Axtarış

The search found 105716 results in 0.027 seconds.

Search results

  1. "Günayı İnstagram açdığına görə danladım" - Zaur

    Tanınmış aparıcılar Zaur və Günay cütlüyü "Asan Radio"da qonaq olublar.
    Aktiv sosial şəbəkə istifadəçisi olan cütlük İnstagrama necə qoşulduqlarını açıqlayıblar:
    "Zaur məşhur layihə olan "Fort Boyard" verilişinə iştirak etmək üçün getmişdi. Mən də onu izləmək məqsədi ilə instagram hesabı açdım. Bu barədə Zauru geri qayıtdıqdan sonra məlumatlandırdım".
    Daha sonra Zaur Günayın sözlərinə zarafatlarını əlavə edib:
    "Qayıdandan sonra Günayı danladım. Dedim, bu gün instagram hesabı açan sabah Facebook hesabı açar".

    Muxalifet - 30-10-2019

  2. Azərbaycan universitetlərində rus bölmələri bağlanır? - Yüzlərlə müəllim işsiz qala bilər

    2018-ci ildə keçirilən qəbul imtahanlarında Azərbaycan və rus bölmələrinin abituriyentlərinin bilik və bacarıqlarında kəskin fərqlərin olduğu aşkarlanıb. Bu barədə "Abituriyent" jurnalının 12-ci sayında bildirilib.

    Məsələn, I ixtisas qrupunda Bakı Dövlət Universitetinin "Riyaziyyat müəllimliyi" ixtisası üzrə Azərbaycan bölməsində minimal bal 540, rus bölməsində 249, IV ixtisas qrupunda Azərbaycan Tibb Universitetinin "Tibbi profilaktika" ixtisası üzrə Azərbaycan bölməsində 608, rus bölməsində 376 bal olub.

    Bəs bu bal fərqinin yaranmasına səbəb nədir? 

    Muxalifet - 30-10-2019

  3. XİN: Azərbaycan ABŞ-a nota verəcək

    Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin təmsilçisi Masis Mayilyanın ABŞ ərazisinə daxil olması ilə əlaqədar ölkəmizin ABŞ-dakı səfiri Azərbaycan tərəfinin ciddi etirazını Dövlət Departamentinin diqqətinə çatdırıb.
    Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qondarma qurumun “nümayəndəsinin” ABŞ-a getməsi ilə bağlı ünvanlanan sualı Publika.az-a cavablandırarkən deyib..

    Muxalifet - 30-10-2019

  4. Fil sümüyü və piton dərisi satan azərbaycanlı sahibkar saxlanıldı - VİDEO

    Türkiyəyə fil sümüyünü qaçaqmalçılıq yolu ilə gətirərək satan azərbaycanlı sahibkar saxlanılıb. 

    Unikal.org-un xəbərinə görə, İstanbul Qaçaqmalçılıq İşləri üzrə Mübarizə İdarəsinin əməkdaşları “vəhşi heyvanların qeyri-qanuni ovlanması və ticarəti ilə mübarizə Konvensiyası” çərçivəsində fil, kərgədan və piton ilanı kimi heyvanlara aid parçaların və qiymətli daşların qaçaq yollarla ölkəyə gətirənlərə qarşı əməliyyat keçirib. 

    Muxalifet - 30-10-2019

  5. Orta məktəbdə BƏDBƏXT HADİSƏ

    Oğuz rayonunda şagird orta məktəbdə xəsarət alıb.

    Hadisə Oğuz rayonu 3 saylı orta məktəbdə baş verib.

    Məktəbin 6-cı sinif şagirdi, 2008-ci il təvəllüdlü Elnarə Şəfiyeva idman dərsi zamanı stadionda qapı dirəyinə çırpılıb. Hadisə nəticəsində şagird kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

    Hazırda şagirdin vəziyyətinin ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır. (trend)

    Muxalifet - 30-10-2019

  6. ​“Mədəniyyət Nazirliyində də ciddi islahatlara ehtiyac var” – İşdən çıxarılan vətəndaşlar: “Tam məsuliyyətimizlə bildiririk ki...”

    Mingəçevir şəhərində Şəhidlərin xatirə muzeyi yerləşir. Muzey 1992-ci ildən fəaliyyətdədir. Muxalifet.az-ın əldə etdiyi məlumata əsaəsn, vaxtilə 9 nəfər işçisi olan muzeyin 2015-ci il aprel-1 dən 2 işçi yarım aylı maaşa işlədilməklə, qalan əməkdaşlar işdən çıxarılıb. “Bu ixtisarlar onunla əlaqələndirilirdi ki, Maliyyə Nazirliyinin apardığı maritorinq nəticəsində muzeydə artıq iştiçilərin olduğu “ortaya çıxıb”. Dedilər ki, artıq sizə əmək haqqı verə bilmirik, ona görə də işdən və yarım əmək haqqından məhrum olunursunuz”, - deyə işdən çıxarılan şikayətçilər bildirir.

    Muxalifet4 - 30-10-2019

  7. Tağıyevin nəticəsi ilk dəfə Bakıya gəldi - FOTO

    Məşhur messenat Hacı Zeynalabdin Tağıyevin nəticəsi Azərbaycana gəlib.

    Muxalifet.az xəbər verir ki, milyonçunun oğlu Sadiqi Tağıyevin nəvəsi olan Alban Bakıya ilk dəfə təşrif buyurub.

    O, səfəri zamanı Tağıyevin məzarını ziyarət edib. Albanın görüntülərini “ADDIM” gənclər təşkilatının sədri Hüseyn Cavadzadə sosial şəbəkədə paylaşıb. 

    Məlumat üçün bildirək ki, messenatın nəticəsi Parisdə dünyaya gəlib, orada yaşayır. Alban hazırda tarix üzrə təhsil alır. O, iki gün sonra Fransaya qayıdacaq.

    Muxalifet - 30-10-2019

  8. “Feysbuk”da başlayan mübahisə kütləvi dava ilə nəticələndi - TƏFƏRRÜAT

    Bakıda qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə ittiham olunan Fərid Seyidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Muxalifet.az xəbər verir ki, Fərid Seyidov 1 aprel 2017-ci il tarixdə, saat 17 radələrində Sabunçunun Bakıxanov qəsəbəsində dostu Əli Kazımovla birlikdə olarkən əvvəldən tanıdığı İsmayıl Dostalizadə ilə rastlaşıb. Həmin vaxt İsmayıl Dostalizadə Fərid Seyidova nə üçün “Facebook” sosial şəbəkəsində onu söydüyünü soruşub və ona iradını bildirib. Onların arasında mübahisə yaranıb.

    Muxalifet - 30-10-2019

  9. Prezident icra başçısını orden ilə təltif etdi

    İsmayıl Məhərrəm oğlu Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
    Muxalifet.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

    Qeyd edək ki, İsmayıl Vəliyev Neftçala rayonunun icra başçısıdır.

    Muxalifet - 30-10-2019

  10. Daxili İşlər Nazirliyinin xidmət rəisi işdən çıxarıldı

    Azərbaycan daxili işlər orqanlarının daha bir əməkdaşı xidmətdə olmanın son yaş həddi ilə əlaqədar işdən çıxarılıb. Daxili İşlər Nazirliyinin (DİN) Növbətçi Hissələri İdarəetmə Xidmətinin rəisi, polis polkovniki Fuad Bəxtiyarov vəzifəsindən azad edilib. Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, F.Bəxtiyarov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq, təqaüdə göndərilib.

    Muxalifet - 30-10-2019

  11. TRAMP PUTİNİ NECƏ TƏLƏYƏ SALIR? – “O, Putinin Suriyanın qanlı səhralarında batmasının əleyhinə deyil”

    ABŞ prezidenti Donald Tramp Suriyadan qoşunların çəkilməsini elan edəndən sonra, Nümayəndələr Palatası demək olar ki, yekdilliklə bu cür addımı qınayan qətnaməni qəbul etdi. Konqresmenlər bunu ABŞ-ın düşmənləri olan Suriya, İran və Rusiya kimi dövlətlərin xeyrinə atılmış ziyanlı addım sayırlar. Vaşinqtondakı partiyalar arasındakı bu cür razılaşma bizim günlərdə nadir rastlanan hadisədir. Lakin bu qətnamələrdə Yaxın Şərqdə amerikan maraqları üçün Trampın qərarındakı müdriklik və Vladimir Putinlə oynanılan acı zarafat dəyərləndirilməyib.

    Muxalifet - 30-10-2019

  12. "Bunu sübut etsələr, mandatımdan imtina edəcəyəm" - DEPUTAT

    Mənim yaşı 70-dən yuxarı olan həmkarlarıma “deputatlığa namizədliklərini verməsinlər” sözünü deməyim, belə bir çağırış etməyim barədə bir cümlə belə tapıb göstərsinlər, deputat mandatından imtina edəcəyəm.
    Muxalifet.az xəbər verir ki, bunu apa-ya açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib.
    Deputat qeyd edib ki, dövlət başçısının yaşı 70-dən yuxarı olan vəzifəli şəxslərin gənclərə yol açacağına ümidvar olduğunu söyləməsi ilə əlaqədar bəzi media orqanları ondan açıqlama alıb:

    Muxalifet - 30-10-2019

  13. Türkiyədə iki avtomobil TOQQUŞDU: 3 ölü,4 yaralı

    Türkiyənin Van şəhərində avtomobillə mikroavtobusun toqquşması nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

    Muxalifet.az “CNNTurk”ə istinadən xəbər verir ki, qəza Van-Hakkari avtomobil yolunda olub.

    Bildirilib ki, hadisənin səbəbi araşdırılır.

    Muxalifet - 30-10-2019

  14. “Kaş evimdə oturub ər çörəyi yeyərdim” - Aysel Əlizadə

    Müğənni Aysel Əlizadə MTV-yə açıqlamasında ailə quraraq ər çörəyi yemək istədiyini bildirib.
    “Yeni Sabah” xəbər verir ki, 29 yaşlı ifaçı 15 yaşından bəri işlədiyini, artıq rahatlıq istədiyini deyib:

    Muxalifet - 30-10-2019

  15. ​DİN və Baş Prokurorluqdan mitinqlə bağlı BİRGƏ XƏBƏRDARLIQ – “İcazəsiz 2 noyabr aksiyasının qarşısı alınacaq və..."

    DİN və Baş Prokurorluq müxalifətin noyabrın 2-də paytaxtın mərkəzində icazəsiz mitinq keçirmək çağırışları ilə bağlı birgə bəyanat yayıb.

    Hüquq-mühafizə orqanları icazəsiz 2 noyabr aksiyasının qarşısını qətiyyətlə alacaq və ictimai asayişin pozulmasına görə məsuliyyət AXCP liderlərinin, o cümlədən Əli Kərimlinin üzərinə düşəcək.
    DİN və Baş Prokurorluq bu cür çağırışları hakimiyyəti zorla ələ keçirmək cəhdi kimi qiymətləndirir və qarşıda duran aksiyanı təşkil edən və onda fəal iştirak edən şəxsləri cinayət məsuliyyətinə cəlb etməklə hədələyir./Turan

    Muxalifet4 - 30-10-2019

  16. Nurməhəmmədovun amerikalı idmançı ilə döyüşünün VAXTI AÇIQLANDI

    Mütləq Döyüş Çempionatının (UFC) prezidenti Deyna Uayt yüngül çəki üzrə kəmər sahibi Həbib Nurməhəmmədovla amerikalı Toni Ferqyusonun mümkün döyüşünün vaxtını açıqlayıb.
    “Report” bjpenn.com saytına istinadən xəbər verir ki, qurum rəhbəri döyüşün gələn ilin martında keçirləcəyini bildirib. O, hazırda tərəflər arasında bəzi detalların razılaşdırılması prosesinin getdiyini vurğulayıb.
    Qeyd edək ki, Nurməhəmmədov indiyədək UFC-də keçirdiyi 28 döyüşün hamısında qalib gəlib. 35 yaşlı Ferqyuson isə 28 döyüşdən 25-də qələbə qazanıb və 3 dəfə uduzub.

    Muxalifet - 30-10-2019

  17. İran İraqla SƏRHƏDDİ BAĞLADI

    İran İraqdakı etiraz aksiyaları səbəbi ilə İlam əyalətindəki Mehran sərhəd keçid məntəqəsini bağladığını xəbər verib. Bu barədə muxalifet.az “Hürriyet”ə istinadla xəbər verir. İranın “Təsnim” xəbər agentliyinin məlumatına görə İlam əyaləti valisinin köməkçisi Məhəmməd Nəvzəri bu qərarın İraqda davam edən hökumətə qarşı aksiyalar üzündən verildiyini bildirib və onun neçə gün qüvvədə qalacağını bildirməyib. Xatırladaq ki, İraqlılar işsizlik, korrupsiya və s. tələblərlə ölkənin bir çox regionlarında aksiyalara başlayıblar.

    Muxalifet3 - 30-10-2019

  18. Ərdoğandan SƏRT ÇIXIŞ: "Ey Fransa..."

    "Ey Fransa, siz terror təşkilatlarına yardım edən hökumətsiniz. Əvvəlcə bunun əvəzini ödəyin".
    Muxalifet.az
    xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

    Muxalifet - 30-10-2019

  19. “Pokrovka Məhərrəm”in həbsinin təfərrüatları məlum oldu - EV DUSTAQLIĞINDA OLSA DA GÜNÜ EYŞ-İŞRƏTLƏ KEÇİB...

    Azərbaycanlı biznesmen, “Pokrovka Məhərrəm” adı ilə məşhur olan Məhərrəm Quliyev Moskvada hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Məhkəmə qərarına əsasən, M.Quliyev miqrasiya qanunlarını pozduğuna görə Rusiya ərazisindən çıxarılacaq.

    Bu barədə “Prestupnaya Rossiya” nəşri məlumat yayıb.

    Muxalifet - 30-10-2019

  20. SON DƏQİQƏ: Rusiya qırıcıları İdlibi BOMBALADI

    Muxalifet.az “Hürriyet”ə istinadla xəbər verir ki, Suriyadakı Bəşər Əsəd rejimi və Rusiya hərbi qüvvələri, İdlib Gərginliyi Azaltma bölgəsindəki yaşayış məntəqələri və Əsədə müxalif olan hərbi qüvvələrin yerləşdiyi cəbhə xəttinə havadan və qurudan zərbələr endirib.

    Muxalifet3 - 30-10-2019

Pages