Axtarış
The search found 105716 results in 0.046 seconds.
Search results
Bu deputatlar növbəti parlamentdə olmaya bilər - SENSASİON SİYAHI
Milli Məclisin 2020-ci ildə tərkibində yaşı 70-i keçmiş, “ağzına su alıb oturan”, bizneslə ad çıxarmış mandat sahiblərinin çoxu olmaya bilər
Prezident İlham Əliyevin 2018-ci ilin aprelində keçirilən növbədənkənar prezident seçkilərindən sonra başladığı əsaslı kadr dəyişiklikləri bu il daha geniş miqyasda davam etdi.
Muxalifet - 29-10-2019
Rektorun bankında 300 min dollarlıq fırıldaq – Prezidentə şok müraciət
Ağdam və Zəngilandan olan məcburi köçkünlər ölkə başçısı İlham Əliyevə müraciət edib. “Yeni Sabah” xəbər verir ki, məcburi köçkünlərin müraciətində “Muğanbank” ASC-nin müdhiş kredit fırıldağından bəhs edilir:
Muxalifet - 29-10-2019
Türkiyə ilə Rusiya arasında SENSASİON RAZILAŞMA: tarixə düşəcək
"Türkiyə ilə Rusiya arasında "Su-35" döyüş təyyarələrinin satışına dair razılaşmanın imzalanması yaxın müddətdə baş tutacaq" Bunu "Defense News" nəşrinə Ankaradakı aviasiya mütəxəssisi açıqlayıb. Onun sözlərinə görə, Türkiyə və Rusiyanın hökumət rəsmiləri arasında "Su-35" qırıcılarının satışı üçün aparılan müzakirələr inkişaf mərhələsindədir. Müzakirələrə əsasən, Türkiyə 2 mərhələ formasında 48 ədəd "Su-35" ala biləcəyini bildirib.
Muxalifet - 29-10-2019
Fədayə Laçının azadlıqdakı ilk GÖRÜNTÜLƏRİ - VİDEO
Bu gün azadlığa çıxdığı deyilən müğənni Fədayə Laçınla jurnalistlər telefon vasitəsi ilə görüntülü danışıblar.
Muxalifet.az BAKU.WS-ə istinadən xəbər verir ki, müğənni artıq cəzaçəkmə müəssisəsindən buraxıldığını, hazırda anasının evində olduğunu deyib.
Jurnalistlər hazırda onun olduğu məkana gəlmək istədiklərini desələr də F.Laçın etiraz edib.Muxalifet - 29-10-2019
“Saatda 6 kilometr sürətlə qaçıram” – Ağacan Abiyev
Deputat Ağacan Abiyev həmkarı Arif Rəhimzadənin “50 metrlik hovuzu 20 dəfə üzüb qayıdıram, niyə deputat olmayım ki?” açıqlamasına münasibət bildirib. Abiyev “Ölkə.Az”-ın əməkdaşı ilə söhbətində bildirib ki, fiziki hazırlığın yaşla əlaqəsi yoxdur: “Fiziki hazırlığın yaşla məncə, əlaqəsi yoxdur, bir növ adət etməkdən asılıdır. Əgər cavanlıqdan məşq edibsə, bu, ona çox kömək olacaq. Praktiki məşğul olmaq lazımdır. Ayda bir dəfə qaçmaq, üzmək adama xeyir verməz. Mən özüm hər səhər 15-20 dəqiqə saatda 6 km sürətlə qaçıram. Əvvəl 10 dəqiqə gimnastika edirəm, əzələlərimi qızışdırıram.
Muxalifet - 29-10-2019
Dayısı arvadını zorladı, dayısını öldürdü - Azərbaycandakı dəhşətli cinayətin TƏFƏRRÜATI
Azərbaycanda qadın baldızının oğlu tərəfindən təcavüzə məruz qalıb. BiG.AZ xəbər verir ki bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. O, bildirib ki, hadisə 3 ay öncə Bakıda baş verib: "Qadın mənim yanıma gəlmişdi. O, bildirdi ki, bir il öncə yaşı 30-dan çox olan baldızı oğlunun təcavüzünə məruz qalıb. Məndən nə etmək lazım olduğunu soruşdu. Mən də ona hüquq-mühafizə orqanlarına müraciət etməsini və başına gələnlər barəsində məlumat verməsini məsləhət gördüm. Çünki bu ağır cinayətdir. Ərinə başına gələnləri danışmasını söylədim.
Muxalifet - 29-10-2019
“Yaxşı pul versə, onu da edərəm” - Nadir Qafarzadədən ETİRAF
ARB TV-nin "Söhbət var" verilişinin növbəti qonağı ifaçı Nadir Qafarzadə olub.
Müğənni "kimlərlə duet oxumazsınız" sualına maraqlı cavab verib:
"Səsi olmayanla duet oxumaram, amma etiraf edirəm ki, yaxşı pul versə, oxuyaram. Həm özüm oxuyaram, həm o adamı yaxşı oxutduraram. Çoxu deyir ki, mən bəzi şeyləri pula satmaram. Amma elə deyil. Pul elə bir şeydir ki, ondan imtina etmək olmur".
Muxalifet - 29-10-2019
Dünya əhalisi 36 saat içərisində məhv ola bilər – HESABAT
Dünya əhalisi 36 saat içərisində məhv ola bilər.
“AzPolitika.info” xəbər verir ki, bu qorxunc iddiaya Cons Hopkins Universitetinin Səhhət Güvənliyi Mərkəzi və Nüvə Təhdid Cəhdi şöbəsinin alimlərinin Qlobal Sağlamlıq Təhlükəsizliyi (GHS) indeksi olaraq bilinən kritik hesabatında rast gəlinib.
Muxalifet - 29-10-2019
Diplomatik qalmaqal: Bolqarıstan Rusiya diplomatını ÖLKƏDƏN QOVDU
“Fokus” agentliyinin XİN- nə əsasən verdiyi xəbərə görə Bolqarıstan höküməti casusluq etmək ittihamı ilə bir Rusiya diplomatını ölkədən qovub.
Bu barədə Muxalifet.az RİA agentliyinə istinadla xəbər verir.Muxalifet3 - 29-10-2019
Bakıda DƏHŞƏT: Qardaş iki bacısını bıçaqlayıb öldürdü
Bakıda bacılarını qətlə yetirməkdə təqsirləndirilən Muxtar Əlimanovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən qərar elan olunub.
Qərara əsasən, M.Əlimanovun apellyasiya şikayəti təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
Muxalifet - 29-10-2019
Gəncədə dəhşətli hadisədə ölən tələbələrlə bağlı YENİ XƏBƏR - FOTOLAR (YENİLƏNDİ)
Ötən gecə Gəncə şəhər Nizami rayonu ərazisində baş verən dəhşətli yol qəzasında vəfat edən Azərbaycan Dövlət Aqrar Universitetinin “Baytarlıq təbabəti və zoomühəndislik” fakültəsinin tələbələri Məmmədov Eldar Kərim oğlu və Bayramlı İkram Arif oğlunun cənazəsi ailələrinə təhvil verilib. E.Məmmədovun cənazəsi doğulduğu Saatlı ayonuna, İ.Bayramlının nəşi isə Tərtərə aparılıb. Onlar bu gün dəfn ediləcəklər. Hadisənin hansı şəraitdə baş verməsinə gəlincə, ilkin araşdırmalar zamanı qəzanın yüksək sürət səbəbindən baş verdiyi məlum olub.
Muxalifet - 29-10-2019
Əli Əsədov Tağıyevi yüksək vəzifəyə TƏYİN ETDİ
Nazirlər Kabinetində yeni təyinat olub.
Bu barədə Muxalifet.az Nazirlər Kabinetinin saytına istinadən xəbər verir.
Məlumata görə, Humanitar və sosial məsələlər şöbəsinin müdiri Mehman Tağıyev təyin olunub.
O, bu vəzifədə Musa Ələkbərovu əvəz edib.
Qeyd edək ki, Nazirlər Kabinetində Aparat rəhbəri, Baş Nazirin köməkçisi, hüquq, kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbələrinin müdiri vəzifələri vakant olaraq qalır.
Muxalifet - 29-10-2019
Tramp Bağdadini tuneldə haqlayan itin fotosunu paylaşdı - BƏS İŞİD LİDERİNİN ALT PALTARINI GÖNDƏRƏN KİM İDİ...
ABŞ Silahlı Qüvvələrinin qərargah rəislərinin Birləşmiş komitəsinin rəhbəri, general Mark Milli oktyabrın 27-də gecə Suriyanın şimalında, Türkiyə ilə sərhədə yaxın Barişa kəndində İŞİD liderinin məhv edilməsi əməliyyatında iştirak edən xüsusi təlim görmüş itin barəsində məlumatların “məxfi qalacağını” bildirib. Lakin çox keçməyib ki, prezident Donald Tramp həmin itin fotosunu paylaşıb.
Muxalifet - 29-10-2019
Fransada MƏSCİDƏ HÜCUM
Fransanın cənubunda Bayon şəhərində 84 yaşlı Klod Sinke məscidə hücum etdi. Bu barədə Muxalifet.az “Hürriyet”ə istinadla xəbər verir. Məscidin qapısını atəşə tutan şəhər sakini məsciddə olan 74 və 78 yaşlarında olan iki nəfərə atəş açıb. Hadisə yerindən qaçarkən bir avtoobili yandırıb. İki nəfər yaralı xəstəxanaya aparılıb və hücumu həyata keçirən şəxs həbs olunb. Muxaliet.az
Muxalifet3 - 29-10-2019
Həbsdən çıxan Fədayə Laçın "Qoca"nın məzarını ziyarət edəcəkmi? - ÖZÜ AÇIQLADI
Fədayə Laçın "Ölkə.Az"-ın suallarını cavablandılrıb - Çox sevincliyəm. Nə deyə bilərəm ki? Gələnlər var, dostlar, jurnalistlər burdadırlar. Bu dəqiqə nə baş verdiyini, hansı hissləri keçirdiyimi anlamıram. - Bacınız İlahə Fəda bildirmişdi ki, bu son iki gün geridə qalan iki ildən daha ağır keçdi. - Son iki gündə çox həyəcanlı idim. Heç beş il cəza alanda bu qədər həyəcanlı olmamışdım. Amma son günlərdə mənimlə birlikdə saxlanılan qadınlar da yatmırdılar, saatları sayırdılar. Çox şükür ki ailəmə qovuşdum, sənətimə də qovuşacağam. - Buna həyatınızın ən sevincli günü deyə bilərikmi?
Muxalifet - 29-10-2019
DİN tələbələrin öldüyü hadisə ilə bağlı məlumat yaydı
Daxili İşlər Nazirliyi Gəncədə baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Muxalifet.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 29-da saat 2 radələrində Nizami (Gəncə) rayonunun İ.Qayıbov küçəsində şəhər sakini Z.Məmmədov idarə etdiyi “Priora” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə onun sərnişinləri - Saatlı rayon sakini Eldar Məmmədov və Tərtər rayon sakini İkram Bayramlı hadisə yerində ölüblər.
Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.Muxalifet - 29-10-2019
“Avtoşluq”, dələduzluq, bıçaqlama, fahişəlik... – Fədayəyə qədər olanlar
Xəbər verdiyimiz kimi, Bakıda məhbusların qaçmasına yardım etdiyinə görə həbs edilən müğənni Fədayə Laçın bu gün azadlığa buraxılıb. Həbs müddəti başa çatan müğənni Bakı İstintaq Təcridxanasından çıxaraq evə yollanıb.
Təbi ki, "eşq məhbusu" adlanan Fədayə həbs həyatı yaşayan ilk şou-biznes nümayəndəmiz deyil. Müxtəlif səbəblərdən həbsxanaya düşən məşhurlarımız da var. “Yeni Sabah” son illərdə adı cinayətdə hallanan, həbsxanaya düşən bəzi məşhurlarımızı təqdim edir:
Muxalifet - 29-10-2019
ABŞ-la Rusiya arasında YENİ RAZILAŞMA: bundan sonra orduların...
ABŞ-la Rusiya arasında yeni razılıq əldə olunub.
Razılaşmaya görə, orduların baş qərargah rəisləri arasında baş tutan telefon danışıqlarının detalları gizli qalacaq.
Bu barədə ABŞ Müdafiə Nazirliyi informasiya yayıb. General Mark Milli ilə rusiyalı həmkarı Valeri Gerasimov arasında 25 oktyabrda baş tutan telefon danışığından sonra verilən məlumatda bildirilib ki, bundan sonra ordu rəhbərləri arasındakı söhbət yayımlanmayacaq.Muxalifet - 29-10-2019
Azərbaycanlı müğənni atasından İMTİNA ETDİ – VİDEO
ARB TV-nin “Elgizlə İzlə” verilişinə müraciət edən Hidayət Rəsulov adlı şəx oğlunun müğənni olduğunu və ona sahib çıxmadığını iddia edib. Unikal.org xəbər verir ki, adı açıqlanmayan ifaçı canlı yayımda telefon bağlantısı ilə öz fikrini bildirib: “Bu haqda danışmaq mənim üçün çox çətindir. Ailəm, özüm əsəb keçirirəm. 20 il öncə atılan bir övlad nə deyə bilər? Mən, bacı və qardaşlarım necə böyüyüb bilmirsiniz! Çətin günlərimiz olub. Hal-hazırda öz problemlərim özümə bəs edir. O insanla aramızdakı bağlar qırılıb”.
Muxalifet - 29-10-2019
Gürcüstan parlamentində “Keşikçi Dağ” məsələsi müzakirəyə çıxarıldı – QAPALI TOPLANTIDA HANSI RAZILAŞMA ƏLDƏ OLUNDU...
Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya və deputatlar parlamentin qapalı iclasında “Keşikçi Dağ” kompleksi və sərhədin demarkasiyası ilə bağlı problemləri müzakirə ediblər.
Muxalifet4 - 29-10-2019