Axtarış
The search found 105715 results in 0.051 seconds.
Search results
Ruhani Bakıda ABŞ-a MEYDAN OXUDU: Çalışmalıyıq ki, Amerikanın...
“Qoşulmama Hərəkatının zirvə görüşünün qonaqlarını salamlayır, cənab İlham Əliyevin səylərini xüsusilə vurğulamaq istəyirəm. Bu möhtəşəm sammitə və nümayiş etdirdiyi qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm. Cənab Maduroya da öz sədrliyi dövründə nümayiş etdirdiyi səylərə görə minnətdaram”. Publika.az xəbər verir ki, bunu Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının sammitində çıxışı zamanı İran Prezidenti Həsən Ruhani bildirib.
Muxalifet - 25-10-2019
“Bacımı rəqs etməyə çağırdı, mən də irəli yeriyib...” – Təfərrüat
Xaçmaz rayonunda toy məclisində dava salmaqda ittiham olunan 1982-ci il təvəllüdlü Yaşar Hüseynov və onun 1985-ci il təvəllüdlü qardaşı Cəmil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
21 avqust 2018-ci il tarixdə, saat 19 radələrində Xaçmaz şəhərindəki “Ariz” şadlıq sarayında keçirilən toy şənliyində təqsirləndirilən şəxslərin əmiləri Bəkirzadə Hüseynov ilə Elvin Abdurəhmanovun arasında mübahisə olub. Mübahisə zamanı Elvin Bəkirzadə Hüseynovun ünvanına nalayiq ifadələr işlədib.Muxalifet - 25-10-2019
Kərəm Həsənov vəzifəsini icra edir - vətəndaşlarla görüşəcək
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov və sədr müavini Rafiq Cəlilov tərəfindən 28 oktyabr tarixində keçiriləcək vətəndaş qəbullarının vaxtı dəyişdirilib.
Muxalifet - 25-10-2019
SON DƏQİQƏ: Hərbi hissədə atışma: 8 əsgər öldürüldü
Rusiya Federasiyasının Zabaykal əyalətində yerləşən hərbi hissədə silahlı insident baş verib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi informasiya yayıb.
Məlumata görə, Qornıy küçəsində yerləşən hərbi hissədə qaravulda xidmət aparan hərbi qulluqçu həmkarlarına atəş açıb. Hadisənin təfərrüatları bildirilməsə də, hərbi qulluqçunun 10 həmkarını güllələdiyi qeyd edilib. Güllələnən əsgərlərdən 8-i həlak olub, 2-si yaralanıb. Yaralanan əsgərlər xəstəxanaya çatdırılıb.
İnsidenti törədən əsgərin tutulduğu bildirilib./AxarMuxalifet - 25-10-2019
Həbsdəki 70 yaşlı elmlər doktoru dünyasını dəyişib - “Dedim ki, heç olmasa buraxın atamı, evində ölsün…”
Bu ilin iyun ayında redaksiyamıza müraciət edən Bakı şəhəri, Xətai prospekti ev 38, mənzil 8-də yaşayan Aqil Səfərov 70 yaşlı atası, iqtisad elmləri doktoru və 2-ci qrup əlil Müstəcəb Mustafa oğlu Səfərovun ahıl yaşında şərlənərək həbs olunduğunu iddia etmişdi. A.Səfərov bildirirdi ki, atası 8 il bundan əvvəl – 2011-ci ildə guya Əliyeva Zərifə Əli qızı adlı xanımın etibarından sui-istifadə etməklə, onun 250 min ABŞ dolları pulunu alaraq, bu günə qədər geri qaytarmamaqda günahlandırılır.
Muxalifet4 - 25-10-2019
RUSİYA NİGERİYADA NEFT ÇIXARACAQ - Vahid Ələkbərov imzaladı
Afrikanın neft nəhəngi Nigeriya ilə imzaladığı razılaşma çərçivəsində Rusiya bu ölkənin sahil sularında neft kəşfiyyatı və çıxarılması ilə məşğul ola biləcək.
Nigeriya prezidenti Məhəmməd Buxarinin müşavirlərindən olan Qarba Şehunun verdiyi yazılı açıqlamada iki ölkə arasında Soçidə keçirilən “Rusiya-Afrika İqtisadi Forumu”nda imzalanmış razılaşmaya görə, Rusiyanın Nigeriyaya neft axtarışı, çıxarılması və emalı məsələlərində dəstək verəcəyi bildirilir.
Muxalifet4 - 25-10-2019
DÜŞƏRGƏDƏN QAÇAN İŞİD-çi QADINDAN ŞOK AÇIQLAMALAR - "20 minə qədər qadın və uşaq..."
Türkiyənin başlatdığı “Barış pınarı” əməliyyatından sonra Suriyanın şimalındakı Hol düşərgəsindən qaçan İŞİD-çi qadın bu terror qruplaşmasına qatılan ailələrin azyaşlı uşaqlarınının türk ordusuna qarşı döyüşlərə cəlb edildiyini açıqlayıb.
Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, həmin qadın kürdlərin nəzarəti altına keçən düşərgədə Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdən olan 20 minə qədər qadın və uşağın saxlanıldığını deyib.
Muxalifet4 - 25-10-2019
Qondarma “erməni genosidi” ABŞ Nümayəndələr palatasında səsverməyə çıxarılacaq...
Ermənilərin fürsətçil olduqları, ən kiçik hadisəni öz xeyirləri üçün istifadə etməsi yüz illərdir ki, bütün dünyaya məlumdur.
Türkiyənin “ Barş pınarı” əməliyyatından öz çıxarları üçün istifadə etmək də bu çoxəsrlik xəstə təxəyyülün əlamətlərindən biridir. Bu yaxınlarda Dağlıq Qarabağa qanunsuz səfər edən ABŞ konqressmeni Frenk Palonenin erməni lobbisinin maliyyələşdirməsi nəticəsində anti Azərbaycan və anti Türkiyə mövqeyi geri döndükdən sonra da davam edir.Muxalifet - 25-10-2019
Türk səfir etiraz etdi: "PKK-ya "kürdlər" deyilməsin..."
Türkiyənin terrorla mübarizəsinə kölgə salmaq üçün PKK və törəmələri əvəzinə israrla "kürdlər" deyilməsi şüurlu şəkildə təhrifdir.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin yaydığı bəyanatda qeyd edilib.
Muxalifet3 - 25-10-2019
Vilayət Eyvazov bu şəhərə yeni polis rəisi təyin etdi
Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub. Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Sumqayıt Şəhər Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Hikmət Qasımov Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi təyin olunub.(Report)
Muxalifet - 25-10-2019
Türkiyədə daha 10 İŞİD terrorçusu saxlanıldı
Türkiyənin Adana vilayətində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı İŞİD terror təşkilatının 10 üzvü saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxslərin Suriya və İraq ərazisində fəaliyyət göstərən silahlı dəstələrin tərkibində olduqları müəyyən edilib. Saxlanılan şəxslərin vətəndaşlığı açıqlanmır. Xüsusi əməliyyat zamanı onların silahlı müqavimət göstərdiyi bildirilib. Trend xatırladır ki, bu il iyunun 12-də Türkiyənin Adana, Mersin və Tekirdağ əyalətlərində 19 İŞİD silahlısı saxlanılmışdı.
Muxalifet - 25-10-2019
Məryəm Qafarzadəyə VƏZİFƏ VERİLDİ
Gənclər və İdman Nazirliyinin sektor müdiri Məryəm Qafarzadə Avropa Şurasının Anti-Dopinq Konvesiyasına uyğunluq üzrə Məsləhət Qrupunun rəhbəri seçilib.
Nazirliyin mətbuat katibi Səmayə Məmmədovanın verdiyi məlumata görə, səsvermə Fransanın Strasbur şəhərindəki 51-ci Monitorinq Qrupunun iclacında iştirakçı 27 ölkənin səsverməsi nəticəsində gerçəkləşib.
Muxalifet - 25-10-2019
Azərbaycanda İYRƏNC OLAY: Qadının evinə basqın edib onu zorladı
Tovuz rayonunda gənc oğlan qadını zorlayıb.
Muxalifet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə rayonun Öysüzlü kənd sakini, 1969-cu il təvəllüdlü T.A polisə şikayət edib. O, bildirib ki, Orxan adlı şəxs onun evinə hücum edib, onu zorlayıb və evdən 700 manat pul oğurlayıb.
Araşdırma aparılır.
Muxalifet - 25-10-2019
İlham Əliyev Avstriya Prezidentini təbrik etdi
Prezident İlham Əliyev Avstriyanın Federal Prezidenti Aleksander Van der Bellenə təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Avstriya Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan-Avstriya əlaqələri, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Muxalifet - 25-10-2019
Peskovdan XƏBƏRDARLIQ: YPG geri çəkilməsə Türklər ilə təkbətək qalacaq
Kremlin mətbuat katibi Dmitri Peskov YPG terroçularına "əgər Suriya-Türkiyə sərhədinin Suriya tərəfindən çəkilməsələr, Türk silahlı qüvvələri ilə təkbətək qalacaqlarını" bildirdi.
Bu barədə Muxalifet.az "Hürriyet"ə istinadla xəbər verir.Muxalifet3 - 25-10-2019
Rusiya Afrikada HƏRBİ BAZA quracaq?
Rusiya prezidenti Vladimir Putin və Mərkəzi Afrika Respublikasının prezidenti Fosten-Arkanc Tuader arasında görüş baş tutub.
Muxalifet3 - 25-10-2019
Bakıda məhkum xəstəlikdən ölüb
Bakıda məhkum ölüb.
APA-nın məlumatına görə, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb. Orada saxlanılan, 1958-ci il təvəllüdlü Vəliyev Ramiz Əli oğlu xəstəlikdən dünyasını dəyişib.
Muxalifet - 25-10-2019
DƏHŞƏT: 20 yaşlı oğlan bibisini hamama saldı və...
Şəmkirdə bibisini qısqanclıq zəminində öldürməkdə təqsirləndirilən Ayxan Zamanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib.
Qeyd edək ki, hadisə bu il Şəmkir rayonunun Səttarxan küçəsi 21 ünvanında qeydə alınıb.
Cinayəti törədən Ayxan Zamanov yaşadıqları həyətdə bibisi, 39 yaşlı Aynurə Zamanova ilə mübahisə edib.Muxalifet - 25-10-2019
Elmar Məmmədyarov tədbirdə çətin anlar yaşadı – VİDEO
Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə maraqlı anlar yaşanıb.
Tədbirdə iştirak edən Xarici İşlər naziri Elmar Məmmədyarov çətin anlar yaşayıb. Belə ki, nazir su içmək üçün götürdüyü butulkanın qapağını çətinliklə açıb. Bu anlar görüşü işıqlandıran operatorların diqqətindən yayınmayıb.//Cebhe.infoMuxalifet - 25-10-2019
SON DƏQİQƏ: Azərbaycanda QANLI DAVA - Bir nəfər güllələndi
Tovuz rayonun düşən dava bir nəfərin güllələnməsi ilə nəticələnib. BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata görə, hadisə rayonun Hacallı kəndində qeydə alınıb. Belə ki, Abdıyev Nəriman Mirzə oğlu "makarov" tipli silahdan istifadə edərək həmkəndlisi Qasımov Habil Əli oğlunu öldürmək istəyib. O, sillahdan iki atəş açıb. Biri H.Qasımova dəyməsə də, digəri onu yüngül yaralayıb. İlkin məlumatlara görə, hadisəyə səbəb kənd qəbristanlığında mal-qara otarılması olub. Belə ki, Nəriman Abdıyev Habil Qasımova kənd qəbrsitanlığında mal-qara otarmasıan görə irad tutub.
Muxalifet - 25-10-2019