Axtarış

The search found 105716 results in 0.026 seconds.

Search results

  1. "Qarabağ probleminin həlli üçün bu il daha çox səy göstərəcəyik" - TÜRKİYƏ XİN

    “Azərbaycanın işğal edilmiş torpaqlarının BMT Təhlüksizlik Şurasının uyğun qətnamələri çərçivəsində diplomatik yolla həllinin tərəfdarıyıq”.

    Muxalifet.az report-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda keçirilən VI Vasitəçilik konfransında çıxışı zamanı bildirib.

    Muxalifet4 - 31-10-2019

  2. Yol Polisindən sürücülərə xəbərdarlıq

    Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.
    İdarədən bildirilib ki, baş verən yol-nəqliyyat hadisələrinin təhlili deməyə əsas verir ki, hələ də sürücülər arasında yorğun, yuxusuz, hətta səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən şəxslərə rast gəlinir.

    "Unutmaq olmaz ki, iş və istirahət rejiminə əməl etməyən, 8-10 saat fasiləsiz nəqliyyat vasitəsi idarə etdikdən sonra günün qaranlıq vaxtı və ya məhdudiyyətli görünmə şəraitində yenidən sükan arxasına əyləşən sürücü artıq potensial təhlükə mənbəyidir.

    Muxalifet - 31-10-2019

  3. ​İcra başçısı iclas keçirib, işçilərlə vidalaşdı - FOTO

    Baş nazirin müavinləri Əli Həsənov və Hacıbala Abutalıbov yaşları ilə əlaqədar olaraq vəzifələrindən istefa verdikdən və Prezident İlham Əliyevin onların bu addımının iqtidar komandasında təmsil olunan digər yoldaşlara yaxşı bir örnək olacağını bildirməsindən sonra pensiya yaşına çatan digər məmurların da istefa verəcəyi gözlənilir.

    Muxalifet4 - 31-10-2019

  4. “Bu çoxdan lazım idi” - İstefa verən icra başçısından AÇIQLAMA

    Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayev vəzifəsindən istefa verib. 

    Muxalifet.az xəbər verir ki, bu barədə yenisabah.az-a Şəmsəddin Xanbabayevin özü bildirib.

    “Artıq yaşlıyam. Ölkədə ciddi islahatlar gedir. Mən də Prezidentin çağırışına səs verərək istefa verməyi qərara aldım”, – deyə Şəmsəddin Xanbabayev əlavə edib.

    O, digər yaşlı məmurların da ölkə başçısının çağırışına səs verəcəyinə ümdi etdiyini deyib.

    Muxalifet4 - 31-10-2019

  5. Ağstafada OLAY: GÜLLƏLƏNƏN VAR

    Ağstafa rayonunda güllələnmə hadisəsi baş verib. Muxalifet.az "Report"a istinadən xəbər verir ki, Köçəsgər kənd sakini güllələnib. Yaralı Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 31-10-2019

  6. “Mən özümə görə heç nədən qorxmuram..." - Sarkisyan Qarabağdan danışdı

    “Mən özümə görə heç nədən qorxmuram. Amma məsuliyyətsiz populistlərin ölkəni fəlakətə aparan siyasətlərindən hələ də qorxuram”.

    Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan Andranik Markaryan siyasi məktəbində sertifikatların təqdimetmə mərasimindən sonra məzunlardan birinin sualını cavablandırarkən deyib.

    Muxalifet4 - 31-10-2019

  7. "Mənfur qüvvələr bu uğurları gözdən salmağa can atır" - HADI RƏCƏBLİDƏN 2 NOYABR MİTİNQİ HAQDA QALMAQALLI AÇIQLAMA

    “Ölkəmizdə sosial müdafiə sahəsində və dövlət quruculuu istiqamətində aparılan ardıcıl və geniş miqyaslı islahatlar göz önündədir. Gələn ilin büdcəsinin 40%-nin sosial yönümlü olacağı və son vaxtlar aparılan struktur və kadr dəyişiklikləri bir daha bunu təsdiq edir. Azərbaycan dövlət başçısı bütün fəaliyyəti dövründə vətəndaşı uca tutur və onun mənafeyi naminə ardıcıl, sistemli, real işlər görür”.

    Muxalifet4 - 31-10-2019

  8. Bu şəxslər ömürlərinin yarısını deputat olublar - Siyahı

    Hakimiyyət komandasında yaşlı nəslin yola salınması Milli Məclisin tərkibini də gündəmə gətirib. Yaş senzi millət vəkillərinə şamil olunmasa da, təqaüd yaşına çatmış və daha çox yaşı olan deputatların da artıq istirahətə getmək vaxtlarının çatdığı barədə fikirlər səsləndirilir.
    Bundan başqa, uzun illərdir ki, deputat olanlar var. Onlardan bəziləri Milli Məclisdəki müzakirələrdə fəallıq göstərsələr də, bəzilərinin ümumiyyətlə səsi eşidilməyib. Yenisabah.az mövzunun aktuallığını nəzərə alaraq uzun illərdir ki, deputat olanların siyahısını təqdim edir.

    Muxalifet - 31-10-2019

  9. Noyabrın ilk günü yağış yağacaq

    Azərbaycanda noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 10-13, gündüz 13-15, Bakıda gecə 11-13, gündüz 13-15 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət 80-90 faiz olacaq.

    Muxalifet - 31-10-2019

  10. Qoy məni həbs etsinlər - Sarkisyan Qarabağdan danışdı

    Mən indi məsuliyyətsiz populistlərin dağıdıcı siyasətindən qorxuram.
    Bunu Ermənistanın eks-prezidenti Serj Sərkisyan deyib.
    “Özümə görə qorxmuram. Əgər mənim həbsimlə xalq xoşbəxt olsa və əgər 1 mart, 27 oktyabr işləri tam açılacaqsa, təhdidlər neytrallaşdırılacaqsa, Dağlıq Qarabağla bağlı danışıqlarda doğru istiqamətə qayıdılması mümkün olacaqsa, o zaman qoy mən həbs edilim”, – deyə o bildirib.//axar

    Muxalifet - 31-10-2019

  11. İKİ RAYONDA BAŞÇI DƏYİŞİKLİYİ GÖZLƏNİLİR – “Bu gün qərar elan olunacaq”

    Xaçmaz rayonu və Yevlax şəhəri İcra Hakimiyyətində rəhbər şəxslərin dəyişidiriləcəyi gözlənilir.

    Modern.az saytına daxil olan məlumata görə, yaxın vaxtlarda Xaçmaz rayon İcra Hakimiyyətinin 80 yaşlı başçısı Şəmsəddin Xanbabayevin və Yevlax şəhər İcra Hakimiyyətinin 60 yaşlı başçısı Qoca Səmədovun tutduqları vəzifədən azad edilməsi barədə müvafiq sərəncamlar imzalanacaq.

    Modern.az məsələ ilə bağlı Yevlaxın deputatı İlham Məmmədov ilə əlaqə saxlayıb.

    Muxalifet - 31-10-2019

  12. Generalın qohumu məhkəmə qarşısında

    Nərimanov Rayon Məhkəməsində Bakıda silahlı insident törətməkdə təqsirləndirilən İsa Əzizovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

    Oxu.Az xəbər verir ki, Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    Məhkəmənin baxış iclası noyabrın 7-nə təyin edilib.

    Cinayət işində dörd zərərçəkmiş var.

    Hadisə bu ilin may ayında axşam saatlarında Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsində qeydə alınıb.

    Muxalifet - 31-10-2019

  13. PARLAMENT SAVAŞLARI - Fransadan Türkiyəyə qarşı və terrorçuları dəstəkləyən qalmaqallı açıqlama

    Fransa parlamenti qalmaqallı bir qanun layihəsini qəbul edib. Səsvermədə Türkiyənin terror dəhlizinə qarşı apardığı Barış bulağı əməliyyatı qınanıb, Fransanın terror təşkilatlarını dəstəkləməsi vurğulanıb. Qanun layihəsinin mətnində terror təşkilatının şaxəsi olan Suriya Demokratik Qüvvələrinə (SDQ) və onun “İŞİD-lə mübarizə aparan bütün kürd və ərəb ünsürlərinə qarşı Fransanın sarsılmaz dəstəyi” ifadə edilib.
    Qətnamədə Türkiynin terrorçulara qarşı bütün hərbi əməliyyatları dərhal dayandırılması tələb olunur.

    Muxalifet - 31-10-2019

  14. ABŞ Türkiyədən "Barış Pınarı" əməliyyatı və “S-400”ün qisasını aldı - TƏHLİL

    Дмитрий Бавырин, https://vz.ru Donald Tramp söz vermişdi ki, Suriyada “ABŞ-a qarşı özbaşınalıq” və S-400 Türkiyəyə baha başa gələcək. Budur, Vaşinqton “sözə baxmayan” Türkiyəni cəzalandırdı. Konqressin qəbul etdiyi sanksiyalar nəinki Türkiyəyə, həm də Ərdoğana qarşı tətbiq olunub. Eyni gün ABŞ uzun illər təsdiq etməyə tərəddüd etdiyi “qondarma erməni genosidi” haqda qanun layihəsi qəbul etdi. Bütün bunlar nə deməkdir?

    Muxalifet4 - 31-10-2019

  15. “XİN, Təhsil Nazirliyi bununla bağlı açıqlama verməlidi” - "Primakov məsələsi" böyüyür

    “Bu, "Primakov məsələsi" həqiqətən biabırçılıqdır. Bu məlumatları oxuyanda çox təəcübləndim”.
    Bu sözləri tanınmış ekspert, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz deyib. Deputatlarla bağlı sərt fikirlər səsləndirən O. Gündüz sözlərinə belə davam edib:

    “Dünən Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində 20 Yanvar qətliamının əsas təşkilatçılarından olan Yevgeni Primakovun 90 illiyinə həsr olunmuş sərgi açılıb və BSU-da onunla bağlı yazı müsabiqəsi təşkil olunub.

    Muxalifet - 31-10-2019

  16. Sergey Lavrov: “Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərinə dair müzakirələr gedir" - ATMOSFERİ BİR AZ YUMŞALTMAQ ÜÇÜN...

    Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada ATƏT-in Baş katibi Tomas Qremingerlə danışıqlar aparıb, danışıqlarda Dağlıq Qarabağ münaqişəsi ətrafındakı situasiya da müzakirə edilib.

    Lavrov deyib ki,  Rusiya ATƏT-in Dağlıq Qarabağ mqünaqişəsinin həllinə yönələn səylərini dəstəkləyir.

    “Biz ATƏT-in Dağlıq Qarabağa dair razılığa nail olmaq istiqamətindəki fəaliyyətini dəstəkləyir, Cənubi Qafqazdakı sabitliyə dair Cenevrə müzakirələrinin əhəmiyyətini qeyd edirik”, – rusiyalı nazir vurğulayıb.

    Muxalifet - 31-10-2019

  17. ​Azərbaycanda BİABIRÇI HADİSƏ: Evinə gətirdiyi yeniyetməni təhqir edib, videoya çəkdi - ŞOK VİDEO

    Azərbaycanda kişinin yeniyetməyə qarşı etdiyi qeyri-etik rəftarını əks etdirən videogörüntülər yayılıb. Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə Bərdə rayonunda baş verib. Belə ki, İsa adlı şəxs onun yaxını haqqında xoş sözlər danışan uşağın üzr istəməsini tələb edib. Həmin vaxt yetkinlik yaşına çatmayan oğlanın atası da onların yanında olub. İsa adlı şəxs və yanında olan digər şəxs azyaşlını təhqir etməklə yanaşı ona sillə də vurub.

    Muxalifet - 31-10-2019

  18. SON DƏQİQƏ: Bakıda 2 avtobus TOQQUŞDU - Çox sayda yaralı var

    Bakıda iki sərnişin avtobusu toqquşub. Hadisə paytaxtın Sabunçu rayonu, Ramana yolunda baş verib. Belə ki, Bakı Sənaye-Pedaqoji Kollecinin qarşısında hərəkətdə olan 49 və 106 saylı sərnişin avtobusları toqquşub. Nəticədə 7 nəfər yaralanıb. Yaralıların hamısı qadındır. Hadisə yerinə Təcili Tibbi Yardım avtomobili gəlib, yaralılar xəstəxanaya aparılıb. Səhiyyə Nazirliyi faktı təsdiqləyib. Nazirliyin Mətbuat Xidmətindən bildirilib ki, yaralıların vəziyyətləri orta-ağırdır.//Report

    Muxalifet - 31-10-2019

  19. Türkiyə ordusu Bəşər Əsədlə döyüşə girdi? - RƏSMİ AÇIQLAMA

    Türkiyə Silahlı Qüvvələri ilə Bəşər Əsəd rejimi arasında ciddi insident baş verməyib.
    Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
    “Böyük razılaşmalar həyata keçirilərkən bəzi sərtliklər qaçılmazdır. Suriya və Türkiyə arasında 22 oktyabr tarixli Rusiya-Türkiyə memorandumu çərşivəsindəki ərazilərdə ciddi qarşıdurmaların olması barədə eşitməmişəm”, - nazir bildirib.
    Qeyd edək ki, mətbuatda yayılan xəbərlərə görə, Suriyanın Haseke şəhərində Türkiyə ordusu ilə Bəşər Əsəd rejiminin qüvvələri arasında insident baş verib.//publika

    Muxalifet - 31-10-2019

  20. ​SON DƏQİQƏ: Prezident iki icra başçısını vəzifədən azad etdi - SƏRƏNCAM

    Prezident İlham Əliyev Şəmsəddin Xanbabayevin Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
    Muxalifet.az
    xəbər verir ki, sərəncamla Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
    Dövlət başçısı həmçinin Qoca Səmədovun Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Qoca Çərkəz oğlu Səmədov Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. 

    Muxalifet - 31-10-2019

Pages