Axtarış

The search found 105715 results in 0.028 seconds.

Search results

  1. "Deputatların neçə yaşının olması niyə jurnalistləri maraqlandırır?" - 25 İLDİR DEPUTAT OLAN 75 YAŞLI KOMİTƏ SƏDRİ

    "Hələ bir il var, vaxt yaxınlaşanda gedib və ya qalacağımız barədə açıqlama verəcəyik".
    Muxalifet.az xəbər verir ki, bunu  Milli Məclisin (MM)  Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov “Azvision.az”-a açıqlamasında deyib.
    O bildirib ki, parlamentdə yaş senzi yoxdur. Bu mənada kimin deputat seçilib-seçilməməsi vətəndaşlardan asılı olan məsələdir.

    Muxalifet - 27-10-2019

  2. Cəlilabadda yük və minik avtomobilləri toqquşdu

    Cəlilabad rayonunda iki avtomobil toqquşub. Hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb. Belə ki, "KaMAZ" markalı yük avtomobili ilə minik avtomobili toqquşub. Qəza nəticəsində rayon sakini, 1968-ci il təvəllüdlü Bağırov Aslan Təzəxan oğlu xəsarət alıb. Yaralı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır //Report

    Muxalifet - 27-10-2019

  3. Diqqət: Bu qaydalara riayət etməsəniz... - 2000 manat cəriməsi var

    Yol polisi əməkdaşları bu günlərdə sürücülük vəsiqəsi olmadan icarə avtomobil götürən şəxsi saxlayıb. Onun narkotik maddənin təsiri altında olduğu məlum olub, hətta avtomobilin yük hissəsindən marixuana da tapılıb. Məsələnin əsas tərəfi isə sürücülük vəsiqəsi olmayan şəxslərə avtomobil icarə şirkətlərinin maşın verməsidir. Müştərilərə icarə avtomobil verilmə prosesi qanunlarla necə tənzimlənir? Sürücülük vəsiqəsi olmayan şəxslərə maşın verən şirkətləri hansı cəzalar gözləyir?

    Muxalifet - 27-10-2019

  4. Nüsrətin sirri ortaya çıxdı: hər ay 20 min ödəyirmiş

    "İnstagram"da 23 milyon 600 min izləyicisi olan Nüsrət Gökçə paylaşımları ilə hər gün daha çox izləyici toplayır.
    Lakin sonradan məlum olub ki, Nüsrətin bu sayını toplamasındakı sirr ayda 20 min Türkiyə lirəsi ilə işə aldığı sosial media işçisi imiş.

    Muxalifet - 27-10-2019

  5. Maduro həyat yoldaşı ilə Bakı bulvarında - VİDEO

    Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün Bakıya gələn Venesuela prezidenti Nikolas Maduro Bakının Dənizkənarı Milli Parkında olub. 

    Bu barədə Maduro özü “İnstagram” səhifəsində məlumat paylaşıb. 

    Venesuela Prezidentinin həyat yoldaşı ilə birlikdə Bakı bulvarında gəzintisinin video görüntülərini təqdim edirik. 

    Muxalifet4 - 27-10-2019

  6. Ərdoğan Bağdadinin ölümündən danışdı

    Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin öldürülməsinə reaksiya bildirib. 

    Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, Ərdoğan şəxsi “Twitter” hesabı vasitəsilə açıqlama verərək, bunu bir dönüş nöqtəsi olaraq dəyərləndirib. 

    Muxalifet4 - 27-10-2019

  7. Ramzan Kadırovdan İŞİD liderinin öldürülməsi xəbərinə REAKSİYA

    Çeçenistan lideri Ramzan Kadırov İŞİD terror təşkilatının rəhbəri Əbu Bəkr Əl-Bağdadinin öldürülməsi barədə xəbərlərə şübhə ilə yanaşıb.
    Çeçenistan Respublikasının başçısı bu hadisənin terrorizmin kökünü kəsməyəcəyi düşüncəsində olduğunu bildirib.

    “Əbu Bəkr Əl-Bağdadi yenə məhv edilib?”, - deyə Ramzan Kadırov “Telegram”dakı hesabında istehzalı sual ünvanlayıb.

    R.Kadırovun sözlərinə əsasən, hətta bu xəbərin doğru çıxması da çox az şeyi dəyişdirir. Onun fikrincə, Suriyada bütün terrorçuların kökünü kəsmək lazımdır.

    Muxalifet - 27-10-2019

  8. “Hörmətsizlik etməyin” — Natavan Zaurla Günaya əsəbiləşdi

    Müğənni Natavan Həbibi uzun fasilədən sonra efirə çıxıb.
    Axşam.az xəbər verir ki, "Zaurla Günaydın" proqramına gələn sənətçi aqresiv halı ilə diqqət çəkib. Natavan əvvəlcə bəstəkarları ona baha mahnı satması ilə bağlı tənqid edib:
    "Qısqana-qısqana" oxuyan Həbibiyə aparıcı Günay Baxşəliyeva reper həyat yoldaşı Dadonu nəzərdə tutaraq "İndi evdə qısqana-qısqana baxır?" sualını ünvanlayıb. Natavanın əsəbləşdiyini görən aparıcı daha sonra "Balan necədir" sözlərini deyib:

    Muxalifet4 - 27-10-2019

  9. Əhaliyə ərzaq əvəzinə zir-zibil, kimyəvi maddə yedirənlər - “SEXLƏR MALLARI ELƏ QABLAŞDIRIR Kİ, SAXTA OLDUĞUNU SEÇMƏK OLMUR...”

    Xəbər verildiyi kimi Qida Təhlükəsizliyi Agentliyi Bakının Binəqədi rayonunda saxta “İvanovka” məhsulları istehsal edən kustar sex aşkarlayıb. Bəlli olub ki, Binəqədi sakini Elxan Muradova məxsus avtomobil qarajında çirkab içərisində, köhnə vedrə, vannalarda süd məhsulları hazırlanıb, saxta etiketlə qablaşdırılıb. Üstəlik istifadə edilən xammalın haradan və kimdən alındığı da bəlli deyil. Virtualaz.org xəbər verir ki, agentlik bu həftənin bazar ertəsi “kəllə qənd” istehsalı ilə məşğul olan bir neçə sexdə də ciddi nöqsanlar aşkarlamışdı.

    Muxalifet - 27-10-2019

  10. "Ramiz Mehdiyevi 2016-cı ildə vəzifədən kənarlaşdırmaq planı olub, amma..." - İLHAM İSMAYIL

    Azərbaycanda islahatlara maneə varmı? Hakimiyyət daxilində kimlərsə bu prosesə qarşı çıxıbmı?
    Bu yaxınlarda Prezident İlham Əliyev də keçirdiyi iqtisadi müşavirədə bu məsələyə toxunmuşdu: … “Bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda”.

    Muxalifet4 - 27-10-2019

  11. Suriya ordusu ölkənin şimal-şərqində Türkiyə ilə sərhədə çatıb

    Nizamlı Suriya ordu birləşmələri ölkənin şimal-şərqində, Ras əl-Ayn şəhərinin yaxınlığında Türkiyə ilə sərhədə çatıb.

    APA xəbər verir ki, bu barədə “SANA” agentliyi məlumat yayıb.

    Onun sözlərinə görə, sərhəd bölgəsindəki onlarla kənd və qəsəbəyə nəzarət edildikdən sonra Suriya ordusu Ras əl-Ayn yaxınlığında yerləşən Əl-Kisra və Tell-Ziyab yaşayış məntəqələrinə daxil olub.

    Muxalifet - 27-10-2019

  12. ​İŞİD DÜŞƏRGƏLƏRİNDƏKİ RUS QADINLAR PUTİNƏ MÜRACİƏT ETDİ - "Vətənə qayıtmaq istəyirik..."

    Suriyanın şimalında İslam Dövləti qrupunun ailə üzvlərinin saxlanıldığı düşərgələrdəki bir qrup rusiyalı qadın vətənə qayıtmaq üçün Rusiya rəsmilərindən yardım göstərilməsini istəyiblər.
    "
    Azadlıq" radiosunun rus xidmətinin verdiyi məlumata əsasən, qadınların audio müracitələri Çeçenistanın isan haqları üzrə nümayəndəsi Xeda Saratova tərəfindən Rusiyanın RBK telekanalına təqdim edilib.

    Muxalifet4 - 27-10-2019

  13. İstanbul derbisinin qalibi bilindi - VİDEO

    Türkiyə Super Liqasının IX turunun mərkəzi oyununda "Beşiktaş" öz meydanında "Qalatasaray"ı qəbul edib.
    Muxalifet.az
    xəbər verir ki, meydan sahibləri 69-cu dəqiqədə Umut Bayirin vurduğu qolla minimal hesablı qələbə qazanıb.

    Muxalifet - 27-10-2019

  14. "Benzin və dizelin keyfiyyəti artacaq" - SOCAR-ın rəsmisi

    Son günlər ölkə gündəminin və sosial şəbəkələrin əsas maraqlandığı məlumat Əhmədli qəsəbəsində görülən iri çəndir. Ətrafdan keçənlər tərəfindən çənin şəklini çəkilir və sosial şəbəkələrdə paylaşılaraq nə olduğu barədə soruşulur. Çən Əhmədlidən Babək prospektindən hərəkət etməklə başqa yerə daşınıb. Bu irihəcmli çənin SOCAR-a aid olması haqqında məlumatlar yayılıb. Bəs görək, uzunluğu az qala Ukrayna dairəsi boyda olan bu çən hansı səbəblə ölkəyə gətirilib? Onların sayı nə qədərdir?

    Muxalifet - 27-10-2019

  15. Nensi Pelosi Trampa qəzəbləndi

    Nümayəndələr palatasının lideri Nensi Pelosi, İŞİD liderinin məhvi barədə xəbərlərə münasibət bildirdi.
    Bu barədə müxalifet.az russian.rt-yə istinadla xəbər verir.
     
     “İŞİD liderinin ölümü İŞİD-in ölümü deyil. İŞİD döyüşçülərinin çoxu Suriya həbsxanalarında naməlum vəziyyətdədirlər, saysız-hesabsız digərləri də öz əməllərini yaymaq və terror aktları həyata keçirmək istəyirlər ", deyə ifadə etdi.

    Muxalifet3 - 28-10-2019

  16. İki milyonluq maşınları Azərbaycana kimlər gətirir?

    Ən bahalı maşınları əsasən, gecə saatlarında şəhərin mərkəzində görmək olur. Bu maşınların sayı heç də az deyil. Hələ sürülən maşınlardan əlavə, salonlarda satışda olan maşınlar da Bakının bahalı maşınları siyahısına daxildir. Bəs siz bahalı maşınlardan danışarkən ən yuxarı qiymətin neçə olduğunu düşünürsünüz?
    Muxalifet.az xəbər verir ki, avtomobil eksperti Elməddin Muradlı mövzu ilə əlaqədar lent.az -a danışıb. Ekspert az sayda istehsal olunan dünyanın ən bahalı avtomobilinin 1 ədədinin Bakıda olduğunu bildirib:

    Muxalifet - 28-10-2019

  17. ABŞ Rusiyanı müttəfiq adlandırmaqdan imtina etdi

    ABŞ Rusiyanı özünün müttəfiqi hesab etmir, ancaq İŞİD-lə bağlı vəziyyətdə ölkələrin maraqları üst-üstə düşür. Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Robert O'Brayen NBC telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, bu, İŞİD lideri Əbubəkr əl-Bağdadinin aradan götürülməsi üzrə keçirilən əməliyyat zamanı baş verib. Eyni zamanda, O'Brayen Rusiyanı ABŞ üçün “ciddi təhlükə” adlandırıb. Qeyd edək ki, ABŞ oktyabrın 26-dan 27-nə keçən gecə Suriyanın İdlib şəhərində İŞİD liderinə qarşı xüsusi əməliyyat keçirib.

    Muxalifet - 28-10-2019

  18. Qul ticarətinin növbəti QURBANLARI

    Fransanın şimal-qərbində Kale limanının gömrükçüləri, yük maşının soyuducunda axtarış apararkən, dörd uşaq da daxil olmaqla, səkkiz migrant aşkar ediblər. Miqrantlar hipotermiyadan əziyyət çəksələr də hamısı sağ qalmağı bacarıb. Xilasetmə xidməti migrantların hipotermiyadan yüngül şəkildə təsirləndiyini bildirdi. İlk tibbi yardım göstərilib. Soyuducuda temperatur mənfi yeddi dərəcə idi. Qeyd edək ki, miqrantlar əfqan olduğunu iddia edirlər. Onların yerləşdikləri gizli bölmə yük maşınının arxasına yerləşdirilib.

    Muxalifet3 - 28-10-2019

  19. İŞİD liderini arvadı ələ verib…

    Öldürülən İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin yerinin necə tapılmasının detalları bəlli olub. “The New York Times” xəbər verir ki, xüsusi xidmət orqanları onun arvadlarından biri vasitəsilə yerini müəyyənləşdirib. Əl-Bağdadinin arvadını və kuryerini həbs edib danışdıran kəşfiyyatçılar bundan əlavə iraq və kürd xəfiyyələrinin köməyi ilə onun Suriyanın şimalında bir kənddə gizləndiyini öyrəniblər. Qeyd edək ki, ötən gün öldürülməsi haqqında xəbər yayılan İŞİD liderinin ölümünü ABŞ Prezidenti Tramp da təsdiqləyib.

    Muxalifet - 28-10-2019

  20. Badamdar sürüşmə kabusundan xilas olur

    Ərazidə çoxdan gözlənilən kanalizasiya xətləri inşa ediləcək; ekspert: “Normal qaydada işlər aparılarsa, yarım il ərzində Badamdar ərazisinin kanalizasiya sistemini qurmaq mümkündür” Badamdarda sürüşmə zonasında kanalizasiya xətləri çəkiləcək. Bu barədə “Azərsu” ASC məlumat yayıb. Məlumata görə, Səbayel rayonunun Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində icra olunan layihə bu ərazidə baş vermiş torpaq sürüşməsinin aradan qaldırılması tədbirləri çərçivəsində həyata keçirilir.

    Muxalifet - 28-10-2019

Pages