Axtarış
The search found 105716 results in 0.044 seconds.
Search results
Sərxoş halda 2 nəfərin ölümünə səbəb olan sürücü tutuldu
Gəncə şəhəri ərazisində sərxoş halda yol nəqliyyat hadisəsi törədərək 2 şəxsin ölümünə səbəb olan sürücü cinayət məsuliyyətinə cəlb edilib.
Muxalifet - 29-10-2019
Tanınmış futbolçumuzun atası həbs olundu - 17 il
Tanınmış futbolçu Nurlan Novruzovun atası, arvadını və özünü güllələyən Zahid Novruzova hökm oxunub.
Muxalifet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun hökmü ilə Z.Novruzov 17 il müddətinə azadlıqdan məhrum edilib.Xatırladaq ki, hadisə bu ilin iyununda baş verib. 61 yaşlı keçmiş məhkum Z.Novruzov Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən yaşayış binasının arxasında həyat yoldaşı, 55 yaşlı Təranə Novruzovanı qısqanclıq zəminində ov tüfəngi ilə güllələyərək öldürüb.
Muxalifet - 29-10-2019
Ukraynada "SÜLH RAKETLƏRİ" atılıb
Muxalifet.az vesti.ru-ya istinadla bildirir ki, Ukraynada münaqişə bölgəsində hərbi qüvvələrın təmas xəttindən geri çəkilməsini bildirən "sülh raketləri" atılıb.
Muxalifet3 - 29-10-2019
SON DƏQİQƏ: İŞİD-in ikinci lideri də öldürüldü - Trampdan AÇIQLAMA
İŞİD lideri Əbubəkr əl-Bağdadinin yerinə keçdiyi ehtimal olunan şəxs də öldürülüb.
Publika.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp açıqlayıb.
"Twitter" hesabından məlumatı paylaşan prezident bildirib ki, təşkilatın iki nömrəli əsas başçısı da keçirilən əməliyyat nəticəsində zərərsizləşdirilib.
"Əbubəkr əl-Bağdadinin bir nömrəli əvəzedicisinin Amerika qoşunları tərəfindən zərərsizləşdirildiyi təsdiqləndi. Çox güman ki, birinci yeri tutacaqdı. İndi o da ölüdür!"Muxalifet - 29-10-2019
Nazir direktora töhmət verdi – Müavinini işdən çıxardı
Təhsil Naziri Ceyhun Bayramov daha bir məktəb direktoruna töhmət verib.
Təhsil Nazirliyindən bildirilib ki, Ağdam rayonu 89 nömrəli tam orta məktəbin direktoru Nərgiz Zeynalovanın qanunsuz əməlləri barədə Təhsil Nazirliyinə daxil olmuş elektron müraciətlər əsasında yerində araşdırma aparılıb.
Muxalifet - 29-10-2019
SON DƏQİQƏ: Suriyada rus ordusuna gözlənilməz HÜCUM - Yaralılar var
Şimali Suriyada Darbasiya sərhəd keçid məntəqəsində ərazidən Rusiya hərbi polisi keçərkən atəş altına düşüb. Bu barədə Muxalifet.az RİA Novosti-yə istinadla bildirir. Keçid məntəqəsi Haseke vilayətinin şimal-qərbində yerləşir. İkhbariya telekanalının məlumatına görə 6 nəfər yaralanıb. Həmçinin bölgədə olan İtalyan jurnalisti Bendetta Arjentyeri xəbər verir ki, 1 nəfər rus hərbçisi və 4 yerli dinc sakin yaralanıb. Hadisə baş verən yer birgə türk-rus hərbçilərinin nəzarət etdiyi ərazinin 10 kilometrliyində baş verib.
Muxalifet3 - 29-10-2019
Azərbaycanda 20 yaşlı qız oğurlandı
Gəncə şəhərində gənc qız qaçırılıb.
Hadisə şəhərin Nizami rayonunda baş verib.
1999-cu il təvəllüdlü H.M (ad soy ad şərti) Ağsu rayon sakini T.Həşimov tərəfindən oğurlanıb. Bu barədə 20 yaşlı qızın atası Nizami Rayon Polis İdarəsinə müraciət edib.
Faktla bağlı araşdırmalar aparılır. /report.az
Muxalifet - 29-10-2019
SON DƏQİQƏ: Serqey Şoyqu BƏYANAT verdi
Muxalifet.az russian.rt-yə istinadla xəbər verir.
Rusiya Müdafiə Naziri Serqey Şoyqu: “ YPG-nin təhlükəsizlik koridoru kimi nəzərdə tutulan ərazilərdən geri çəkilməsi planlanmış vaxtdan əvvəl bitdi”,-deyə bəyanat verdi. Onun sözlərinə görə , həmin bölgələrə rus hərbi polisi və Suriya sərhədçiləri daxil olublar.
Muxalifet.azMuxalifet3 - 29-10-2019
Bakıdakı güclü partlayışla bağlı cinayət işi açıldı
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri bu gün Pirallahı rayonu ərazisində baş verən partlayışla bağlı məlumat yayıb.
Muxalifet - 29-10-2019
Azərbaycanda teplovoz yandı
Şabranda yanğın olub.
Muxalofet.az xəbər verir ki, hadisə Şabran şəhəri Nizami küçəsində, Biləcəri Lokomotiv Deposuna məxsus "TEM-27661" markalı teplovozda baş verib.Hadisə yerinə Şabran Dövlət Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və daha geniş əraziyə keçməsinin qarşısı alınıb. Teplovozun mühərrik hissəsi qismən yanıb.
Yanğının səbəbləri araşdırılır. /APA
Muxalifet - 29-10-2019
BMT – dən AÇIQLAMA: 74 min Suriyalı evlərinə qayıtdı
BMT Humanitar İşlər üzrə koordinasiya ofisinin nümayəndəsi Jens Laerke, “Sülh Çeşməsi” əməliyyatının həyata keçirildiyi bölgəyə 23 oktyabrdan bəri 74 min əhalinin geri qayıtdığını bildirdi.
Muxalifet3 - 29-10-2019
Livanın baş naziri istefa verdi
Livanın baş naziri Səid Həriri iki həftəyə yaxın davam edən kütləvi etirazlardan sonra ölkənin bütün hökumətinin istefasını elan edib.
Həriri televiziya ilə müraciətində ölkədə vəziyyətin dalana dirəndiyini deyib.
“Mən bir çox livanlının arzusunu həyata keçirmək üçün hökumətin istefası barədə xahişi Prezident Mişel Auna çatdırmaq məqsədilə Baabda sarayına gedirəm. Mənim istefam məsələsi Prezidentin sərəncamındadır”, - deyə Baş Nazir al-Mayadeen telekanalı ilə canlı yayımlanan müraciətində bildirib.Muxalifet - 29-10-2019
Husilər Yəmən müdafiə nazirinə RAKET HÜCUMU etdi
Husilər, Yəmənin Marib şəhərində Müdafiə naziri Məhəmməd əl-Makdisiyə toplantı keçirildyi zaman reket hücumu təşkil edib.
Bu barədə Muxalifet.az “Hürriyet”ə istinadla xəbər verir.Muxalifet3 - 29-10-2019
Azərbaycanın üzən, qaçan, uçan deputatları...
Son hadisələr bir daha sübut etdi ki, bir çaya iki dəfə baş vurmaq olmur. Heraklit bunu eramızdan əvvəl 554-483 illərdə deyib. Dəqiq hansı ildə deyib, bu, tarixə məlum deyil. Tarixə məlum olan isə odur ki, “məclisdən üzü sulu” getmək lazımdır. Çünki hər şey dəyişir və təzələnir. Zaman isə keçir. İstefa ərizələrini Cənab Prezidentə təqdim edən yüksəkçinli məmurlardan sonra ağsaqqallar arasında yaman çaxnaşma düşüb. Biri deyir, üzürəm, digəri deyir, qaçıram. Zənnimcə, “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanmağa bir qədər gecikiblər.
Muxalifet - 29-10-2019
Zinəddin Zidan: "Qaret Beylin komandadan ayrılmasını xoş qarşılamıram"
Yeni Müsavat Qəzeti
₽
222 000 рублей и Вы гражданин ЕС
Zinəddin Zidan: "Qaret Beylin komandadan ayrılmasını xoş qarşılamıram"İspaniyanın "Real Madrid" komandasının baş məşqçisi Zinəddin Zidan futbolçusu Qaret Beylin taleyi ilə bağlı açıqlama verib.
"Report" "Football Espana"ya istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis uelsli oyunçunun Madrid təmsilçisində qalmasını istəyib.
Muxalifet - 29-10-2019
NATO texnikası Belorusiya sərhədində toplanır
Belorusiyanın Təhlükəsizlik Şurasının Dövlət katibi Stanislav Zas ABŞ-ın müvəqqəti işlər vəkili Cennifer Mur ilə ABŞ hərbçilərinin Belarus sərhədləri yaxınlığında yerləşdirilməsi planlarını müzakirə edib.
Bu barədə Muxalifet.az russian.rt-yə istinadla xəbər verir.Muxalifet3 - 29-10-2019
Ağdaşda AĞIR QƏZA: 4 nəfər...
Ağdaş rayonunda yol qəzası baş verib.
Hadisə rayonun Ləki qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb. Nəticədə 1968-ci il təvəllüdlü Etibar Yusibov, 1972-ci il təvəllüdlü Muradxan Hüseynov, 1967-ci il təvəllüdlü Muxtar Abışov və 1971-ci il təvəllüdlü Şəmsəddin Şahbazov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Ağdaş Rayon Mərkəzi Xəstəxanasına aparılıb və vəziyyətlərinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır (Report).
Muxalifet - 29-10-2019
Hafiz Paşayev istefa verdi
Xarici İşlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev öz ərizəsi ilə Prezident cənab İlham Əliyevə müraciət edərək Xarici İşlər nazirinin müavini vəzifəsindən azad olunmasını xahiş edib. Nazirlikdən Muxalifet.az-a daxil olan məlumata görə, H.Paşayev əmək fəaliyyətinin 27 ilini müstəqil Azərbaycanın dövlət strukturlarında işlədiyini və ölkəmizin maraqlarını hər zaman yüksək tutaraq müasir Azərbaycanın banisi Heydər Əliyevin və Prezident İlham Əliyevin etimadını doğrultmaq üçün əlindən gələni əsirgəmədiyini qeyd edib.
Muxalifet - 29-10-2019
İsrail səfirlikləri xüsusi mühafizə altına götürüldü - İRANA GÖRƏ
İsrail səfirlikləri, İranın yəhudi dövlətinə qarşı hərbi zərbələr endirmək niyyəti ilə əlaqədar artan narahatlıqlar fonunda təhlükəsizlik tədbirlərini gücləndirib.
Virtualaz.org bildirir ki, bu barədə "Times of Israel" xəbər yayıb.
Bildirilir ki, Tehran keçən ay Səudiyyə Ərəbistanındakı neft obyektlərinə edilən hücumdan ruhlanıb və İsrail hədəflərinə zərbələr hazırlayır.
Məlumatda vurğulanıb ki, bir neçə diplomatik nümayəndəliyə müəyyən təhlükəsizlik tədbirləri görmək tapşırılmışdı və onlarda artıq yüksək hazırlıq işləri görülüb.
Muxalifet - 29-10-2019
“Azərbaycan və Türkiyə əkiz qardaşdırlar” – Baş konsul
Türkiyənin Gəncədəki Baş Konsulluğu tərəfindən cümhuriyyətin elan edilməsinin 96-cı ildönümü münasibətilə rəsmi qəbul təşkil olunub.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, tədbirdə Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, idarə, müəssisə rəhbərləri və şəhər ziyalıları iştirak ediblər.
Muxalifet - 29-10-2019