Axtarış
The search found 105716 results in 0.042 seconds.
Search results
Bakıda 50 yaşlı qadın itkin düşdü
Bakıda orta yaşlı qadın itkin düşüb.
Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.
Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 174 ünvanında yaşayan, 1969-cu il təvəllüdlü Zaidova İlhamə Yusif qızı oktyabrın 25-də gecə saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet - 28-10-2019
Əli Əsədovdan yeni təyinat
Nazirlər Kabineti Aparatının Humanitar və sosial məsələlər şöbəsinə yeni müdir təyin edilib. Muxalifet.az xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən, Mehman Tağıyev Nazirlər Kabineti Aparatının Humanitar və sosial məsələlər şöbəsinin müdiri təyin edilib. Xatırladaq ki, Baş Nazirin 24 oktyabr tarixli sərəncamı ilə Humanitar və sosial məsələlər şöbəsinin müdiri Musa Ələkbərov vəzifəsindən azad edilib. /APA
Muxalifet - 28-10-2019
İŞİD lideri Bağdadinin "beşinci ölümü" - ABŞ İNTİHAR EDƏN TERRORÇUNUN MEYİTİNİ NƏ ÜÇÜN GÖSTƏRMƏDİ...
Abdel Bari Atvan
(عبد الباري عطوان),
"Rai Al Youm", İnosmi.ruMuxalifet4 - 28-10-2019
Azərbaycanda 144 nəfər dəm qazından zəhərləndi
Azərbaycanda yanvar-oktyabr (oktyabrın 25-dək) ayları ərzində 144 nəfər dəm qazından zəhərlənmə şikayəti ilə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə (KTM) müraciət edib.
Bunu Trend-ə KTM-in Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
Onun sözlərinə görə, bu ilin ilk 10 ayı ərzində 74 nəfər ilan, 14 nəfər əqrəb, 6 nəfər qara qurd sancması, 26 nəfər isə sirkə turşusundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.Muxalifet - 28-10-2019
"WhatsApp"dan istifadəçilərini sevindirəcək 4 YENİLİK
Azərbaycanda ən çox istifadə edilən şəbəkələrdən olan “WhatsApp” son yenilikləri ilə istifadəçilərini sevindirməyə hazırlaşır.
“WhatsApp” rəhbərliyi yaxın günlərdə istifadəçilərini 4 yenilənmə ilə təəccübləndirəcək.
Sosial şəbəkə tətbiqetmənin istifadəsini asanlaşdırmaq və yaranan problemləri daha sürətli həll etmək üçün bu funksiyaları işə salacaq:
Qaranlıq rejim: Gələcək xüsusiyyətlərdən biri, “İnstagram” və oxşar tətbiqlərdə olduğu kimi "Qaranlıq rejim" xüsusiyyətidir. Tətbiqdə “Dark Mode” və qaranlıq bildiriş mesajları olacaq.Muxalifet - 28-10-2019
77 yaşlı deputat Xanhüseyn Kazımlı danışır, amma nə dediyini heç özü də bilmir - VİDEO
Parlamentin 77 yaşlı deputatı, professor Xanhüseyn Kazımlının bir çıxışı sosial mediada trend olub. Musavat.com "dərin məzmunlu həmin çıxışı" oxucularına təqdim edir. Kimsə nəsə anlasa, lütfən, bizə də yazın, mariflənək.
Muxalifet - 28-10-2019
SEÇİCİLƏRİN NƏZƏRİNƏ! - Azərbaycanda millət vəkillərinin mobil nömrələri açıqlandı - TAM SİYAHI
Xəbər verdiyimiz kimi, seçicilərin millət vəkillərilə daha asan əlaqə qura bilmələri üçün Milli Məclisin rəsmi veb-səhifəsində mobil nömrələr yerləşdirilib. Milli Məclisin sədri, onun 2 müavini, həmçinin deputat Araz Əlizadə ilə Qənirə Paşayeva istisna olmaqla digər millət vəkillərinin əlaqə vasitələri veb-saytın müvafiq bölmələrinə yazılıb. Bu nömrələrə edilən zənglərə isə millət vəkillərinin köməkçiləri cavab verəcəklər.
Muxalifet4 - 28-10-2019
Tanınmış meyxanaçıya qarşı 125 minlik dələduzluq - FOTO
Meyxanaçı Vüqar Əbdülova qarşı dələduzluq olub. Muxalifet.az axşam.az-a istinadən xəbər verir ki, sənətçinin bir neçə müddət öncə 125 min manata aldığı iaşə obyekti başqa üç nəfərə də satılıb. Bu barədə “Ən yaxşısı” verilişində deyilib. Aktyor Elcan Rəsulov deyib ki, Vüqar satın aldığı məkana gələn zaman orada böyük marketlər şəbəkəsindən birinin mağazasının olduğunu görüb: “Oranı işlədənlərə yaxınlaşıb. Söyləyiblər ki, obyekt kirayə götürülüb, sahibi başqa adamdır. Beləliklə, məlum olub ki, Vüqar həmin məkanı alan üçüncü adamdır”.
Muxalifet - 29-10-2019
"Ali Məhkəmənin sədri Ramiz Rzayev məni aldatdı..." - ŞƏHİD ANASI: "Hakim Zəfər Quliyev ailəmizi aclıqdan məhv edir..." / VİDEO
Göyçay rayonu, Cəyirli kənd sakini, şəhid anası Beydullayeva Xəzangül Səftər qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən şikayətçi yazır: "Hörmətli Prezident! Mən şəhid anasıyam və bundan qürur duyuram. Ancaq çox təəssüf olsun ki, mənim çoxsaylı şikayətimə obyektiv baxılmır.
Muxalifet4 - 29-10-2019
"Əli İnsanovun geniş elektorata iddia etmək şansı yoxdur" - ADP SƏDRİ
Sərdar Cəlaloğlu: "Etibar Məmmədovun siyasətə qayıdışı sifariş xarakterli ola bilər" “Əli İnsanov bu rejimi yaradanlardan, onun memarlarından biridir. O, Heydər Əliyevdən sonra təxminən, 2-3-cü adam olub. Hətta Yeni Azərbaycan Partiyasının üzvlərinin bir çoxu Heydər Əliyevdən sonra prezident kimi məhz onu görüb.
Muxalifet4 - 29-10-2019
Toy kortejində avtomobillərin sayı məhdudlaşdırılır
Çeçenistanda toy kortejində iştirak edən avtomobillərin sayına məhdudiyyət qoymaq təklif edilir. Polis hesab edir ki, toy mərasimlərindəki avtomobil karvanı yol hərəkəti iştirakçılarının təhlükəsizliyini pozur. Amma hələ kortejdə iştirak edə biləcək avtomobillərin dəqiq sayı müəyyənləşdirilməyib. Qeyd edək ki, Çeçenistanda toy mərasimində bəy-gəlin avtomobilini 10-larla maşın müşayiət edir. 21 oktyabrda Kurçaloysk rayonunda toy karvanındakı avtomobilin qarşı hərəkət zolağına çıxması nəticəsində baş verən qəzada qadın və 6 aylıq körpə ölüb, 7 nəfər xəsarət alıb.
Muxalifet - 29-10-2019
"ABŞ qüvvələri Suriyada qalacaq” – Mark Esper
“ABŞ-ın Suriyadakı hərbi qüvvələri tərəfdaşları ilə neft yataqlarını terror qruplaşmasından qorumaq üçün mövcud missiyasını davam etdirəcək”.
APA-nın məlumata görə, bunu ABŞ-ın müdafiə naziri Mark Esper ötən gün mətbuat konfransında deyib.
O bildirib ki, ABŞ hərbçiləri Suriyada mövcud şəraitdə əvvəlkindən daha az qüvvə ilə üzərinə düşən missiyanı yerinə yetirəcək.
Esper əlavə edib ki, İŞİD lideri Bağdadinin ölümü heç də dünyanı terrorizmindən qurtarmayacaq: “Amerika Birləşmiş Ştatları ziyanverici terror qruplaşmaları son anadək məhv etmək gücünə malikdir”.
Muxalifet - 29-10-2019
“Tam səmimi deyirəm, bu, böyük qəhrəmanlıqdır” – İlham Əliyev
Bu gün xalqı narahat edən bütün problemlər - sosial infrastruktur, sosial ədalətlə bağlı olan problemlər öz həllini tapacaq”. Bunu Prezident İlham Əliyev oktyabrın 28-də Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri istismara verilən zaman rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib. Dövlət başçısı bildirib: "Beynəlxalq gündəliyimiz çox zəngindir. Təkcə bu ay ərzində Azərbaycan iki önəmli təşkilata sədrliyi öz üzərinə götürüb.
Muxalifet - 29-10-2019
Gəncədə AĞIR QƏZA: ölənlər var
Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Priora" markalı avtomobil öncə "VAZ" markalı avtomobillə toqquşub, sonra yol kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində 2000-ci il təvəllüdlü Eldar Kərim oğlu Məmmədli və onun həm yaşıdı İkram Arif oğlu Bayramlı ölüb.
Hadisə zamanı daha bir nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır (Report).Muxalifet - 29-10-2019
SON DƏQİQƏ: Fədayə Laçın niyə məxfi şəkildə azadlığa buraxıldı...
Bu gün səhər saatlarında müğənni Fədayə Laçının azadlığa buraxıldığı bildirilir. Musavat.com xəbər verir ki, müxtəlif KİV nümayəndələri 1 saylı Bakı İstintaq Təcridxanasının önünı toplaşaraq, müğənninin azadlığa çıxmasımı gözləyir. Lakin müəssisənin rəisi Elnur İsmayılov müğənninin səhər saatlarında azadlığa buraxıldığımı bildirib. Lakin müğənninin vəkili Nirəngiz Qarayeva və bacısı İlahə Fəda jurnalistlərə açıqlamasında bildirirblər ki, yayılan məlumat doğru deyil: "Fədayə Laçın hələ ki, azadlığa buraxılmayıb. Təxminən bir saata müəssisədən buraxılacağını gözləyirik".
Muxalifet - 29-10-2019
20 yeni avtobus istifadəyə veriləcək
Masazır qəsəbəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 569, Xırdalan şəhəri ilə əlaqələndirən 535 saylı marşrut xətləri mövcud olsa da, əsas yük 525 saylı marşrut xəttinin üzərinə düşür.
Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova məlumat verib.
Muxalifet - 29-10-2019
İrəvan diplomatik və iqtisadi iflasda - Bakı hücum mövqeyinə keçir
Ermənistana sərmayə yatıran yoxdur, büdcə xərcləri, borclar, ictimai narazılıq artır, “demokratik” Ermənistan maliyyə reytinqi üzrə daha 6 pillə geriləyib, Qarabağ yalanları isə artıq yerimir...
Muxalifet - 29-10-2019
Prezidentdən Saleh Məmmədova sərt tənqid: “Şişirtmə rəqəmləri” - VİDEO
Oktyabrın 28-də Qəbələ rayonunun Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidənqurmadan sonra açılışı olub. "Yeni Sabah" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avtomobil yolunun açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib. Rəqəmləri səhv deyən sədrə prezident irad tutub: "Qəbələ rayonunda cəmi 60 kənd, 1 şəhər və 3 qəsəbə var. Şişirtmə rəqəmləri".
Muxalifet - 29-10-2019
Kərbəlada etitazlar – 18 nəfər ölüb
İraqın Kərbəla şəhərində təhlükəsizlik qüvvələri tərəfindən oturaq aksiyanın iştirakçılarının dağıdılması zamanı azı 18 nəfər ölüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Məlumata görə, etirazçıları dağıtmağa çalışan asayiş keşikçiləri odlu silahdan istifadə edib. Bu məlumat hələ rəsmi təsdiqini tapmayıb.
Muxalifet - 29-10-2019
SON DƏQİQƏ: dəhşətli zəlzələ baş verdi
Filippində dəhşətli zəlzələ baş verib.
Publika.az xəbər verir ki, Mindanao adasının Davao şəhərinin cənubunda 6,6 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
Filippin Vulkan və Zəlzələ Elmləri İnstitutundan verilən açıqlamada zəlzələnin yerli vaxtla saat 09:04-də olduğu bildirilib.
Şəhərdəki əksər binalar sarsıntıya tab gətirməyib. Əhali təhlükəsizlik məqsədilə küçələrə çıxıb.
Zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.
Qeyd edək ki, 2 həftə əvvəl eyni adada 6,4 bal gücündə zəlzələ olmuşdu.Muxalifet - 29-10-2019