“Ağıllı futbolçu, siqareti elə çəkər ki...” - Vaqif qaş düzəldərkən göz çıxardı - Video

Baxış sayı:
4447

İctimai Televiziyada yayımlanan “3D” verilişində bu dəfə millimizin və “Keşlə”nin sabiq üzvü Vaqif Cavadov olub. “Yeni Sabah” xəbər verir ki, verilişdə AFFA-dan, futbolçunun karyerasından və eyni zamanda, yaxın günlərdə 19 yaşadək futbolçulardan ibarət millimizin Çexiyadakı otellərdən birində siqaret çəkərək AFFA-nın cərimələnməsinə səbəb olmaqlarından danışılıb. Layihənin aparıcısı Dadaş Dadaşlinski 30 yaşlı hücumçuya lətifələrlə aranız necədir? sualını verib və ardınca millinin Çexiyadakı siqaret çəkmə olayını lətifə olaraq, Cavadova şərh edib. Lakin Faqi siqaret məsələsində qaş düzəldərkən göz çıxarıb. O, milli komandamızın gələcəyi kimi görülən gəncləri pis vərdişlərdən kənar olmağa, sağlam həyat tərzi keçirməyə səsləmək əvəzinə siqareti məşqçilərə “iliş”mədən çəkməyi məsləhət görüb: “Ağıllı deyillər deyə, bu hərəkəti ediblər. Ağıllı futbolçu, o siqareti elə çəkər ki, nə rəhbərlik bilər, nə baş məşqçi bilər, nə də otelə ziyan dəyər. Əgər futbolçu siqaret çəkirsə, bunu nə baş məşqçi, nə valideyn, nə rəhbərlik dayandıra bilməz. Ona görə də, elə çəkmək lazımdır ki, heç kim bilməsin və zərər gəlməsin”. Verilişin tam videosunu təqdim edirik: