Axtarış

The search found 105715 results in 0.049 seconds.

Search results

  1. Rusiyanın əsrlər boyu arzuladığı mükafat - Tramp onu Putinə pulsuz verdi

    Rusiya Yaxın Şərqdə qazandığı uğura layiqdir. Rusiya da ABŞ-ı bölgədə dominant gücə çevirən hərbi və diplomatik vasitələrdən istifadə etdi. Amerika bölgəyə təsir uğrunda gedən bu mübarizəni uduzmadı, müəmmalı şəkildə təslim oldu. “The Washington Post”un məqaləsində bu kimi iddialar özünə yer alır.

    Muxalifet - 26-10-2019

  2. “Prokurorluq orqanlarında Samir Musayev adlı şəxs qulluq keçmir” - Baş Prokurorluq

    Baş Prokurorluq bəzi KİV-də yayılmış məqalə ilə bağlı təkzib verib

    Muxalifet4 - 26-10-2019

  3. Lavrov və Pompeo Suriyanı müzakirə etdilər

    Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Mayk Pompeo arasında telefon söhbəti baş tutub.

    Muxalifet3 - 26-10-2019

  4. Rusiya Afrikanı işğal edir? - ŞOK FAKTLAR

    23-24 oktyabr 2019-cu il böyük ehtimalla Rusiyanın tarixinə yerli “Afrika Günləri- birinci Rusiya –Afrika sammiti” kimi yazılacaq. 

    Muxalifet3 - 26-10-2019

  5. Ermənistan ordusunda ciddi böhran - Nazirlik etiraf etdi

    İşğalçı Ermənistanın silahlı qüvvələrində ciddi maliyyə böhranı yaranıb.

    Azərtac erməni KİV-nə istinadla xəbər verir ki, bu ölkənin Müdafiə Nazirliyi yerli mətbuat orqanının sorğusuna cavabında nazirliyin hərbi qulluqçulara milyonlarla dollar borcunun yarandığını etiraf edib.

    Muxalifet - 26-10-2019

  6. RUSİYANIN ATOM SUALTI QAYIĞINDA PROBLEM… – Putin də izləyirmiş

    “17 oktyabrda Rusiya atom sualtı qayığından qitələrarası balistik raket buraxıb. Raket yüzlərcə kilometr uçduqdan sonra Rusiyanın Arktik sahilləri yaxınlığıda dənizə düşüb”. “AzPolitika.info”nun məlumatına görə, bu məlumat ABŞ-ın “Forbes” jurnalında dərc olunan “Rusiyanın zərbə atom sulatı qayığında problem olub” başlıqlı yazıda yer alıb. Yazıda daha sonra bildirilir: “Bu, geniş reklam olunan, hətta prezident Putinin də izlədiyi “Qrom-2019” adlandırılan və nüvə silahı daşıya bilən raketlərdən istifadə edilən geniş miqyaslı təlim çərçivəsində baş verib. Bəs problem nədədir?

    Muxalifet - 26-10-2019

  7. Qaranlıq keçiddə qara piyada: Bakının bu probleminin həlli üçün işıq ucu görünürmü... - HƏR GÜN İNSAN HƏYATI QURBAN GEDİR

    Bu günlərdə Bakı Nəqliyyat Agentliyi tərəfindən paytaxtın Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində paytaxtda ilk dəfə dörd tərəfli piyada keçidi təşkil edilib. Ərazidə sarı kəsişmə toru yaradılıb, nəqliyyat vasitələrinin hərəkət trayektoriyasını əks etdirən yol nişanlamaları çəkilib, yolayrıcının bütün istiqamətləri üzrə piyada keçidləri yerləşdirilib.

    Muxalifet - 26-10-2019

  8. "Pokrov Məhərrəm" yenidən həbs olundu

    Rusiyada yaşayan azərbaycanlı məşhur iş adamı "Pokrov Məhərrəm" kimi tanınan Məhərrəm Quliyev yenidən həbs edilib.
    Muxalifet.az
    bildirir ki, bu barədə gununsesi.org-a Rusiyada yaşayan soydaşlarımız məlumat verib. Məlumata görə, Məhərrəm Quliyev bu dəfə saxta sənəd ittihamı ilə saxlanılıb. Lakin yaxınları onun bu həbsinin də qurama olduğunu deyib. Belə ki, bir müddət əvvəl də həbs edilən Məhərrəm Quliyev sonradan azadlığa çıxa bilmişdi.

    Muxalifet - 26-10-2019

  9. Daşkəsəndə qadın azyaşlı övladlarına ağır işgəncə verib - VİDEO / TƏFƏRRÜAT

    Daşkəsəndə qadın öz övladlarına xəsarət yetirib. Belə ki, rayon sakini Saday Əlirzayev Daşkəsən rayon Polis Şöbəsinə müraciət edərək qızı Elmira Pavlovanın azyaşlı övladları - 2010-cu il təvəllüdlü Hüseyn və 2012-ci il təvəllüdlü Əmirxanı döydüyünü bildirib. Araşdırmalar zamanı Elmira Pavlovanın azyaşlı övladlarına qaz sobasında qızdırılmış bıçaqla xəsarətlər yetirdiyi məlum olub. Faktla bağlı araşdırma aparılır. ** APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində, 3 mərtəbəli yaşayış binasındakı mənzildə qeydə alınıb.

    Muxalifet4 - 26-10-2019

  10. Azərbaycanda 70 yaşlı gəlin, 80 yaşlı oğul, 105 yaşlı ana - VİDEO

    Ölkəmizdə uzunömürlü ailələrə daha çox cənub bölgəsində rast gəlinirsə, indi söhbət açacağımız ailə Ağsu rayonunda yaşayır. Bu ailədə gəlinin 70, oğulun 80, ananın 105 yaşı var.

    Muxalifet4 - 26-10-2019

  11. “Vito”nun sürücüsünün qayda pozuntusu dəhşətli qəza ilə nəticələndi - ANBAAN VİDEO

    Bakıda baş verən qəza anı kameraya düşüb. 
    Muxalifet.az
    Avtosfer.az-a istinadən xəbər verir ki, dairəyə daxil olan “Mercedes C klass” markalı avtomobil oranı tərk etmək ərəfəsində sağdan gələn “Mercedes Vito” markalı avtomobil tərəfindən vurulub. 
    Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyir. 
    Görüntüləri təqdim edirik:

    Muxalifet - 26-10-2019

  12. Məmurlara çəkilən xərclər azaldılsın - PREZİDENTDƏN TƏKLİF

    Ukrayna Prezidenti Vladimir Zelenski 2020-ci ilin dövlət büdcəsində məmurların saxlanılması xərclərinin 10 faiz azaldılması təklifi ilə çıxış edib.

    "Qafqazinfo" xəbər verir ki, V.Zelenski 2020-ci ilin dövlət büdcəsinin müzakirələrindən sonra mətbuata açıqlamasında məmurlara çəkilən xərclərin azaldılması hesabına büdcə xərclərinin aşağı salınmasının vacibliyini vurğulayıb.

    Prezident deyib ki, bunun hesabına əldə edilən gəlirlər büdcənin sosial xərclərinə yönəldilməlidir.

    Muxalifet4 - 26-10-2019

  13. Prezidentin qohumu qadını elektroşokla vurdu və... - DÖVLƏT KANALINDA GÖSTƏRİLƏN ŞOK KADRLAR

    "Qroznı" teleradiokompaniyası Qroznı şəhərinin keçmiş meri İslam Kadırovun yerli sakinlərlə qəddar davranışı, o cümlədən, onları elektroşokla vurmasıyla bağlı süjet yayımlayıb.

    Çeçenistan rəhbəri İslam Kadırovu vəzifəsindən azad etmiş, amma o, sonrakı illərdə də bölgə rəhbərliyində yüksək postlar tutmaqda davam etmişdi.

    Muxalifet4 - 26-10-2019

  14. Bu universitetdə əl çalmaq qadağan edildi - SƏSSİZ ALQIŞ OLUNACAQ...

    Britaniyanın məşhur Oxford Universitetində əl çalmaq qadağan edilib. Əvəzində isə səssizcə əl yelləmək olar. Qərarın məqsədi isə psixoloji gərgin, autizmli və digər problemləri olan tələbələrin də seminar, görüş və müzakirələrdə iştirakını təmin etməkdir. Əl çalmaq bu cür narahatlıqları olan insanlarda tutmalara səbəb ola bilər. Əl çalmağı əvəz edəcək hərəkət isə "caz əlləri" (jazz hands) adlanır. İnsan qollarını yuxarı qaldırır və əllərini sağa-sola silkələyir.

    Muxalifet4 - 26-10-2019

  15. "ABŞ-ın Suriyada hərbi mövcudluğu qeyri-qanunidir" - RUSİYADAN AÇIQLAMA

    Rusiyanın Müdafiə Nazirliyi şənbə günü ABŞ-ın Suriyanın şərqində hərbi mövcudluğunu artırmaq planını tənqid edərək, bunu həqiqi təhlükəsizlik narahatlıqları deyil, neft qaçaqmalçılarını qorumaq istəyindən qaynaqlanan “beynəlxalıq dövlət tərəfindən banditizm” olduğunu bildirib.

    ABŞ-ın müdafiə naziri Mark Esper cümə günü deyib ki, Vaşinqton Suriyanın neft yataqlarının İslam Dövləti militantların əllərinə keçməsinin qarşısını almaq üçün zirehli maşınlar və qoşunlar göndərəcək.

    Muxalifet4 - 26-10-2019

  16. İstefa vermiş Akif Əlizadə DANIŞDI: “Məmnuniyyətlə universitetdə dərs deyərəm”

    “Akademiya Ramiz müəllim və Rəyasət Heyətinin rəhbərliyi ilə fəaliyyətini yüksək səviyyədə davam etdirəcək”.

    Muxalifet.az xəbər verir ki, bu sözləri AzEdu.az-a Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti (2013-2019) Akif Əlizadə söyləyib.

    Muxalifet - 26-10-2019

  17. Suriya ordusu Türkiyə ilə sərhəd əraziyə girib

    Suriya qoşunları şənbə günü Türkiyənin sərhədi yaxınlığında mühüm bir əraziyə çatıb.
    Suriya rejiminə aid qüvvələr sərhəddə yerləşən Ras əl-Əyn şəhərinə daxil olub. Bu barədə dövlət xəbər agentliyi SANA xəbər verib.
    Rejim qüvvələri Türkiyənin Suriya kürdlərinə qarşı həftələrlə apardığı hərbi əməliyyat nətcəsində ələ keçirdiyi əraziyə daxil olub.
    SANA əlavə edib ki, qoşunlar həmçinin sərhədin 30 kilometr cənubundakı yolda yerləşdirilib.

    Muxalifet4 - 26-10-2019

  18. “Son dəyişmələr Azərbaycanda iki məqsədə xidmət edir..." - QUBAD İBADOĞLU

    Azərbaycan hökumətində kadr dəyişiklikləri müşahidəçilər və şərhçilərin diqqət mərkəzində qalır. Bu həftə Prezident İlham Əliyevin sərəncamı ilə Ramiz Mehdiyev prezident administrasiyasının rəhbəri vəzifəsindən azad edilib. Bu və digər addımlar bəzi müşahidəçilər tərəfindən Azərbaycanda islahatların aparılmasına işarə kimi qiymətləndirilsə də, başqaları bu dəyişiklliklərə skeptik yanaşır. İqtisadçı ekspert, ABŞ-in Rutgers universitetinin professoru Qubad İbadoğlu "Amerikanın Səsi"nə müsahibəsində son təyinatları şərh edib.

    Muxalifet4 - 26-10-2019

  19. İlham Əliyev BMT Baş Assambleyasının Prezidentini qəbul etdi – YENİLƏNİB

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bandeni qəbul edib.

    Muxalifet4 - 26-10-2019

  20. Bakıda 16 yaşlı yeniyetmə bıçaqlandı

    Bakıda bıçaqlanma hadisəsi baş verib.

    "Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

    Bakıxanov qəsəbəsi "Sülh" küçəsində 16 yaşlı Əliyev Əlirza Seymur oğlu tanıdığı şəxslərlə dava edib. O, dava zamanı bıçaq xəsarəti alıb.

    Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona sol bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet4 - 26-10-2019

Pages