Axtarış
The search found 105716 results in 0.028 seconds.
Search results
Metronun "Koroğlu" stansiyasının qarşısında avtomobil piyadanı vuraraq öldürüb
Bakının Nizami rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
APA xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, metronun "Koroğlu" stansiyasının yaxınlığında qeydə alınıb.
Taksi fəaliyyəti ikə məşğul olan Samir adlı sürücü idarə etdiyi "Ravon" markalı avtomobillə prospektin yüksək sürətli hərəkət zolağı ilə gedərkən qarşısına qəfildən piyada - təxminən 50-55 yaşlı kişi çıxıb. Bu zaman avtomobil piyadanı vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Muxalifet - 29-10-2019
Parlamentə düşməyəcək deputatların siyahısı yayıldı
Prezident İlham Əliyevin 2018-ci ilin aprelində keçirilən növbədənkənar prezident seçkilərindən sonra başladığı əsaslı kadr dəyişiklikləri bu il daha geniş miqyasda davam etdi. Ölkə başçısının hakim komanda üzvlərini yeniləməsi, gənc məmurlara üstünlük verməsi, Nazirlər Kabinetinin simasının dəyişməsi, yaşlı və təcrübəli kadrlarla yolları ayırması qanunverici orqanın tərkibində də dəyişiklikləri şərtləndirir, Milli Məclisin 2020-ci ildə tərkibinin yeni simalardan formalaşacağından xəbər verilir.
Muxalifet - 29-10-2019
Prezidentdən Məleykə Əsədova ilə bağlı SƏRƏNCAM
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə bir qrup şəxsin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
BiG.AZ xəbər verir ki, təltif olunanlar sırasında Xalq artisti Məleykə Əsədova da yer alıb.
Muxalifet - 29-10-2019
Rusiyanın Müdafiə naziri Azərbaycana gəlib
Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu Azərbaycana gəlib. “Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Səfərin məqsədi Bakıda keçiriləcək Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etməkdir. Qeyd edək ki, sabah Bakıda MDB-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək.
Muxalifet - 29-10-2019
“Nar” Naxçıvanda təqaüd proqramının qaliblərini təbrik etdi!
İnformasiya texnologiyaları sahəsinin inkişafına və bu sahədə yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsinə xüsusi diqqət ayıran “Nar” mobil operatoru, Naxçıvan Dövlət Universitetinin tələbələri üçün elan etdiyi təqaüd proqramının nəticələrini elan edib. Belə ki, informasiya texnologiyaları və informatika ixtisasları üzrə təhsil alan, xüsusi fərqlənən və təhsildə yaxşı nəticələr göstərən 5 tələbəyə 2019-2020 tədris ilində “Nar” tərəfindən 200 AZN məbləğində aylıq təqaüd ayrılıb.
Muxalifet4 - 29-10-2019
Hamamda narkotik qəbul edən qadın öldü - BAKIDA
Bakıda qadın narkotikin təsirindən ölüb.
Muxalifet.az trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda baş verib.
Yasamal rayonu, H. Zərdabi küçəsi ev 78, mənzil 220-də yaşayan Məmmədova Mehriban Fərrux qızının meyiti yaşadığı evin hamamında aşkar edilib.
Hüquq-mühafizə orqanları əməkdaşları meyitə baxış keçirərkən üzərində zorakılıq əlamətləri aşkar edilməyib.
Meyitin yanında içərisində narkotik vasitə hesab edilən maye olan şpris aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet4 - 29-10-2019
“Rusiya terror təşkilatlarının bölgədən çəkildiyini çatdırıb" - ƏRDOĞANDAN AÇIQLAMA
Prezident Rəcəb Tayyib Ərdoğan YPG terror təşkilatının Suriyanın şimal-şərqindən çəkilməsi ilə bağlı açıqlama verib.
“Qafqazinfo” “Haberler”ə istinadən xəbər verir ki, Ərdoğan Rusiya Müdafiə Nazirliyinin açıqlamasını dinlədiyini deyib:
“Rusiya terror təşkilatlarının bölgədən çəkildiyi açıqlamasını məsul şəxslərimizə çatdırıb. Görüşlərimiz sabah eyni şəkildə davam edəcək. Bizim şəhidlərimiz var. Sivillərlə birlikdə 30-a yaxın şəhid verdik. İnşallah, “Sülh çeşməsi” hərəkatını qısa müddətdə yekunlaşdırmağa cəhd edəcəyik”.
Muxalifet4 - 29-10-2019
Ədalət Şükürova ağır itki
Xalq artisti Ədalət Şükürova ağır itki üz verib. Muxalifet.az olke.az-a istinadən xəbər verir ki, ifaçının qardaşı 52 yaşında dünyasını dəyişib.
Muxalifet - 29-10-2019
ABŞ PREZİDENTİ YENƏ TƏƏCCÜBLƏNDİRDİ: Bağdadini təqib edən iti Ağ Evə dəvət etdi və...
ABŞ prezidenti Donald Tramp İŞİD lideri Əbubəkr əl-Bağdadinin öldürülməsi əməliyyatında iştirak etmiş iti rəsmi şəkildə Ağ Evə dəvət edib. Muxalifet.az “The New York Times”a istinadən xəbər verir ki, Tramp bundan əvvəl itin fotosunu paylaşaraq xidmətlərini qeyd etmişdi. Konan adlı it əməliyyat zamanı yüngül yaralandığından reabilitasiya mərkəzindədir. Qeyd edək ki, itə yumor ustası Konan O'Brayenin şərəfinə “Konan” adı verilib.
Muxalifet4 - 29-10-2019
SON DƏQİQƏ: Kiyevdə prezident iqamətgahı qarşısında ETİRAZ AKSİYASI
Kiyevdə Ukrayna prezidentinin iqamətgahı qarşısında Donbasdan silahlı qüvvələrin geri çəkilməsinə qarşı etiraz aksiyası keçirilir.
Muxalifet3 - 30-10-2019
Kişilərin 60, qadınların 30 faizi xəyanət edir – Alimlər səbəbləri açıqladı
Dünyada aparılan müxtəlif araşdırmaların ortaq nəticəsi kişilərin 60 və qadınların 30 faizinin xəyanət etdiyini göstərir.
Muxalifet4 - 30-10-2019
Ermənilərin Şuşa klipi: musiqi türkün, halay PKK-nın... - VİDEO
Erməni müğənnisi Axasi İspıryanın Azərbaycanın qədim şəhəri Şuşa haqqında ifa etdiyi və bu gün yenidən yayılan mahnı türk xalq musiqisinin notları üzərində qurulub.
Muxalifet.az xəbər verir ki, bu sözləri Kult.az-a açıqlamasında ermənişünas alim İsmayıl Tanrıverdi deyib.
İ.Tanrıverdi mahnının məzmununu da ümumiləşmiş şəkildə tərcümə edib:
“Mahnı Şuşanın işğalına həsr olunub. Bildirilir ki, mayın 8-də Şuşanı “azad etmək” əmri verildi; Müqəddəs anaların gözlərində yaş... Qələbə çalmağa gedən qorxmaz igidlərin adı əbədi qalacaq...”
Muxalifet4 - 30-10-2019
Türkiyə S-400-ləri nə zaman işə salacaq? - ABŞ İNTİZARDA
Türkiyənin aldığı S-400 sistemlərini yaxın aylarda aktiv edəcəyini gözləyirik.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Pentaqon rəhbərinin müavini Ellen Lord deyib.
O bildirib ki, zenit-raket kompleksləri tam operativ şəkildə hazır vəziyyətə gətiriləcək.
Muxalifet4 - 30-10-2019
"Biz Azərbaycandan güzəşt mesajı istəyirik" - ERMƏNİ NAZİR
Ermənistanın Xarici İşlər naziri Zohrab Mnatsakanyan BBC News-un "Hard Talk" (Çətin söhbət) proqramında Stephen Sackur-un qonağı olub.
O, Ermənistanda hakimiyyət dəyişikliyi, islahatlar, daxili və xarici siyasət, Dağlıq Qarabağ və bir sıra digər məsələlər ətrafında suallara cavab verib.
Muxalifet.az "BBC News Azərbaycanca"ya istinadən Zohrab Mnatsakanyanla müsahibənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hissəsinin mətnini təqdim edir:Muxalifet4 - 30-10-2019
ABŞ qondarma "erməni soyqırımı"nı tanıya bilər
Bu gün ABŞ Nümayəndələr Palatasında 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin kütləvi öldürülməsinin "soyqırım" kimi tanınması ilə bağlı qərar səsverməyə çıxarılacaq. Bu sənəd həm Demokratik, həm də Respublikaçı partiyaların nüfuzlu nümayəndələri tərəfindən dəstəklənir. Qətnamənin sürətlə baxılmasına Türkiyənin Suriyanın şimalındakı əməliyyatına görə ABŞ-Türkiyə münasibətlərindəki böhran səbəb olub. Gözlənilir ki, "soyqırım"ın tanınmasına cavab olaraq rəsmi Ankara Washington-dakı səfirini geri çağıracaq. Türkiyə səfiri sənədin mətninin "əsassız ittihamlarla" dolu olduğunu bildirib.
Muxalifet4 - 30-10-2019
AZƏRBAYCANDA ŞOK OLAY: Dini qruplaşmanın üzvü olan ata 13 yaşlı qızını ərə verir
Azərbaycanda radikal dini qruplaşmanın üzvü olan ata 13 yaşlı qızını ərə verir. Muxalifet.az Ölkə.az-a istinadən xəbər verir ki, hələlik kimliyi açıqlanmayan radikal dindar 6 ildir bu qruplaşmanın üzvüdür. Qızının talehindən narahat olan ana "Səni axtarıram" proqramına gələrək kömək istəyib: "Uşaqlarımın atası 5 ildir radikal dini qruplaşmaya qoşulub. Onların inancına görə, qız uşağını 13 yaşında ərə vermək olar. Mənə deyir ki, qızımızı 13 yaşı var, artıq ərə verməliyəm. Özünün qruplaşmasından olan birinə, dindara ərə vermək istəyir. Axırıncı 5 aydır bu söhbət gedir.
Muxalifet4 - 30-10-2019
Tramp Dünyanı NECƏ ALDADIR...- Təhlil
Muxalifet.az "Əl-Cəzirə"yə istinadla aşağıdakı təhlili təqdim edir: Dünya liderləri və regional analitiklər İŞİD lideri əl-Bağdadinin öldürülməsindən sonra onun İraq və Suriya ərazisindəki qalıqları ilə nə olacağını müzakirə edirlər. Bağdadinin rəhbərliyi altında təşəkkül tapan İŞİD müasir tarixin ən qəddar silahlı qruplarından idi və Böyük Britaniyaya bərabər bir ərazidə özünü xilafət elan etmişdi. Londondakı Kral Kollecinin Hərbi Tədqiqatlar Departamentinin yardımçı professoru Andreas Kriq deyir ki, Bağdadinin ölümü daha çox “simvolik xarakterli” idi.
Muxalifet3 - 30-10-2019
ABŞ niyə bin Laden ilə əl-Bağdadinin nəşini "dənizə atdı"?
ABŞ-ın həftə sonu İdlibdə təşkil etdiyi əməliyyatda öldürülən İŞİD liderinin cəsədinin dənizə atıldığı ortaya çıxdı. Muxalifet.az bu barədə "Euronews"a istinadla xəbər verir. Onların bu qərarı Əl-Qaidə lideri Usamə bin Ladenin ölümünü xatırlatdı. 2011-ci ildə ABŞ rəsmiləri bin Ladenin cəsədinin Oman dənizindəki USS Carl Vinson gəmisinə aparıldığını və oradan dənizə atıldığını açıqlamışdı. Dünyanın ən çox axtarılan iki terror təşkilatı liderinin cəsədi niyə basdırılmaq yerinə dənizə atıldı? Bin Laden ABŞ-ın iddia etdiyi kimi islami qaydalara görə dəfn edildimi?
Muxalifet3 - 30-10-2019
Lotereyada 80 milyon uddu - 7 övladı, 21 nəvəsi var
ABŞ-ın Miçiqan ştatınının 54 yaşlı sakini Filip Çippeva ( (Philip Chippewa) Michigan Powerball lotereyasında 80 milyon dollar udub.
Muxalifet.az xəbər verir ki, bu barədə "Fox News" yayıb.
Filip lotoreya gəlirlərini ödədikdən sonra 42 milyon dolları əlinə alacaq. Qalibin 7 övladı, 21 nəvəsi var. O, lotereyadan əldə etdiyi pulla özünə və övladlarına ev, avtomobil, motosiklet alacaq.
Onun hətta işlədiyi işdən də çıxmaq niyyəti yoxdur./ölkə.az
Muxalifet4 - 30-10-2019
Çobanlar İŞİD-in xəzinəsini tapdılar
İraq çobanları səhrada İŞİD terror təşkilatının xəzinəsini aşkar ediblər.
Publika.az xəbər verir ki, “Mirror” nəşrinin yazdığına görə, bu haqda İŞİD-in öldürülmüş başçısı Əbubəkr Əl-Bağdadinin ən yaxın silahdaşlarından biri olan Məhəmməd Əli Sajet bildirib.
Onun sözlərinə görə, gizli yerdə ümumi dəyəri 25,7 milyon ABŞ dollar olan pul, qızıl və gümüş saxlanılırdı. Sajet iddia edir ki, yerin planının olmasına baxmayaraq, İŞİD-çilər gizli yeri itiriblər, amma sonra onu çobanlar tapıblar.
Muxalifet4 - 30-10-2019