Axtarış
The search found 105716 results in 0.043 seconds.
Search results
İsrail səfirliklərini yenidən açacaq - Tarix bilindi
İsrail sabahdan etibarən bütün səfirliklərini yenidən açacaq.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyindən bildirilib. Məlumata görə, Maliyyə Nazirliyi ilə problem üzündən bağlanmış diplomatik nümayəndəliklər noyabrın 1-dən əvvəlki fəaliyyətinə qayıdacaq.
Xatırladaq ki, Maliyyə Nazirliyinin diplomatların xərcləri ilə bağlı vergilərin geri alınması qərarından sonra səfirliklər bir çox ölkələrdə, o cümlədən Azərbaycan tətil elan etmişdi.
Muxalifet4 - 31-10-2019
Parlament seçkisi ilə bağlı YENİ İDDİALAR - Ən azı 100 deputat yenilənəcək
Azərbaycan Milli Məclisi ətrafında gəzən söz-söhbətlər səngimək bilmir. Ölkə başçısı İlham Əliyevin 15 oktyabrda keçirdiyi iqtisadi müşavirədən sonra iddialar daha da artıb. Prezidentin yaşlı məmurlara ünvanladığı “gedin” mesajının qanunverici orqanda təmsil olunan qocaman deputatlara da şamil olunduğu bildirilir.
Muxalifet4 - 1-11-2019
Suriya prezidenti Bağdadinin öldürüldüyünə inanmır
Suriya Prezidenti Bəşər Əsəd “İslam Dövləti”nin lideri Əbu Bəkr əl-Bağdadinin sağ ola biləcəyini etiraf edib.
Virtualaz.org bildirir ki, bu barədə RİA Novosti məlumat yayıb.
B.Əsəd bildirib ki, ABŞ terrorçunun ölümünə dair qəti sübut təqdim etməyib. Bundan əlavə, Dəməşq bu məsələ ilə bağlı Vaşinqtonla əlaqə yaratmayıb.
Xatırladaq ki, oktyabrın 31-də Əl-Bağdadinin ölümünü İŞİD özü də təsdiqlədi. Sonra Əbu İbrahim əl-Haşimi əl-Kuraşinin yaraqlıların yeni lideri olduğu açıqlandı.Muxalifet4 - 1-11-2019
PUTİNİN FOTOQRAF QOHUMU NECƏ MİLYARDER OLDU?- Rusiya prezidentinin sərvətinin formal sahibləri...
Rusiya prezidenti Vladimir Putinin adına offşorlarda rəsmi olaraq bir sent də yoxdur. Əvəzində qohumları və yaxın ətrafı milyardlarla ölçülən sərvətin sahibidirlər. Putinin hesabına “varlanan” yaxın qohumlarından biri də xalasının (Lyubov Şelomova) nəvəsi Mixail Şelomovdur. “Forbes”in Rusiya milyarderləri ilə bağlı tərtib etdiyi son siyahıda Şelomov 1,25 milyard dollarlıq sərvəti ilə 81 sırada yer alıb.
Muxalifet4 - 1-11-2019
SSRİ-nin dünyadan gizlətdiyi 10 sirli avtomobil - VİDEO
SSRİ-də kütləvi istehsala buraxılmayan və milyonlarla insana bəlli olmayan avtomobil modelləri ilə bağlı Yutub portalında yerləşdirilən video böyük marağa səbəb olub.
Axar.az xəbər verir ki, “Faktlar Dünyası” kanalında o zaman ictimaiyyətdən gizli qalan “NAMİ-LuAZ Proto”, “NAMİ 0288 Kompakt”, “ZİS-112”, “Moskviç-408 Turist", “Oqta”, “ZIL-4102”, 80-ci illərin "Moskviç"ləri, “VAZ-2702 Pony", "Gənclik" ZİL-118 və “MAZ-2000 Yenidənqurma" modellərinin adları sadalanıb.
Həmin videonu təqdim edirik:
Muxalifet4 - 1-11-2019
İşdən çıxarılan icra başçısı Xaçmazla belə vidalaşdı - VİDEO
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamına əsasən, Xaçmazın 81 yaşlı icra başçısı Şəmsəddin Xanbabayev tutduğu vəzifədən azad edilib.
Muxalifet.az xəbər verir ki, Xanbabayev işdən çıxarıldığı gün Xaçmazla vidalaşıb.
Qeyd edək ki, Prezidentin digər sərəncamı ilə sözügedən posta Elnur Rzayev təyin olunub.
Muxalifet4 - 1-11-2019
ABŞ-da Çin dronlarının istifadəsi qadağan edildi
ABŞ-ın Daxili İşlər Nazirliyi Çin istehsalı pilotsuz aparatların təbii ehtiyatların mühafizəsi sahəsində istifadəsini müvəqqəti qadağan edib.
"The Wall Street Journal” nəşri nazirliyin nümayəndəsi Nik Qudvinə istinadla yazıb ki, bu qadağa dronların ölkənin təhlükəsizliyi üçün risk ehtimalının tam yoxlanılmasından sonra aradan qaldırıla bilər.Muxalifet - 1-11-2019
Şeyxin Londona qaçan arvadı səfirlikdə yüksək vəzifə aldı
BƏƏ-nin Baş Naziri və Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun altıncı həyat yoldaşı şahzadə Həyya Londona qaçdıqdan sonra orada İordaniya səfirliyində yüksək vəzifə alıb. “Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, şahzadə Həyyanın adı Böyük Britaniya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən diplomatik siyahılarda hallanır. Sənədlərdə onun adı “birinci katib” kimi keçir. Qeyd edək ki, Həyya bin əl-Hüseyn mərhum İordaniya kralı Hüseynin qızıdır. O, Əl-Məktumla 2004-cü ildə ailə həyatı qurub. Onların iki övladı var.
Muxalifet4 - 1-11-2019
Bakıda yeniyetməni avtomobil VURDU
Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb. APA xəbər verir ki, yol qəzası 7-ci mikrorayon ərazisində baş verib. 2003-cü il təvəllüdlü Əsədov Cavidan İlham oğlu yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçən zaman onu minik avtomobili vurub. Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Muxalifet - 1-11-2019
Bu gün Azərbaycan şahmatçıları ermənilərlə qarşılaşacaq
Gürcüstanın Batumi şəhərindəki şahmat üzrə komandalararası Avropa çempionatında bu gün VIII turun görüşləri keçiriləcək. Azərbaycanın kişilərdən ibarət yığması Ermənistanla qarşılaşacaq. Qadın millisi isə Fransa ilə üz-üzə gələcək. Görüşlər Bakı vaxtı ilə saat 16:00-da başlanacaq. 7 turdan sonra xal durumu belədir: Kişilər: 1. Rusiya – 12, 2 – 4. Ukrayna, İngiltərə, Almaniya – 11, 5. Sloveniya – 10, 6 – 8. Ermənistan, AZƏRBAYCAN, Xorvatiya – 9 xal. Qadınlar: 1. Rusiya – 13, 2. Gürcüstan – 11, 3 – 5. AZƏRBAYCAN, Ukrayna, Ermənistan – 10, 6 – 8. Fransa, İtaliya, Türkiyə – 9 xal.
Muxalifet - 1-11-2019
Bakıda döyülən gəncin başına şüşə qabla xəsarət yetirilib
Bakının Nəsimi rayonunda 26 yaşlı gənc xuliqanlıq zəminində döyülüb.
APA xəbər verir ki, Bakı sakini, 1993-cü il təvəllüdlü Əliyev Vüqar Fərhad oğlu Cavadxan küçəsi ev 48 B-nin girişində Nadir adlı şəxs tərəfindən döyülüb.
V.Əliyevin baş nahiyəsinə şüşə qabla ağır xəsarət də yetirilib.
Faktı Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsi araşdırır.
Muxalifet - 1-11-2019
Bu gündən İCAZƏ VERİLDİ - Şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK
Bu gündən ərazi polis orqanlarının və "ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən Daxili İşlər Nazirliyinin qeydiyyat məsələləri qurumlarının əməkdaşları tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi yaşayış yeri üzrə qeydiyyatdan asılı olmayaraq veriləcək. Bu, şəxsiyyət vəsiqələrinin verilməsi sahəsində vətəndaş məmnunluğunun artırılması ilə bağlı əlavə tədbirlər çərçivəsində həyata keçirilir.
Muxalifet - 1-11-2019
Vaşinqtonda qondarma "DQR"in "müstəqillik günü"nə həsr olunan TƏDBİRƏ ETİRAZ
Oktyabrın 30-da ABŞ Konqresində beynəlxalq ictimaiyyət tərəfindən tanınmamış “Dağlıq Qarabağ Respublikasının” müstəqillik gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə özünü qurumun xarici işlər naziri kimi təqdim edən Masis Mayiliyan iştirak edib. Mayiliyan Dağlıq Qarabağda yaradılmış tanınmayan “Artsax Respublikasının” beynəlxalq ictmaiyyət tərəfindən tanınmasına çağırıb. “Bu gün Artsaxın müstəqilliyinin beynəlxalq ictimaiyyət tərəfindən tanınması Azərbaycandan gələn təhlükəyə ən uyğun cavabdır.
Muxalifet4 - 1-11-2019
“Nar” gənclərə uğurlu karyera qurmaları üçün fürsət yaratdı
Ölkənin ən gənc mobil operatoru “Nar”, Bakı Şəhər Halqası Əməliyyat Komitəsi (BŞH) və Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") birgə təşkil etdiyi karyera sərgisində iştirak edib. Artıq ikinci ildir ki, "Geniş imkanlara kiçik addımlarla” devizi altında keçirilən sərgidə mobil operator hazırda mövcud olan vakansiyalarını təqdim edib. 30-a yaxın şirkətin də iştirak etdiyi sərgidə “Nar” stendinə maraq böyük olub. Gənclərin daha çox diqqətini çəkən isə müxtəlif departamentlərdə özünü sınamağa imkan verən yay təcrübə proqramları olub.
Muxalifet4 - 1-11-2019
“Rəqsanə qızı “Maşın” Şoudan getdiyinə görə…” – Murad qalmaqaldan danışdı
Xalq artisti Murad Dadaşov teleqraf.com-un suallarını cavablandırıb. Muxalifet.az həmin müsahibəni təqdim edir:
- Murad bəy, artıq "Maşın" realiti-şounun növbəti buraxılışı bitdi. Yeni layihələr edəcəksiniz?
- "Maşın" şounun ən pik nöqtəsindəyik və bu şou ilə ayrılırıq. 2020-ci ildə yeni layihələrə başlayırıq. "MGP" şirkəti maraqlı layihələr təqdim edəcək. Azərbaycan səhnəsində yalnız "Maşın" şou ilə qalmaq istəmirəm.
- Yeni layihələrinizin formatı necə olacaq?Muxalifet - 1-11-2019
Şəki sakini torpağının qanunsuz olaraq zəbt olunduğunu iddia edir - MƏSCİD TİKİLMƏSİ ÜÇÜN TORPAĞINI VERDİ, AMMA... / Prezidentə müraciət
Şəki rayon Çayqaraqoyunlu kənd sakini İsayev İslam Mədət oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə müraciət edən şikayətçi yazır: "Cənab Prezident! Əvvəlcə qeyd edim ki, bir neçə gün bundan əvvəl Mingəçevir şəhərində vətəndaşların səyyar qəbulunu keçirdən Ali Məhkəmənin sədri Ramiz Rzayeyin qəbulunda olmuşam və bu şikayətimi həm şifahi, həm də yazılı formada ona təqdim etmişəm.
Muxalifet4 - 1-11-2019
Türkiyə Naxçıvanın müdafiəsini gücləndirir - işğalçıya və havadarlarına mesaj
Qardaş ölkə erməni lobbisinin fitnəkarlığına və ABŞ-ın “soyqırım” xəyanətinə həm də Azərbaycana dəstəyi artırmaqla cavab verir; erməni lobbisinin və İrəvan rəsmilərinin sevinci uzun sürməyəcək; ABŞ geri çəkilir?.. Türkiyə mövzusu yenidən dünyanın siyasi gündəmində ön sırada qərar tutub. Bu dəfə səbəb ABŞ Konqresinin Nümayəndələr Palatasının saxta “erməni soyqırımı”nı tanıyan qətnamə qəbul etməsi və Türkiyənin son Suriya əməliyyatı və S-400-lər alması ilə bağlı sanksiyaların tətbiqi haqqında qanun layihəsini təsdiqləməsidir.
Muxalifet - 1-11-2019
Bu yollarda sürət həddi ENDİRİLDİ
Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Heydər Əliyev-Hava limanı və Zığ dairəsi-Hava Limanı avtomagistrallarında bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə Mualifet.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Eyni zamanda elektron tablolarda sürüşkən yol işarəsi qoyulub.
Məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.
Sürücülərə tövsiyə edilir ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər, həmçinin meteoroloji amilləri nəzərə alsınlar.Muxalifet - 1-11-2019
“Kibariyə Adnan Oktara “aşkitom” deyirdi” – Üç müğənni ilə Oktarın əlaqəsi üzə çıxdı
Keçən ilin yayında Türkiyədə qadınları əxlaqsızlığa cəlb etmək, dövlətə qarşı əməllər törətməkdə ittiham olunaraq həbsə atılan din xadimi Adnan Oktarın məhkəməsində hər dəfə maraqlı detallar üzə çıxır. “Yeni Sabah” xəbər verir ki, “kedicik”lərindən biri 3 məşhur müğənninin - Muazzez Ersoyun, Kibariyenin və Seda Sayanın adlarını çəkib. Adnan Oktarın “kedicik”lərindən olan Alev Babuna həmin müğənnilərin din xadimi ilə yaxşı münasibətləri olduğunu bildirib. “Muazzez Ersoy Adnan bəyi çox sevərdi. Kibariye ona “aşkitom” deyərdi.
Muxalifet - 1-11-2019
Əsəddən "Ərdoğanla görüşəcəksinizmi" sualına TƏƏCCÜBLƏNDİRİCİ CAVAB: "Əgər..."
“Əgər bir araya gəlmək nəticə verəcəksə, ölkələrin maraqları üçün hər şeyin həyata keçirilməsinin vacib olduğunu söyləyə bilərəm”.
Muxalifet.az xəbər verir ki, bunu Suriya rejiminin rəhbəri Bəşər Əsəd “Prezident Ərdoğan ilə görüşərsinizmi” sualına cavab olaraq deyib.
Dövlət televiziyasında Suriyanın taleyi ilə bağlı sualları cavablandıran Əsəd bildirib ki, söhbət ölkələrin maraqları olanda, şəxsi duyğuları bir kənara qoymaq lazımdır.Muxalifet - 1-11-2019