Bakıda 19 yaşlı qız axtarılır... - Leyla oktyabrın 21-də itkin düşüb
25-10-2019 23:10
Baxış sayı:
4433

Bakıda gənc qız itkin düşüb.
Muxalifet.az trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib.
Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsi, ev 34-də yaşayan 2000-ci il təvəllüdlü İsmayılova Leyla Bayram qızı oktyabrın 21-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.