Ölkə ŞOKDA: ölənlərin sayı 24-ə çatdı, partiya binaları...
25-10-2019 23:16
Baxış sayı:
4570

İraqın paytaxtı Bağdadda və digər cənub şəhərlərində bu gün yenidən başlayan hökumət əleyhinə nümayişlərdə ölənlərin sayı 24-ə çatıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, təhlükəsizlik mənbələrinin məlumatına görə, ölkənin cənubunda yerləşən Nasiriye vilayətində etirazçılar şiə milis gücü “Asayib Ehlilhak Hərəkatı”nın binasına girməyə çalışarkən atəşlə qarşılanıblar.
Bundan başqa, etirazçıların “Bədr” Təşkilatı, İraq “Hizbullah” Təşkilatı və digər şiə partiyalarının binalarına girərək yanğınlar törətdyi bildirilir.