Azərbaycanda teplovoz yandı
29-10-2019 19:21
Baxış sayı:
3397

Şabranda yanğın olub.
Muxalofet.az xəbər verir ki, hadisə Şabran şəhəri Nizami küçəsində, Biləcəri Lokomotiv Deposuna məxsus "TEM-27661" markalı teplovozda baş verib.
Hadisə yerinə Şabran Dövlət Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və daha geniş əraziyə keçməsinin qarşısı alınıb. Teplovozun mühərrik hissəsi qismən yanıb.
Yanğının səbəbləri araşdırılır. /APA