Axtarış
The search found 105715 results in 0.028 seconds.
Search results
Makqreqor Moskvaya gəlib Nurməhəmmədovu və dağıstanlıları təhqir etdi - QALDIĞI OTEL MÜHASİRƏYƏ ALINDI
Dağıstanlı əlbəyaca döyüş ustası, dünya çempionu titulunu qoruyub saxlayan Həbib Nurməhəmmədovun qatı düşməni, irlandiyalı Konor Makqreqor onun dalınca Moskvaya gəlib və dağıstanlıları “qorxaq” adlandırıb. Habelə Həbibin ünvanına təhqirqamiz ifadələr səsləndirib.
Muxalifet.az Virtualaz.org xəbər verir ki, Makqreqor ötən gün Moskvada “Ritz-Karlton” otelində mətbuat konfransı keçirib. Həmin mətbuat konfransında Həbibin də iştirakı elan edilmişdi, amma dağıstanlı döyüşçü irlandiyalı düşməni ilə üzləşmək istəməyib.
Muxalifet - 25-10-2019
ABŞ dəhşətli müharibənin astanasındadır: içindən parçalanacaq və...
Amerika vətəndaş müharibəsinin astanasındadır.
Muxalifet.az xəbər verir ki, ABŞ əhalisi belə düşünür.
Corctaun Siyasət və İctimai Xidmətlər İnstitutunun 6-10 oktyabrda apardığı araşdırmaya görə, Amerika xalqının üçdən-ikisi öllənin vətəndaş müharibəsinə sürükləndiyini düşünür.
Anketdə iştirak edənlərin əksər qismi siyasi, etnik və sinfi ayrıseçkiliyin dərinləşdiyini bildirir.Muxalifet - 25-10-2019
Prezident Mikayıl Cabbarova elə vəzifələr həvalə etdi ki...
Prezident İlham Əliyevin oktyabrın 23-də imzaladığı sərəncamlarla Azərbaycanda yeni bir supernazirlik yaradıldı. Əmlak Məsələləri Dövlət Komitəsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Vergilər Nazirliyinin İqtisadiyyat Nazirliyinə birləşdirilməsi nəticəsində Azərbaycanda kiçik və orta biznesin, xalçaçılığın dəstəklənməsindən tutmuş, əmlakın qeydiyyatı və vergilərin toplanması sahəsinə kimi çoxşaxəli sahələri vahid mərkəzdən idarə edəcək bir qurum formalaşdırıldı.
Muxalifet - 25-10-2019
“ABŞ terrorçu Məzlumu Türkiyəyə təslim etməlidir” – Ədoğan
“Məzlum kod adlı şəxs İnterpol xətti ilə qırmızı bülletenlə axtarışda olan terrorçudur. ABŞ-ın bu adamı bizə təslim etməsi lazımdır”.
APA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-yə verdiyi müsahibəsində bildirib.
O deyib ki, ABŞ-la aralarında ittiham olunan cinayətkarların geri qaytarılması anlaşması var: “Çünki qırmızı büllütenlə axtarışın tələbi budur. Ədliyyə nazirinə də söylədim, onlar da lazım olan sənədləşmə ilə bu tələbdə olacaqlar. Bunun üçün çalışırıq”.
Muxalifet - 25-10-2019
SON DƏQİQƏ: Tanınmış azərbaycanlı ekstrasens Moskvada GÜLLƏLƏNDİ
Tanınmış ekstrasens Nadim Alixanov Rusiyada güllələnib. Dünən 34 yaşını qeyd edən edən ekstrasens dostları ilə birlikdə Moskvada azərbaycanlılara məxsus restoranlarının birində toplaşıb. Məclisin qızğın yerində Nadim və dəvətlilər qəflətən silahlı hücuma məruz qalıb. Nadim Əlixanov və bir rusiyalı qız ağır yaralanıb. Güllə Alixanovun boyun və çiyninə, qızın isə qarın boşluğuna dəyib. Yaralılar xəstəxanaya yerləşdirilib. Məclisdə kriminal aləmin nümayəndələri olduğundan hadisənin qisas zəminində törədildiyi istisna olunmur.
Muxalifet - 25-10-2019
İşə düzəlməkdə çətinlik çəkənlərə ŞAD XƏBƏR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti gələn ildən məşğulluq sahəsində yeni məqsədli proqramlara başlamağı nəzərdə tutur.
Muxalifet - 25-10-2019
Türkiyənin düşmənlərinə ƏN BÖYÜK ZƏRBƏNİ onlar vuracaq - 60 min terrorçu...
YPG/PKK terrot təşkilatına ən böyük zərbəni təşkilatdan ayrılması gözlənilən 30 min ərəb ünsürü vuracaq. Bu barədə hərbi mütəxəssislər danışıb. Suriya Məsələləri üzrə koordinator Oytun Orhan bildirib ki, ərəb ünsürlərlə YPG arasındakı ittifaq həssasdır: “Tamamilə zorla və regional təhlükəsizliyə dayanan ittifaq vardı. Türkiyənin müdaxiləsi ilə ərəb tayfalar təşkilatdan ayrılaraq fərqli ittifaq axtarışlarına keçə bilərlər. Onsuz da, ərəb tayfalarla YPG arasında uzun zamandır ki, problemlər vardı. Deyr-əz-Zor və Rakkada YPG-yə qarşı daimi aksiyalar keçirilirdi.
Muxalifet - 25-10-2019
Bakı Metropoliteni gücləndirilmiş rejimə keçdi - Xəttə əlavə qatarlar buraxılacaq
Bakıda keçirilən Qoşulmama Hərəkatının 18-ci Zirvə Görüşü ilə bağlı əhalinin ictimai nəqliyyatdan sıx istifadəsini nəzərə alaraq Bakı Metropoliteni əlavə tədbirlər planını hazırlayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zaur Hüseynov əmr imzalayıb.Muxalifet - 25-10-2019
“YA XOŞLUQLA GEDƏCƏKLƏR, YA DA GETMƏYƏ MƏCBUR OLACAQLAR” - Asim Mollazdə
Ramiz Mehdiyevin vəzifəsi əslində çox yüksək vəzifə idi və baş verənlər göstərir ki, islahatlar bütün təbəqələri əhatə edəcək”
“Əgər ehtiyac və iradə varsa mütəmadi addımlarla sistem dəyişikliyi də həyata keçirilə bilər”
Muxalifet - 25-10-2019
Bakıda daş karxanasında bədbəxt hadisə - ÖLƏN VAR
Bakıda daş karxanasında bədbəxt hadisə baş verib.
Muxalifet.az apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən daş karxanalarından birində qeydə alınıb. Orada fəhlə işləyuən, 69 yaşlı Elsevər Məmmədov kombaynın aşması nəticəsində texnikanın altında qalaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet - 25-10-2019
Bərdədə qatar qadını necə vurub? - RƏSMİ AÇIQLAMA
"Azərbaycan Dəmir Yolları" QSC Yevlax-Bərdə mənzilində baş verən ölüm hadisəsi ilə bağlı açıqlama yayıb.
QSC-dən Muxalifet.az-a verilən açıqlamada deyilir:
"Oktyabrın 24-də saat 23:05 radələrində Yevlax-Bərdə mənzilində xəsarətlə nəticələnən hadisə qeydə alınıb.
Teplovoz Yevlax-Bərdə mənzilinin 31-ci kilometrində hərəkətdə olan zaman Ağdam rayonundan olan 1979-cu il təvəllüdlü Mənsurə Fərhad qızı Quliyeva və 1988-ci il təvəllüdlü Kənan Elbrus oğlu Məmmədov qadağan olunmuş yerdən dəmir yolunu keçmək istəyiblər.
Muxalifet - 25-10-2019
“Ağıllı futbolçu, siqareti elə çəkər ki...” - Vaqif qaş düzəldərkən göz çıxardı - Video
İctimai Televiziyada yayımlanan “3D” verilişində bu dəfə millimizin və “Keşlə”nin sabiq üzvü Vaqif Cavadov olub. “Yeni Sabah” xəbər verir ki, verilişdə AFFA-dan, futbolçunun karyerasından və eyni zamanda, yaxın günlərdə 19 yaşadək futbolçulardan ibarət millimizin Çexiyadakı otellərdən birində siqaret çəkərək AFFA-nın cərimələnməsinə səbəb olmaqlarından danışılıb. Layihənin aparıcısı Dadaş Dadaşlinski 30 yaşlı hücumçuya lətifələrlə aranız necədir? sualını verib və ardınca millinin Çexiyadakı siqaret çəkmə olayını lətifə olaraq, Cavadova şərh edib.
Muxalifet - 25-10-2019
Elman Rüstəmov istefa verməsi barədə məlumatlara münasibət bildirdi
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov istefa verməsi barədə son günlər yayılmış məlumatlara münasibət bildirib. Muxalifet.az-ın “Report”a istinadən məlumatına görə, baş bankir keçirdiyi mətbuat konfrasında vəzifəsində qaldığını deyib. “Mən bu gün AMB-nin sədri kimi sizin qarşınızda çıxış edirəm. Jurnalistlərdən xahiş edirəm ki, ancaq rəsmi mənbələrə inansınlar”, - o qeyd edib.
Muxalifet - 25-10-2019
Bakıda estetik əməliyyat zamanı FACİƏ: 37 yaşlı qadın öldü
Bakıda klinikada ölüm hadisəsi baş verib.
Muxalifet.az apa-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində yerləşən "MedAura" klinikasında qeydə alınıb.
Həmin klinikada estetik əməliyyat olunan, 1982-ci il təvəllüdlü Pərvanə Ağayeva anesteziyadan sonra ölüb.
Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 25-10-2019
Azərbaycanın tam üzən məzənnəyə keçməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
“2020-ci ildə “tam üzən məzənnə” rejiminə keçməyimiz mümkün deyil. Bunu o zaman edə bilərik ki, inflyasiyanın hədəflənməsi rejiminə keçək”.
Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, əgər bu gün aşağı səviyyəli inflyasiya varsa, bu, məzənnə və məzənnə gözləntilərinin sabitliyi deməkdir: "Əgər biz bu sabitliyi başqa yola hədəfləyiriksə, “tam üzən məzənnə”yə keçmək mümkün deyil. Dünyada 70 neft ixrac edən ölkə var. Onlardan yalnız 24-25-də bu mümkündür”.
Muxalifet - 25-10-2019
DƏHŞƏT: Bakıda qucaqlaşan cütlüyə görə QANLI DAVA - Ölən var
Bakıda qəribə qətl hadisəsi baş verib.
Muxalifet.az qafqazinfo-ya istinadən xəbərinə görə, hadisə oktyabrın 24-ü gecə saatlarında Xətai rayonu, N.Tusi küçəsində baş verib.
1967-ci il təvəllüdlü Hamlet Novruzov tanışları olan Qəribağa və Sərfinazla yemək yeyib, spirtli içki qəbul ediblər. Daha sonra onlar küçədə gəzintiyə çıxıblar, sərxoş vəziyyətdə olan Qəribağa və Sərfinaz yol kənarında qucaqlaşıblar.Muxalifet - 25-10-2019
“Bacım dedi ki, sənin ərin daha mənim ərimdir” - Azərbaycanda bacısı tərəfindən döyülən qadın - VİDEO
Şəmkir rayonunun Alabaşlı kəndində keçmiş əri və öz doğma bacısı tərəfindən döyülərək ağır xəsarətlər alan 1966-cı il təvəllüdlü Gülnarə Binnət qızı Burcəliyeva hadisənin təfərrüatını danışıb.
Muxalifet.az xəbər verir ki, qadın Baku.ws-ə bildirib ki, hadisə olan günü bacısı İradə Aslanova onlara gəlib.
Bu zaman qadın bacısına bir daha gəlməməsini deyib.
Bu zaman Gülnarə Burcəliyevanın əri Firqay Rüstəm və bacısı İradə Aslanova qadını döyməyə başlayıb.
Muxalifet - 25-10-2019
Polis adı açıqlanmayan istirahət mərkəzində əməliyyat keçirib – Saxlanılanlar var
Masallıda istirahət mərkəzində əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini A.Ağazadənin idarə etdiyi “VAZ-2107” markalı avtomobildən ona və sərnişini olan Ərkivan qəsəbə sakini Ə.Abdinova məxsus 173 qramdan artıq metamfetmin, 60 qramdan artıq heroin və 417 qramdan artıq tiryək aşkar edilərək götürülüb.
Muxalifet - 25-10-2019
Azərbaycanın eks-prezidenti: "Mənə zəng edib hədələdilər" - VİDEO
Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov növbəti dəfə "Space TV"də yayımlanan “Sadə həqiqətlər” verilişinin qonağı olub. Muxalifet.az xəbər verir ki, Ayaz Mütəllibov bu dəfə hakimiyyətdə olduğu zaman ermənilərə qarşı həyata keçirtdiyi “Həlqə” hərbi əməliyyatı haqqında danışıb. Eks-prezidentin sözlərinə görə, əməliyyat uğurla həyata keçdiyi bir məqamda ona qarşı ciddi təzyiqlər başlayıb. Bu təzyiqləri isə Xalq Cəbhəsi təşkil edib.
Muxalifet - 25-10-2019
Maduro Bakıdan MEYDAN OXUDU
Bakıda Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü işə başlayıb.
Zirvə görüşünü Venesuela Bolivar Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri Nikolas Maduro açıb.
İlk olaraq ötən müddət ərzində dünyasını dəyişmiş QH-nın dövlət və hökumət başçılarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muxalifet - 25-10-2019