlatmağa ehtiyac yoxdur
Türkiyə Suriyada təhlükəsiz zona adlandırılan bölgədən ayrılarkən kürdlərə atəş açılmamalı olduğunu tamamilə anladı. Atəşkəsin pozulması halında, böyük miqyaslı sanksiyaların olacağını xatırlatmağa ehtiyac yoxdur.
Muxalifet.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp tvitter hesabından paylaşıb.
Muxalifet3 - 25-10-2019
ABŞ-a S-400-dən sonra növbəti şok - Ankara və Moskva RAZILAŞMAYA YAXINDIR
Rəsmi Ankara və Moskva Türkiyəyə “SU-35” döyüş təyyarələrinin idxalına dair razılığa gəlməyin astanasındadır.
Muxalifet3 - 25-10-2019
ABŞ-da saxlanılan Rusiya agenti azad olundu - DEPORTASİYA OLUNUR
ABŞ-da prezident seçkilərinə müdaxilə etməkdə günahlandırılaraq həbs olunan Rusiya vətəndaşı mariya Butina azadlığa buraxılıb.
Xarici KİV-lər xəbər verir ki, ölkəsinə deportasiya olunmaq üçün miqrasiya həbsxanasına göndərilən Mariyanın vətəninə sabah gələcəyi gözlənilir.
Qeyd edək ki, Mariya Florida ştatında Tallaxassi federal həbsxanasında olub. 29 yaşlı qız 2018-ci ilin iyulunda Rusiya agenti kimi həbs edilib.
Muxalifet4 - 25-10-2019
Xaçmaz sakini həyətində 25 növ ekzotik quş bəsləyir - VİDEO - FOTO
Xaçmaz rayonunun Çaykənarı kəndində yaşayan Ömər Hacıbalayev 7 ildən çoxdur şəxsi təsərrüfatında müxtəlif ekzotik quş növləri saxlayır.
Muxalifet.az AZƏRTAC-a istinadən bildirir ki, ixtisasca mühəndis olan Ö.Hacıbalayevin fermasındakı quşların sayı artıq 100-ə çatıb. Təsərrüfatda tovuzquşu, linda və xalmaqor qazı, yapon toyuqları, kəklik, Qafqaz qırqovulu, tutuquşu kimi, ümumilikdə, 25 növ ekzotik quş bəslənilir.
Ömər Hacıbalayev əvvəllər quşları yalnız maraq xatirinə saxlasa da, indi bu məşğuliyyətdən gəlir əldə etməyə də başlayıb.
Muxalifet4 - 25-10-2019
Bakıda 19 yaşlı qız axtarılır... - Leyla oktyabrın 21-də itkin düşüb
Bakıda gənc qız itkin düşüb.
Muxalifet.az trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib.
Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsi, ev 34-də yaşayan 2000-ci il təvəllüdlü İsmayılova Leyla Bayram qızı oktyabrın 21-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.
Muxalifet4 - 25-10-2019
Ölkə ŞOKDA: ölənlərin sayı 24-ə çatdı, partiya binaları...
İraqın paytaxtı Bağdadda və digər cənub şəhərlərində bu gün yenidən başlayan hökumət əleyhinə nümayişlərdə ölənlərin sayı 24-ə çatıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, təhlükəsizlik mənbələrinin məlumatına görə, ölkənin cənubunda yerləşən Nasiriye vilayətində etirazçılar şiə milis gücü “Asayib Ehlilhak Hərəkatı”nın binasına girməyə çalışarkən atəşlə qarşılanıblar.
Bundan başqa, etirazçıların “Bədr” Təşkilatı, İraq “Hizbullah” Təşkilatı və digər şiə partiyalarının binalarına girərək yanğınlar törətdyi bildirilir.
Muxalifet4 - 25-10-2019
ABŞ-a S-400-dən sonra daha bir şok - Ankara və Moskva RAZILAŞMAYA YAXINDIR
Rəsmi Ankara və Moskva Türkiyəyə “SU-35” döyüş təyyarələrinin idxalına dair razılığa gəlməyin astanasındadır.
“Daily Sabah” xəbər verir ki, adıçəkilən təyyarələrin aid bəzi hissələrin Türkiyədə istehsalına da başlana bilər.
Qeyd edək ki, bu ayın 22-də Rusiya Federal Hərbi Texniki Əməkdaşlıq Şurasının sədri Dmitriy Şuqayev Türkiyə tərəfinə “Su-35” və “Su-37” döyüş təyyarələrinin tədarükünə dair müqavilə imzalanmasından söhbət açmağın tez olduğunu, sadəcə ilkin məsləhətləşmələrin aparıldığını bildirib.
Muxalifet4 - 25-10-2019
VURĞUN ƏYYUBUN DOĞUM GÜNÜ... - Bu münasibətlə ədəbi-bədii gecə keçirilib
Fikrət Əmirov Konfrans-Konsert Mərkəzində keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk (qurucu) sədri Vurğun Əyyubun doğum günü münasibətilə ədəbi-bədii gecə keçirilib.
APA-nın xəbərinə görə, tədbir Xəzər Universitetinin təşkilatçılığı ilə baş tutub.
Gecədə universitet tələbələrinin hazırladığı bədii kompozisiya nümayiş etdirilib.
Tədbirdə millət vəkili Aqil Abbas, professorlar Qulu Məhərrəmli, Bədirxan Əhmədov, Əli Şamil, Xəzər Universitetinin dekanı Elza Səmədli Vurğun Əyyubla bağlı xatirələrini bölüşüblər.Muxalifet4 - 25-10-2019
İlkin Rüstəmzadə universitetə bərpa edildi - "Qiyas və Bayram qalır..."
Siyasi fəal İlkin Rüstəmzadə İqtisad Universitetinə bərpa edilib.
Muxalifet.az xəbər verir ki, o, bu barədə özünün facebook profilində məlumat verib.
Muxalifet4 - 26-10-2019
Dünyanın ən varlı adamı bir gündə 7 MİLYARD DOLLAR İTİRDİ
Dünyanın ən varlı adamı sayılan “Amazon”un rəhbəri Ceff Bezos bir sutkada bir neçə milyard dollar ziyana düşüb.
"Bu, oktyabrın 24-də, şirkət 2019-cu ilin üçüncü rübünün gəlirləri barədə hesabat verəndə baş verib.
Nəticə investorları məyus edib. Hesablamalara görə, Bezosun itkisi təxminən 7 milyard dollar olub. Buna qədər Bezosun varidatı 111 milyard dollar dəyərləndirilirdi.
“Amazon”un yaradıcısı “Forbes”in versiyasına görə planetin varlı biznesmenlərinin reytinqinə rəhbərlik edir.
Muxalifet4 - 26-10-2019
"Nigar Şabanovaya “Leyli” obrazının verilməsini bir nüfuzlu şəxs xahiş etmişdi" - ŞOK AÇIQLAMA
"İfaçı ittihamlarına davam etsə, barəsində ciddi addımlar atılacaq” Xəbər verdiyimiz kimi, bu günlərdə Əməkdar artist Nigar Şabanova Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyini rüşvətxorluqda ittiham edib. "Yeni Sabah" xəbər verir ki, "Hər şey daxil” verilişinin aparıcı Tarix Əliyev (Tolik) qonaq qismində iştirak edən sənətçinin reklam arası ona söylədiklərini canlı yayımda səsləndirib: "Leyli və Məcnun” operasında Leyli obrazını oynamaq üçün Nigar xanımdan 4 min manat pul istənilib. Üstəlik də, Opera və Balet Teatrının kassasına min manat pul ödəməsi tələb edilib”.
Muxalifet4 - 26-10-2019
"Allah bizim faciyəmizi görmür, Putin isə görmək istəmir" - UKRAYNANIN SABİQ PREZİDENTİ
"Allah bizim faciyəmizi görmür, Putin isə görmək istəmir".
Bu sözləri Ukraynanın ikinci prezindenti Leonid Kuçma dilə gətirib: "Ukraynada sülh Allahdan və Putindən aslıdır".
Xatırladaq ki, Kuçma bu sözləri 5 il öncə də deyib. O, Kiyevin 5 il "Ştaynmayer formulu"ndan qaçdığını qeyd edib: "Bu kapitulyasiyadır. Bu yol deyil. Təkliflər varsa, biz onları müzakirə etməliyik".Muxalifet4 - 26-10-2019
PKK tərəfdarları Almaniyada aeroportda türklərə hücum etdi
Türkiyənin sülh hərəkatına görə Avropada yaşayan türklər çox qalmaqala girməli olur. PKK tərəfdarları heç cür rahatlıq vermir.
Muxalifet4 - 26-10-2019
Neftin qiyməti son ayda rekord qırdı...
“Brent” markalı neftin bir barelinin qiyməti 62 dolları ötüb.
“TASS” xəbər verir ki, bu, 2019-ci il sentyabrın 25-dən sonra ilk dəfədir qeydə alınıb.
Hərracların nəticələrinə görə, Şimal dənizində hasil olunan “Brent” markalı neft qarışığının bir barelinin dekabr fyuçersləri 0,54 faiz artaraq 62,05 dollara çatıb.
Sonuncu dəfə 25 sentyabr 2019-cu ildə neftin qiyməti 62 dollardan yuxarı olub.
Muxalifet4 - 26-10-2019
"Biz istəyirik ki, yaşadığımız ölkədə polis zorakılığı olmasın" - Bakıda qadınlar ABŞ Səfirliyi önündə ETİRAZ AKSİYASI KEÇİRİB
Bu gün polis zorakılığı və sosial problemlərdən şikayətçi olan bir qrup qadın ABŞ-ın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.
Qadınların təbirincə, "səslərini dünyaya çatdırmaq üçün" ABŞ Səfirliyinin önünə toplaşıblar.
"Biz istəyirik ki, yaşadığımız ölkədə polis zorakılığı olmasın", "Dinc etiraz etmək istəyirik. sosial problemlərimizi dilə gətiririk", "Polis insanlara şiddət göstərməməlidir" qadınlardan bəziləri bildirib.
Muxalifet4 - 26-10-2019
"Azərbaycanın hansı mövqedə olduğunu təsəvvür edə bilmirəm" - KAZLARİÇ
Beynəlxalq ictimaiyyət Azərbaycanda keçən həftə sonu dinc etiraz nümayişlərinin polis tərəfindən dağıdılmasını qınayıb və Azərbaycan hökumətini saxlanmış müxalifət nümayəndələri və mülki şəxsləri dərhal azad etməyə çağırıb. Hadisələrlə əlaqədar verilən bəyanatlarda Azərbaycan hökumətinə toplaşmaq azadlığına hörmət etməklə bağlı çağırışlar edilib. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç son etiraz nümayişləri, polisin davranışı və Birləşmiş Ştatların reaksiyası ilə bağlı "Amerikanın Səsi"nin suallarını cavablandırıb.
Muxalifet4 - 26-10-2019
"Bütün məhkəmələr korrupsiya içərisindədir, bəsdirin artıq" - Əziz Orucovun məhkəməsi təxirə salındı / VİDEO
"Kanal13"-ün şərti azadlığa buraxılan rəhbəri, jurnalist Əziz Orucovun oktyabrın 24-də keçirilən məhkəmə prosesi yenidən təxirə salınıb.
Bu barədə Əziz Orucov sosial şəbəkədə məlumat yayıb.Muxalifet4 - 26-10-2019
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: 2 ölü, 3 yaralı
Şamaxı rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Şamaxı yolunda qeydə alınıb. “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır. //Report
Muxalifet - 26-10-2019
MƏRKƏZİ BANK DOLLARI UCUZLAŞMAĞA QOYMUR – “Biz sabit məzənnə rejimində qalmağa məcburuq”
Əksər müstəqil ekspertlərin manatın ABŞ dollarına nisbətdə real məzənnəsinin rəsmi məzənnədən yüksək olduğuna dair fikirləri öz təsdiqini tapır. Mərkəzi Bankın sədri Elman Rüstəmovun son mətbuat konfransında səsləndirdiyi fikirlər də bunu təsdiqləyir.
Muxalifet - 26-10-2019
Çili etirazları rekord vurdu, küçələrə 1.2 milyon adam çıxdı - PREZİDENT ETİRAZÇILARIN SƏSİNİ EŞİTDİ... - VİDEO
Ötən cümə günü oktyabrın 25-də Latın Amerikası ölkəsi Çilidə hökumət əleyhinə etirazlarda rekord vurulub. Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, paytaxt Santyaqo küçələrinə 1.2 milyondan çox adam çıxıb. Bu, Çili üçün bütün dövrlərin rekord rəqəmidir. Bundan əvvəl Santyaqo küçələrinə ən çox sayda adam 1988-ci ildə hakimiyyətin Auqusto Pinoçetin başçılıq etdiyi hərbi xuntadan mülki hökumətə keçməsini bayram etmək üçün çıxmışdı. Həmin vaxt nümayişçilərin sayı 1 milyona yaxın olub. Rekod barədə Santyaqo meri Karla Rubilar bəyan edib.
Muxalifet - 26-10-2019