Vilayət Eyvazov bu şəhərə yeni polis rəisi təyin etdi
25-10-2019 17:36
Baxış sayı:
4684

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub. Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Sumqayıt Şəhər Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Hikmət Qasımov Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi təyin olunub.(Report)